adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

iki Siyasi Yazı

TOFİQ ABDİN
24206 | 2010-02-13 01:09
QARABAĞ TÜRKİYƏNİN
   
   NEÇƏNCİ İŞİDİR?
   
   
   
   Əslində bu sual bütün zamanların sualı idi. Hətta elə sovetlər dövründən bu sual bütün türk dünyasının yarası olaraq vardı (və bir çoxlarımız indi başa düşmüşük ki, sən demə, Qarabağ məsələsi bütün türk dünyasının işi imiş). Və o zamanlar bir çoxumuz düşünürdük ki, nə yaxşı, bu məsələ ortaya atılmır. Heç inanmıram da ki, bizim hələ "qıdıqlamadığımız" bir şey o illərin Türkiyəsinin yadına düşəydi. Bütün olanlardan sonra indiki vəziyyətdə Qarabağ məsələsi türk mətbuatında ara-sıra baş qaldırır və türkün sözü, sonra da hadisələr selində itir-batır. Bəlkə də, belə olmalıdı. Çünki Türkiyənin başını elə böyük işlərə qarışdırırlar ki, özünün içindən uzaq olan məsələlərlə adda-budda məşğul olmağa vaxt tapır. Və bu bir o qədər də təəccüblü deyil.
   
   Niyə ?
   
   Türkiyə güclü dövlətdirmi?
   
   Əlbəttə, Türkiyə güclü dövlətdir və yenə də güclənmək istəyir. Bunu biz də istəyirik.
   
   Türkiyə ağıllı dövlətdirmi? Bəli, Türkiyə bir dövlət olaraq ağıllı dövlətdir və o qədər ağıllıdır ki, bir çox məsələlərdə "dəymə mənə, dəyməyim sənə" məntiqi ilə yaşayaraq XXI əsrdə Türk Cümhuriyyətlərinə liderlik etmək və öndə getmək istəyir ki, buna görə də hələlik bir çox məsələlərdə qurban verməklə məşğuldur.
   
   Türkiyə güclü dövlətdir, çox güclü dövlətdir. Amma Türkiyə bu gücünü heç kəsə göstərmək istəməz.
   
   "Bakı-Ceyhan" neft kəmərinin və ya onlar demişkən, boru xəttinin Türkiyədən keçməsi üçün nələr etmədilər? Hətta yeri gəlsə, qurbanlar verə biləcəyini də inkar etmədilər. Bunu elə türk mətbuatının özündən də hiss eləmişik. Uzun müddət türk mətbuatını və televiziyasını izləyənlər açıq-aydın görürlər ki, Qarabağ məsələsinin ortaya gəlməsi Türkiyənin də xeyrinə deyil. Türkiyə bu məsələdə onsuz da geri addım atmağa məcburdur. Buna görə də bütün yazı-pozu adamları bu boru xəttinin daha çox təbliğ olunması yolunda özlərini öldürürdülər. Ki, bunu da bacarırlar. Öhdələrinə düşən bu idi, onu da yerinə yetirdilər.
   
   Məsələyə hansı tərəfdən baxılır-baxılsın, heç kəs indiki vəziyyətdə Türkiyənin böyük, güclü dövlət olduğunu inkar edə bilməz. Amma təəssüflər olsun ki, Türkiyə bu güc və böyüklüyündən bir güc və bir böyüklük olaraq istifadə edə bilmir. Bunu yalnız və yalnız iki, üç mühüm şeylə göstərə bilərəm və bunları göstərməklə, onu da demək istəyirəm ki, Türkiyə bir dövlət olaraq bu məsələdə imkansız. Türkiyəni imkansız eləyən elə şərtlər var ki, Türkiyə bu şərtləri adlayıb keçə bilmir, keçə bilməyəcək.
   
