adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SORAğI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMiRXANLI - 1

TOFİQ ABDİN
26133 | 2010-05-22 01:25
gər belə demək mümkünsə, yeni nəsil Azərbaycan jurnalistikasının vəya publisistikasının çox tanınmış sıra nəfərlərindən biri də Zöhrab Əmirxanov olub və onun məhz bu yeni nəsil arasında seçilən yazar olmasına güvən verən bir çox insan var ki, onlar həqiqətən bir zamanlar belə bir adda və soyadda bir yazarın olduğunu məmnuniyyətlə xatırlayırlar.Təbii ki, bizim bu keçmiş zamanda yazmağımız heç kəsin ağlına başqa bir fikir gətirməsin.Adam sağ və salamatdı, uşaqlarının yanındadı və yenə də Bakıda olur, bir zamanlar Moskvada yaşayıb.Təbii ki, bütün bunalara biz söhbət əsnasında toxunacayıq.
   
   Bunu açıq deyək ki, bir vaxtların çox qalmaqal və çox riskli yazarıyla görüşmək bir başa "Ulduz" dərgisinin baş redaktoru Elçin Hüseynbəylinin təşəbbüsü idi və bu o zamanlar idi ki,mən də orada çalışırdım.Amma bir türlü bu baş tutmurdu.Bəzi texkniki səbəblər üzündən bu məsələ bir az uzandı və məhz yenə də Elçinin inadı sonucu biz çox ağır bir gün ərəfəsində, jurnalist Elmar Hüseyinovun vəftının yeddinci günündə Zöhrab Əmirxanovla bir dostumuzun o zamanlar QUŞ DAMI adlandırdığı Yazarlar Birliyinin üçüncü qatındakı "Ulduz" dərgisinin Baş redaktor otağında görüşdük.
   
   Dedimiz kimi bu proeyekti də, yəni SORAĞI GƏLMƏYƏNLƏR proyketini də elə Elçinin özü düşünüb tapmışdı, biz sadəcə bir icraçıydıq bu işdə.Ona görə də Zöhrabla bu söhbəti bir neçə nəfərin diaoloqu kimi də dəyərləndirmək olar. Və buna görə də ilk sorğumuz məhz bu proektin adındakı sualla oldu.
   
   - Necə oldu ki, Zöhrab publisistikadan vəya belə deyək qəzetçilikdən uzaqlaşdı. Bunun ana səbəbi nə olub?
   
   Zöhrab : söhbətimiz məhz bu həndəvərdə gedəcək?
   
    - Xeyir, xeyir bu bizim proyketin ana xəttidi, təbii ki, başqa şeylərə də toxunula bilər.
   
   - Zöhrab : Mən gərək ki, bir müsahibəmdə də demişdim : təsəvvür edin ki, bir kəndə gedirsən, bir toya düşürsən, mağarın ətrafı qız-gəlinlə dolu, sən də bu mağarın içindəsən vəya hardansa baxırsan, gəncsən, baxırsan göz altı bu insanlara və birdən orda sənin gözünə gözəl bir qız dəyir və sən ona, onun təmizliyinə, onun bakirliyinə nə qədər şablon olsa da, bu sözlər və məhz sən bu detalları onun sifətində görürsən.Və mənim də jurnaliskaya münasibətim bax o təmiz, o bakirə, o dünyanın hələ bicliyini bilməyən, qızlar bulağından yenicə su içmiş bir kənd gözəlinin içimə verdiyi işıq idi.Təsadüfən gözlər baxışır, gözlər öpüşür... bir dəfə, iki dəfə... dəli-divanə olursan...Mənim üçün jurnalistika bax, o qız idi. Bu işin bir az romantik tərəfi. Amma ilk yazımı altıncı sinifdə oxuyanda yazmışam. Şamaxıda "Yeni Şirvan" qəzeti çıxırdı, orada məqalə fason bir şey yazmışdım. O zaman atam bir az xəstə-hal idi və məni şəhərə buraxmaq niyyətində deyildi.Onun gözünün qabağında Şamaxıda Pedoqoji Texnikumda oxudum. Qurtarandan sonra bir rus kəndi vardı, məni göndərdilər ora. Orda müəllimlik elədim. Bir maraqlı faktı deyim ki, belə məlum oldu ki,mən gedənə qədər o məktəbdə Azərbaycan dilində dərs keçilməyib və ilk birinci sinif açılmışdı mənim ora gəlişimlə. Və orda müəllim işləyə-işləyə sənədələrimi verdim jurnalistka fakültəsinə, yarım bal, bir bal, həmişə bir əskiklik olurdu və mən dördüncü cəhdimdə jurnalistikaya girdim. Mənim üçün hələ də o 1983-87-ci illər jurnalistikası var. O fakültə var, son dərəcə istiqanlı bir aura var və hətda az qala müəlllimlə tələbə arasında bir istiqanlı münasibət var və birinci kursla beşinci kurs tələbələri arasında bir fərq yox. Jurnalistikanı quratarandan sonra, Allah rəhmət eləsin Nəsir İmanquluyevə, müəllimimiz idi, həmdə "Bakı" qəzetinin Baş redaktoru idi.Eşitmişdi mən qəzetlərə yazı yazıram.Bir gün dedi ki, neyçin bizim qəzetə yazmırsan? Mən elə bir başa dedim : müəllim, sizin qezətinizdən xoşum gəlmir.Niyə dedi. Dedim ki,qoca-qoca kişilərdi.Gedirsən, adama o qədər yuxarıdan aşağı baxırlar ki,tapdanıb gedirsən ayaq altında.Niyə, kim sənə elə baxıb ?Yox, sən gəl bizim qəzetə. Və getdim. Allah ona da rəhmət eləsin Şakir Abdullayev vardı, təsadüfən gəlib düşdüm onun şöbəsinə.
   
