adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

UğURSUZ BAŞLAYAN YAY MÖVSüMü

TOFİQ ABDİN
25814 | 2009-06-16 16:56
Bu vur-həşirdə Türkiyədən aldığım aşağıda oxuyacağınız iki e-maildən sonra (Birinci: Xurmedli Tofig Bey, Nasılsınız sağlığınız necedir. Yazılarınızı xer xafta oxurem. Size can sağlığı dilirem. Salam Yakup Halıcı ?nye-Türkiye
   
   İkinci: Eynən bu məzmunda, daha isti və daha sevimli! Ramazan Çeşmeden: ----- Original Message -----
   
   From: berhudar Ramazan Cesme
   
   To: [email protected]
   
   Sent: Sunday, June 07, 2009 9:23 PM
   
   Subject: Sevgili ?sdatdim Tofiq Abdin Agabeyim
   
   
   
   sevgili Agabeyim büyügüm
   
    umarim sihhat ve afiyettesindir
   
   yengeme hürmetlerimi sunarim
   
    uzun vakit yazamadim afedersin
   
   haci babamin sihhi durumundan dolayi biraz zaman sorunum var
   
    bugün sayfani okudum
   
   büyük bir hayranim senin yüregine ve türk sevdana
   
   seni çok seviyorum
   
    inanki seninle bir kez olsun göz göze gelebilmek arzum
   
   fatih sultan mehmetin istanbulu alma arzusu belkide cüce kalir bu arzumun yaninda
   
    seni yüce Allahima emanet ediyor, sihhat ve afiyet diliyorum"
   
   
   
   düşünürdüm ki, qəribədir, onlar mənim yazılarımı hardan oxuyurlar? "Ədalət" qəzeti Türkiyədə satılmır. Demək internet vasitəsilə oxuyurlar). "Həftə İçi" yazılarım artıq qəzetimizdə görünmür. Bu xoş bir xəbər olmasa da, mən özüm bunu sizlərə deməyi borc bilirəm və çox qəfil başımın üstünü alan bu xəbərin şirin tərəfi bu ki, oxuduğunuz yazını yazdım.
   
   
   
   ***
   
   
   
   U?UR VƏ U?URSUZLUQ arasında keçən ömrümdə hansının daha çox olduğunu bilmirəm, amma hələ məni sevindirəcək elə bir uğurlu fəslim olmadığı üçündür ki, hər zaman unudulmaz şairimiz İsa İsmayılzadənin bir misrası yaddaşıma həkk olunmuşdur - BİZ B?Y?K SEVİNCƏ ALIŞMAMIŞIQ.
   
   Bəli, işin zoru bu ki, mən böyük sevincə alışmamışam. Bu baxımdan bu YAY M?VS?M? də mənim üçün çox uğursuz başladı. Əslində yay mövsümü yox, daha irəli getsək bu qorxu başımın üstünü almışdı... çoxdan almışdı və o zamandan ki, gözəl yazar dostumuz Oqtay Salamov öz yazılarından birində bu qorxunu iki dəfə ifadə eləmişdi. Birisini bu yaxınlarda, sevgili Əbülfət Mədətoğlu yay mövsümünün başlanmasını elan eləyəndə yazmışdı və daha irəlilərə getsək, bir az öncələr də bir yazısında yazmışdı ki, iqtisadi durum kimlərdən asılıdı bunu dəqiq deyə bilmərəm, amma onu bilirəm ki, mənim iqtisadi durumum hörmətli Aqil Abbasdan asılıdır.
   
   Oqtay Salamov belə yazmışdı.
   
   Amma düşünürdüm ki, bu qorxu məndən vaz keçər.
   
   Olmadı.
   
   Və həqiqətən də bu yayın başlanğıcında bədbəxtlik ordan başladı ki, durub-durduğum yerdə uşaq kimi birdən-birə qulağım ağrımağa başladı. Vallah, çox pis ağrıdı və mən də çox qorxağın birisi, özümü çox tez itirən adam, bir az sofi. Tez həkimin yanına qaçmalı oldum ki, görüm bu ağrı nədi? Və həkimlərin də yanına qaçmaq bilirsiz nə deməkdi!!!!
   
   Və üstəlik də əlimdə bir yazı vardı, yazı da çox qəmli bir yazı idi, türk futbolunun ən faciəli bir futbolçusu SEDAT BALKANLI haqqında bir qəmli hekayətdi. Çox əsirdim yazının üstündə və hətta düşünürdüm ki, yazı çap olunandan sonra İradə xanımdan özəl olaraq xahiş edəcəyəm ki, onu oxusun. Birinci hissəni hazırlamışdım yenidən yazmaq kimi bir ovqatla. Qulağımın ağrısını çəkə-çəkə üz tutdum redaksiyaya ki, yazını səhifəyə qoyum şəkillərlə birgə. Normal bir tərtibat da düşünmüşdüm. Qəzetin dəhlizi ilə irəliləyirdim ki, bir dəstə gənc çıxdı qarşıma. Bunlar olsun qəzetimizin yazarları.
   
