adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
25778 | 2011-01-15 08:13
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maariflçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarfiçlik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdın mənim yeni başladığım yazı dizisində,seriasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğrumaya bilməz.Təbii ki,bu yazılara arada bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşürünlür.Vəya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   - Siz bir yazıçı kimi öz taleyinizdən razısınızmı?
   
   Firudin Andac: - Yox, qardaşım, bu var də, Türkiyədə təkcə yazıçılıqla dolanmaq çox çətindi. Çox az adamlar bunu bacara bilirlər. Beş barmaq qədər olmaz. Bir Əziz Nesin, bir Yaşar Kamal... üçüncüsünü saymaq çətin. Mənim on illik üzərində işlədiyim bir kitabım var. Bu türk ədəbiyyatı tarixi üzərində bir toplu olacaq. Artıq neçə ildi yazıram və hələ bundan sonra da yazacağam, demək bir on il də olacaq və bu iyirmi il üçün mən zəhmət haqqı olaraq Siz deyən elə bir dəyər almayacağam. Ona görə də yazarlar bizdə çox nankor bir nəsildir. Buna görə də Türkiyədə bir iş, iki iş və hətta üç iş sahibləri də var.
   
   - Firudin, qardaşım, bir neçə günlük tanışlıqdan sonra, belə bir qənaətə gəlmək olar və sizin özünüz də etiraf edirsiniz ki, sizlər, bizim ədəbiyyata, xüsusilə müasir ədəbiyyata və onun ən yaradıcı adamlarına çox az bələdsiniz. Bunu bir tənqidçi və türk ziyalısı kimi nəylə izah edirsiz?
   
   Firudin Andac: - Burda belə bir iş var, qapalı bir politika bunun ən özəl günahkarıdır. Və mənim fikrim belədi ki, sovetlər ən öncə öz mədəniyyətlərini və öz yazıçılarını tanıtmaqla, başqa xalqların mədəniyyətinə və yazıçılarına bir ögey gözlə baxmışlar. Buradan da çox böyük bir tarazlıq pozulmuşdur. Ancaq belə bir iş də var, ONLAR TORPAĞIN BAŞQA BİR YANINDAN FIŞQIRAN ÖNƏMLƏRİ SAXLAMAQ ZORUNDA OLA BİLMƏMİŞLƏR. Məsələn, bir Oljas Süleymenov çıxmış, bir Çingiz Aytmatov çıxmış...
   
   - Firudin, qardaşım, mən böyük anlamda bütün türkləri nəzərdə tutmuram. Mən təkcə Azərbaycan türklərinin, belə deyək, ədəbiyyatını və onun yaradıcılarını nəzərdə tuturam...
   
   Firudin Andac: - İndi, hə, ona gələcəm... İndi təbii genəşmələr olmuş, getgi-gəlgi olmuş, ancaq Siz öz ədəbiyyatınızı dünyaya aça bilməmisiz. Bir qazaxlar daha çox, bir qırğızlar daha çox işlər görmüşlər. Nə bilim, Çingiz Aytmatov çıxıb getmiş, siz bir Rəsul Rzanı tanıda bilməmisiz. Yəni burada bir az sizin də suçunuz var. Rəsul Rza səksən doqquzdan tanınıb. Bir də Nazimin şeirlərində bəhs edildiyi üçün tanınmışdır. Bizdə heç Azərbaycan tarixi adlı bir şey yoxdur. Siz qapalı bir yerdəsiz, buna baxmayaraq, bizim buraya gələn yazarlarımız da Türkiyəyə qayıdandan sonra heç gəlib deməmiş ki, böylə bir yazarlar var, belə bir əsərlər var. GƏLMİŞLƏR, GÖRMÜŞLƏR, GETMİŞLƏR! Vəssalam.
   
   - Firudin, qardaşım, bu suala bir qədər diqqət elə, de görüm, sizin ağlınızda, sizin həyatınızda Azərbaycan sözü, Azərbaycan kəlməsi və anlamı nə vaxtdan olmuş?
   
   Firudin Andac: - Azərbaycan sözünü mən cocuqluğumda anladım. Həyatı bildim, biləli bu söz anlamımda oldu. Bizim düyünlərimizdə, toylarımızda bir azəri oyunları vardı, azəri mahnıları, oxumaları oxunardı. Heç unutmam, bir Laçın havası vardı (Firudin Andac bu mahnını oxudu və heyrətamiz gözəl oxudu - T.A.), sonralar buna bir orkestro öynəmi də oldu, yəni orkestrləşdirildi, mən böylə bir balaydım, bizim düyünlərdə eşitmişdim. Ayrı bir şey deyildi, bizim yaşamımızın, həyatımızın bir parçasıydı bu oxuma. Doğrudur, bizdə başqa türkülər də var, Egey türküləri var, Qara dəniz türküləri var, bunlar da bizim türkülərdir və bu Laçın kimi oxumaları da biz elə türkülərimiz sayırdıq, ayrı bir yerin olması ağlımıza da gəlmirdi. Təbii qaynaşmış bir kültürün, mədəniyyətin insanlarıyıq. Bəxt bizi ayırmış olsa da, türkülərimizi ayıra bilməmiş, bizim burada dayımız var, əmimiz var, yaxınımız var. Sizin orada dayınız var, əminiz var, babanız var. Təbii savaşlar olmuş, sürgünlər olmuş, ayrılıqlar olmuş, deyilmiş ki, sən bu tərəfə get, sən o tərəfə get və bütün bunlar bizə mane olmamış və lap cocuqluqdan yaxınlığım var Azərbaycanla.
   
