“Kurtlar vadisi” («Ergenekon») AKP-nin pususumu? - lll dalğa

AQİL ABBAS
116807 | 2014-02-13 17:01

İnsanın içində Türkiyədə həqiqətən bir Dərin dövlət oduğuna və bu Dərin dövlətin ABŞ-da, Rusiyada,İsraildə, İngiltərədə… olduğu kimi Türkiyədə də dövləti qoruduğuna bir inam var.Hələ axmaq-axmaq mənim də içimdə az da olsa buna bir inam yaşayır. Belə bir məşhur deyim var: «Allah olmasa da insanlar onu uyduracaqdılar». İndi Türkiyədə də Dərin dövlətolmasa da insanlar onu sevgidən uydurmalıydılar və uydurublar da.

«Kurtlar vadisi»nində sifarişçilər tərəfindən qarşısına qoyulan əsas məqsədi insanların uydurub sevdiklərivə inandıqları Dərin dövlət inamını məhvetməkdir. Filmin sifarişçiləri də, yaradıcıları da istəklərinə yüz faiz çatıblar.Tam arxayın ola bilərlər.

Dərin dövlət istəyirsiz?Alın, bu da sizə Dərin dövlət!

Filmdə Dərin dövləti kimlər təmsil edir?

Başda «İxtiyarlar»durur – yəni Dərin dövləti idarə edənlər.

Bu gün həyatdakı qarşılığı«Ergenekon» soruşdurmasında adı keçən əməkliorgenerallardan (aralarında əməkli genelqurmay başkanları da var), generallardan,böyük dövlət adamlarından, Türkiyəni dünyada tanıdan aydınlardan təmsil olunmuş- «Encumani daniş» (bilmirəm adını düzgünyazdım, ya yox). Onların da çoxu ya həbsdədi, ya da göz altında. Bu məsələ barədəsonra.

İkinci. «İxtiyarlar»ınəmrlərinin icraçıları: Polat Elemdar və İsgender Böyük.

Başlayaq hamımızınsevdiyi Polat Elemdardan. Bu adamın şüarı: «Vətən, Millət, Sakarya…» Türk xalqının böyük oğludur, milliyyətçidir, dövlətçidir.Dövlət və millət üçün canını və həyatını qurban qoyub. Soruşa bilərsiz ki, can vəhəyat eyni şey deyilmi? Xeyr! Amma bunların fərqini açıb filosofluq eləməyə nə həvəsim,nə də vaxtım var, bağışlayın.

Və buna görə onu sevirik,ona inanırıq. O qədər sadəlövhük ki, İzzət Bağırov ədası ilə yeriyən bu oğlanınnəinki Türkiyəni, hətta Türk dünyasını xilas edəcəyinə inanırıq. Bir daha ssenariçiyədə, rejissora da, aktyora da əhsən.

Bəli, bu Adam əlinə silah götürüb killer kimi düşüb məmləkətincanına. Və indiyədək az qala Türkiyənin 20-25 faizini qırıb. Hələ mən onun Sağ vəSol əllərinin, İsgender Böyüyün adamlarının, Muronun, Barmaqsızın, barmaqlının öldürdüklərinidə bura əlavə etsəm, Türkiyənin əhalisi 80 milyondan 40 milyona düşər.

Filmdən çıxan məna.Buyur, ay millət! Məmləkətdəki bütün faili-məchul cinayətləri sayın Ərdoğan başdaolmaqla AKP-nin mübarizə apardığı Dərin dövlət- yəni «Ergenekon» törədib.

Bildiyiniz kimi,«Ergenekon» soruşdurması iddianaməsinə hələ də faili-məchul qalan (bizdə millət vəkilləri Aydın Məmmədov və DilarəƏliyevanın ölümü kimi) Abdulla Çatlıya edilənterror da əlavə olunub. Sanıqlardan Yaşar Öz adlı birisi ifadə verib ki,Abdulla Çatlını da «Ergenekon»un (oxu- «İxtiyarlar»)əmri ilə onlar həyata keçirib.

Bu sirr deyil ki,Türkiyədə, eləcə də Türk dünyasında Abdulla Çatlıya böyük bir sevgi var. Ermənilərin «Asala» terror təşkilatını tarixin səhnəsindənsilən Abdulla Çatlı haqqında hətta həmin dönəmin başbakanı Tansu Çillər demişdi:

- Türkiyə üçün gülləatan da, güllə yeyən də Türkiyənin şərəfidir.

Və millət adı Qırmızı bülletenə düşən Abdulla Çatlının tabutunuTürkiyənin ən sevimli bir cocuğu kimi Türkbayrağı ilə bələdi. Bu ona türk millətininən böyük sevgi və sayğısının nümayişi idi.

Yaxşı, Polat Elemdarabunları bağışladıq: «Vətən, Millət, Sakarya…»

Belə bir qeyrətlioğlanın Sağ əli nə ilə məşğuldu, paralar necə qazanılır? Sağ əl Memati kabadayıdı,hərac yığır, liman basır, silah qaçaqmalçılığı ilə məşğuldur, yəni ən çirkin işlərlə.

