adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

URA... BiR HƏFTƏDi iŞ BAŞLAYIB!!!!!!!!!!!!!!

TOFİQ ABDİN
13793 | 2009-04-04 02:17
... Bu gün havası açıq
   
   çölləri günəşli
   
   başladı gün.
   
   Küçələr nəğməlidir
   
   Nəğmələr bir-birinə bənzəyir.
   
   Dəstə-dəstə keçir adamlar
   
   Keçən ilki,
   
   keçən, keçən ilki
   
   keçən, keçən, keçən ilki kimi.
   
   
   
   Yenə tin başındakı eyvandan
   
   asıblar zol-zol kilimi,
   
   üstündə yeni şəkillər.
   
   Bir yaş qocalmış fotoqraflar
   
   yenə şəkil çəkirlər
   
   keçən ilki,
   
   keçən, keçən ilki
   
   keçən, keçən, keçən ilki kimi.
   
   
   
   RƏSUL RZA. BAYRAM şeirindən
   
   DÖZÜM kitabından (1965)
   
   Vallah, kim nə deyir-desin, bu iş çox gözəl şeydir və mən bizim gənc yazarların son dərəcə haqlı və son dərəcə inadkar iradına cavab olaraq bunu demək istərdim ki, iş gözəl şeydir və onların bəzi yaşlı yazarların işdən çıxmaq, işi buraxmaq kimi iradlarını başa düşsəm də, onu da insafla deyək ki, iş çox gözəl şeydir və qocalar da mən bilən bu gözəl şeyin yalnız bir tərəfindən ləzzət alırlar: VAXT ÖLDÜRMƏK ÜÇÜN BİR YERƏ GETMƏK LAZIMDIR. Ona görə də uzun illər çalışdıqları yeri kimsəyə buraxmaq istəmirlər. Çünki başqa yerdə onlara iş verməzlər.
   
   Və hər nə qədər də bu iş yeri bir çoxları üçün dərdli və istənilməyən yer olsa da, son vaxtlar bu bayramların sayı və onlara sərf olunan günlər o qədər artıb ki, insanlar artıq özləri də evdə qalmaqdan bezirlər və bir iş görə bilməyəcəklər deyə evdən uzaqda olmaqdan başqa çarə bilmirlər və üstəlik də bu bayram günləri o qədər çox olur ki, insan bilmir neyləsin? Baxın, lap son bayram günlərini yada salın: doqquz gün evdə olmalıydıq və adam havalanır, vallah. Ayın ortası, maaş artıq alınıb və onun çox böyük hissəsi də xərclənib və belə bir şəraitdə bir də görürsən 6-7-8-9 gün istirahət etməyi məsləhət görürlər.
   
   Mən təbii ki, bu istirahət günlərini hələlik zor-xoş yola verə bilirəm. Yəni bir neçə insan var ki, onların özü də nə eləyəcəklərini bilmədiklərindən sadəcə telefon açmağa belə çəkinirlər. Çünki kim birinci arasa gərək bir təklif versin. Bax, işin ən çətin yeri də elə burdan başlayır. Heç kəsi qınamaq olmur. Həqiqətən də iyirmi dörd saat bir tavan altında, evdə keçirmək mümkün deyil. Xüsusilə də evdə bir neçə adam ola və o zaman gəl gör nə kimi fəsadlar ortaya çıxır.
   
   Məşhur və klassik yazarlar buna bəlkə də sevinirlər, amma mən yüzdə-yüz bilirəm ki, yazar dostumuz Elçin Hüseynbəyli buna heç sevinmir, elə mənim kimi. Ona görə ki, adam öz yazılarını məhz işdə olanda yazır. Düz də eləyir. Çünki iş yeri elə yazı yazmaq üçündür.
   
   Amma iş günləri işdən bezən insanların da şikayətini eşitmək mümkündür, onları da qınamaq olmaz. İnsan var ki, işi başından aşır və nə qədər çalışır-çalışsın, aylıq maaşa bağlı olduğu üçün ona dəxli yoxdur, heç nəyin və buna görə də bayram günlərinin daha uzun olmasını arzu edir. Fərəhlə və iştahla gözləyir və o qədər sevinir ki, elə bilir bu bayram günləri daha çox olsa bir o qədər də yaxşı olacaq.
   
   Mən baxıram, bizim işimizin adı belədir ki, işə başlamadan öncə evdən yenicə çıxıb getsək də gərək bir çay dəstgahı olsun, özü də çayxanada. Sonra bir neçə qəzetə göz atmaq və sonra yenə çay dəstgahı və sonra ona-buna sataşmaq və yenidən çay dəstgahı, sonra o gələnlə gedənlə yenidən çay dəstgahı...
   
   Dostlarımızdan biri var, işi başından aşsa da bir xəstəliyə tutulub, hardansa bir domino oyunu tapıb. Bütün günü o oyunla məşğuldur.
   
   İş o qədər gözəl bir şey ki, hətta bu ölkənin bir çox qəzetləri istirahət günlərinin çoxluğunu protesto etdi və mən yaxşı xatırlayıram ki, bir zamanlar Türkiyədə də qəzetçilər eynən bizdəki kimi Ramazan bayramının çox uzun olmasını protesto edirdilər və bunu müzakirə eləmişdilər ki, bayram günləri qəzetlər çıxsın, çıxmasın. İndi də bizimkilər həmin yolu tutublar. Guya ki, bu vaxta qədər yazdıqları azmış kimi, indi bu bir neçə gündə məmləkətin bir çox məsələlərini həll edəcəklərmiş kimi və ya bəlkə də həqiqətən onlar bu günləri ömürlərindən itki kimi hesablayırlar. Ona görə də ən mühüm xəbərləri yazacaqlarmış kimi, çıxmaq fikrindədirlər.
   
   Yazın, qardaşım, yazın!
   
   Yaza-yaza bu məmləkəti bu hala gətirdik.
   
    Yaza-yaza bizim taleyimiz gəlib dayandı çıxmaza.
   
   Biz yazdıq, bəstəkarlar, rəssamlar susdu...Odey təqaüdü də bizdən uzun ömürlü alırlar.
   
   ... İşin gözəlliyini heç kəs dana bilməz, amma bəzi yazar dostlarımız bayram günlərinin bu qədər uzun olmasının daha qorxulu fəsadlar verə biləcəyi barədə fikirləşirmiş. Yazar dostum ASLAN QƏHRƏMANLI daha qorxulu şeylər dedi. Bu günlərin necə yaşanacağı barədə danışandan sonra əlavə elədi ki, cibdə pul yox, əsas məsələ də bundan sonradır. Qalan şeylər boş şeydir. Hamısını birtəhər yola vermək olar. Bax, indi bu doqquz gün ki istirahət var ha, gör nə qədər qadın ərindən boşanacaq. Nə olmuş belə deyirəm? Aslan müəllim: əşi, nə olacaq, doqquz gün də bir tavan altında bir arvadla nə qədər üz-üzə oturmaq olar. Nə qədər boğuşmaq olar.
   
   Burada bir not: Aslan müəllim mənim kimi bir az köhnə kişilərdəndir, yəni az-maz yaşı ötüb. Amma fikirləşmir ki, cavanlar, gənclər bu doqquz günü həqiqi bayram edəcəklər: gəzməyə çıxacaqlar, teatra gedəcəklər, mütləq gedəcəklər, kinoya gedəcəklər, mütləq gedəcəklər... nə çox istirahət məkanlarımız, hamısı da eyni adda, eyni biçimdə, "toy-bayramdır bu dünyanın əzabı, ağlı olan ona gətirər tabı" motivləri üstündə ay kef eləyəcəklər ha... gəzəcəklər, tozacaqlar və bu günləri onlara bəxş edənlərə minnətdarlıq edəcəklər televiziyalarımız vasitəsilə, mütləq televiziyalarımız bu günləri tərənnüm edəcək və zurna-qaval səsi onların ekranlarını yırtıb bizim də sakit dünyamızı başımıza dar edəcəklər, inşallah.
   
   İş mən bilən şairlərimizin də ilham qaynağı olmuş, neçə- neçə şair iş günü haqqında şeirlər yazmış və öz iş gününü tarixləşdirmişdir. Kimisi bunu böyük bir şərt qarşısında etmiş: məsələn, Yeni Dünya Düzəni gəlməzdən öncə kitab çap etdirmək istəsən, gərək o kitab partiya haqqında şeirlə açılaydı. Belə olmadıqda mütləq gərək, heç olmasa, işlə bağlı bir şeylər olaydı və həmin vaxtların günahsız qurbanlarından biri də mən olmuşam. Məsələn: kitablarımda GECƏ İŞLƏYƏNLƏRİ NƏ

TƏQVİM / ARXİV