adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Kurtlar vadisi” («Ergenekon») AKP-nin pususumu? - lV seriya

AQİL ABBAS
52804 | 2014-02-21 18:10


Türkan Saylan xanım öldü. Çağdaş Yaşama Dəstək Dərnəyini yaradan bu xanım bu günədək təkcə 36 min qızı oxudubmuş, ali təhsil veribmiş. İxtisasca həkim olan Türkan Saylan Türkiyədə cüzam xəstəliyinin aradan qaldırılmasında müstəsna xidmətlər göstəribmiş. Cüzam xəstələri ilə öpüşməkdən belə qorxmayan bu cəsarətli xanım minlərlə xəstəyə də şəfa veribmiş. Və sair və ilaxır. Qəbri nurla dolsun!

Deyə bilərsiniz ki, Türkan Saylanın «Kurtlar vadisi»nə nə dəxli? Dəxli çoxdu. 73-74 yaşlı bu xanımı da «Ergenekon» soruşdurmasında ittiham etmişdilər, göz altına almışdılar. Səhər saat 7-də qatı bir terrorçunu tuturmuşlar kimi polis qüvvətləri evinə və iş yerinə basqın etmişdi, aramalar aparmışdı və nə qədər sənəd var hamısını da alıb götürmüşdülər. Səbəb: Atatürkçü olması, ulusalçı olması, milliyyətçi olması (milliyyətçi deyəndə, yəni millətini canından çox sevməsi). İndi haqq dünyasındadı. Onu soruşduranların əlindən qurtulmaq az-çox mümkün idi. Amma onu soruşduranların inkir-minkirin əlindən qurtara bilməsi mümkün deyil. Təəssüf ki, insanlar insan soruşdurmasından qorxurlar, amma Allah soruşdurmasından yox. Yəni bir savçıdan, bir hakimdən qorxurlar, amma Allahdan yox. Ona görə də dünyamız təpəsi üstədi. Ona görə Türkiyənin özü də təpəsi üstədi. Və Türkiyəni təzədən ayaq üstə qoymaq üçün bir Atatürk gərəkdi.

Sarısaçlım, mavi gözlüm

Nerdesin, nerdesin?

Gəl!

Türkiyədəsarısaçlıdaçoxdu, mavi gözlüdə. Amma hələki, Atatürkgörükmür!

Qayıdaq filmə.

Məlum olduğu kimi, Türkiyənin Ermənistana yaxınlaşması, sayın Abdulla Gülünİrəvana futbola getməsi, sınırların açılma söhbətinin ortayaçıxmasıTürkiyəni qarışdırdı. ErmənistanınözünüABŞkimi aparması, Türkiyəyəşərtlər qoymasımillətiçilədənçıxartdı.

Millət qardaşAzərbaycan torpağınıişğal altında saxlayan Ermənistanla hər hansıbir danışığa qarşıçıxdı. UluÖndər HeydərƏliyevin dediyi: «Bir millət, iki dövlət!» müqəddəs kəlamıbir dahaöz təsdiqini tapdı. 80 milyon Osmanlıtürküayağa qalxıb hamılıqla azərbaycanlıoldu. Bu millətin arasına girmək istəyənlər bizəçox böyük yaxşılıqlar elədilər. Bizi ayırmaq istəyirdilər,əksinə, millətimizi bir yumruq kimi birləşdirdilər.

Aparılan sorğularda Türkiyəəhalisinin 94 faizi Azərbaycanın yanında oldu.İndi hər millətin içində6 faiz cındır ola bilər.

Vəeləbu vaxt «Kurtlar vadisi» filmindəNazir adlı

… Hollivudunçəkdiyi filmlərdəhəmişəgüldüyüm birşey var. Filmdəki rusların familiyalarıvərusca danışmaları.Ərinirlər familiya gəzməyə, ona görəeşitdikləri familiyalarıişlədirlər: Andropov, Qorbaçov, Kosıgin,Çernenko vəsair vəilaxır. Bundan başqa, rusca da amerikalıkimi danışırlar, yəni bir rus tapmırlar ki, bir adam kimi danışsın. «Kurtlar vadisi»niçəkənlər dəeləəriniblər, populyar olmayan bir ad tapıblar –Nazir. Aktyor da bilmirsən Türkiyəağzıilədanışır, yoxsa Azərbaycan ağzıilə

… bir azərbaycanlıpeyda olur. Yeri gəlmişkən, mən baxmamışam, deyilənəgörə,əvvəllər dəbir azərbaycanlıvarmışfilmdə, o da eləbu Nazir kimi axmağın biriymiş.

Bəli, bu Nazir kimdi? Silah alverçisi.

Buyurun. Filmin sifarişçiləri demək istəyirlər ki, nə«qardaş, qardaş», nə«Azərbaycan, Azərbaycan» deyəbağırırsınız. Alın, bu da sizəAzərbaycan. Torpaqlarıişğal altında,özlərinin silaha ehtiyacıinsanın Tanrıya ehtiyacıqədərdi, amma silah alveri iləməşğuldurlar.

Azərbaycanüçün bundan da böyük təhqir vəbundan da böyük böhtan ola bilməz. Beləcədəsevə-sevəbaxdığınız «Kurtlar vadisi» Azərbaycanıtəhqir edir, Azərbaycana böhtan atır. Yəni, Azərbaycanı«qardaş, qardaş» deyə, «Azərbaycan, Azərbaycan» deyəhayqıran millətin gözündən salır.

HələMematinin bizim gədəyədediyi sözüiki batman balla yemək mümkün deyil. Amma bunu Türk millətinəbalsız-filansız eləqəşəng yedirdirlər ki.

Buyurun, bu da sizə«Kurtlar vadisi»nin ideolojisi, AKP-nin pususu!

Qayıdaq filmə

Canım ay «Kurtlar vadisi»…

Çaqqallar gödən dağıdır, yazıq Qurdun adıbədnamdı.

23.05.2009

TƏQVİM / ARXİV