O doğuldu Bakıda.Amma Bakıdan uzaqlarda Daşkənddə gözlərini yumdu dünyaya.Bu il onun 70 yaşı olacaqmış.70 yaş olmasına olur,amma onsuz.Yaşayıb bu yaşı görə də bilərdi.Amma qismət olmadı.Bu yazı onun SON DƏQİQƏLƏRİ haqqında həyat yoldaşının dedikləridir.
İyirmi doquz yaşı vardı onda. İyirmi doqquz. Birinci dəfə İNFARKT olanda. Dünya caz sənətinin ən gözəl ifaçılarından biri, məhz Muğam Cazının dünya musiqisində yaradıcısı Vaqif Mustafazadə həmin İNFARKTDAN sonra, hələ çox-çox üzlər görəcək və həmin üzlər ona bozaracaq. Bu İNFARKTIN ucbatından bədəninə vurulan iynələr, atdığı dərmanlar şəhərdə onun haqqında min cür şayiələrin yayılmasına səbəb olacaq. Kimisi deyəcək: TİRYƏK ATIR, kimisi əslində çox ağır səslənən bir sözün, "NARKOMAN" sözünün dəyərinə varmadan deyəcək: "Vaqif də elə onlardan biriydi".
Bu şayiələr, bu sözlər əslində Vaqifin daha çox tanınmasına, şöhrətinin bir az da artmasına yardım edəcək. Mən bunu ürəkdən deyirəm. Dünyanın tanınmış dahiləri haqqında dəhşətli haqlı və haqsız iradları oxuduqdan sonra bu nəticəyə gəlirəm mən. Ancaq dünya Azərbaycan deyil. Dünyada bütün bunlar çox adi qarşılana bilər. Təkcə Azərbaycanda yox. Vaqifin doğulduğu Bakıda yox. Mən soruşanda ki, Vaqif ilk dəfə haçan xəstələnmişdi, həyat yoldaşı Elza xanım məhz 1969-cu ili dedi. Və bir az da yaddaşına zor elədi. Xatırlaya bilmirdi. Yaxşı ki, həmin il bir başqa xəbərlə də onun yaddaşına hopub.
Vaqif İNFARKT tapan ili, onun qızı Əzizə Mustafazadə dünyaya gəlib. İndi dünya şöhrətli qızı Əzizə..
(BU İL -1969-cu il şəxsən mənim üçün başqa bir hadisəylə yadda qalandır: bu gün də yaşam həyatına davam edən və hələ də öz yayın dəyərini saxlayan QOBUSTAN sənət toplusu yayınlamağa başladı.Mən də bu toplunun ilk yaradıcı kollektivindən biri oldum və səkkiz ildən sonra,yəni Türkiyədən qayıdanda sonra, yenə də mənə burada iş təklif etdilər. Və o zaman sənət mətbuatına elə bir demokratik abhava gətirdi ki,indi-indi bunu çəkinmədən və qısqanmadan etiraf edirlər.)
Və xəstəlik illərində Vaqifin özünü necə aparması barəsində sualıma Elza xanım bu dəfə əziyyət çəkmədən, ürəklə, cavab verirdi. "Çox sakit. Çox rəhimli və həssas idi Vaqif. Əsəbiləşirdi. Ancaq bu əsəbiliyin ailəyə dəxli yox idi. Əsəbiləşirdi ona görə ki, çala bilmirdi.Və bir şeyi elə bəri başdan deyim ki, hələ birinci xəstəliyindən bir qədər keçəndən sonra onda qəribə bir ümidsizlikmi deyim, yoxsa nəsə dözümsüzlükmü deyim, tələsməkmi deyim, belə bir xasiyyət yaranmışdı: çox işləmək istəyirdi.Və yaxşı bilirsiz ki, onun işi MİLLİ MUĞAM CAZINI yaratmaq idi. Bu da ÖMÜR tələb eləyir. Və bütün bunlardan qırağa ona ən adi şeylərdə irad tuturdular. Niyə belə geyinirsən? Niyə belə yazırsan? Niyə belə yaşayırsan? Niyə belə danışırsan? Niyə belə bığ saxlayırsan?"
Daşkənddə keçindi Vaqif, eləmi, Elza xanım. Eldən-obadan uzaqda.Soruşuram və hiss eləyirəm ki, danışsa bir az yüngülləşəcək və artıq danışmaq onun üçün ən gözəl təsəllidi. Bəlkə də Vaqif qarşısında olmayan günahlarının da təkrarsız yüngülləşəsi kimi danışmaq istəyir Elza xanım:
"Ən dəhşətlisi buydu ki, bizim Daşkənddə qastrolumuz Məhərrəmliklə üst-üstə düşmüşdü. Bu, Vaqifi çox əsəbiləşdirirdi. Və ən dəhşətlisi də odu ki, Vaqifin konsertlərindən biri məhz gəlib Aşura gününə təyin olundu. Fikirləşirdik ki, yəqin konsertə gələn olmaz. Tərsliyə bax ki, konsert verəcəyimiz salon ağzına qədər doldu. Dedilər ki, biletlər artıq çoxdan satılıb. Və bunu eşidən Vaqif geri addım ata bilmədi.
