adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ORTAQ TüRKCƏ -4

TOFİQ ABDİN
26952 | 2009-12-19 02:04
Çox qısa bir açıqlama: "Ədalət" qəzetini də internetdən oxuyan dünyanın bir çox ölkələrinə səpilmiş türk aydınları, onun səhifələrində gedən yazılar ətrafında müzakirələrdə yaxından iştirak edirlər. Bu qəzetin daima yazılar yazdığım səhifəsində "Ortaq türkcə" zaman-zaman müzakirə olunub və bu yazıları oxuyan həmin türk aydınları öz fikirlərini də bildirirlər.
   
   Hörmətli Tofiq Abi, bu gecə yarısı sizin "Ortaq Türkcə" yazılarınızı böyuk məmnunluqla oxudum. Mən də "YOM" dərgisinin son sayında (14-cü) məsələnin imla tərəfinə toxunmuşam. Həmin yazını sizə gördərirəm. Bu vəsilə ilə çoxlu salam və sayğılar...
   
   Fəthi Gədikli ( Professor, Türkiyə)
   
   Əlfaba və İmla Məsələsi
   
   Dilimizin vəya başqa deyişlə Türk dünyasının əlifba məsələsi cözüldümü? Geniş bir yelpazadən baxdığımızda bu sualın cavabı sevindirici deyil.Günümüzdə bu məsələnin orda-burda şurada-burada canlı olaraq dartışılması bunu göstərir.
   
   Gerçəkdən, ilk dəfə M. F. Axundzadənin gündəmə gətirdiyi əlifba islahatı məsələsi aradan bir əsr yarım keçdikdən sonra və islahıtan vaz keçilib yeni bir əlifba qəbul edilməsinə rağmən tamamiylə və başarılı bir şəkildə həll olunmuş sayılmaz. Axundzadənin ardından həmyerlisi Məhəmmədağa Şahtahtlı kimi qəzetçilər, Ənvər Paşa kimi əskərlər və dövlət adamları getmiş, daha sonra bilindiyi kimi öncə Azərbaycanda, ardından Türkiyədə Latin əlifbası qəbul edilmişdir. Bu əsnada Azərbaycanda toplanan məşhur 1926-ı il Bakı Türkoloji Qurultayında əlifba məsələsi yoğun dartışmalara mövzu olmuş və orada bütün Türklər üçün ortaq bir əlifba qəbul edilməsi qərara alınmışdır.
   
   Azərbaycan, Türkiyə və digər Türk dünyası ölkələrinin Latin əlifbasını qəbul etməsi tarixin ən böyük totalitar dövlətlərindən birini qurmuş Sovetlər Birliyinin işinə gəlməmiş və 1939-cu ildə hər bir Türk ölkəsinə -bir-birləriylə mədəni münasəbətləri hərbi səviyyədə qalsın deyə- Kiril əlifbası əsasında ayrı ayrı əlifbalar ortalığa atılmışdır.
   
   İndiki vəziyyətə baxmış olsaq bugün yerüzündəki Türklərin başda latın olmak üzərə, kiril və ərəb əlifbasından istifadə etdiklərini görürük. Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Kırım Türkləri latin əsasına dayanan, amma az-çox ayrı əlifbandan istifadə edərkən, Kazakistan və Rusiya Fedərasiyası içində muxtar Tatarıstan, Başkırdıstan cumhuriyətləri kiril əlifasını işlətməkdədirlər.Tatarıstanın latin əifbasına keçmə təşəbbüsü Rusiya Federasiyası tərəfindən Anayasaya uyğun olmadığı bəhanəsiylə qarşısı alınmışdır. Ərəb əlifbasını işlədənlər isə başlıca olaraq İran Türkləri və Uyğur Türkləridir. Diqqət etmiş olursaq istifadə olunan əlibaların bir qismi hegamon dövlətlərin basqısı altında olan bir vaqedir. Azad seçim imkanı olsa böyük ehtimalla bütün Türklərin Latın qrafikasında yazması bir o qədər də çətin problem deyil.
   
