adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YAZARLAR NEYçiN DOST OLA BiLMiR...

TOFİQ ABDİN
16864 | 2009-07-04 00:48
Bəli, bu dünyada heç bir şey gizli qalmır. Təbii ki, "gizlin qalan heç bir şey yoxdur" dedikdə bəzən insan öz-özünə təsəlli verirmiş kimi səslənir bu və biz bir çox ədalətsizliyin üstünə gedəndə deyirlər: Baş qoşmaq lazım deyil. Bax, bizim əsl faciəmiz məhz burdan başlayır: "Baş qoşmaq lazım deyil"- ifadəsindən. Tamam, bəyim, əfəndim, baş qoşmaq lazım deyil, amma bu baş qoşmamağın arxasında gizlənən ədalətsiz bir qələbənin dadını yaşayanlar, nə zamana qədər haqsız olduqlarını bilməyəcəklər. Hər bir "baş qoşmamaq" ifadəsinin altında bir insan düşüncəsi məhv olur və içində yaşadığı ağrının qurbanı olaraq sıramızdan gedir. Biz bunları yazmaqdan çəkinirik. Biz özümüzü abırlı hesab eləyib bunları orda-burda danışıb ağrımızı yüngülləşdiririk və bu ağrını gətirən insanlar öz işlərində yenə də davam edirlər. Az görmədik və az yaşamadıq, az eşitmədik birisinin ağlasığmayan münasibətini və onları ört-basdıran edənləri. "G?N GƏLƏCƏK" - dedik! Gün gəlmədi! Və neçə-neçə tanışı (dost demək zor) çərlədib sıramızdan çıxardıq. Mən yaşamağı sevən birisiyəm. Amma onu da bilirəm ki, hər adamın bir sonu var. Bu sona insanı itələmək və bundan feyz almaq heç bir şairə və yazara yaraşmır. Və bu gün türk mətbuatından aldığım bir yazını içimin səsi olaraq oxuculara təqdim edirəm.
   
   Yazarlar dostluğu neyçin bacarmır?
   
   1873-cü ildir. Əhməd Mithət Əfəndi ilə Əbüziya Tevfik Rodos adasında sürgündə olarkən Əhmət Mithət bir sabah yuxudan qalxdığında başının altında bir məktub olduğunu görür.
   
   Bu məktubda belə yazılırdı: "Bilmirəm, Günəş qüruba enəndə diqqətlə baxmısızmı? Briqtondan bəri Günəşin dənizdə batışını seyr etmisizmi? Bu qürub əzəmətiylə, ucalığı ilə cismindəki cəsarətiylə həqiqətən Günəşə başqa bir gözəllik, başqa bir dad verir. Erkən oyana bilsəm, Günəşin doğuşunu da seyr edərdim. Sizə bildirərdim. Oyana bilməsəm, sonra siz mənə yazarsınız bu halı".
   
   Bu məktubu yazan Maqosda sürgündə olan Namiq Kamal idi. Əhmət Mithət ilə Əbuziya Əfəndi məktubun son cümləsini oxuduqlarında bir qədər susub və gözləri dolmuş bir vəziyyətdə: "İnsanın kamalındakı ucalığın dərəcəsini təqdir etmək məsələsi bir yana dursun, xəyal belə edə bilməz bu füsunkar şeriyyəti" - deyirlər bir-birilərinə.
   
   Xalqın Namiq Kamala göstərdiyi böyük sevgidən rəndicə olanlar onu İstanbuldan təcili olaraq uzaqlaşdırıb Maqosa göndərirlər. Namiq Kamal dostlarından ayrı qalmanın hüznüylə, bir az da romantak duyğular içində qələmə sarılmış, gün batımındakı şairanəliyi onlarla paylaşmaq istəmişdir. Doğrusu, sərt micazlı VƏTƏN VƏ MİLLƏT şairinin belə duyğusal məktublar yaza biləcəyinə inanmaq istəməz insan. Nə var ki, burada əsas məsələ Q?RBƏTDİR VƏ DOSTLARDAN AYRI QALMANIN H?ZN?N? ən sərt micazlarıyla belə incəldib yumşaltmaqda çox mahir bir usta idi şair.
   
