adalet.az header logo
  • Bakı 20°C

Bir gəlin sevdim!

TURAL SAHAB
60490 | 2014-02-21 00:44
Bir gəlin sevdim, yəni ailəsi, həyatı alt-üst olan bir qadın. Bir yuxu gördük sonra o, həqiqəti gördü. Dedi: "Qadası, biz xöşbəxt ola bilmərik, qoymazlar yaşamağa, şərəfsizliyi, qadın ağlatmağı kişilik bilən kişiciklər və onların qulu olmuş qadıncıqlar".
Mən, onlarca qadın tanıdım ailəsi dağılan, xəyalları tari-mar olan.
Kimisi, kiminsə sözünə görə.
Kimisi də övlada həsrət qaldığına görə.
Və hamısı da inanıb, güvəndiklərinin kişi olmadığına görə.
Göz yaşları qayaları yumşalda bilməz, daş qəlbliləri də həmçinin.
Qadın sevginin və şefqətin rəmzidir.
Qadın sevilmək üçün yaradılmışdır, əzilmək, həyatı məhv edilmək üçün yox.
İndi bir gəlin sevdim desəm, indi məhv olmuş bir qadının göz yaşlarını silmək istədim yazsam, nələr-nələr deyərlər haqqımda.
Ancaq arvadını boşayanlar, nə bilim hansı alçaqlıqlarısa edənlər cəmiyyət tərəfindən heç bir qınağa tuş gəlmir.
İnsanlar niyə bu qədər daş ürəkli oldular görəsən. Bu cəmiyyət, bu insanlar öz övladlarına niyə bu qədər biganə yanaşırlar.
Sabah nə bilirik, bizim də qızımızın, bacımızın başına bu iş gəlməyəcək. Gözümüzün önündə sevdiklərimizin acı çəkməsini görsək necə olarıq?
O, qadınlar da kiminsə sevdiyi, bacısı, qızı deyilmi?
Bir gəlin sevdim, həyatı məhv olmuş bir qadın. Gözləri sevgi dolu, ümidləri qaranlıqlara qərq olmuşdu. Baxa bilmədən gözlərinə keçdim yanından, gözlərinə baxacaq cəsarətim olmadı.
Məhv etmişdi özünə kişi deyən biri həyatını.
Məhv etmişdi bu cəmiyyət, bu insanlar onu.
Bir gəlin sevmişdim, ailəsi dağılan bir qadına "gəlin" adını verib onu aşağlayanlara lənət yağdıraraq.
Sevgi bu dünyada qanadından vurulmuşdu.
Sevgi ürəyindən xəncərlənmişdi.

Tural Sahab

TƏQVİM / ARXİV