adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Fevral 2014 12:30
41124
SAĞLAMLIQ
A- A+

İcbari tibbi sığortanın tətbiqində dəyişiklik

Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Elman Mehdiyev deyib.

E. Mehdiyev bildirib ki, artıq bununla bağlı işçi qrup yaradılıb: "Bu qərar artıq Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclasında qəbul olunub. İclasda səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Elman Mehdiyev deyib ki, DSMF-dən işçi qurupda təmsil olunacaq nümayəndə seçilib: "Həmin işçi qurupunun üzərinə düşən ilk vəzifə tibbi sığorta faəliyyətinin təşkili ilə bağlı maliyyə modelinin bir daha nəzərdən keçirilməsi və müxtəlif alternativlərin hazırlanmasıdır”.