adalet.az header logo
  • Bakı 20°C

GüNDƏM YARATMAQ MODELi

TOFİQ ABDİN
23422 | 2009-10-17 00:22
Praktik olaraq başqa yerlərdə uzun müddət yaşamadığım üçün bir çox zaman bəzi fikirlərimə isnad vəya dayaq olaraq çox zaman "Türkiyədə belə gəldi, Türkiyədə belə getdi" deyə bir şeylər yazıram. Əslində bu cür isnad və mənbələrdən qətiyyən xoşum gəlmir. Xoşum gəlmir yox, bəzən iyrənirəm bu cür isnadlardan. Xüsusilə də bu mənbələr yazarlar tərəfindən çox zaman biliyi və dünyagörüşü nümayiş etdirmək kimi bir yarışa çevrilir (məsələn, Petrov belə demişdir, İvanov belə yazmışdır və filan cəmiyyətdə filan "izm" yaranmış, bizim hələ bu "izm"dən xəbərimiz yoxdur) və bu cür isnadlar həqiqətən bəlkə də bir çoxları üçün maraqlı olduğu halda, məni bezdirib, çünki bu yazı-pozuyla məşğul olduğum illər ərzində bu isnadları epeheyyyyyyyyy... o qədər gördüm ki, o qədər oxudum ki... İndi həmin isnadların puç olub yoxa çıxdığı məlum oldu və bir çox zaman da o isnadı eləyənlər az qala tövbə ərəfəsinə gəldilər. Gəlsələr də, amma yenə də öz işlərini görürlər, indi də üz tutublar Avropaya... nə bilim Avropa şurasına... nə bilim Obama administrasiyasına və ya daha başqa yerlərə.
   
   Bilirik ki, qarışqadan böyük fil var. Amma hər hansı bir günahı öz içində deyil, başqa yerlərdə müzakirəyə qoymaqdan asan bir şey yoxdur, çünki bu günahı yumaq üçün gücün olmayanda o zaman mütləq gərək elə bir isnad nöqtəsi tapasan ki, bununla da baş qarışdırasan və əsas qayə, ana dərd yaddan çıxsın.
   
   "İnsanları və cəmiyyəti bir şeylərlə məşğul etmək səriştəsi" - deyə bir şey ortaya çıxmış ki, mən bunu səkkiz ildə Türkiyədə çox eşitdim, çox oxudum və bunun çox şahidi oldum.
   
   Gündəm yaratmaq və ya Gündəmi məşğul etmək kimi bir adətimiz Yeni Dünya Düzəni deyilən şeydən sonra meydana çıxmış olmalı ki, qlobal məsələlərin üstünü örtmək üçün xüsusi adamlar və bəlkə də xüsusi təşkilatlar bu gündəm məsələlərini ortaya atırlar. Bununla da içimizin ən böyük ağrısı və ən böyük rəzalətimiz alt qatda qalmış olur.
   
   Bu cür güdəmi qarışdırmaq məsələlərindən biri də Açılım məsələsiydi ki, insanlarımızın bu qədər dərdi qala-qala, inanın ki, Qarabağ kimi bir üzqaralığı olan bir xalqın, bir millətin durub-durub Türkiyə kimi bir dövlətin işinə qarışmaq, bir daha bizim millətin, bizim xalqın ziyalı kütləsinin (məhz kütləsinin) sinəsini irəli verib bunun sonu necə olacaq deyə şivən qoparmasıdır.
   
   Düşünürəm ki, bizim bir çox yazar-çizərimiz Qarabağdan və yaxud İrəvandan buralara gəlmiş (qaçıb vəya məcbur gəlib bunu artıq müzakirə etməyin heç məqamı deyil) burada bir dəstə yaradıb, ədəbi almanxalar buraxmaqla məşğulsa, o almanaxlarda vay-şivən qoparıb TORPA

TƏQVİM / ARXİV