adalet.az header logo
  • Bakı 18°C

NƏ GüNLƏR VARDI ...

TOFİQ ABDİN
25103 | 2009-11-21 02:00
"Ömürdən notlar"- dedikdə bir az yekə çıxmasın. Hər halda başqa bir söz tapmaq da çətindir. Pis-yaxşı yaşanan illər ÖMÜR adlı bir məkana yerləşib.Ona görə də məhz bu adı seçdim.
   
   Gəncə ədiblər məktəbinin başqanı, yazar Rəşad Məcid "ehtiyatda olan oyunçu" kimi növbəti dəfə məni öz məktəbinə, gənc yazarlarla görüşə apardı. Məndən qabaq iki gözəl yazar seçilmiş və onlar olsun: Zəlimxan Yaqub və Sabir Rüstəmxanlı
   
   Zəlimxan bəy xəstə idi. Bunu mətbuatdan oxumuşuq. Allah şəfasını versin. Bu yaşda bu qədər xəstələnməyin nə olduğunu, vallah, bir az götür-qoy etsəm də, bir şey başa düşə bilmirəm. Ruslar demiş, tembole Zəlimxan kimi istiqanlı Allah adamı və hamının sevimlisi olasan.Bunu bir türlü anlaya bilmirəm. Allaha qurban olum, o da həmişə yaxşı bəndəsini zülmə salır.
   
   Sabir Rüstəmxanlı bir neçə vəzifə sahibi kimi çox tez-tez ora-bura çağırılır və o da həmin günlərdə Türkiyəyə getmiş oldu.Və burada mənim bəxtim gətirdi. Bu birinci sözü çox gənc və ikinci sözü çox qocaman GƏNC ƏDİBLƏR məktəbinin iştirakçılarına saat yarım möizə oxudum. Haqqımda yazılanlardan o bəlli oldu ki, mən bu məktəbin adamı deyiləm. Çünki çox səliqəli və düşüncəcə sovet dövründən uzağa getməyən bu gənclərdən çoxu mənim bura qonaq çağırılmağımdan heç məmnun olmadılar və yazılanalardan da bəzilərinə cavab notları ehtiyacı duyulsa da bunu eləmirəm. Mənim yaradıcılığımdan ( vallah bu dəfə lap bir başa yaradıcılıq deyəcəm) bəli, mənim yaradıcılığımdan xəbərsiz bir dəstə xanımı və bir dəstə oğlan uşağını ora çağıran Rəşad Məcidin mədəniyyəti olmasaydı, mənim orada nə işim vardı. Xüsusiylə də bu yaşımda.Uzun bir həngamə. Və həmin "qələm sahibləri" (burda bir parantez açım. O görüşdən həmən sonra haqqımda yazan və mühim fikrini dırnaqda verən Ülkər İlqarqızının sovet düşüncəsinin qoxusu gələn yazısından məni lağa qoyan bir yeri sizə də çatdırım: "Sonra Rəşad Məcid "QİYMƏTLİ VƏ EYNİ ZAMANDA ORJİNAL FİKİRLƏRİNƏ GÖRƏ" ( ayrıntı bizimdir). qonağa təşəkkür etdi.
   
   İndi baxın, yeri var deyim ki, bu gənclər hələ bir yana dursun, bəzən lap tay-tuşlarım da məni alırlar qabaqlarına o ki, var döşəyirlər. Olsun. Mən artıq o yaşda deyiləm ki,hər deyilən sözdən geri çəkilim. Və bu ilk dəfə deyil ki, olur.Hələ lap qabaqlar da ən yaxın tanışımı mənə misal göstərib : "onun kimi ol"- deyənlər də olub. Deyirlər : görürsənmi, ondan dərs al.
   
   Tamam. Mən bunu inkar etmirəm. Amma mən onun kimi yaşaya bilmərəm. Mənim öz həyatım var.
   
    Yaxşı xatırlayıram: bir zamanlar Türkiyədə yaşyanda heç kəsə həqiqəti söyləmədim, yəni harda və necə işlədiyimi gizlədim soruşanlardang (Sevimli və rəhmətlik Adil Qaçayoğlu xaric). Bir şirkətdən işdən çıxarılıb uzun zaman işsiz qaldıqdan sonra (şirkət sahibləri: kəbinsiz yaşayan və mənimlə qonşu olan, bir çox zaman məndən hətta gecə saat birdə, ikidə bir rus vodkası da istəyən solçu ər və arvad idi) sevimli Adil Qaçayoğluna zəng eləmişdim Bakıya. Şirkətdə işlərkən ailə büdcəmə köməklik etdiyim 100 dollar maaşımdan bir az qırtıb-qısıb kart alardım və onunla da Adil müəllimə həmişə zəng eləyərdim. İş əlimdən çıxandan sonra ilk dəfə idi ki, yenə də ailə büdcəmə xəyanət eləyib canımı dişimə yığıb sevimli Adil müəllimə zəng elədim və bir üç-beş dəqiqə danışdıq. Daha doğrusu danışmağa heç bir şey yox idi, onun da o zaman Bakıda vəziyyəti bir o qədər də gözəl deyil, gözəl ha...bəlkə də heç yaxşı deyildi. Bu halımı ən azından bir yazı priyomu olaraq və həqiqət olaraq bir çox yazımda istifadə eləmişdim o vaxtlar.Vallah yeri gəlmişdi istifadə eləmişdim.Yoxsa yazmazdım, çünki bunu oxuyacaq kimsənin mənə kömək edəcək halı yox ki... Kömək etmək istəyən olsa belə, onlar da hələlik susurdular və ya düşünürdülər: keçəl çarə bilsə, öz başına eləyər. Amma keçəl çarəni eləmək üçün bir çox etaplar var ki, mən o etapları artıq keçmişdim: məsələn: İstanbula, yəni Türkiyəyə, yeni işə gəlmək istəyən hər adama ev lazımdı, eşik lazımdı, nə bilim bir az tanışlıq lazımdı, bir az ətraf lazımdı.Yazı yazmaq və yaxud bir qəzetin müxbiri olaraq buralarda işləmək istəyən adam üçün deyək ki, maşinka lazımdı, hələ bilgisayar demirəm və ya telefon lazımdı və ya faks lazımdı...Burdakı xəbərləri burdan Bakıya telefonla demək üçün bir xeyli pul lazımdı.
   