   Göründüyü kimi mövcud durumda, sıradan bir aydının - yəni Türkoloq değilsə vəya xüsusi bir yanaşması yoxsa - türkçənin bu çeşidli "dilləri"ndə yazılan ədəbiyyatı oxuması imkansızdır. Oysa vaxtiylə əlifba məsələsi ortaya atıldığında bütün türklərin tamamən ortaq olaraq istifadə etdikləri bir əlifbaları vardı. Belə anlaşılır ki, bu əlifbanı həm biz ya çətinlik çəkdik ya da dilimizə uyğun oladığı üçün buraxdıq; həm də bizim əlifba birliyimizi ortadan qaldırmaq istəyən düşmənlərimiz bəzən paxıllıqca və əksər hallarda güc tətbiq edərək yaddaşdadırlar. Nəticədə əlifba xususundakı bugünkü xaos ortamını genə biz və bizim birliyimizi istəməyən aktyorlar bizə hazırlatmışlar. İndi bunu deyərkən, keçmiş illər qayıtmaq kimi bir düşüncəylə hərəkət etmirik, sadəcə məsələni təsbit edirik.Umumiyətlə əlifba dəyişikliyini məşru göstərmək üçün bir çoxlarınca önə sürülən onun çətinliyi məsləsi, bu gün bu əlifba ilə müqayəs ediləmyəcək qədər zor olan yapon və çin əlifbalarıyla oxuyub yazanları və onların dünyanın ən öndə gələn gücləri olduğunu bildiyimizdə tamamən yanlış olduğmuzu görürük.Yoksa Türklərin zəkası bu xalqlardan daha azdır?!
   
   Əlifbanın latınlaş(dırıl)ıb onlara bölünməsi hər bir ölkədəki, hətta bölgədəki söyləmə şəkillərini yazıya vermə nəticəsini doğuraraq məhəlli tələffüzləri ədəbi dilə gətirmiş və onların yazılışlarını dondurmuşdur. Bu məsələni mütaliə edərkən indi təbii və normal qarşıladığımız bu mövcut durumun, vaxtiylə xarici müdaxilənin sonucu olaraq ortaya çıxdığını yaxşıca dəyərləndirməyi bacarmalıyıq. 1937-ci ildə Bakıda düzənlənən "Orfoqrafiya və Terminologiya Konfransı"nı bu nöqtədə xatırlatmaq yetərlidir.
   
   Bir (ortaq) olan əlifbanı onlarcaya böldükdən sonra indi onu təkrar birləşdirmə və ortaqlaşdırma yönündə daima və yorulamdan çalışmalıyıq. Bu məsələ daha geniş şəkildə düşünlümə məsələsi bir qırağa dursun, burada işin başqa bir yönünə, imla (orfoqrafiya, yazım, yazılış) məsələsinə toxunmaq isətridik. Yaxşı heç olmasa bu məsələdə bəzi kiçik addımlar atmaq mümkünmü? Bunu eləməkdə məqsəd Türk Dünyası olaraq adlandırdığımız coğrafiyada olan yazılı məhsulun bu coğrafyanın hər bucağında, hər küncündə yayılması və oxunmasını asanlaşdırmağa yardımcı olmaqdır. Beləcə bu geniş dünyanın ortaq ağlından, ortaq intelektindən istifadə edə bilmək imkanı əldə ediləcəkdir. İşin iqtisadi boyutu da var. Niyə bir yazarımızı iki yüz milyon oxumasın, niyə qəzetlərimiz, dərgilərimiz beş yüzmin, bir milyon, on milyon satılmasın? Tək tək səkiz milyona, iyirmi milyona, otuz milyona, yetmiş milyona müraciət etmək yerinə bunların hamısına birdən müraciət yolunun açılmasının nə qədər böyük bir əhəmiyyətli ola bilir.
   