Al, bu da sənə Türkiyəni xilas edəcək Polat ElemdarınSağ əli Memati.

Xəlil İbrahim heroinüstə həbsə atılıb. Həbsdən qaçırırlar. Niyə? Qanunlar Xəlil İbrahimə aid deyilmi? Bu Xəlil İbrahimin də ən çox inandığı və sevdiyi adam da Vətən xaini Cavid Akarsu.

Al, bu da sənə Türkiyəni xilas edəcək Polat Elemdarın dayısı Xəlil İbrahim!

Sol əli Abdulhey əqidə,savaş dostunun, Vətən və Millət yolunda şəhid olan dostunun dul xanımı ilə sevişir.

Bu Türk kurallarındaən böyük xəyanətdir. Bozqurdçuluqda nəinki dostunun, hətta düşməninin də dul qadınınavurulmağın, onunla sevişməyin cəzası edam idi. Nihal Atsızın «Bozqurdlar» romanındabunun çox gözəl örnəyi var.

Sultan Çini işğaledir. Sultanın birinci sərkərdəsi olan Oğlu, qələbənin qazanılmasında müstəsna roloynayan Oğlu döyüşlərdə həlak olmuş bir çinlinin dul xanımı ilə sevişir. Sultanbunu biləndə gözünün işığı övladını bütün sərkərdələrin və hətta qurultayın xahişinəbaxmayaraq edam etdirir. Niyə? Türk millətinin kuralını pozub.

Al, bu da sənə Türkiyənixilas edəcək Polat Elemdarın Sol əli Abdulhey!Ümumiyyətlə, alın, bu da sizə Türkiyəni xilas edəcək Polat Elemdarın «ailəsi».

Polat Elemdar obrazınınhəyatda, «Ergenekon»da qarşılığı olan şəxslərin adını çəkə bilərəm. Amma ehtiyacyoxdu, Türk kamuoyu bunu məndən daha iyibiliyor.

«Kurtlar vadisi»ninmillətin gözünə soxmaq istədiyi bu: Buyur, millət, sən bu adamları sevirsən?! Sən bu adamlara inanırsan?!Sən bu adamlara Türkiyənin xilaskarı kimi baxırsan?! Və sair və ilaxır, at gəldi,örkən apardı.

Keçdik İsgender Böyüyə.O da gəncliyində Polat Elemdar kimi «Vətən, Millət, Sakarya...» söyləmiş, amma sonrayolunu ayırmış, daha dəqiq desək, yolunu azmış, daha böyük sevdalara takılmış.

Yəni Polat Elemdarın10-15 ildən sonrası.

Yəni bugünki PolatElemdar sabahın İsgender Böyüyüdü.

İsgender Böyük özübir dövlətdi və Polatdan hər mənada – həm ağılda, həm iqtisadiyyatda, həm əhatədairəsində, əlaqələrində, xarizmasında – güclüdür. Polat Elemdar kimi dəlisov cocuqdeyil, özü əlinə silah götürüb o gözəl musiqinin altında xoşuna gəlməyənləri tappa-turuplaöldürmür. Ağır oturub batman gəlir. Bizim Ağdamda bir laf vardı. Polat Elemdar kimilərinədeyərdilər ki, cibinə bir az daş yığ ağır gəl. Yəni İsgender Böyük cibinə bir azdaş yığıb ağır oturub batman gəlir.

İşləmədiyi cinayətqalmır. Məmləkəti barmağına sarıyır. İstihbarat da onun üçün çalışır, savçı, yarğıcda, əmniyyət də, millət vəkilləri də, hətta ordunun bir parası da. Kefi istəyir albay öldürdür, istəyir general öldürdür,istəyir millət vəkili. Hələ ki, bircə Polat Elemdarı öldürməyib. Səbəbi də çox sadədi,rejissor icazə vermir.

Dərin dövlətin dəbir üzvü bu - İsgender Böyük.

«İxtiyarlar» da (oxu– «Encumani daniş») Polat Elemdara deyil, İsgender Böyüyə etimad göstərir (al, buda sənə «İxtiyarlar». Al, bu da sənə «Encumani daniş»). İsgender Böyüyü istihbaratın başına gətirirlər.

Bir az əvvəl söyləmişdimya (Türkiyə türkləri demiş- İstanbul ağzı),«İxtiyarlar» - «Encumani daniş» məsələsi barədə bir az sonra. Al, bu da sənə biraz sonrası.

Gəldik çatdıq «İxtiyarlar»a.Al, bu da sənə əməkli orgenerallardan, generallardan,böyük dövlət adamlarından, aydınlardan təşkil olunmuş Atatürkçü «Encumani daniş»(adı səhv yazıramsa bağışlayın).

(3-cü seriyanın sonu.4-cü seriya gələn həftənin bu günü)

13.02.2014

TƏQVİM / ARXİV