   Təkrar edirəm: Türkiyə güclü dövlətdir. Amma illərdi Türkiyə bir dövlət olaraq Avropa Birliyinin qapılarını aralaya bilmir ki, bilmir. Yunanıstan və bütün xristian dünyası "Demokl qılıncı" kimi durub başının üstündə...
   
   Təkrar edirəm: Türkiyə güclü və ağıllı dövlətdi. Amma bu gücə, bu ağıla baxmayaraq illərdi Ermənistanın soyqırım iddiasını yox saya bilmir və bu soyqırımla başı hər zaman dərddədir ki, bu da Türkiyənin beynəlxalq gücünü azaltmağa yetir. Hətta son hadisələr bunu bir daha göstərdi. Ermənilərin utanmaz bəyanatları hamımızın yadındadır.
   
   Türkiyə böyük və güclü dövlətdir, amma illərdir daxilindəki güc mərkəzləri ilə və xüsusilə PKK ilə bacara bilmir. Bacarsa belə, bir çox türk vətəndaşının düşündüyü kimi, qoymurlar.
   
   Türkiyə güclü və ağıllı dövlətdi...
   
   Amma... amma... Bu "ammalar" o qədər çoxdur ki, Türkiyənin Qarabağ kimi bir məsələylə məşğul olmağa vaxtı çox az olur (gündəmdə tutmağı düşünürük) və bir çox türk insanı da belə düşünür ki, keçəl çarə bilsə öz başına eləyər.
   
   Haqlı da düşünürlər.
   
   Qarabağ yalnız Azərbaycan dövlətinin və Azərbaycan xalqının işidir. Bu təzə xəbər deyil. Ona görə də özümüzü aldadıb yaşamağa dəyməz. Ona-buna ümid eləməyə isə heç dəyməz.
   
   ***
   
   
   
   Bir daha xatırlatma :
   
   
   
   BİR FOTONUN İFADƏ ETDİYİ GERÇƏK
   
   
   
   Tarixin dərsləri unudulursa tarix həmən dərsləri yenidən yaşamağa məcburdur.
   
   Tarix Dərs alınaraq yaşanmalıdır, amma bu var ki, unudulmadan da tarixin dərslərini yenidən yaşamağa çalışanlar var. Buna ən bariz misal, Hocalı faciəsi və soyqırımıdır.
   
   Dünyanı lərzəyə gətirən və ermənilərin iç üzünü dünyaya göstərən Xocalı hadisəsi, Azərbaycan toprağının ən dərin yaralarındandır. Hocalı soyqırımı unudulmaz.
   
   Tarix belə hadisələri insanoğluna göstərmişdir və bunun nə dərəcədə qeyri-insani olduğunu da söyləmişdir.
   
   Tarixin dərsləri unudulursa bu bir faciədir.
   
   Tarixin dərsləri unudulursa tarix həmən olayları yenidən yaşamağa məcburdur. Tarix dərs alınaraq yaşanmalıdır. Amma bu var ki, unudulmadan da tarixin dərslərini yənidən yaşamağa çalışınlar var. Dediymiz kimi bunun ən biraz misalı; Xoclı faciəsi və soyqırımıdır. Bu faciənin mahiyətiyni Türk qəzetçiləri, yazarları və aydınları dünyaya bizdən də qabaq duyura bilirdilər. Azərbaycan və bu ölkənin aydınları özqardaşlarına və yazar dostlarına minnətdardırlar.
   
   İndi bu faciədən illər keçməsinə baxmayaraq, hər gecə yuxuma bir foto girər. Mən bunu poetik bir yalan olaraq demirəm, və ya bu bir şair sözü də deyil. O fotonun görüntüsü bu torpağın bir vətəndaşı olaraq məni yerdən- yerə vurmuuşdur. Mən o gündən bəri uşaqlarımın üzünə dik baxmağa belə utanıram. Amma nə yazıq ki, bu foto gözümün önündən çəkilmir. Bu foto Moskovada yayınlanan "Moskovski Novosti" qəzetində çap olunmuşdu. Qəzetçi Rus tanklarından birinə minərək ermənilərlə birlikdə Xocalıya getmiş və qabaqcadan hazırlanmış bu soyqırımın iştirakçısı olmuş, bu faciəni öz gözləriylə görərək, yazmış və foto ilə birlikdə çap etmişdi.
   