   - Belə bir şey soruşum, sizdə bu türk kinolarının yayım vəziyyəti, əlbəttə, mən burada göstərilən türk kinolarını nəzərdə tutmuram, ümumiyyətlə, türk kinosunun bugünkü vəziyyəti necədi, hansı anlamdadı? Siz dünənki söhbətimizdə çox gözəl türk rejissorlarının adlarını çəkdiz və onların sənətini dünyanın ən öncül sənətkarları olan Antonioni, Fellini, Berqman, Bertoluççi kimi şəxsiyyətlərlə yanaşı qoyduz, bu doğrudanmı belədi, yoxsa...
   
   Firudin Andac: - Bizdə kino sənəti gerçəkdən Yılmaz Güneyin şəxsində çox uğurlar qazandı və dirçəldi. Və hətta Yılmaz Güneyi yetişdirən sənətçilərimiz var, məsələn, Atif Yılmaz. Kinomuza bir YENİ DALĞA deyilən dəstə gəldi, bununla bərabər bir neçə sənətçimiz var ki, onlar daha önəmli filmlər çəkirlər. Atif Yılmaz çox önəmli sənətçidir və hər yeni filmində özünü ötüb keçir. Başqalarını deyim: bir Əli Özgəntürk var, bir Ərdən Kral var, Şərif Görən var, saysam iyirmiyəcən dəyərli yönətməniz var, bunlar Qərb sənətini təqlid etmirlər və ondan yaradıcı surətdə öyrənirlər. Bunlar yeri gələndə İsveç kinosundan öyrəniblər, İtaliya kinosundan, Fransa kinosundan, daha nə bilim, kimlərdən qidalanıb, önəmli sənət əsərləri çəkirlər. Bir şeyi deyim ki, sizin burda izlədiyiniz filmlər artıq Türkiyədə arabeski filmlərdir ki, onlar sadəcə gəlir üçün çəkilir. Və türk xalqı belə əsərlərə meyl etmir, daha dəyərli kino əsərlərinə can atırlar. Bir müddət Amerika kinosu Türkiyəni öz qanadları altına aldı və kinomuzda bir tədirginlik yarandı, kino-teatr üzünü tutdu amerikan kinosuna. Bu çox çəkmədi. Ancaq qorxulu o idi ki, yaxşı çəkilən türk filmləri gizlin qaldı və onları göstərmək işi çətinləşdi, yer tapılmadı. Ən son film, deyim ki, Atif Yılmaz bizim gənc bir romançının əsərindən bir film çəkdi, ancaq çox təəssüf ki, o göstərilmək üçün heç kəsin diqqətini çəkmədi. Şirkət başçılarını nəzərdə tuturam. Bir həftə göstərildi, sonra yenə də amerikan filmlərinə gediş çoxaldı. Bu ondan irəli gəlmiş ki, heç bir kinoçunun özünün elə bir kino evi yoxdu ki, aparıb orada göstərsin və buna görə də şirkət sahibləri öz işlərini istədikləri kimi qururlar. Əvvəllər Türkiyədə daha çox film çəkildiyi halda indi iyirmi, otuz film çəkilir. Bizim kinomuz üçün ən böyük təhlükə də budu. Türkiyədə müxtəlif festivallar var, bunlar İstanbul festivalı, İzmir festivalı, Ankara festivalı... bəli, bəli, Avropa səviyyəsində festivallardı, bunlar türk kinosunun Qərbə açılmasında böyük işlərdi.
   
   - Başqa yerlərdən gələnlər çoxmu?
   
   Firudin Andac: - Çox, ancaq nə yazıq ki, biz gürcü kinosunu tanıdıq, ancaq Azərbaycan kinosunu tanıya bilmədik. Dünyanın ən önəmli sənətkarları bu festivala gəlir.
   
   - Bayaq siz dediniz ki, çəkilən filmlərinizin əksəriyyətinin ssenarisini bədii əsərlər təşkil eləyir. Bu eynilə bizdəki kimidir. İndi bizim televiziyada vaxtilə oxuduğumuz "Çalıquşu" romanı əsasında çəkilmiş film tez-tez nümayiş etdirilir.
   
   Firudin Andac: - Əvət, ancaq indi Türkiyədə "Çalıquşu" baxılmaz. Artıq onun vaxtı keçmiş hesab olunur. Mənim fikrimcə, bütün bunları, yəni Sizin dediyiniz kimi, bəzi şeylərin buraya gec gəlib çıxmaması üçün, ortaq bir dərgi, toplu çap olunsa, belə xətalardan tez yaxa qurtarmaq olar. Yəni hər təzə əsər elə vaxtında gəlib çıxar və yaxud heç olmasa onun haqqında bəzi başqa tərəflər barədə bilginiz daha yaxşı, daha tez olar. Açığını deyək ki, bu cür şeylərlə elə sizdə də, bizdə də çox vaxt ancaq yazıçılar, şairlər, sənət adamları maraqlanır və hətta deyim ki, bu ortaq topluların sayından çox olması da bir o qədər vacib deyil.
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV