adalet.az header logo
  • Bakı 13°C

ONLARIN DüNƏNi : TüRKiYƏ və TüRKiYƏLiLƏR - 5

TOFİQ ABDİN
15968 | 2010-12-11 06:03
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb.Dünənimizdə Kimlər və Haralar var.Bu Kimlər orlarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi, keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
   
   Proektimizin davamı olaraq Türkiyə haqqında yazılarımıza başlayırıq. Əslində bu mənim gördüyüm Türkiyədir.Bir qədər sadəlövh, tərtəmiz düşüncəylə görünən və yazılan Türkiyə.Eynən bu rubrikada daha nələr olacaq. İzləməyə dəyər.
   
   ***
   
   
   
   Bizə verilən izahat vərəqində buranın daha dəqiq adı belədir: Yeraltı şəhər. Bunu ona görə deyirəm ki, lağımla yeraltı şəhərin fərqi seçilsin: bura həqiqətən yeraltı şəhərdi. Yerin dərin qatlarına endikcə, dediyim kimi bütün şərait nəzərə alınmış və hətta buranın havasının dəyişdirilməsi üçün də hər şey nəzərdə tutulmuşdurg
   
   Səfərimizin beşinci günüdür. Ankaradan bir az da uzaqlaşırıq və İstanbulayaxınlaşırıq. Hələ çox var İstanbula. İndi məşhur Konya şəhərindəyik.
   
   Səfərdi də. Biz də ki, turistik. Arada bəzi şeylərlə, əşyalarla da maraqlanırıq. Və mən bizim çox istiqanlı, mehriban və hətta bizdən ayrılanda rusların belə ağlamaq dərəcəsinədək sevdiyi sürücümüz Həsəndən Ankarada soruşmuşdum ki, "Quran"ı tapmaq mümkündümü? Həsən çox güman ki, bizdən əvvəllər də turistləri gəzdirib və soruşan kimi dedi: Məsləhət görürəm ki, Konyada axtarın.
   
   Aydındı. Konya. Mövlana məscidinin yerləşdiyi şəhər. Müsəlman təriqətinin əsasının qoyan fırfıra dərvişlərin fəaliyyət göstərdiyi, qürub çağlarında məscidi min rəngə boyanan Konya şəhəri.
   
   Ankara ilə Konya arasındakı şosse yol o qədər rahat və o qədər genişdir ki, hətta bu yolla təyyarə də düşə bilər. Bu da Türkiyənin strateji mövqeyi ilə bağlı bir faktdı. Bu yol daha uzundu. Ancaq rahatdı. Çox rahatdı (arada bir bunu da deyək).
   
   XI əsrdən başlayaraq Konya Səlcuq dövlətinin paytaxtı olub.
   
   Konyanın ilkin adı İkonium olmuşdur və bu şəhər göz işlədikcə uzanan quru səhralardan sonra insanın qarşısına çıxan ilk yaşıl bir sahədir ki, dənizdən çox uzaqda olmağına baxmayaraq elə bu yaşıllığına görə də buranı şəhər salmaq üçün münasib biliblər. Konya öz şöhrətinin yayılmasında səlcuqlərə daha çox borcludur. 1116-cı ildə səlcuq sultanlarından biri olan Birinci Qılınc Arslan bu yeri zəbt eləmiş və onu paytaxt elan etmişdir. Qılınc Arslan öz ölkəsini Rum adlandırmışdır.
   
   Başqa bir səlcuq sultanı Ələddinin vaxtında (1219-1236) Konya bir daha tanınmış və çoxlarının diqqətini çəkmişdir. Ələddinin hakimyyəti olmasına baxmayaraq, həmin dövrdə Bəhəddin-vələd daha məşhur olmuş və o öz oğlu Cəlaləddin Rumi ilə Konyaya gəlmişdir. Bir müddət sonra həmin bu adam Mövlanə adı ilə daha da məşhurlaşmış və fırfıra dərvişlərin Qardaşlıq birliyini yaratmışdır. İslam dünyasının ən görkəmli nümayəndəsi olan bu şəxsiyyət indinin özündə də dahi şair və filosof kimi məşhurdur.
   
   Doğrudur 1926-cı ildə Atatürk dərvişlərin fəaliyyətinin qarşısını almağa cəhd etmiş və bir müddət onların fəaliyyəti dayandırılmışdır. Qeyd eləyək ki, Ramazan ayı hər il dəyişir, başqa aylara keçir, bu heç də Konyada yaşayan insanların nə maddi, nə də mənəvi çətinliyinə səbəb ola bilmir.
   
   Konya Türkiyənin ən böyük əyalət şəhərlərindən biri hesab olunur. Şəhərin əhalisinin sayı yeddi yüz minə yaxındır (1974-cü il hesabına görə). Şəhərdə Səlcuq dövlətinin tikililərinin qalıqları saysız-hesabsızdır. Burada Koratay mədrəsəsi, Səlcuqların sarayları, Ələddinin məscidi və başqa tarixi abidələr boy verməkdədir. Konya Mövləvi başçılığının təriqətinin paytaxtı olub, buna görə də hər ilin dekabr ayında Mövlanə məscidinə xüsusi gəzinti başlanır.
   
   Ümumiyyətlə, Türkiyədə yetmiş yeddi min məscid var. Bunlardan 15 minə yaxını İstanbulda yerləşir. Bu məscidlərin çoxu Aya Sofya üslubunda inşa edilmişdir.
   
   Türkiyədə ən adlı və tanınmış məscidlərdən biri də Ələddinin məscididir ki, həmin məscid XIII əsrdə inşa edilmişdir.
   
   Bu məscidin ən qabarıq xüsusiyyətlərindən biri odur ki, burada cəmisi altı dayaq sütunları, dirəkləri vardır. Osmanlı imperiyası zamanında tikilən məscidlərin girəcəyində, qapının üst tərəfində qılınc rəsmlərinə rast gəlmək olar. Qılınc - döyüşkən, vuruşqan osmanlıların həyat və yaşayış esblemi olmuşdur.
   
   Səlcuqların özlərinin belə bir deyimi qalır: gəz, bütün dünyanı gəz, ancaq ən əvvəl Konyanı gör!"
   
   
   
   "Gəldik. Gördük. Sevdik!"
   
   "Gəldikg Gedirik"
   
   
   
   Yolumuz Dənizli şəhərinədi. Dənizliyə qədər yol nə az, nə çox 440 kilometrdir. Gedirik bu yolu, inanın ruhumuz da incimir. Ruhumuz incimir ona görə ki, yol yoldu. Bunu əvvəllərdə də dedik. Bir də ruhumuz incimir ona görə ki, gedəcəyimiz şəhərin lap elə adının özü də bizi çəkir: Dənizli.
   
   Dinizlidə bir qoca Gierapolis şəhərinin qalıqlarının memarlıq izlərinə baxırıq. İzləri deyirəm ona görə ki, artıq bu şəhər yoxdu. Böyük zəlzələlər nəticəsində yerlə-yeksan olmuşdur.
   
   Şəhərin ən gözəl yerlərindən biri olan teatr binasının qalıqlarına baxırıq. Bizi müşayiət eləyən Əfşan xanımın məlumatına əsasən bu teatr Türkiyənin ən gözəl teatrlarından biri olub.
   
   Dediyim kimi, Dənizliyə gedən yol uzun və uzun yollar boyu uluslar keçirik, kəndlər keçirik, şəhərlər keçirik. Əfşan xanım bu keçdiyimiz şəhərlər və uluslar haqqında geniş olmasa da gözəl məlumat verir. Danışır yol boyu. Əlbəttə, mən yazımın əvvəlində dediyim kimi hər məlumatı yazmaq imkanı olmasa da, bəzi şeyləri qeyd eləyirəm və diktafonu da qurmuşam, lap elə maşın gedə-gedə yazıram.
   
   Hələ Dənizliyə var. Ona görə də mən istəyirəm yolüstü dayandığımız bir kiçik qəsəbədəki görüşüm barədə danışım.
   
   İstirahət üçün bizə vaxt ayrılır. Hərənin öz imkanı var istirahət üçün. Hərə bir şey seçir. Mənim jurnalist damarım atdanır.
   
   Yenə də kaset axtarmağa gedirəm və hardansa qulağıma musiqi səsi gəlir. Türk mahnısı oxunur. Yəni başqa mahnı səsi də gələ bilərmi? Bu səsi tuta-tuta gedirəm və gəlib bir geniş sahəyə çıxıram. Bizim dayanacaqdan bir o qədər də uzaqda deyil və hələ bir saatadək vaxtımız var. Baxıram ki, toydu. Heç şübhəsiz türk toyudu. Adamlar dəstə-dəstə durublar. Bir tərəfdə qadınlar. Yuxarı başda musiqiçilər əyləşib, onun da yanında mənə elə gəlir ki, sərpayı var. Musiqi çalınır. Oxuyanlar professional, peşəkar deyillər. Bu o saat diqqəti çəkir. Peşəkar olmasalar da şirin oxuyurlar. Ləhcə gözəldi, musiqi yapışıqlıdı. Çəkilib bir kənara xeyli tamaşa eləyirəm.
   
   Ortada ağ donlu qız oynayır. Onun ətrafında beş-altı cocuq var. Onlar (bu qız şübhəsiz gəlin idi) bu qızın başına fırlana-fırlana oynayırlar. Rəqs eləyirlər. Bir mahnı başqasını əvəz eləyir. Gəlin hələ də ortalıqdadı. Çox maraqlıdı ki, özü musiqiçilərə yanaşır, havanı dəyişdirir və sakit əqs eləyir. Bir ağırlıq var rəqsinlə. Təbiidi ki, xatun rəqsidi, gəlin rəqsidi. Beləcə də olmalıdı. Mən bu mahnılardan bir neçəsini lentə alıram. Tanış bir melodiya, tanış bir mahnı qulağıma çəkir. Musiqiçilər "Əsmərim" mahnısını ifa eləyir və oynayır.
   
   Bu toy hələ yəqin ki, uzun çəkəcək. Uzun çəkəcək ona görə ki, hələ saat üçdür... Hələ o qədər adam gəlsin kig Hələ o qədər mahnılar oxunsun kig Layiqdi türklər bu toya, bu sevincə. Layiqdi bütün xalqlar, bütün insanlar kimig
   
   Sonra kaset ardınca bir mağazaya girirəm. Ağzımı açan kimi satıcı (o, piştaxtanın arxasında idi) gülümsünür və məni lap yanına dəvət eləyir. Soruşur: hardan gəlmisən? Deyirəm və elə buna bəndmiş kimi stul çəkir: otur, otur, - deyir. Tələsmə, bir söhbətləşək.
   
   Otururam. Yaxından tanış oluruq. Mənim nəçi olduğumla maraqlanır. Və əlimdəki maqnitafonu görən kimi bir az ciddiləşir. Mən onunla söhbətimi yazmaq istəyirəm. O bir o qədər etiraz eləmir. Ancaq nəsə istəmir ki, danışığımızı yazım. Nəhayət, deyir: saxla, əfəndim, saxla bu kaseti, Moskvanı tənqid eləyən şeyləri yazarsan ora. Mən deyirəm ki, qorxmayın, sizin səsinizi mən heç yerə təqdim eləyən deyiləm. Və mən ən çox onun səsini yazmaq istəyirəm ki, söhbətinin bir yerində deyir: mən də yazaram. Baxmayaraq ki, bu dükanlar mənimdi. İstəyirəm ki, Türk Yazarlar Birliyinə üzv yazılam. Bu məni daha da maraqlandırır. Mən xahiş eləyirəm ki, bəlkə bir şeir oxusun. Deyir ki, şeirlərim çoxdu. Kitab halında çap eləməyə hazırlaşmışam. Ən çox cocuqlar üçün yazıram. Bizim Türkiyədə cocuqlar üçün, bilməcə, bulmaca kitablar çox azdı. Mən ən çox bilməcələr yazıram. Deyirsən onlardan bir neçəsini oxuyum. Gör cavablarını tapa bilərsənmi? Mən istəyirəm ki, bu bilməcələr, bu bulmacalar həm də kiçik-kiçik rəsmlərlə birgə çap olunsun.

TƏQVİM / ARXİV