...Həftənin altıncı günüydü... Ayın on altısı... Hələ konsertə getməzdən qabaq vəziyyəti dəyişmişdi. Dedi, Elza, qulaqlarım yaman ağrıyır. Sonradan məlum oldu ki, birinci dəfə İNFARKTI ağır olan adamların ikinci İNFARKT zamanı qulaqlarında çox pis ağrılar başlayır. Bunu bizə sonralar dedilər. Deməli qan təzyiqi çox aşağı olduğundan qulaqları ağrımağa başlayıb. Düşdüm üstünə ki, gedək həkimin yanına. Getdik, yerli həkimlərin yanına. Dedilər qorxulu heç nə yoxdu. Qulağı ağrıyır, bəlkə kamfora verək. Vaqif sərt bir hərəkətlə, "yox" - dedi. Ümumiyyətlə, o başqa yerlərdə dərman qəbul eləməyi sevməzdi. Nəsə ürəyi götürmürdü, bəlkə də qorxurdu, deyə bilmərəm. Ancaq onu deyim ki, Vaqif bu illər ərzində o qədər dərman, iynə qəbul eləmişdi ki, artıq bədəni keyləşmişdi, dərman ona təsir eləmirdi. Dəhşətlisi oydu ki, iynəni vururduq, bütün dərman axıb geri qayıdırdı.Həkimlərə dedi ki, heç nə lazım deyil. Qulağına bir az pambıq qoydular. Axşam çıxdı çalmağa. Bax, mən hiss eləyirəm ki, özündə deyil. Hətta onu da tam açıqlığı ilə duyuram, görürəm ki, bu adam sadəcə tamaşaçıların qarşısına çıxıb, baş əyməyə belə güc tapa bilmir. Güman ki, bədəni sözünə baxmır. Dözmür. Mən yalvarıram: "Gəl qurtaraq. Xahiş eləyək. Üzr istəyək. Axı sən özünü pis hiss eləyirsən. Bağışlarlar. "Yox", - deyir. Sən nə danışırsan. Adamlar zəhmət çəkib gəliblər. Gəliblər ki, məni eşitsinlər.
Vaqifin belə bir xasiyyəti vardı. Bütün konsertlərində mən elə yer seçməliydim ki, o çalanda, məni görə bilsin. Və mən həmişə royalla üzbə-üz dayanırdım, baxırdım, çalırdı. Və mən çox üzr istəyirəm, elə günlərimiz olub ki. onu bir dəqiqə də gözdən qoymamışam. Lap ayaq yoluna gedəndə də qapının ağzını kəsdirmişəm ki, Allah eləməsin, yad yerdi, bəlkə bir iş ola bilər.... Gördüm gözləriylə nəsə deyir, başa düşdüm ki, deyir, artıq dözə bilmirəm. Və mən deyirdim ki, bəlkə bağlayaq pərdələri. O yenə də inad eləyirdi. Qalmışdım iki od arasında. Vaqif çalırdı. Özünün sevimli əsərlərindən birini: GERŞVENİN "ƏN ÇOX SEVDİYİM ADAM" əsərini. İfa kəsilən kimi iri addımlarla məndən əks-tərəfə cumdu və mən qışqırdım: pərdələri bağlayın.Pərdələri saldılar. Yüyürə-yüyürə keçdim səhnədən. İnzibatçıya yalvarırdım ki, onu yola gətirin. Dilə tutun : daha səhnəyə çıxmasın, konsertin ardını sabah verərik. Bayaq dedim ki, qaçdım o tərəfə, artıq Vaqif ayaq üstündə də dura bilmirdi. Bərk-bərk yapışmışdı pərdədən. Vəziyyəti pisləşirdi. Təcili yardım maşınını gözləməyə belə vaxt yoxdu. Biz öz maşınımızda Vaqifi xəstəxanaya aparmağı qərara aldıq və mən onunla birgə oturdum. Vaqif başını dizlərimin üstə qoydu. Gedirdik. Hərdənbir gözlərini açırdı, baxırdı. Gözlərini bir az gec açanda mən onun sifətinə toxunurdum və uşaqlardan kimsə deyirdi: "Vaqif. Eşidirsənmi?" O, zarıyırdı. Nəsə deyirdi. Hiss eləyirdik ki, nəfəsi gəlir. Qarşımıza bir təcili yardım maşını çıxdı. Soruşduq: yaxında harda kordioloji xəstəxana var. Dedilər: sürün ardımızca. Girdik xəstaxanaya. Baxdılar. Nəbzi pis vururdu. Qan təzyiqi dəhşətli aşağıydı. Tibb bacılarından biri lap bərkdən: deyəsən infarkt yoxdu, - dedi.
