adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ONLARIN DüNƏNi: R.iBRAHiMBƏYOV:

TOFİQ ABDİN
20824 | 2010-07-03 00:16
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsil üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədir.
   
   Bu gün davamı önümüzdəki həftələr də yayınlanacaq yazıyla Xalq yazıçısı Rüstəm İbrahimbəyovun DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik. Heç bir izahat vermədən dünyamızda izi qalan insanlardan biridi Rüstəm İbrahimbəyov.
   
   Bu günləri gətirənlərin sırasında ilklərdəndir.
   
   Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   (əvvəli ötən şənbə
   
   sayımızda)
   
   
   
   
   
   ÜÇ FAKTOR
   
   
   
   Üç faktor əsasdı. Siz deyəndə ki, bu yenidənqurmaya inanırsınızmı: mən, düzdür, dəqiq cavab verə bilmirəm, ancaq nəticəyə inanıram ki, bu başa çatmalıdır. Mane olsalar da, bu kiminsə mənafeyinə toxunsa da, kimsə geri çəkilməli olsa da, biz qələbə çalmalıyıq. Nəticə belə olmalıdır. Bu xüsusilə mənim nəslim üçün, bizim yaradıcı nəsil üçün ən son imkandır. Mən bu imkandan istifadə etməyə bilmərəm və bunda iştirakçı olmaya bilmərəm. Nəticəsi nə olacaq: onu deyim ki, yenidənqurma ikitərəfli gedir: yuxarıdan və aşağıdan. Və bu iki tərəfin arasında çətin keçilən bir dağ var ki, biz bu dağı yarıb rastlaşmalıyıq. Bir bürokratiya, sovet bürokratiyası var ki, bunu aradan götürməliyik. Biz, dedim ki, bir-birimizin yanından ötüb keçək, bir-birimizi görməyək. Görməyək ona görə ki, həmin dediyim o müqavimət bizi bir-birimizdən aralamağa çalışır, can atır. Qurultayda bizim həyəcanlı çıxışımızı çoxları Mərkəzi Komitədə, "xuliqanlıq" kimi qələmə veriblər. Və yaxşı ki, buna inanmayıblar.
   
   Və beləliklə, əgər biz bu tuneli, bu yarğanı yarıb üz-üzə gəlsək, deməli, hər şey yaxşı olub.
   
   Biz indi ideyaca bir-birini tamamlayan, bir-birinin başa düşən, yaradıcı adamlardan ibarət bir baza, model yaratmışıq. Biz həll edəcəyik: hansı ssenarini çəkmək olar. O adam öz filmini çəkəcək və göstərəcək, əgər prokatı təmin eləsə onda sata biləcək. İndi Dövlət kino idarəsi həll eləyirsə, onda həmin birliyin özünün hüququ olacaq həll etmə işlərində. Deyək ki, Azərabycanfilm"də iki bir ilk olacaq, onlar özləri həll eləyəcəklər öz proqramlarını, özləri deyəcəklər necə film çəkək, neçə film çəkək. Bunun müsbət tərəfi olduğu kimi pis tərəfləri də var, mən onlar barədə bir kəlmə deyim. Yenidənqurma işində iki amil bizə böyük mane olur: biri odu ki, həmin o kinoçinovniklər bu yenidənqurmaya inanmaq istəmirlər və qollarını çırmayıb onunla mübarizə eləməyə də qorxurlar. Çünki, onlar özləri kimi formalaşıblar. İkincisi, elə fərdiyyətçi, ağıllı, istedadlı şəxslər də var ki, onlar da yaxalarını kənara çəkirlər. Bu da pisdi. Onlar inanmaq istəmirlər. Və bir də ən böyük obyektiv səbəb odur ki, kinotexnika bizdə pis gündədir. Xariclə müqayisədə keyfiyyət cəhətcə çox aşağıdır. Sovet filmləri texniki keyfiyyət cəhətcə çox aşağıdır. Respublika kino və onun gələcək taleyi uzun müddət Dövlət kino təşkilatının diqqət mərkəzindən uzaqda olub. Yazıçılar İttifaqında milli ədəbiyyatla ayrıca məşğul olan xüsusi adamlar var ki, onlar oturublar Moskvada, pis, yaxşı vaxtaşırı bu məsələ barədə danışırlar. Kinoda isə tamamilə başqa cürdür, bu vaxta qədər milli kino məsələsi ilə məşğul olan yaradıcı orqan olmayıb və mənim təşəbbüsümlə indi belə bir orqan deyəkmi, yaranıb və bu işi mənə həvalə eləyiblər.
   
