adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Fevral 2014 00:52
44559
ƏDƏBİYYAT
A- A+

GÖRKƏMLİ ALİM İŞ ZAMANI - PROFESSOR KAMAL ABDULLA

İngiltərədə nəşr olunan, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) ən son yenilikləri, həmçinin tədbirlər və eksklüziv müsahibələr barədə məlumatlar verən aylıq TEAS Jurnalının 1/2014 buraxılışında yazıçı Kamal Abdulla ilə müsahibə dərc olunmuşdur. Aşağıda həmin müsahibəni diqqətinizə təqdim edirik.

Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullanın adı çox görkəmli müasir Azərbaycan alimləri arasında mühüm yer tutur. Əvvəldən dilçiliklə məşğul olmuş və hal-hazırda bir neçə roman müəllifi olan prof. Kamal Abdulla bu yaxınlarda Orta Əsr "Kitabi-Dədə Qorqud"unu özünün çıxış nöqtəsi kimi qəbul etmiş bir trilogiya qələmə almışdır. Trilogiyanın " Yarımçıq Əlyazma" adlı birinci hissəsi indiyə qədər fransız, türk, rus, polyak, ərəb, portuqal , alman və qazax dillərinə tərcümə olunmuşdur. Bu prof.K.Abdullanın həmin Türk epopeyasının ilk və yarımçıq layihəsinin bədii təsvirindən ibarət olub, Oğuz eli arasında olan bir xainin iç üzünün ifşa olunması ilə bağlı aparılmış bir tədqiqatı özündə əks etdirir. Bununla yanaşı, bu, XVI əsrdə mövcud olmuş Səfəvilər dövlətinin banisi və hökmdar-şairi Şah İsmayıl Xətaiyə aid həm də başqa bir hekayətdir. Avropa Azərbaycan Cəmiyyətinin ( AAC ) təşkilatçılığı ilə 2013-cü ilin sonlarında bu kitabın İngilis dilinə tərcüməsinin təqdimatı Birləşmiş Krallıqda, London Pikadilli Waterstone Flaqman mağazasında keçirilmişdir:
-Bakı Slavyan Universitetində Sizin vəzifəniz nədən ibarətdir?
-Burada mənim əsas rolum - keçmiş prezidentimiz Heydər Əliyev tərəfindən əsası 2000-ci ildə qoyulmuş və hal-hazırda təxminən 3000 tələbəsi olan Bakı Slavyan Universitetinin inkişafına yönəlmiş bir sıra işlər görməkdən ibarətdir. Sovetlər dönəmində ikən bir çox respublikalarda olduğu kimi, əvvəllər burada da, Rusiya modellərinə əsaslandırılaraq tədris olunan əsas fənn Rus dili və ədəbiyyatı idi. Prezident Heydər Əliyev İnstitutun məhz mahiyyətini dəyişdirərək genişləndirmiş və bunun da nəticəsində burada polyak, bolqar, belarus, çex və ukrayın dillərinin tədrisinə başlanmışdır. Daha sonralar isə Universitetdəki profillər Slavyan dünyası hüdudları çərçivəsindən də kənara çıxmış və bunun nəticəsində hal-hazırda burada əlavə olaraq, ingilis, alman, yunan, türk, fransız və Azərbaycan dilləri də tədris olunmaqdadır. Universitetdə tədris olunan fənnlərin əsas elementi - həmin ölkələrin tarixi və mədəniyyəti ilə əlaqəli dil tədrisinin tamamlanmasından ibarətdir.
Həmçinin humanitar yönümlü orta məktəb yaratmış Bakı Slavyan Universiteti eyni zamanda Magistr və Doktorluq qəbul proqramları üzrə də fəaliyyət göstərir. Bakı Slavyan Universiteti həmçinin burada tədris olunan dillər və onların mədəniyyətlərini öz daxilində əks etdirən mədəniyyət mərkəzlərini də özündə birləşdirir. Eynilə burada olduğu kimi, artıq Moskvada, Minskdə, Kiyevdə, Poltavada və Sofiyada indiyə qədər Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılmış və hələ bundan sonra bir çoxları da gələcəkdə açılacaqdır. Belə mərkəzlərin açılışı, əlbəttə ki, tələbələr və müəllimlər arasında Azərbaycana marağı təbliğ etmək və onları Bakı Slavyan Universitetinə gəlib təhsil almağa sövq etmək məqsədi daşıyır.