Mən dəhşətə gəldim ki, Vaqif eşidəcək bu sözləri. Əlbəttə, o həkimin Vaqifdən xəbəri yox idi. Bilmirdi nə xəstəlik keçirib. Bəlkə buna görə ehtiyatsız, bərkdən danışırdı.
Ancaq, - əlavə elədi doktor, - mən məsləhət görmürəm ki, onu evə aparasınız. Yəqin ki, Bakını nəzərdə tuturdu. Yenə ehtiyat eləmədən həkim təkid eləyirdi ki, İNFARKT yoxdu. Güman ki, həkim həm də onu sakitləşdirmək üçün belə canıyananlıq eləyirdi. Və bütün bu müddət ərzində artıq Vaqif özünə gəlmişdi və mən onu sakitləşdirmək üçün deyirdim ki, görürsən də həkimlər də deyirlər ki, heç bir İNFARKT - zad yoxdu.Vaqif düz mənim gözlərimin içinə baxdı.
Gətirdik Vaqifi qaldığımız otelə. Qalxdıq ikinci mərtəbəyə. Yenə də heç bir dərman-zad qəbul eləmədi. Və ən təəccüblüsü odu ki, ölümdən qabaq, əlbəttə, indi bunu deyə bilərəm, ölümdən qabaq Vaqifin sifətində qəribə bir GÖZƏLLİK, CAZİBƏ peyda olmuşdu. ÇOX QƏŞƏNG İDİ. ÇOX CAZİBƏLİ İDİ. Bu məni bir qədər sevindirirdi. Təskinlik idi mənimçün. Baxırdım ki, QƏŞƏNGDİ. ÖLÜMDƏN HEÇ ƏSƏR-ƏLAMƏT DƏ YOXDU.
O gecənin səhəri - saat yeddidə artıq VAQİF YOX idi. Qəflətən, gözlənilmədən, qara xəbər kimi gəldi bu ölüm.
Soruşuram: - Ölümdən qorxurdumu Vaqif?
Elza xanım deyir: - Bəli, qorxurdu. Qorxurdu, hiss eləyirdi. Və bəlkə də elə buna görə həmin gecə səhərə qədər demək olar ki, heç yatmadı. Heç nə, heç nə danışmırdı. Bir sözümə də cavab vermirdi...
Bilirsiz. Dəhşət məni bürüdü - birdən həkimlər götürüb onu yarıb elər... Mən titrəyirdim. Həkimlər ona yaxın duran kimi qışqırırdım: yaxın durmayın. Artıq o yoxdu. Onu incitməyin Toxunmayın ona...Və mənim yeganə tələbim, xahişim bu oldu ki, tez, lap tez bizi Bakıya yola salsınlar. İki saat ərzində hər şey həll olundu...
Soruşuram: bəlkə Vaqifin son günlərinin şəkli ola sizdə.
"Yoxdu, - deyir Elza xanım, - mənim başım qarışıq oldu. HEÇ KƏS, HEÇ KİM ŞƏKİL ÇƏKMƏKLƏ MƏŞĞUL OLMADI!".
TOFİQ ABDİNdən bir şer:
VAQİF MUSTAFAZADƏ NAĞILI
Yurdundan çox
orda-burda öz ömrünü yaşadı
Nota döndü,
suya hopdu
hava oldu
Ömrümüzün yaşıdı.
Cansız nota can verməkdən
Barmaqları incəydi
Kim deyər ki, bu barmaqlar
Harda, nə vaxt dincəldi!
Qara mərmər pianodu məzarının başında
Çalanı, yox çalanı
Kim deyər ki,bu dünyada O olmayıb, yalandı!
Dipdiri bir nağıl imiş
söyləyəni yox idi
Gülüm, balam
qoy danışım bu nağılı mən indi.
Nə çalmaqdan bezikərdi
nə bir dəfə deyindi.
Nəyi deyə bilmədiksə
məzarına de indi.
Yuxusu da musiqiydi gözlərindən axardı
Musiqi də civə kimi
Yığanı yox, yığanı

Dünyamıza tanıtdı
əsr-əsr yaşı olan muğamı.
O çaydımı, bulaqdımı,dənizdimi, dəryamı
Tutmuşdu o başdan-başa ömür adlı dünyamı
bir sevgiyə əsir düşmək,ya vurulmaq ]
harammı
Kim sağaldar ömrümüzdə
Vaqif boyda yaranıg
Sağaldanı tap, hanı?
Kim deyər ki, bu dünyada O olmayıb, yalandı!
Asfalt-asfalt düşüncələr arasından boy atdı
Boyat olan düşüncələr duyammadı
onlar elə boyatdı.
Hissmizi, duyğumuzu
sevgi adlı musiylə oyatdı.
Bu nə yuxu, bu nə qorxu
Kimlər bunu yaratdı?
Ömrü oldu bir çağrılmaz
bir deyilməz bayatı
Çağıranı tap, hanı?
Kim deyər ki, bu dünyada O olmayıb, yalandı!!!