   
   
   MİLLİ KİNO MƏSƏLƏLƏRİYLƏ MƏŞĞUL OLAN
   
   XÜSUSİ BİR KOMİSSİYA
   
   
   
   Və mən bu komissiyanın sədriyəm. Bax xüsusi proqram yaradacayıq ki, yenidənqurma dövründə milli kinonun dərdlərindən söhbət açaq, çoxmillətli sovet incəsənətində hər xalqın öz kino sənəti olduğunu aydın göstərək. İndi məsuliyyət hissi birdən-birə çox artıb və deyim ki, əgər Moskvada bir neçə birlik varsa, deyək ki, həmin birlikərdən hansısa pis işləsə, onu bağlamaq mümkündü, milli kinoda isə bu tamamilə başqadır, əgər "Azərbaycanfilm" bu və başqa illərdə pis kino çəksə, onda belə çıxmasın ki, onu tamamilə bağlayacaqlar. Əvvəllər nə elədiyimizdən asılı olmayaraq bizi müdafiə eləyirdilər. Biz başqa kinostudiyalardan pul alırdıq və çəkirdik, bizdən ancaq keyfiyyət tələb olunurdu. İndi keyfiyyət və iqtisadiyyat sıx bağlı olduğu bir axtda bu məsələ daha çətinləşir. Buna görə də biz istəyirdik ki, milli kino məsələsində müəyyən şeylərdə güzəştə gedək. Əlbəttə ilk vaxtlarda. Və şəxsən mən belə bir fikir irəli sürmüşəm ki, kənardan kömək, maddi bir kolxoz, idarə və təşkilatın ixtiyarı olsun ki, müəyyən bir filmə vəsait ayırsın. Bununla o milli mədəniyyətə xidmət eləmiş olur və həm də onun özünün reklamına xeyirdir. Bütün bunlar mənə elə gəlir ki, bu uzun, çətin çarpışma yolunda milli kino öz sifətini və varlığını saxlaya bilər.
   
   Tofiq: Rüstəm müəllim, çox yaxşı oldu ki, Siz bu milli kino söhbətini saldınız və sevindirici haldır ki, yenidənqurma dövründə milli kino daha çox diqqət mərkəzində olub. Ancaq bir məsələni mən soruşmaq istərdim". Mənə elə gəlir ki, məhz yenidənqurma dövründə bu barədə danışmağa imkan var. Onu demək istəyirəm ki, son vaxtlar milli kino öz sifətini itirirmi?
   
   Rüstəm: Yox, mənim dediyim tamam başqa şeydir, mən onu demək istəyirəm ki, milli kino yenidənqurma dövründə necə olacaq? Mən sizinlə hardasa razıyam, ancaq, məhz bizim də məqsədimiz budur ki, yaradılan model imkanlarımızı artırsın. Milli kino məhz bu vaxta qədərki durğunluq dövründə əsil sifətini göstərə bilməyib. Dəxli yoxdur, bu yeni model harada yaranır, Moskvada və yaxud başqa yerdə, bu yeni modelin dəyəri məhz onda olacaq ki, milli kino daha canlı olsun, ancaq bir o şərti unutmayaq ki, kimsə can yandırmalıdır, kimsə ürəkdən işləməlidir. Mən bir şeyi deyim ki, bu yenidənqurma vaxtı təsərrüfat çətinlikləri gətirib o yerə çıxara bilər ki, hətta olan-qalan sifət də yox ola bilər. Ona görə ki, tələb böyükdür. Və bu tələbin qarşısında gözləmək lazım gələcək.
   
   
   
   NƏDƏN BİZ AYRI
   
   YERLƏRDƏN AKTYORLAR DƏVƏT EDİRİK
   
   
   
   Tofiq: Rüstəm müəllim, ola bilər söhbətimizdən bir qədər uzaqlaşırıq, ancaq Siz yenidənqurma və bu dövrdə milli kinonun sifəti deyəndə başqa bir sual verməyə bilmirəm. Xahiş edirəm doğru başa düşün. Belə bir məsələni aydınlaşdıraq. Mənə elə gəlir ki, bu milli sifət məsələsində də dediklərim müəyyən mənada rol oynayır. Son vaxtlar biz daha çox aktyor dəvət eləyirik. Mən rus aktyorlarını nəzərdə tuturam. Məsələn: Kalyagin çox istedadlı aktyordur. Və biz onu tez-tez çağırırıq. Məni bir şey narahat eləyir: əgər biz hər dəfə başqa aktyorları çağırıb çəkəcəyiksə, onda bizim aktyorlar necə olsun! Mən burda bir arayışı verim. Tənqidçi Toğrul Cuvarlı deyir ki, rejissorlar tanınmış rus aktyorlarını ona görə dəvət eləyirlər ki, filmin gələcək taleyi artıq həll olunmuş olur.
   
