adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
20142 | 2011-04-09 07:03
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu bu keçdiyimiz illərdə çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi.Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik.Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədi. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bəzən ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdi və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsl üçün daha maraq doğura bilər. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   Uzun müddət Bakıda yaşayan və Azərbaycanı bir yardacı gözüylə gəzən və ona heyranlığını hər fürsətdə qələmə alan, lentə köçürən və onun haqqında danışan Raşit Demirtaş bu yaxınlarda Bakıya gəlişində bizləri də yad etdi və onunla bir neçə saat söhbət edib Bakı və Azərbaycan haqqında bəzi düşüncələrini aldıq. Və bu da maraqlıdır ki, Raşit bəyəfəndi bizim yerlərin tarixini də, bu gününü də çox incəliklə araşdıran bir şəxsiyyətdir. Söhbət əsnasında bəzi tarixi bilgiləri də içinə alan gözəl bir söz-söhbətə vəsilə oldu görüşümüz. Həmin fikirləri onun dilindən verməklə heç bir şeyə toxunmaq iəstəmirəm. Yalnız söhbət məqamında kiçik müdaxilələr var. Bu qaçılmaz oldu.
   
   
   
   ƏFSANƏ ORDU,
   
   ƏFSANƏ KOMANDİRg
   
   
   
   Şəhərlərin yaddaşında ağrılı-acılı günləri olduğu kimi sevincli günləri də olur. Bakının unuda bilmədiyi belə günlərindən biri də 1918-ci il 15 Sentyabrdır.Mart ayından bəri qırğınlara məruz qalan Azərbaycanın ziyalıları Osmanlıdan kömək istəmişlər.Türkiyə özü 1914-cü ildən bəri davam edən İkinci Dünya döyüşünün içində idi. Sarıqamışda, Çanaqqalada, Hicazda, Suriyada, İraqda ən inkişaf etmiş ordularla döyüşürdü. 600 illik böyük çinar əldən düşmüşdü. Döyüşəcək bir nəfərə belə ehtiyacı vardı. Amma qardaşlarından gələn bu kömək tələbinə biganə qala bilmədi. Nuru Paşanın əmrində Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Türk ordusu may ayından başlayaraq, Gəncədə, Göyçayda, Şamaxıda Erməni və Bolşevik ordularını məğlub edərək Bakıya çatdı. Bakı önlərində Erməni, Bolşevik, İngilis ordusuna qarşı döyüşü də qazanaraq 15 sentyabrda Bakıya girdi.
   
   O gün qurban bayramı idi. Azərbaycanda iki bayram bir yerdə qeyd olundu. Bütün xalq küçəyə tökülmüş, sevinc gözyaşları içində əsgərləri salamlayırdı.Bakı, Anadoludan gələn qardaşlarıyla tarixinin dönüş nöqtələrindən birini 28 May 1918-də Gəncədə elan edilən Azərbaycan Respublikasının paytaxtı, təbii yerinə, Bakıya daşınmışdı. Türk ordusu bir neçə gündə asayişi təmin etmiş, varlığıyla müsəlman, müsəlman olmayan hər kəsə sonsuz bir güvən duyğusu vermişdi. Xalq, mehmetcik üçün qurbanlar kəsilirdi. Türk əsgəri şərəfinə konsertlər verilir, şeirlər yazılır, teatr oyunları səhnəyə qoyulurdu. Bakıda hüzurlu küləklər əsməkdəydi.
   
   
   
   Əhməd Cavad taa 1914-ci ildə yazmışdı:
   
   
   
   Çırpınardın Qaradəniz
   
   Baxıb Türkün bayrağına!
   
   "Ah!..." deyirəm, heç ölməzdim
   
   Düşə bilsəm ayağına!
   
   
   
   Ayrı düşmüş dost elindən,
   
   İllər var ki, çarpar sinən!...
   
   Vəfalıdır gəlib, gedən
   
   Yol ver Türkün bayrağına!
   
   g
   
   Dost elindən əsən yellər,
   
   Mənə şeir, salam deyər!
   
   Olsun bizim bütün ellər
   
   Qurban Türkün bayrağına!
   
   Yol ver Türkün bayrağına!!
   
   
   
   Böyük bəstəkar Üzeyir Hacıbəyli bu şeiri bəstələdi. Çox vaxt bilinmədi, kim yazdı, kim bəstələdi; amma bir marş kimi həsrətlə deyildi, dayandı. O gündən bu yana dillərdə əzbər oldu.
   
   
   
   BAKININ HÜZNLÜ GÜNÜ
   
   
   
   Mehmetcik, xalqla bir olmuşdu; amma min cür döyüşlərdən keçib gələn, Osmanlı komandirləri Bakını ələ keçirib onu əsl sahiblərinə vermək üçün gəliblər bura.Və o gün gəldi...
   
