adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ADiL QAçAYOğLUNUN RUHU iNCiDi

TOFİQ ABDİN
20777 | 2009-10-31 03:11
Kim istərdi ki, Türkiyə Milli komandası dünya çempionatına getməsin? Bəlkə istəyənlər də ola bilər bizim aramızda. Amma könül heç istəmzədi Türkiyə ən azından bu vurha-vurda bu günə düşsün. Dünya çevmionatının qapısından girə bilməsin. Olanlar olub artıq və mən bütün bu olanlardan sonra unudulmaz yazar dostum Adil Qaçayoğlunu düşündüm. Elə hey onu düşündüm. Heç dəxli varmı görəsən? Bilmirəm? Güman ki, Adil Qaçayoğlunun sümükləri sızladı!!!!!!
   
   Vallah, xatırladığım budur ki, 1962- ci ilin dünya çempionatından bu futbola baxıram və bir az da düşünsək ki, bir zamanların Lenin, indi isə Tofiq Bəhramov adınını daşıyan stadiyonda diktor belə işləmişəm (Banişevski, Tuayev, Ələsgərov, indi olmasın Markarov tüğyan eləyən vaxtlarda) zaman-zaman həyəcanlandığım vaxtlar olub: məsələn, heç dəxli olmadan Pelenin bir zaman gözləri yaşlı, çiynində xalat meydançadan çıxdığını indi də xatırlayarm və mənə əzab verən o idi ki, o boyda futbolçu da artıq o futbolçu deyildi, zamanın ona gətirdiyi xətaların qabağında. Və bir çox dünya çempionatları da yadımda müxtəlif məqamlarıyla qalıb və bir çempionat da yadımda daha çox ona görə qalıb ki, dünyanın hansı komandasıylasa Polşa oynayırdı və bu da o zamanlar idi ki, mən Naxalstroy (Gecəqondu) deyilən bir səmtdə yaşayırdım, ilini dəqiq xatırlamıram, amma bir az sonra xatırlaram güman ki, (hə, xatırladım, 1982-ci il çempionatı idi) Polşa oynayırdı, bir neçə dostla bizdə futbola baxırdıq və onda eşitdim ki, bəs qızım Günel özünü Naxalstroyun zibilliyində (uşaq orda nə gəzirdi ki, mən futbola baxırdım, ay ana, sən bəs hara baxırdın?) yıxılıb əlini-ayağını yandırıb. Bütün dünya başıma dar oldu, o çempionat demək olar ki, qızım Günelin sağalması mübarizəsinə həsr olundu və şükürlər olsun ki, heç bir iz qalmadan sağalıb yekə qız oldu, Türkiyəyə getdi, orda orta məktəbi bitirdi, Ali təhsil aldı və Vətənə qayıtdı, ailə sahibi oldu.
   
   Təbii, bu başlanğıc ona görədi ki, xatırladım: mən bilən Türkiyə kimi bir komanda o zamanlar dünya çempionatına getmirdi (və rəhmətlik Adil Qaçayoğlu sağ olsaydı soruşardım: Türkiyə ilk dəfə hansı dünya çempionatına qatılıb və indiki məqamda nədən afsaytda qaldı, növbəti dünya çempionatı vaqiəsində?)
   
    Mən heç bir şeyi şişirdən adam deyiləm və həqiqətən gözəl idman yazarı Adil Qaçayoğlu demişkən, Türkiyənin bu halı məni pis günə qoydu (bu yazını yazdığım günədək olan halı), amma bundan artığını da gözləmək qeyri-mümkündü, ona görə ki, Türkiyədəki o çəkişmələr var, o maddi maraq məsələsi var, o dünya düzəlməz, tarixən belədir və belə də olacaq. Harda tamah var, orda günah var,suç var demək. Xatırlayıram bir zamanlar Kosta-Rika ilə oyundan sonra Adil Qaçayoğluna dedim ki, əfəndim yaz: TÜRKİYƏ, BİZİ A

TƏQVİM / ARXİV