   Dostlar və onların da başında Əbülfət Mədətoğlu!!!!! Baho... bir ağızdan: abi, necəsən, abi, nə var, nə yox... abi, biz günorta yeməyinə gedirik, gedək bizimlə.
   
   Mənim içimin ağrısından xəbərləri yox və mənim də Əbülfət Mədətoğlunun mənə deyəcəyi sürprizdən xəbərim yox.
   
   Soruşuram ki, bəs uşaqlardan kim var səhifəni qurmağa...
   
   Məsələnin qəliz yeri, bax, burdan başlayır: heç kim yoxdur - deyirlər. Amma bir sıxıntı hiss eləyirəm Əbülfət bəyin sifətində. Haçandan haçana sevimli Əbülfət bəy: abi, bilirsən də artıq sənin səhifən olmayacaq.
   
   Duruxuram. "Baş redaktor mənə bir şey deməyib" - deyirəm. Günah məndədi, mən sənə deməliydim. Mənim də yadımdan çıxıb.
   
   Yox, bəlkə də yadından çıxmayıb. Sadəcə bir yol axtarırmış mənə desin. Daha irəli gedib Baş redaktorun yanına gedirəm. Olan olub. Mən təklif edirəm ki, bu yazını bəlkə qonorarsız verəsiniz. Baş redaktor çox delikantla: yox, abi, qonorar məsələsi deyil. Sadəcə uşaqların yazılarını yerləşdirmək lazımdır.
   
   Baş redaktor öncə də mənə demişdi ki, qəzet dörd səhifə çıxacaq. O zaman da mənə ekonomik krizdən söz etmişdi. Mən də demişdim ki, qəzet bu sifətdə çox ayıb kimi görünür. Zorla sifət tapmısan, təzədən onu bərpa etmək çətin olar. Nəysə...
   
   
   
   "Yerimiz yoxdur"- deyir Baş redaktor. Amma nə yerbazlıqdır, bilmirəm. Yəni uşaqların yazıları olmalıdır. Bu bəlli. Amma bir yazar olaraq mənim üçün ayrılan yer bəlli ki, xəbərlərlə doldurulmalıdır. Bu da var. Bunun bir başı var: sən ha özünü öldür, sən buranın yazarı deyilsən. İstədiyin vaxtı çəkib gedə bilərsən və ya istədikləri vaxtı uzaqlaşdıra bilərlər.
   
   Lovğalıq olmasın, bir az tutulan kimi oluram, amma özümü o yerə qoymayıb qulağımın ağrısının daha da artdığını hiss edirəm və başımı aşağı salıb yavaş-yavaş dəhlizlə qayıdıram. İllər öncəsi rəhmətlik, unudulmaz şairimiz İsa İsmayılzadə ilə olan bir söhbəti xatırlayıram və o söhbətin yazı variantından aşağıdakıları oxuculara təqdim edirəm:
   
   "...Yox, nə deyirsiniz-deyin, İsa mənim gözümün içinə desə də ki, istəsəm sənin on şeirini verərəm və bircə şeirimi seçməsə də (bu, on ilin söhbətidir və İsa da bilə-bilə ki, mənim də ailəm əziyyət çəkir və mənim başqa heç yerdən heç bir gəlirim yoxdur, bütün bunları bilə-bilə belə deməsi bizim on illik ayrılığımıza səbəb olub), mən onu həmişə ?YRƏNƏ BİLƏCƏYİM ŞAİR, NAŞİR, REDAKTOR, YAZIÇI sayıram.
   
   Əlbəttə, mən İsanın məhz bu cür deməsinə haqq qazandırmıram. Və onu da deyim ki, ona görə haqq qazandırmıram ki, İsa o zaman mənim şeirimdə elə şeyə irad tutmuşdu ki, istərsiniz, lap adını əllaməçilik qoyaq, bax, elə həmin əllaməçilik İsanın özündən mənə keçmişdi. Yəni "sərçələrin soyuq hamamı yağdı", "güllələnmiş duyğular" kimi nə bilim, daha tünd, daha qatı şeylər deyə bilən bir şair, indi bir naşir kimi mənə deyirdi: axı, nədi bu: "MƏNİ ?LD?RƏCƏK YAŞIL İNADIM" Axı, nədi bu YAŞIL İNAD? Nədi bu Ədabazlıq, Hoqqabazlıq?
   
   Mən sadəcə olaraq quruyub qalmışdım. Qarşımdakı adamın mənə yazığı gəlmədiyini hiss eləyirdim... və hiss eləyə-eləyə fikirləşirdim ki, bəlkə atamın məzarı başında durduğunu yada sala, bəlkə Mustafa kişinin məzarı başına gəldiyimi xatırlaya...
   