   Osmanlı dövləti Birinci Dünya Döyüşündə məğlub çıxmışdı. Türk ordusu, Mondros sülhünün nəticələrinə görə Azərbaycandan çəkilirdi. 1130 şəhidini qardaşlarına əmanət edərək Bakıdan ayrılacaqdı. Bakı, bu üstün xarakterli, cəfakar Türk əsgərlərini yola salmanın hüznünə boğulmuşdu. Yenə bütün əhali küçələrdə idi, Türk ordusu gözyaşları içində Bakını tərk edirdi.O müqəddəs əsgərlər, o gün qəmli ürəklərlə döndülər... Ardlarında bu günə qədər davam edən və davam edəcək olan bir sevgi buraxaraq döndülər... Nuru Paşa adını, Türk ordusunun, Türkiyənin adını bir əfsanə olaraq buraxaraq döndülər... Nuru Paşaya, Ənvər Paşaya, Atatürkə, vəfalı Türk ordusuna dualar etdilər Bakıda, Azərbaycanda.
   
   28 aprel 1920 tarixində Azərbaycan müstəqilliyini itirdi. Qızılordu Bakını işğal etdi. 70 il davam edən bir qara bulud aldı Bakının səmasını. Azərbaycan Sovet Sosialist Respublikası olaraq Sovetlər Birliyinə qatıldı. Bu qorxu imperatorluğu, 70 il boyunca, minlərlə övladı, "milliyyətci, xalq düşməni, antikomunist" günahlandırmasıyla güllələdi, Sibirin ölüm düşərgələrinə göndərlidi, çarəsizliyin iztirabını yaşadı bu şəhər. Ermənilər yenə Qarabağda Türk kəndlərini basmağa, insanları öldürməyə başlamışdı. Moskva da əl altından onlara dəstək verirdi. Köhnə oyun təkrar oynanırdı. Bütün Bakı xalqı Azadlıq meydanına axdı. 70 il səbir edən insanlar, bu oyuna üsyan etmişdi. Moskvanı etiraz mitinqləri, azadlıq mitinqinə çevrildi. Sovet İmperatorluğuna ilk etiraz idi bu... Bakının bu etirazı Moskvaya elə dərindən təsir etdi ki... 20 Yanvar 1990-cı ildə Sovet tankları Bakının yaralı ruhuna bir zərbə daha vurdu. Tank zəncirləri altından yüksələn qışqırıqlar, güllələnən uşaqlar, analar, atalar... Sovet mövqelərinə görə 132 ölü vardı. Amma xalq heç inanmadı bu rəqəmə. Xəzərə atılanları, itirilən cənazələri görmüşlərdi gözləriylə. İtkinlərinin 1000-ə yaxın olduğuna inandılar.
   
   Gözü yaşlı Bakı çarəsizlik içində, şəhidlərini çiyinlərinə alıb, Çəmbərəkənd qəbiristanlığına getdi. O gün yas günü idi, Bakının ürəyi yanmışdı; amma o gün sanki bir bayraq yüksəlmişdi. O gün tökülən qan, 70 illik qorxu imperatorluğunun, içində boğulduğu qan olmuşdu. O gündən sonra Bakının ziyarətgahı oldu o şəhidlik, "Şəhidlər Xiyabanı" yəni Şəhidlər Bağçası, Cənnət bağçası kimi...
   
   
   
   SONRA...
   
   
   
   Sonra o böyük Sovet İmperatorluğu, 1991-ci ildə kimsənin ağlına gəlmədiyi bir şəkildə dağıldı. Azərbaycan yenidən müstəqilliyini qazandı. Bakı üçün ümid dolu bir gələcək başladı; amma müstəqilliyin gətirdiyi coşğu da uzun sürə bilmədi. Bakının ürəyi bu dəfə də, Qarabağ atəşiylə yandı. Qədim Türk yurdu Qarabağa rus dəstəkli Erməni qırğınçıları yığışmışdı. Əvvəl vətəndaş əhali silahsız-sursatsız kənd-kənd özünü müdafiə etməyə çalışdı, sonra 1991-ci ildə qurulan könüllülər ordusu Qarabağa getdi.Nə qədərləri orada şahidliyə qovuşdu. Azərbaycanın hər küncünə olduğu kimi Bakıya da şəhidlər doldu. O şəhidlər də Şəhidlər Xiyabanında torpağa verildi. İndi orada, Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanı ermənilərdən qurtaran ordunun şəhidləri, 20 Yanvar şəhidləriylə birlikdədirlər. Bakı ağrılı bir ana kimi, bir tərəfdən şəhidlərini bağrına basmışkən, bir tərəfdən də Qarabağlı qaçqınların yaralarını qucaqlamağa çalışır indi. Bakı o gündən bu yana bütün enerjisini, Azərbaycan torpaqlarındakı işğalın sona çatması və Azərbaycanın inkişafı üçün sərf edir və sürətlə inkişaf edir.
   