"Kitabi-Dədə Qorqud" və almanların "Nibelunqlar nəğməsi"nə nəzər saldıqda isə bizim beynəlxalq proqramlar onillik beynəlxalq layihələri özündə cəmləşdirir. Bu layihənin əsas istiqaməti Beowulf və digər bu kimi dastanların müqayisəli şəkildə öyrənilməsidir. Bakı Slavyan Universiteti və Johannes Gutenberg Maynz Universitetində təşkil olunmuş iri miqyaslı silsilə konfranslar indi artıq qismən başa çatmaq üzrədir. Hər iki təşkilatçı tərəfindən əsas diqqət bu əsərlərin müqayisəli dilçilik və ədəbi xarakteristikasına yönəlmişdir. Qalan konfranslar isə gələcəkdə tarixi və mədəni mühitləri də daxil olmaqla, müxtəlif epopeyalar arasında mövcud olan ümumiliklərin tədqiqinə həsr olunacaqdır. Sonuncu konfrans bu epopeyaların müasir qiymətləndirilməsi və dərk olunması məsələlərinə həsr olunacaq. Bu üç epopeyanın, həmçinin, İqor Polku haqqında dastan ( Rusiya ), Roland nəğməsi ( Fransa ) və yunan mifoloji mətnləri daxil olmaqla tədqiq edilməsi bir daha göstərir ki, ayrı və çox uzaq ölkələrdən olmalarına rəğmən milli epopeyalar həmişə oxşar düşüncə tərzi qəbul etmiş müəlliflərlə birgə ümumi bir yol izləmişlər.
-Zəhmət olmasa, bir qədər Kitabi Dədə Qorqudun Azərbaycan ədəbiyyatı tarixində əhəmiyyətindən danışın.
-Bu epopeya Azərbaycan ədəbiyyatı, dili və analitik təfəkkürünün məhz başlanğıcına işarə edir və sanki bir mənəvi quruluş modeli kimi fəaliyyət göstərir. Bu rəvayət hadisələrin idrak və münasibətlərə necə təsir göstərə bildiyini və dostunuzla düşməninizin kim olduğunu açıb göstərir. Bu isə özünü analara məhəbbət və digər kəskin hallar zamanı üzə çıxan davranış emosiyaları kimi hisslərdə əks etdirir. Bu kitab sanki mənəvi dərs və həyat universitetidir. Təəssüf ki, bu qəhrəmanların bəziləri sonralar ideallaşdırılmış və Azərbaycan folklorunda öz insani keyfiyyətlərini itirməklə bütlərə çevrilmişlər.
-Nəyə görə Siz "Yarımçıq Əlyazma" kitabını yazmaq qərarına gəldiniz?
-Bu kitabı yazmaq istəyi artıq uzun illər idi ki, mənim ürəyimdə və qəlbimdə idi. Mən Kitabi Dədə Qorqudu öncə tələbə kimi, sonralar isə namizədlik və doktorluq dissertasiyalarımda linqvistik xüsusiyyətlərinə dair tədqiq etmişəm. Mən həmçinin bu rəvayətin sirrlərini tədqiq edən "Gizli Dədə Qorqud" haqqında da bir neçə kitab yazmışam. "Yarımçıq əlyazma"nın əsas məqsədi əvvəllər tədqiqə cəlb olunmamış motivlərin süjetə cəlb olunmasıdır. Mən öz kitabımda indiyədək toxunulmamış mənaları açaraq izah edirəm.
Mən hiss etdim ki, bu epopeyanın qəhrəmanlarını əvvəllər heç vaxt görünməmiş perspektivdən nəzərdən keçirmək və onların simalarının gizli xüsusiyyətlərini təsvir etmək mənim üçün zəruridir. Məqsədim onların da bəşəri nöqsanlara malik adi insanlar olduğunu göstərmək idi. Bir neçə azərbaycanlı tənqidçi mənim bu milli qəhrəmanların sanbalını kiçiltmək məqsədi güddüyümü iddia etdilər. Halbuki, mən mübahisə edərdim ki, onların insanlıqlarını vurğulamaq onların böyüklük və əzəmətinin artmasına xidmət etmişdir.
Digər yerli və xarici tənqidçilər isə bu kitabla bağlı, xüsusilə də, "Kitabi-Dədə Qorqud"dan olan surətlər və hadisələrin Şah İsmayılı təsvir edən yeni rəvayətə əlavə olaraq müasir sui-qəsdin necə birləşdirilməsi üsuluna çox positiv və minnətdarlıqla yanaşmışlar. Bir çox oxucular bu kitabın onları orijinal "Kitabi-Dədə Qorqud"u yenidən oxumağa sövq etdiyini söyləmişlər.
-Bu kitab ilk oxucularını Kitabi Dədə Qorquda cəlb etmək üçünmü yazılmışdır?
-Əvvəllər mən düşünürdüm ki, öncədən "Kitabi Dədə Qorqud"u oxumamış "Yarımçıq əlyazma"nı adekvat şəkildə qiymətləndirmək qeyri-mümkün olacaq. Məsələn, kitab portuqal dilində nəşr olunub, lakin mənim Braziliyada kiminsə orijinal dastanı oxumuş olduğuna dair çox böyük şübhəm var. Faktiki olaraq, Braziliyalı tənqidçilər "Yarımçıq əlyazma"nı mifoloji detektiv əsər kimi qiymətləndirmişlər.