   (Baş redaktor müdaxilə edir : Şakir o Şakir Hənifəoğlu...
   
   Tofiq Abdinin müdaxiləsi : yox, canım, Hənifə oğlu Şakir Yaqubovdur...
   
   ...mən başladım "Bakı" qəzetində işləməyə.Təbii ki, o zaman baxın, bu balaca bir şey deyildi, atam tikinti işçisi, səkkiz baş ailə saxlayır, anam evdar qadın və mənim bir kimsəm yox və mən gəlib düşürəm "Bakı" kimi bir populyar qəzetə.O zaman hətda hər hansı bir qəzetdə korrektor işləmək bir şərəf sayılırdı.Mən bir başa "Bakı" qəzetində müxbir işlədim.
   
   (Elçin Hüseyinbəyli müdaxilə edir: bir az mətləbdən uzaq düşdük. Sual belə oldu ki... və o bir daha sualı başdan təkrar edib, Zöhraba xatırladır və xüsusi vurğulayır: o gözəl göyçək, o qızlar bulağından su içən, o jurnalistika həvəsi... nə oldu... niyə uzaqlaşdın? )
   
   - Zöhrab: ...deyirsən cavabı qısa və konkret deyim : mən xaraktercə bir az impulsivəm, bir az emosionalam, köz üstündə oturmuş kimiyəm. Bir çox redaksiyalarda işləmişəm, pis yerlər olub, yaxşı yerlər də olub, təbii ki, amma bunu açıq deyirəm ki,mən heç bir yerdə jurnalistikaya xəyanət eləməmişəm. Mənim haqqımda heç kəs deyə bilməz ki, Zöhrabın cibinə əlli manat qoymuşam.Doğrudur, indi bununla fəxr eləyənlərə bir təhər baxırlar.
   
   ...o gözəl qız... o gözəl qız... ( Elçin yenə də müdaxilə edir)
   
   - Zöhrab : Yox, qız elə həmin qızdı, mən onu hələ də ürəyimin başında sevə-sevə saxlayıram, amma zaman onu da dəyişdirdi və mənim jurnalistikaya ilk ikrah hissim harda yarandı : "Azadlıq" qəzetində. "Azadlıq" qezətində qəzet içində bir qəzet vardı, humanitar sahəni içinə alan bir qəzet. Və burada o zamanın ən gözəl jurnalistləri Hacı Zamin, Afaq Əfəndiyeva, Azər Qaraçənli, Şahnaz Bəylərqızı,Mahir Mehdi və mən özüm daxil yeddi nəfərlə bir qəzet buraxırdıq.Bu o vaxt idi ki, yeddi pilləli bir senzura vardı, siyasi şöbələr bəzi şeyləri verə bilmədiyi halda biz onları bu humanitar şöbədə keçirə bilirdik.Bunun öhtəsindən çox böyük məmnuniyyətlə gəlirdim.Sonra qəzetdə qəribə şeylər yarandı : parçalanmalar başladı. Klassiklər, islahatçılar parçalanması oldu.Mən də belə şeyləri sevməyən bir adamam.Mənə dəxli yox idi siyasi şeyin. Və mən ordan getməli oldum.Dişimlə, dırnağımla qurduğum o qəzetdən getdim. Mahir bilir bunu.
   
   (Mahir Mehdi bu sorğuda iştirak edir, yanımızdadır).
   
   Bu çox ağır bir addım idi. Getdim və fikirləşdim ki, nə çox qəzet, gedib işləyərəm. "Müxalifət" qəzetində işlədim, ora "Azadlıq" deyildi, "Hürriyət"də işlədim, ora da "Azadlıq" deyildi, gəldik sonra "Şans" qəzetini açdıq. Ora deyəsən "Azadlığ"a bir balaca yaxın idi.Son dərəcə gözəl bir mikromühit yaratmışdıq, adamın içini doyduran gözəl bir kollektiv idi. Həftədə üç dəfə çıxırdı, gözəl bir qəzetdi.Sonra maliyə mənbəyi kasadlaşdı və o qəzet də eləcə bağlandı. Və məni ən çox sındıran nə oldu? Yuxarıdakı fikrimə nə əlavə edə bilərəm :bütün bunlardan sonra getdim Moskvaya və orada bir daha başa düşdüm ki, bir qəzet lazımdı və başladım bir qəzet buraxmağa, "Üçüncü Azərbaycan" adında bir qəzet,Aydın Caniyevlə birlikdə.O qəzetin Bakı bürosunu qurmuşduq, üzr istəyirəm xanımım jurnalisti və o burada işi davam etdirirdi. Əslində o qəzet buraxmaq deyildi, itin ayağından tikan çıxarmaq, iynə ilə gor qazmaq kimi bir iş idi. Moskvadan altmış kilometr aralıda bir yerdə çap edirdik, qoltuğumda lent bu yolu gedirdim maşınla,qatarla və qəzet çıxırdı. Gətirirdik onu alacaq və oxuyacaq adamların yanına və alırdılır, baxırdılır və sonra "hamısı yalandı bu yazılanlırın, hamısı yalandı...deyirdilər.Çətin işdi. Və mən ikinci dəfə orda jurnalistikadan iyrəndim və bunu qısaca belə deyə bilərəm ki, bir yazı verdim o qəzetdə, bizim oradakı Azərbaycanlıların tanıdığı bir kəndədən, Şamaxının çox inkişaf edən bir kəndindən bir yazı yazdırdım.Qurban Yaqub oğlu yazdı. Yazıdan qabaq anons vermişdim ki, filan KƏNDİN BƏRK GEDƏN OĞULLARI. Orada insanlar pul qazanırlar, amma içlərində daimi bir qorxu var.Bir çox işlərini yansıdan bir yazı idi və mən bu yazını ona görə vermişdim ki, həqiqətən orada adı çəkilən insanlar çox işlər görmüşdülər və mən də onların bu işlərini dəyərləndirmək üçün, təbii ki, o yazını yazdırmışdım və sonradan belə məlum oldu ki, mənim fikrim tam tərs başa düşülmüş və mənə təzyiqlər oldu, məni telefonla söyməyə başladılar, qorxudurdular, var-yoxdan belə çıxarırdılar, bir şey qalmırdı ortada.Hələ bilmirlər material nə olacaq.Və hətda orada yaşayan bir çox azərbaycanlılar məni necə deyərlər razborkaya çağırdılar və kiçik bir detalı da deyim, yeddi nəfərdilər yeddisi də oturub və soruşurlar : müəllim, çay içirsən. Baxın, stol belə yoxdu. Başa düşürəm ki, bunlar məni dolayır və deyirlər : orda adamların adını səhv yazmısan, yox yazı səhv yazılıb.Qulaq asıram : nə səhvdi, soruşuram. Sən deyəsən söz güləşdiririrsən, deyirik ki,səhv yazmısan, denən səhv yazmışam.Bir də soruşurlar : yazını sən yazmısan. Deyirəm : axı orda imza var. Məni incidən, məni iyrəndirən bir söhbət getdi: dedilər ki,biz bilirik niyə onların adı çıxır.Hərəsi gətirib cibivə yüz dollar qoyublar, yazdırıblar.Adları burada keçən insanlar sənə nə qədər veriblər, nə almısan, bu cür iyrənc söhbətlər.Halbu ki, bu qəzetin çıxarılması üçün mənim bir maliyə yardımı kimi bir umacağım vardı onlardan.Amma, ona qədər yalnız qardaşlarım mənə kömək eləmişdilər.Bir dəfə bir taksidə bir erməni ilə gedirəm, soruşur : ara, bu nədi belə? Deyirəm qəzetdir.Ara, bu nə az qəzetdi. Susuram : ara, siz o qədər millətsiniz, bu qədər az qəzet olar.Bizim burada Moskavada on yeddi adda qəzet, jurnalımız çıxır.Hamısını da abunə ilə əldə edirik. Deyir, erməni.
   