   Gizlətməyə, məncə, heç bir səbəb yox, ədəbiyyat çevrələrində dostluqlar heç də uzunömürlü deyildir. Şairlərin, yazarların bəzən çox sıxı dostluqları olur. Amma olmayan hadisələr, ən kiçik dedi-qodular araya girdiyində münasibətlər pozulur, iplər qopur və yollar ayrılmağa gətirib çıxarır. Münasibətlər get-gedə sərtləşir. Dostluq get-gedə öz dəyərini itirir. Sədaqət öz anlamını itirir. Bir mümkünsüzlük yaranır. Yusif Ziya Ortacın bir zamanlar çıxardığı karikatura dərgisində Faruq Nafız Camdevirən imzasıyla yazdığı bir şerində dövrünün şairlərinin iç üzünü necə də gözəl üzə çıxarmışdır.
   
   
   
   Gözəlim əyər varsa gizli bir dərd içində
   
   Gedib sirdaş arama əbəs Çinu-maçində
   
    Şairlər arasında dərd ortağı taparsan
   
   Başqa dərdə düşərək bundan uzaqlaşarsan.
   
   Bir sirrin varsa əgər anlat Namiq Kamala
   
   Onu etibar elə noter Mithat Camala.
   
   Birincisi çox zaman qulaq verməz sözünə
   
   İkincisi atacaq çəkməcənin gözünə.
   
   Və heç zaman sirrini açma Necip Fazıla
   
   İstəməzsən ya mənzum, ya da mənsur yazıla (...)
   
   Halit Fahri yazacaq mövzu tapmasa əgər
   
   Dostlarının sirrini yamanca ifşa edər.
   
   Yaxud İsmayıl bəyə söylərsən bircə kəlmə
   
   Ertəsi gün bir böyük zurna verər əlinə
   
   Əsrarını duyursa bir gün Nurullah Atac
   
   Nəyin varsa şələlən o uzaq Şimala qaç(...)
   
   Ən yaxşısı dərdini içində saxlar deyə
   
   Ya Faruk Nafıza aç, ya da Reşat Nuriyə.
   
   Birisi pyesində səni qəhrəman edər
   
   O birisi upuzun, uzun bir dastan döşər.
   
   Bilməm, nə qazanarsan dərdlərini açmamaqla
   
   Ən doğrusu sən onu elə içində saxla..."
   
   
   
   Vəziyyət beləymiş.
   
   Amma şairlər, yazarlar arasında can-ciyər olanlar da yox deyildir. Cahit Sıtqı ilə Ziya Osmanın sağlıqlarında dostluqları, qaliba, bütün ədəbiyyat tariximizdə bənzəri görünməmiş bir örnəkdir. Cahit Sıtqının Ziyaya məktublarından öyrənmək mümkündür ki, onlar yaxşı və pis gündə həmişə dost qalmışlar, eşqlərini, məğlubiyyətlərini, acılarını biri-birilərinə əmanət etmişlər. Qalatasaray lisesində hələ uşaq vaxtlarında tanış olub şerin ab-havasında biri-birilərinə vurulan bu iki təmiz ürəkli şairlərin dostluğu Cahit Sıtqının bu dünyanı tərk etdiyi günə qədər davam etmiş, çörəklərini, zamanlarını və sirlərini paylaşmışlar. Ziya Osman Cahidə yazdığı bir məktubda "Gözlərindən öpərəm Ziyacığım"ı deməyi borc bilmiş, xəstəxanada ölümlə pəncələşdiyi günlərin birində Cahit Sıtqını ziyarət etmiş və uzun-uzun baxışmışlar və şirin-şirin danışmışlar. Bir müddət sonra dostunun üzündən-gözündən öpərək otaqdan ayrılan Ziya Osman deyir ki, ta otağın qapısından çıxıb uzaqlaşıncaya qədər arxamdan o dodaqların öpücük səslərini hiss edirdim. Xəyalımdakı son Cahit və yatdığı yerdən öpücük göndərən insan idi. Qulaqlarımda qalan son söz bu öpücük səsiydi.
   