   Rüstəm: Bu çox gözəl sualdır və mən bu suala ürəkdən cavab verirəm. Bayaq siz milli kinonun sifəti məsələsindən söhbət eləyəndə "Peşmançılıq" filminin adını çəkdiniz və belə bir şey dediniz ki, əgər həmin filmdən yaradıcıların adını və familini götürsək və deyək həmin əsərdən hansı studiyada yarandığı emblemi ixtisar etsək, onda o filmin hansı xalqa mənsub olduğunu çətin bilərlər. Mən Sizin bu fikirlə razı deyiləm və misalı uğursuz çəkdiniz. Məsələ bundadı ki, "Peşmançılıq" filmi məhz elə bir janrda, elə bir formada çəkilib ki, (yəni pritça formasında) məhz elə bu çətin formada da öz sifətini qoruyub saxlayıb və biz bu milliliyi həmin filmin ən dərin qatlarında görürük. İkinci tərəfdən elə mövzular var ki, həmin mövzular milli çərçivədən çıxır, təkcə həmin xalqın dərdi olaraq qalmır və buna görə də həmin əsərlərdə bəşərilik daha çox olur. Bu hal nəinki kinoda, ədəbiyyatda, dramaturgiyada və başqa sahələrdə də hiss olunur. Və məhz sovet kino sisteminin bu vaxta qədərki bəlası da onda olub ki, ancaq bir sistem halına keçəndə çox pis olur. Və məhz sovet kino sisteminin bu vaxta qədərki bəlası da onda olub ki, redaktorlar tələb eləyiblər; məhz bir filmdə bütün şeylər əhatə olunsun və bütün yaxşı şeylər göstərilsin. Təəccüblüdür, sən ona deyirsən bu film məhz həyatın bu sahəsindədir, o isə deyir axı o sahə var. Və məhz bu adamları başa salmaq mümkün deyildi ki, onu da başqası çəkər də beləliklə, ümumi bir mənzərə yaranar. Və bayaq narahatlıqla dediyimiz milli sifət məsələsi də bizim istəyimizdən asılı olmayaraq, mənə elə gəlir ki, bu belə olmalıdır. Mərkəzi Komitə hər yanda Mərkəzi Komitədi, raykom hər yanda raykomdu, icraiyyə komitəsi hər yanda eynidi.
   
   
   
   XALQIN TALEYİNDƏN UZAQ FİLMLƏR
   
   
   
   Əgər biz son beş ildə "Azərbaycanfilm"in istehsal etdiyi əsərlərə nəzər salsaq, görərik ki, həmin filmlərdən çoxu bu xalqın taleyindən uzaqdır. Bu filmlərə baxıb deyə bilmərik ki, bu xalq nəylə yaşayıb, onun istək və arzuları yoxdur. Bax, indicə bura zəng eləyən Cahangir idi, o bir film çəkib - "Papaq" filmini, bu əsərdə ara-sıra milli koloritli şeylər var, ancaq bütövlükdə əsər tam deyil. Mən məhz onun xırda keyfiyyətlərinə görə onu müdafiə eləmək istəyirəm. Ona görə ki, bizim çox-çox adlı-sanlı rejissorlarımız bunu eləyə bilməyiblər. Onlar da bunu görmək istəmirlər, onu müdafiə eləmirlər, eləmək istəmirlər. Bu filmi burda möhkəm tənqid elədilər, biz onu müdafiəyə qalxdıq.
   
   Milli kino, beynəlmiləl kino, bütün bunlar böyük problemlərdir və çox vaxt milli kino deyəndə yekə papağı, qoyun-quzunu və başqa atributları nəzərdə tuturlar və əsas qayə - milli psixologiya nəzərdən qaçır. Deyim ki, lap ən ali ziyalılar və alimlər haqqında da film çəkəndə elə detal tapmaq olar ki, o əsil yerinə düşə bilər. Adamın allahı var, heç kəs bizi məcbur eləmir ki, pis film çəkin və burda mən bir istedad olmayan yerdə milli sifət də ola bilməz. İstedad hər şeydən başlayır.
   
   Tofiq: Rüstəm müəllim, mən sizin plenumdakı sözlərinizi bir də xatırlatmaq istərdim. Siz çox haqlı olaraq qeyd etdiniz ki, "Azərbaycanfilm"in ssenari bölməsində yaxın illərdə çəkiləcək filmlərin adlarına baxdım və ağlım kəsir ki, qarşıdan gələn bir neçə illərdə yaxşı film yaransın. Bəs neyləyək, necə qaldıraq bu "Azərbaycanfilm" hörmətini necə çıxaq Biləcəridən o yana!
   
   Rüstəm: Mən sənə bir acı həqiqəti deyim. Doğrudur, biz bu saat danlayırıq özümüzü, yəni Azərbaycan kinosunu, ancaq gəlin onu da danmayaq ki, bütün çatışmazlıqlara baxmayaraq "Azərbaycanfilm"in istehsalı, respublikamızın başqa sənət sahələrinə nisbətən daha irəlidədir. Lap elə teatrı götürək. Unutmayaq ki, tamaşa göstərilir və o tamaşa haqqında ancaq respublika qəzetlərində resenziyalar, məqalələr yazılır və təriflənir. Ancaq, gəlin indi biz həmin tamaşalara Ümumittifaq mövqeyindən baxaq, görəcəyik ki, çox aşağı səviyyədədir.
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV