adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Elbrus Ərudun nənəsi öldü, qəddar mən oldum

CEYHUN MUSAOĞLU
59643 | 2014-02-19 14:14


Elbrus Ərudun nənəsi getdi. Bu dünya daha onluq deyil. Oadamlar rahatdır ki, cavabdehlik daşımırlar. Elbrusun nənəsi rahatdı, budünyada, onun ölkəsində, şəhərində, kəndində, evində baş verənlər onu dahanarahat etməyəcək. Əsl nənələr belə olur - səhmanlı. Əsl nənələr belə ölür -arxayın.

Hadisəni eşidib, dostuma zəng elədim. Yol gedirdi. Torpaqondan nənəsini istəmişdi. Aparmaya bilməzdi. Elbrusun ürəyini tanıyıram. Sınandeyil, amma kövrəkdi. 3 mərasiminə gələcəyimizi dedim.

Əziyyət çəkməyimizi istəmədi. Dedi ki, özü gəlib bizi görəcək.

Özündən əvvəl statusu gəldi. Yazırdı: "Nənəmi dəfn etdim, kəndimizin bərəkəti bir az daazaldı...".

Düşündüm ki, gedə bilməmişəm, realadamlıqdan, yəni adam reallığından "Facebook”un dəstəyi ilə yavaş-yavaşçıxıram, heç olmasa statusla hələ adam olduğumu göstərdim. Yazdım: "Nənələr ölmək üçündü”.

Qaş düzəldirdim, göz çıxarmaqda ittihamolundum. Virtual aləmdi, nə qaşı anlayır, nə gözü. "Nənələr ölməküçündü”nü realda desəydim qaşımıoynatmağımdan, gözümü səyirtməyimdən heç olmasa qəddar olmadığımı, fikrimdə əclaflıqetmədiyimi göstərərdim. Virtualda jestlərolmur. Jestlər yoxa çıxanda insan robota dönür. Robotun beyni var, ürəyi yoxdu.Bax elə ona görə "nənələr ölmək üçündü”yazan Ceyhunu dəyərli həmkarımız Afaq Vasifqızı "qəddar” adlandırdı. Rəy yazdı:"Nə qəddarsan.Anam nənədi. Anam ölmək üçündü?((((".

Böyük adamsan, Elbrus Ərud. Nənənin ölümü müzakirəyə səbəb oldu. Mənə qəddardeyilmişdi. Həm də şəxsiyyətinə hər kəsin hörmət etdiyi Afaq Vasifqızınınimzasında. Dostu Elbrusun nənəsinin ölümünə kədərlənən və kədərinin şahidləriolan biri necə və hara qədər qəddardı? Rəyimi yazdım.

Bu da həmin rəy:

- Bu, qəddarlıq deyil. Hər kəs ölməküçündü. "Nənə ölmək üçün"dü fikri həyatın məntiqini təsdiq edir. Məntiqlihəyat tərzində, övladlardan qabaq atalar, analar, atalardan, analardan əvvəlbabalar, nənələr ölür. Bu, düzgün həyat yoludu, daha doğrusu həyattərzidi. Bizim yaşadığımız həyatın tərziçönüb, lap əvvəl nəvələr ölür, sonra atalar, analar... Sağlam olmayan, qeyri-məntiqiyaşayışa düçar olanlardanıq. Ölüm həmişə tez gəlir - bu aydındı, ancaq gəlir, gəlməlidi, insan nənəyə, babayaçevrilib ölməlidi. 

İnkişaf etmiş Avropa ölkələrinin qəbiristanlıqlarındakı başdaşılarının üzərində əksər rəhmətliklərin yaşının 75-dən yuxarı olduğunu görərik.Dostlarımız İsveçin şəhər qəbiristanlıqlarının birində bu mənzərənin şahidiolublar, təəccüblərini gizlətməyib soruşanda onlara "məgər 30 yaşında, 50yaşında, insan ölər?" suallı cavab veriblər. Deyə bilərsiz, 50 yaşda da nənə,baba olmaq mümkündür və mənim yanaşmama görə, onlar da ölmək üçündür.Razılaşmaram, bunu söz oyunu hesab edərəm. Psixologiyamız bizə təlqin edir ki,"nənə", "baba" deyəndə yaşlanmış, lap dəqiqi, qoca adamlarıgöz önünə gətirək. 50 qoca yaşı deyil, 60-da deyil. Normal həyatda 70-dən aşağıyaşı olan ölmür, onun qidası, havası, mühiti onu heç vaxt öldürməz, əksinəyaşadar. Yəqin fikrimi izah edə bildim, "nənələr ölmək" üçündü deyəndəhansı məntiqin ətəyindən yapışmışam?..

Bəli, məhz babalar, nənələr ölməküçündü, onlar yaşaya-yaşaya övladları, nəvələri yox. Mənim anam da nənədi,övladı və nəvəsi ondan əvvəl ölürsə, həyatımız səhvdi. Səhvi müzakirə etməzlər.

TƏQVİM / ARXİV