   ... Yox, İsa inad eləyirdi və bir az bozarmışdı. Axı, mən onu tələbəlik illərindən tanıyıram. Axı, demək olar ki, mən onun yanında böyümüşdüm.
   
   Daha heç nə demək lazım deyildi. İsa inad eləyirdi və bozarmışdı. Mən susurdum. O, əsəbiləşirdi: ŞƏXSİ M?NASİBƏTİN ƏDƏBİYYATA DƏXLİ OLMAMALIDIR. Belə deyərdi İsa. O, Azərbaycan ədəbiyyatını ŞƏXSİ münasibətlərdən qorumaq üçün doğulmuşdu? Bilmirəm.
   
   O zamanlar mən heç vaxt redaksiyaların kandarını yağır eləməmişdim. Bunu çox yaşıdım bilir və bunu Allah da bilir. Mən o jurnala məhz İsaya görə getmişdim, onu yaşıdım bilib getmişdim. Arxa bilib getmişdim.
   
   Buna görə mən İsanı uzun illər bağışlaya bilmədim. Bağışlaya bilmədim ona görə yox ki, məni çap eləmədi. Yox, vallah. Onun dönüklüyü məni yandırdı və mən deyirdim: İsa, bu boyda jurnalda, güman ki, həmişə gözəl şerlər vermək qeyri-mümkündür. Bəlkə elə mənim də şeirlərimi o zəif şeirlər kimi çap eləyəsən..."
   
   
   
   Rəhmətlik İsayla olan bu söhbətimizin mən bilən bura bir o qədər dəxli olmasa da, amma dəxli var deyəsən. Bu ekonomik kriz və ya iqtisadi böhran gör ən qədər əlacsız bir şey ki, axırda bizi bir-birimizə qarşı da qoymuş oldu. Burada söhbət yalnız mənim həftə içi yazımın taleyindən getmir, həm də, güman ki, başqa yazarlar da eynən mənim günümə düşəcəklər. Amma mən NAHAQ YERƏ ?Z?MDƏN BİR ŞEYLƏR UYDURMUŞDUM Kİ, YOX, KRİZ MƏNDƏN YAN KEÇƏ BİLƏR. Və bir də söhbət hər hansı bir yazının verilib-verilməməsindən getmir, yəni insanlar arasında bir səmimi ünsiyyət də yoxa çıxmır bu yazının verilib-verilməməsi ilə yox, amma qəribədir ki, ürəkdə bir nisgil qalır və ətraf mühitin insanları baxımından da burada bir sıxıntının yaşanacağı ortada. Mən bu qəzetin mənə münasibətini çox gözəl bilirəm və hər zaman da bu qəzetdən çox böyük ünsiyyət görmüşəm, amma ABİLİK sözünün tutumundan qorxduğumdandır ki, bu barədə məndən soruşanlara həmişə deyirdim ki, vallah, heç bir abilik-mabilik yoxdur, kimin işi harda bitirsə, orda da bitir və üstəlik də nə eləmək olar, bu durum elə bir durum ki, insanlar çıxış yolunu tapa bilmir və o zaman ən yaxın adamlarını da yandırmağa başlayırlar. O da olsun mənim kimi birisi.
   
   Həqiqətən bu iqtisadi durum çox pis vaxta gəlib düşdü. İLLİK PREZİDENT TƏQA?D? KƏSİLDİ. (Gözün aydın olsun Yusif Rzayev, elə hey deyirdin: TƏQA?D ALIRSAN DA, VER SİNƏNİ İRƏLİ, onun da sonu gəldi) və çox böyük qüvvə kimi əlimdən tutan ay ortası aldığım 40 manat da burdan iflasa uğradı... Hələlik dua olunası bir insan qalır: Rəşad Məcid, sağ olsun... Maaşım bura daxil deyil əlbəttə).
   
   Yüzə dözən yüz birə də dözər. Döz, dözən canım!!!!!!!!!
   
   İndi ən böyük duam bu YAYIN TEZ BİTMƏSİDİ. O da bir yandan mənə zərərdi: ?M?R-G?N KEÇİR...
   
   Neyləmək olar, dözək görək yaydan sonra bizi nə gözləyir. Deyirlər: pomidor bol, yumurta bol, qat bir-birinə, ye, kef elə!!!!!!!!!!!!
   
   ***
   
   ZƏRURİ NOT: Şair, millət vəkili VAQİF SƏMƏDO?LU İLƏ DİALOQ yazımın qalan 3, 4, 5-ci bölümləri texniki səbəbdən çap olunmayacaq. Həmin dialoqu bütünlüklə oxumaq istəyənlər kultaz.com İnternet qəzetinə baxa bilərlər.
   
   

TƏQVİM / ARXİV