   Vəziyyəti beləcə ortaya qoyduqdan sonra mövcud vəziyyətdə nə eləmək mümkündür deyə düşünməliyik. Biz irəlidə kiril və ərəb əlifbalarıyla yazan qohum dövlət və topluluqların da əldə etdikləri fürsətdən istifadə edərək latin əlifbasına keçəcyinə inanırıq. O halda latın əlifbası istifadə edənlər arasında əlifbaları yaxınlaşdırmak üçün nələr eləyə bilir. Bu məsələni ətraflıca düşünmək və müzakirə etmək lazımdır. Yuxarıda toxunduğumuz kimi bu məsələ təəssüf ki, həll olunub bitməmişdir. Yeni Zelandadan Amerika Birləşmiş Dövlətlərinə Hindistandan İngiltərəyə qədər ingiliscə danşan və yazanların eyni əlifbanı istiafadə etdikləri bunun əyüani sübutu deyilmi? Bənzər şəkildə 30-dan ərəb dövləti, hətta ərəb olmayan bəzi İslam dövlətlərinin də eyni ərəb əlifbasını istifadə etməsi məntiqsizdirmi,yarasızdırmı? Bütün dövlətlərin içində danışılan dilin standart olmamasına rağmən, adını çəkdiyimiz döəvlətləri eyni əlifbanı və dili istifadə etmələrini nə vacib qılır? Bu sualların cavabını axtarıb tapmaq bizim də türk cumhuriyətləri olaraq nə eləməyi bizə diqtə etməlbdir.
   
   "Ziyalı"larımızın vəzifəsi bu məsələni hər zaman gündəmdə saxlamaq, bütün boyutları müzakirə etmək və siyasətçilərimizi uygun adımları atmaq üçün yönləndirmək və inandırmaq. Ancaq bu böyük addımlar yanında atılacaq kiçik addımlar da var. Misal olaraq, bugün Türkiyə və Azərbaycanda istifadə olunan latin əlifbası, Türkiyə əlifbasında olmayan üç hərfi çıxmaqla demək olar ki,eynidir. Bunlardan Ədən xaric X, Q hərfləri Türkiyədə də alınma kəlmələr və yerli dillər səbəbiylə bəzi mətbuat səhifələrində yaxılarda görünməkdədir. Yenə də, bu iki hərfi daha da yaınlaşdırmaq və hətta birləşdirmək üçün qarşılıqlı bəzi addımların atıla biləcəyini düşünürük. Amma bütün bunlardan öncə Türkcənin Oğuz qurpundan gələn bu iki "dil"də imla məsələsində də bəzi dəyişikləiklərin aparılması ilə aradakı fərqin azaldılması ciddiyətlə düşünülməli. Türkiyədən Türk Dil Qurumu və Azərbaycandan Nəsimi Adına Dilcilik institutu vəya bunların yanında əlaqəli digər qurumlar zaman-zaman bir araya gəlməli qarışılıqlı olaraq bəzi qərarlar alınmalıdır. Hal-hazırda əlaqələrimizin get-gedə daha da sıxlaşdığı səbəbiylə hər iki ölkədən bir çox insanların bir-birinin ədəbiyyatını bəlkə bizim təxmin etdiyimizdən daha çox oxumaqda və izləməkdədir. İki dildən çevirilər çox artmışdır.Hər iki toplumdan insanlar arasında internet yazışmaları xeyli vüsət alıb.Amma bu əsnada bir sıra texniki çətinliklər də yaşanmaqdadır.
   
   Ancaq yazı məsələsində bəzi kiçik addımların atılması işləri asanlaşdıracaq,anla(ş)manı sürətləndirəcək, tərcümə işləri zamanı asanlıqlar əldə ediləcəkdir.
   
   Nələr olmasına dair bəzi vacib təkliflərimizi sıralarsaq məqsədimiz daha yaxşı anlaşılar.Məsələn, bugün Türkiyədə sıra saylarının rəqəmlə göstərilməsi halında rəqəmdən sonra ya bir nöqtədə ya da kəsmə işarəti yazılaraq dərəcə göstərən bir əlavə yazılır: 15., 56., XX.; 5"inci, 6"ncı kimi. Azərbaycanda isə bu saylar 525-ci, 6-cı, 9-cu misalında olduğu kimi, bizdəki ikinci seçimə görə, daha sadə bir yazılma diqqtəi çəkir.Bəlkə burada Azərbaycan şəklinə bir N hərfi əlavə olunaraq 525-nci, 6-ncı, 9-ncu kimi yazılışı qəbul edilə bilər.Bilgisayarla yazarkən bu şəkildə yazmaq daha asan görünür. Başqa bir xüsus budur: Bizdə kəsmə işarəti çox tez-tez istifadə olunmaqdadır.Ancaq Azərbaycanda bu işarətə heç ehtiyac yoxdur. Bunun yerinə bəzi qısaltmalardan sonra, aşağıdaki misalda olduğu kimi tire işarəti yazılır: "ABŞ, İngiltərə və SSRİ-nin qarşılıqlı razılaşmalarına əsasən, SSRİ silahlı qüvvələri İran ərazisini (GA-nı) tərk etməli idi." Bənzər şəkildə əsrlər/yüzillər Türkiyədə "XX. əsr/yüzyıl", Azərbaycanda nöqtəsiz olaraq "XX əsr/yüz il" kimi yazılmaqdadır.
   