Əslində, mənim kitabım gərək, öz-özlüyündə, inteqral bir iş kimi qiymətləndirilsin, və mənim ilk qiymətləndirməmin tamamilə əksi, əslində, həqiqi ola bilər, belə ki, "Kitabi-Dədə Qorqud"la bağlı məlumatlı şəxslər mənim əsərimi anlamağa hazır olduqlarından bir qədər təzyiqə məruz qaldıqlarını hiss edə bilərlər ki, bu da bir çağırış kimi görünə bilər. "Kitabi Dədə Qorqud" 12 müxtəlif boydan ( kitabdan) ibarətdir və bəzi tənqidçilər iddia etmişlər ki, "Yarımçıq əlyazma" "Kitabi Dədə Qorqud"un çoxdan bəri gecikmiş 13-cü boyu (kitab) hesab oluna bilər.
"Yarımçıq əlyazma"nın Şah İsmayıl bölməsindəki surətlər "Kitabi-Dədə Qorqud"dakı xəyali qəhrəmanlarla yanaşı, həqiqətdə mövcud olmuş real şəxsiyyətlərdir. Bəzi surətlər orijinalda sadəcə ötəri şəkildə qeyd olunsalar da, indi burada onlar tam şəkildə təsvir olunurlar. Bu roman orijinal kitabın əsaslarına dayanan Dədə Qorqud haqda bir fantaziyadır.
-Nəyə görə Siz "Yarımçıq əlyazma"da Şah İsmayıl surətini birləşdirməyi qərara aldınız?
-"Yarımçıq əlyazma"da Şah İsmayılın hekayəsi kitabın qalan hissəsindən ayrılmışdır. Bu bölmə bu əlyazmanın mürəkkəb və dolaşıq təbiətini vurğulamağa xidmət göstərir. Mən Şah İsmayılı orada təsvir və xarakterizə etdiyimə görə tənqid olunmuşam. Mənim kitabımda o, döyüşdə həlak olur, lakin həqiqi tarixi şəxsiyyət həmin döyüşdən on il sonra belə yaşamış və ölkəni idarə etmişdir. İnsanlar Şah İsmayılın bura daxil edilməsini sual altına alarkən, mənim cavabım " Nədən olmasın?" olur. Burada mətnlərarası əlaqə vardır və həqiqi surətlərlə mifoloji surətlər bir-birilə çox sıx və qırılmaz surətdə bağlıdırlar.
-Trilogiyanın "Yarımçıq əlyazma"dan sonrakı romanları öz tarixçələrini hardan götürürlər?
-Trilogiyanın digər iki hissəsi Anne Thompson tərəfindən ingiliscəyə tərcümə olunmuş "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox" kitablarıdır. "Sehrbazlar dərəsi" "Kitabi-Dədə Qorqud"la əlaqəlidir. "Unutmağa kimsə yox" isə müasir dövrə köklənmiş və bir mağarada tapılmış yazıdan bəhs edir. Bu yazı aydınlaşdırır ki, o, özünün ölmüş arvadına əri tərəfindən yazılmış epitafiyanın bir hissəsidir və biz böyük tarixi mətnlər axtarışında olduğumuzu sanırkən, kiçik bir sevgi məktubu ilə rastlaşırıq.
Mən "Kitabi-Dədə Qorqud"u analoji olaraq çoxlu kökləri olan və hər birinin özünü mənim trilogiyamda bir cild kimi göstərən böyük bir ağacın gövdəsi kimi təsvir edirəm. "Yarımçıq əlyazma"nın əsas ideyası bundan ibarətdir: " öz şəxsi mənfəətiniz üçün bütlər yaratmayın" ; "Sehrbazlar dərəsi"ndə isə əsas ideya : " nifrətlə yaşamayın" - söyləyir. "Unutmağa kimsə yox" kitabının əsas ideyası budur: " tək bir dünyada yaşamayın, və bir dünya ilə məmnun olmayın, çünki o, paralel dünyaların birgə mövcudluğunu tədqim edir."
-Bəs bütün trilogiya tam şəkildə Azərbaycanda artıq nəşr olunubmu?
-Kitabların üçü də Azərbaycanda 2004-cü ildən 2011-ci ilə qədər nəşr olunmuşdur. Azərbaycan versiyasına əlavə olaraq, "Sehrbazlar dərəsi" kitabı indi artıq rus, türk, fransız və yapon dillərinə tərcümə olunmuşdur. "Unutmağa kimsə yox" isə hal-hazırda rus dilinə tərcümə olunur.
-Bəs bu kitabların sadələşdirilmiş televiziya və ya film versiyalarının istehsalı ilə bağlı hər hansı bir planlarınız varmı?
-Mən "Şah", "Şair və Şah İsmayıl" bölmələri üçün səhnə parçaları artıq yazmışam. Bu və digər tamaşalar artıq Gürcüstan, Estoniya və Azərbaycanda ifa olunmuşlar. Mən həmçinin "Yarımçıq əlyazma" kitabının filmə çəkilməsi ilə bağlı İtaliyadan sorğular da almışam.
"Yarımçıq əlyazma"nı sifariş etmək üçün göstərilən ünvana müraciət edin:
http:/bit.ly/ kamalabdulla