   İnsanlar kimi şəhərlər də öz taleyini yaşayır. Və onun taleyi, sakinlərinin sevinclərindən, hüznlərindən, ağrılarından hörülür...
   
   
   
   İşdə Bakının taleyindən bir neçə ana xətt idi bu sətirlər...
   
   
   
   Universiteti bitirdikdən sonra, 1987-ci ildə Anadolu Universiteti, İctimai Elmlər İnstitutu, Səhnə və Görünüş Sənətləri bölümündə Aspiranturanı davam etdirdi.Dos. Dr. Kezban Gülərüz məsləhətçiliyində "Türk Kinosunda Mövzu" adlı müdafiə etdi.Daha sonra TRT-ə girərək sənədli proqramlaşdırma redaksiyasında çalışdı.2002-ci ildə 3-cü Safranbolu Qızıl Zəfəran sənədli film yarışması, Proyekt yarışmasında, münsiflər heytində oldu. 2003-cü ildə "Düşüncələr içində görüşmə" adlı proyektiylə 4-cü Safranbolu Beynəlxalq sənədli film festivalı, Proyekt budağı, Birincilik Mükafatını aldı.
   
   
   
   REJİSSORLUĞUNU
   
   ETDİYİ SƏNƏDLİ FİLMLƏR:
   
   
   
   Kültür Pəncərəsi - 1989
   
   Təpədəki Yelkənli - 1992
   
   Bir Yaman Türkü Çanaqqala - 1994
   
   Hörsün Melodiyası - 1994
   
   Dolmabahçe Sarayı - 1994
   
   Ərzurum Tabloları - 1994
   
   
   
   Hasankeyf - 1998
   
   Türkiyə Yazarlar Birliyi, İlin Televiziya Sənədli Mükafatı. 1998
   
   
   
   Yaranlar Məclisində Bir Gecə
   
   Sonsuzluğa Uzanmaq 2001
   
   Sənədli Kino Günləri. 2006
   
   Buzlar əridikcə - 2002 / 2003
   
   Xocalı qətliyamı - 2009
   
   Türkiyənin Bakı Səfirliyində göstərildi. 2009
   
   Qazi Universitetində göstərildi. 2009
   
   Anadolu Çöl Qoyunu - 2004
   
   
   
   SSENARİLƏRİ
   
   
   
   Düşüncələr İçində Görüşmə - 2003
   
   Qızıl Zəfəran Sənədli Film Festivalı, Sənədli Film Proyekt Budağı, Birincilik Mükafatı. 2003
   
   
   
   RAŞİT DEMİRTAŞ KİMDİR
   
   
   
   Universiteti bitirdikdən sonra, 1987-ci ildə Anadolu Universiteti, İctimai Elmlər İnstitutu, Səhnə və Görünüş Sənətləri bölümündə Aspiranturnaı davam etdirdi.Dos. Dr. Kezban Gülərüz məsləhətçiliyində "Türk Kinosunda Mövzu" adlı müdafiə etdi.Daha sonra TRT-ə girərək sənədli proqramlaşdırma redaksiyasında çalışdı.2002-ci ildə 3-cü Safranbolu Qızıl Zəfəran sənədli film yarışması, Proyekt yarışmasında, münsiflər heyətində oldu.2003-cü ildə "Düşüncələr içində görüşmə" adlı proyektiylə 4-cü Safranbolu Beynəlxalq sənədli film festivalı, Proyekt budağı, Birincilik Mükafatını aldı.
   
   
   
   REJİSSORLUĞUNU
   
   ETDİYİ SƏNƏDLİ FİLMLƏR:
   
   
   
   Kültür Pəncərəsi - 1989
   
   Təpədəki Yelkənli - 1992
   
   Bir Yaman Türkü Çanaqqala - 1994
   
   Hörsün Melodiyası - 1994
   
   Dolmabahçe Sarayı - 1994
   
   Ərzurum Tabloları - 1994
   
   
   
   Hasankeyf - 1998
   
   Türkiyə Yazarlar Birliyi, İlin Televiziya Sənədli Mükafatı. 1998
   
   
   
   Yaranlar Məclisində Bir Gecə
   
   Sonsuzluğa Uzanmaq- 2001
   
   Sənədli Kino Günləri. 2006
   
   Buzlar əridikcə - 2002 / 2003
   
   Xocalı qətliamı - 2009
   
   Türkiyənin Bakı Səfirliyində göstərildi. 2009
   
   Qazi Universitetində göstərildi. 2009
   
   Anadolu Çöl Qoyunu - 2004
   
   
   
   SSENARİLƏRİ
   
   
   
   Düşüncələr İçində Görüşmə - 2003
   
   Qızıl Zəfəran Sənədli Film Festivalı, Sənədli Film Proyekt Budağı, Birincilik Mükafatı. 2003

TƏQVİM / ARXİV