   Bunlar lazımdı.Və mən bəzən düşünürdüm: bizim qəzetlərin Türkiyə müxbiri niyə olmasın? Niyə bizim qəzetlər, halı yaxşı olanlar, öz postlarını yaratmırlar bir çox ölkələrdə? Düşünürdüm və deyirdim: aman Allahım, mən deyəsən havalandım! Bütün bu ağırlıqları mən öz keyfim üçün (daha doğrusu xəstəlikdir də) yaşasam da yenə də bir iş görə bilmirdim və son vaxtlar tam bir rahatsızlıq içindəydim və irəlidə də məni nə gözləyirdi, onu da bilmirdim.Yox, qardaşım asan deyilgHeç asan deyilg
   
   Və o zaman Adil müəllimlə danışıb evə gələndən sonra həyat yoldaşım, arvadım (inanın ki, bir dəfə Türk televizyonlarından birində iki saat dava getdi ki, ARVAD sözü təhqirdir. Bir maqazin, yəni musiqi jurnalisti ağara-ağara dedi bir aktyora: sən "arvadım" de, mən "xanım" deyəcəyəm... tamam de, qardaşım, bunun üçün dava eləmək gərək deyil ki...iş məhkəməyə düşdü... Dava açdılar biri-birilərinə. Ay dava açırlar hag) Gülnaz xanıma dedim ki, bəs axırda Adil müəllim də dilləndi: uşaqlar bitirsin çıx gəl bəri. Bir şey demədi həyat yoldaşım. Hal-hazırda evimizdə bircə o işləyir və o da hardasa dollar olaraq 150 dollar maaş alır. Olmayan yerdə buna da şükür. Amma işi çox rahatdırg
   
   Sevimli Adil müəllimin sözü məni bir az daha qəribsətmişdi, amma Adil ilk adam deyildi ki, o zamanlar mənə deyən ki, gəl. Yox, mən inad eləmirəm, amma bu Bakıdan gələn bir çox tanış ele hey deyirdi ki, nə var gəlirsən, oralarda da sən deyən keyf eləmirlər... Bunu mən də bilirdim, amma oralar yenə də oralardır.Yəni Vətəndi.
   
   Hələ 2000-ci il idi.
   
   Yox, inanın bu vasvasılıq deyil,deyəsən bu da qürbətin mənə verdiyi bir çox "gözəlliklərdən" biriydi: hər sözdən bir məna çıxarmaq ya da iş-güc yoxdur deyə boş qalıb pis şeylər fikirləşməkgXatırlayıram: sevimli Azər Abdulla da intervyüsündə demişdi: səni buralarda heç kim gözləməsə də mən gözləyirəm Tofiq AbdingYox, vallah, ha mən özümü öldürüm, deyəsən hələ məni oralarda sevənlər var...Amma...Bir Azərbaycan filmində qürbətdən vətənə gələn birisinin sözləri elə hey qulaqlarımda səslənirdi: nədən gəldim bu vətənə...hə, nədən gəldim?
   
   Mən heç zaman belə düşünməyəcəyəm, çünki bir elə uzun vaxtım da qalmayıb ki, bu sözləri deməyə. Və bir də, baxıram ki, məni vətənə çağıran dostların hamısı elə mənim günümdədirg
   
   Və beləcə:
   
   
   
   mənim üçün üfüqdə
   
   heç nə görünmür
   
   hər şey yordu məni
   
   bu küçədəki daşlar kimiyəm
   
   soyuq günəş gələn-gedən vurdu məni.
   
   mənə hürdü küçədəki it də
   
   nə gözləməliydim ki
   
   "çoxu getmiş
   
   azı qalmış" bu yaşdan
   
   indi artıq heç bilmirəm
   
   nədir məni yaşadang
   
   
   
   Bəli, heç nə görünmürdü üfüqdə...Gəlib hər şeyi sıfırdan başlamaq asan deyilmiş. Amma başqa yol da yoxdu. Bir il o yana, bir il bu yana. Oralarda çox dayanmaqda olmazdı bu gedişlə. Alınmayanda alınmırg
   
   Düşünürdüm.
   
   Amma məmləkətdən qıraqda yaşamağın necə olsa da bir üstünlüyü vardı: SƏNİN KİM OLDU

TƏQVİM / ARXİV