   Ziya Osman "Ziyaya məktublar" yazısının önünə yazdığı həqiqətən o duyğulu dostluq və vəfa örnəyi yazısını bu cümlə ilə bitirmişdir: "O UFACIQ VÜCUDUYLA QISA BİR ?M?R BOYUNCA B?Y?K BİR İNSANLI?I, ŞAİRLİYİ VƏ ARKADAŞLI?I YAŞADAN BİR İNSANIN QARŞISINDA BAŞ ƏYİRƏM".
   
   Orxan Vəlinin yediyi-içdiyi və həmişə birlikdə olduğu dostları isə məlumdur ki, Oqtay Rıfatla Məlik Cevdətdir. "Mən Orxan Vəli" şeirində özünü anladarkən "Oqtay Rıfatla Məlik Cevdətdir ən yaxın arkadaşlarım" sətirlərini yazan məhz Orxan Vəlidir. Məlik Cevdət bir yazısında onun nə qədər dostcanlı olmasını anlatmışdır. "Söhbətlərini hər kəs istərdi. Hər kəslə çox yaxşı, candan və çox mədəni danışırdı. (...) Amma çox qapalı bir adamdı. Dərdlərini, üzüntüsünü anlatmazdı. Onunla zarafat edəndə zarafatın heç birinə qızmazdı".
   
   Dost dediyin nə zaman bəlli olur? Əlbəttə, çətin gündə. Mehmet Kamalla Əhməd Arifin dostluqları belə bir qara gündə baş tutmuşdu. Mehmet Kamal həbsxanaya düşdüyündə ilk gecəni beton üzərində keçirib və sabah oyanar-oyanmaz ona bir yatacaq gəldiyini deyərlər. Kim gətirdi - deyə soruşur Mehmet Kamal. Əlinə aldığı bir sənədin arxasında Əhməd Arifin adını görür. "AXŞAM ERKƏN D?ŞƏR MƏHBUSXANAYA" (Bax: aşağıda) misrasını yazan Əhməd Arif daha həbsxana ilə heç tanış olmamış Kamala yazılan o qısaca qeydlərində ona səbr etməsini yazır. Mehmet Kamal deyir ki: "O gecənin sabahında şair Əhməd unudulmaz bir dost olaraq qarşıma çıxır. O zaman o, gənc bir universitet tələbəsi idi və həbsxananın nə olduğunu belə bilmirdi. Mənə yatağını gətirən Əhməd Arif 5-6 il sonra özü də həbsxana deyilən bir zəhəri daddı".
   
    Yenə Mehmet Kamal o illərdə Əhmət Arif, Oqtay Rıfat və Yılmaz Qrudanın bir-birindən ayrılmaz üç dost olduqlarını ŞAİRLƏR D?Y?Ş?R kitabında çox geniş anladır. "O zamanın dar və kiçik Ankarasında harda birini görsəydiz, sonra onların bir yerdə olduğunu mütləq düşünün. Beşi bir yerdə kimi, üçü bir yerdəydilər".
   
   Mehmet Kamal 1973-cü ildə qələmə aldığı o yazıda onların hələ də dost qalıb-qalmadığını maraq edər və sonra bu acıqlı cümlələri yazar: "Həyat çox insanı biri-birindən ayırdığı kimi, onları da ayırmış ola bilir. Hətta araya qara pişiklər də girə bilir. Mənim də neçə arkadaşım oldu və araya neçə qara pişik girdi".
   
   Qara pişik ha... Kor olasan, qara pişik. Neçə şirin dostluqları cırmalaqlarıyla paramparça edib, yerlərdə sürükləyib kor quyulara atan o deyilmi məgər? Yaşar Kamalın, Necip Fazılın, Fazıl Hüsnü Dağlarcanın, Atilla İlhanın, Camal Sürəyyanın (bəli, bunlar artıq dünənin şairləri, yeni şairlərlə işimiz yoxdur, onlardan heç danışmayaq) nə çox can-ciyər dostları gün gəlib qanlı bıçaq olublar.
   
   Əli Çolaqdan uyğulama
   
   

TƏQVİM / ARXİV