   Bunlara bəzi insan adlarının (Abdulla/Abdullah, Rza/Rıza); böyük hərflə yazılan bəzi isimlərin (Yər üzü/yerüzü, Göy üzü/göyüzü, Günəş/günəş, Ay/ay, Vətən/vətən); daxili deyimlərin sonunda tire qoyulması və "dedi" əlavə edilməsi, Ruscadan və ərəbcədən gələn kəlmələrdə qoşa yazalın hərfəlrin (hakimiyyət/hakimiyət), ssenari/senari/senaryo) tək yazılması kimi daha onlarca belə misallar gətirmək mümükündür. Ancaq bunlar ikinci dərəcədəki misallar olaraq Türkiyədə və Azərbaycanda görüləcək mübahisələr və görüşmələrdən sonra bir nəticəyə gələrək ya o tərəfli ya bu tərəfli olmasına baxıla bilir.Yazmağı asanlaşdıran bu tür dəyişiklikləri Ruslar və daha yaxınlarda Almanlar da eləmişlər.
   
   Dünya get-gedə "kürəsəl bir köy" halinı alır. Avropa Birliyi, Cənubi Amerika Ölkələri Sərbəst Ticarət Anlaşması (NAFTA), Ərəb Birliyi, İslam Konfransı Təşkilatı kimi təşkilatlar öz içlərindəki ayrılıqları azaldıb ortaq yararları, dünyada və öz topluluqları arasında barışı və qardaşlığı təmin etməyə çalışırlar. Eyni şeyi bizlər də gərçəkləşdirə bilməliyiz.
   
   Necə ki,səyahat və turizm, gəzilən-görülən yerlərdəki insanlarla tanışmağı, danışmağı, əlaqəni mümkün hesab edib fərqli yerlərdəki insanların bir-birləriylə alış-veriş eləmsəini, bilgi və tərcübələriylə bir-birlərini öyrətmələrini, sonunda qarşılıqlı olaraq üfiqlərin açılmasını, yeni təşəbbüslərə girmələrini, hətta yeni sıçramalar eləyə bilmələrini, birlikdə iş görmələrini həyata keçirmək potensiyalı yaradırsa, qarşılıqlı oxuma, uyğulama və çevirilər eləmə imkanlarına qovuşma da eyni nəticələri əldə etməmizi yaradar. Tarixə baxdığımızda İslam mədəniyətinin, Renesans tərcümə fəaliyətləriylə doğduğunu görürük. İçə qapanmaq heç bir şeyi həll etməz, daha çox ətrafa boylanmalı, ətrafa baxmalı,mümkün olduğu qədər çox insanı təsirləndirməli və onlardan təsirlənməliyik dünyamızı böyütməliyik! Gərəkli olan, gündəlik xırda məsələri aşıb daha sonraları, yarım əsr sonrasını, yüz il sonrasını düşünməli və irəlini görməyi bacarmalıyq.
   
   Bəli Türk Dünyası dediyimiz ölkələr arasında daha təsirli, verimli və geniş bir alış-verişin yaranmasına, yazı məsələsinə söylədiymiz bu xırda adımların böyük bir sürət qazandıracağına əminiz. O üzdən yorulmadan-usanmadan, nəticə alanadək mərməri oyan su damlaları kimi daima axmalıyıq.

TƏQVİM / ARXİV