   Bir sənəd bu.
   
   Fotoda əks olunan 4-5 insan əlləri arxadan bağlanmış, toprağa çökdürülmüş və 4-5 hərbi geyimli isə (hələlik bunalara insan demək olmaz) onların başının üstündə dayanmışlar. Əli silahlı ermənilər fotoda namərdcəsinə gülürlər. Soyqırım gecə olmasına baxmayaraq, foto olduqca təmiz çəkilmişdir. Fotonun altında dəhşətli sözlər yazılıb. Əsil faciədə bax elə bu sözlərdən başlanır: "BU ADAMLAR MƏHSƏTİ TÜRKLƏRİDİR.İNDİ BUNLAR KİMDİ? BUNLAR ÜÇÜN BİR LİTR BENZİN İSTƏDİK,AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR BİR LİTR BENZİNƏ BELƏ DƏYMƏDİLƏR."
   
   Bəli, bu yazı və bu foto uzun bir müddətdir ki,mənim ürək ağrım olaraq içimdə yaşayır.
   
   Bu nifrət hardan gəlir? İnsanlığa sığmayan, bu dəhşətli fikirlər,millətindən və harda doğulduğundan asılı olmayaraq insanlıq adına bir ləkə olduqları şübhəsizdir. Yəni,bu sözləri deyən, bu fikirləri dilə gətirən insanların damarlarında insan qanı heç yoxmu?
   
   "Yuxuma girər o foto..."
   
   "Yuxuma girər o sözlər..."
   
   Uşaqlarımın gözünün içinə dik baxa bilmirəm."
   
   Amma bu var; bu sözləri qolları bağlı o Məhsəti Türklərinin başları üstündə deyənlər bir müddət sonra Azərbaycan güclərinin əlinə keçincə yalvarırdılar. Bir-birlərini satırdılar xaincəsinə. Təkcə erməni ermənini satmırdı. Onlara silah verən havadarları rusları da satıb lənətləyirdilər. Amma buna inanmaq da çox çətin idi.İnsanlıqdan xəbəri olmayan bu insanlar sadəcə insan deyil " manqurd"lardı.
   
   Yəni 21-ci əsrin astanasında bu insanlar, dünyanın gözəlliyindən doyub da bu qədər vəhşiliyi necə eləyə bilirdilər. Əcaba, bir erməninin bir Türkə nifrəti niyə belə amansız?Anası öz erməni törəsinə nə demiş ki, bunlar bu dəhşətləri eləyirlər. Bu fikirlər hardan gəlir?
   
   Ermənilərin ən demokratik yazarı olan Qrant Matevosyan, hekayələrindən birində türkə belə bir nifrət uydurmaqla məşğul. Hekayələrindən birində yazır ki, bizim köy bir Türk köyü ilə qonşu idi. Türk kişiləri bal satmaq üçün bizim köyə gəlirdilər. Atalarımız,babalarımız Türklərdən bal alırdılar. Türklər gedəndən sonra ata və babalarımız balı əvvəlcə itə verirdi. Əyər it ölməsəydi sonra biz yeyirdik
   
   Bu da ən demokratik yazarın fikirləridi. Bu fikirlərlə böyüyən bir erməni çocuğu daha necə ola bilər?
   
   Böyüklərimiz gözəl söyləmiş "Alın yazısını pozmaq olmaz". Tale bizə belə bir qonşu qismət eləmiş.
   
   Böyüklərimiz həm də demişlər: "Gedər xəncər yarası,getməz söz yarası".

TƏQVİM / ARXİV