   - Sənin Azərbaycan mətubatında son yazın nə olub, xatırlayırsanmı?
   
   - Zöhrab: Moskvada yazdığım yazı olub. "Azərbaycanı xanlıqlara bölək".
   
   - Bax, Zöhrab burada baş redaktor da oturub və şöbə müdiri də burda.Şəxsi şeylərə toxunmaq yoxdu. Amma bir şey soruşaq : bu Azərbaycan publisistikası bir janr olaraq nədən ədəbiyyat olaraq qəbul olunmur, nədən bu xalq şeir, hekayə, dastan-bostan vurğunudu.Bax, Elçin Hüseyinbəyli mənə bir vaxtlar çap olunan çox gözəl publisistik yazılarını oxuyub.Onlar onun bir çox hekayələrindən geri qalmaz, amma Elçin o yazıları nədənsə yaradıcılıq biqrafiyasına almaq istəmir.Nədən bu xalq gözəl publisistika yazılarını ədəbiyyat hesab elmir.Elə Yazarlar Birliyində belə bu janra ögey bir münasibət gedir
   
   - Zöhrab: Görünür o janrın incəliklərini biz ora qədər duya bilmirik.Amma bu da var : Azərbaycan qezetçiliyində mənə görə, indi publisistikadan bərk gedən janr yoxdu.Oxunaqlı və çevik yazılar yazılır. Adamın özünü ifadə eləməsi üçün bundan gözəl janr yoxdu. Məsələn, Adil Qaçayoğlunun təbii ki, hər yazısı publisistika hadisəsi deyil, amma onun yazıları son dərəcə oxunaqlı və sevilən yazılardı. Hər ikimizin dostu Müsəllim Həsənovun publisistik yazıları çox gözəldir. Adil futboldan yazanda belə orada publisistik elementlər dolu olur. Adam oxuyub gözünün üstünə qoymaq istəyir. İndi Arif Əliyev gözəl bir ideya ardınca bir qəzet buraxır, amma orda publisistika yoxdu.Qəzetdə bir boşluq hiss olunur.Biz hamımız qəzet adamıyıq, qəzeti oxuyanda, adamın içi dolmursa, o qəzet deyil, heç olmasa bir yazı bu cür olmalıdır.Azərbaycan mətubatı bu gün qatmaqarışq, bulaşıq bir vahədir.
   
   - Təbii ki, sənin kimi bir yazarın aradan çəkilməsi yaxşı hal deyil, bunu başa düşürük.Amma neyləyəsən bu olub və nə zamansa sən bir də yazıya qayıdacaqsanmı?
   
   - Zöhrab : Baxın, vaxt olub ki, mən bir yazını bir aya yazmışam. Məsələn : Səxavət Məmmədovdan yazdığım yazı bu cür yazılıb. O yazı üçün mənə ağlaya-ağlaya telefon açanların səsi hələ də qulaqlarımdadı. "Azad bir quşdum" adında bir yazıydı.
   
   - Sənin bir yazın da olub, Mahir deyir : 666
   
   - Zöhrab: O yazının tarixcəsi dəhşətdir.Qısacası bu ki, yazı çap olundu və o yazının rezonansı bir vahiməyə çevrildi.Bir müddət Bakıdan Şamaxıya qaçmalı və orada da gizlin xəfiyyələr kimi yaşamalı oldum və o yazının yaratdığı vahimə indi də bəzən mənim içimi üşüdür.Yazı siyasi motivlər üstündə köklənmiş bir yazıydı.Bu səbəbdən bir çox dostlarım mənə görə bu məsələni bir az şişirtmişdilər.Və mənim qayğımı çəkmək üçün sanki bir kino senarisi kimi bir senari hazırlamışdılar.Və şükürlər olsun ki, bunlar hamısı arxada qaldı və mən gördüyünüz kimi sağ və salamatam və yaşayıram.
   
   Cənab Baş redaktor yenidən o məsələyə qayıdır ki, sən yenə də axıra qədər demədin ki,jurnalistikadan niyə getdin...
   
   
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV