adalet.az header logo
  • Bakı 20°C

MƏN RAYONA GEDƏCƏM...

TOFİQ ABDİN
21655 | 2009-03-20 00:19
Variasiyalara qısa ÖN SÖZ:
   
   
   
   Düşünürəm ki, mənə zəngli saat-zad lazım deyil. Ruslar demiş: kak ştık, ən geci səhər saat 6-da mütləq oyanıram və əgər bu da olmasa saat 6-dan 15 dəqiqə keçmiş, uzaqdan, bizim evdən çox uzaqdan hardansa Bakıxanov qəsəbəsi tərəflərdən bir Azan səsi mənim otağıma dolardı və mənim ayıq gözlərimi və ayıq qulağımı sevindirməyə başlardı və mən bu səsi tutub pəncərədən baxardım və görərdim ki, şairlər demiş, bulaqdan su sızan kimi, mənim də pəncərəmdəki pərdələrin arasından bir işıq şüası sızır evə, mən saata baxmadan qalxıram: saat ya altıdır, yada yeddiyə 15 dəqiqə işləyib...
   
   Və dünən redaksiyada keçən işıqlarımızın dərdini çəkə-çəkə (belə hallar az olurdu, bu, BARMEK gedəndən çox olur) mən daha bir az mürgüləmək istəyirəm, alınmır ki, alınmır və başlayırım içimdə çox dərinliklərdə, özüm-özümlə mübarizəyə, sakit, çox sakit, ölü bir sükut içində bir mübarizəyə. Çünki otaqda məndən başqa yatan da var. Ona mane olmayım deyə, içimdə özümlə danışa-danışa daha dözə bilmirəm və bəziləri yataqda xumarlanmanı özlərinə halal bilsələr də mən bunu haram bilirəm özümə, bu böyük ləzzətdən, mənə görə əzabdan yaxamı qurtarmaq istəyirəm və mən həmən qalxıram ayağa, o biri otağa keçirəm. Saata baxıram, yanılmamışam və bu Azana da, pərdələrin arasından sızan bulaq suyu kimi işığa da minnətdarlıq hissi ilə bəzi xırda-para işləri görüb keçirəm kompüterin arxasına...
   
   
   
   VARİASİYA - 1
   
   
   
   Dünəndən içimdə fırlanan bir dəvəti düşünürəm. Əslində bu dəvəti mən axşamdan başımdan ata bilmirdim və ikinci telefon zənginə qədər bu yazını yazmağı düşünməmişdim. İkinci zəng oldu, bu yazının bu DANÜZÜ adını da tapdım, yazını yazmaq da keçdi könlümdən...
   
   (Aman Allahım, yenə də aludə oldum bu yazıya)
   
   
   
   ... Bir az öncələrin söhbətidir: qadın patronlardan biri mənə işə zəng eləyir və bir tənqidçinin telefonunu soruşur və telefon nömrəsini alanadək mənə deyir: Tofiq bəy, bəs işlədiyim televiziyada bir proyekt var. Siz də yaman tez yatırsınız, gecə yarısı efirə çıxır, mən istərdim ki, o tənqidçini verilişə çağırım.
   
   Mən də bəyənirəm bu xanımın təklifini və sonra əlavə eləyir: o biri iştirakçılar - filankəslər, yəni qəzet patronları olacaq və sonra mənə deyir ki, sən necə, gələrsənmi? Mən də düşünürəm: niyə bu xanım əfəndi mənim tez yatmağıma deyinirmiş.
   
   "Təbii, gələrəm" - deyirəm, amma bax, bu adamların hər ikisi də mənim dostlarımdır və sevdiklərim insanlardır. Biz nədən danışacağıq ki, bir qarşıdurma alınsın, dartışma alınsın. Axı, bir MÜXALİF lazımdır.
   
   Xanım əfəndi deyir: MÜXALİF? Nəysə iki yazarın adını deyir.
   
    Məsələnin çətin yeri də bax burdan başlayır: sonra öz aramızda o yazar-patronlardın birinin bir vaxtlar gördüyü çox mübahisəli işlərdən, yəni ədəbiyyat səhifələrindən söhbət keçir və mən bütün etika daxilində bir çox məqamlarda etirazımı bildirirəm: məsələn, bir xanımın bir şeri var, onun barədə danışırıq və bunun da hardan belə qaynaqlandığını mən ona izah eləməyə çalışıram və axı belə də olmaz deyirəm, Allahla bəni-insanın nə işi ola bilər. Tamam, Allaha da asi olmaq olar (əstəğfürullah) amma, belə yox. Yetmiş il Allaha asi olduq, indi-indi adamlarımız Hacı olur, namaz qılır, yəni bunu onlara çox görməyək, Allah xatirinə. Doğrudur, bunun da şitini-şorunu çıxarırlar. Amma olsun. Heyf... Belə olduğu halda o patron o səhifəni qapada bilərmi?
   
   Xanım susur və cavab verir: Qapada bilər.
   
   Bax, söhbət də bundan gedir. O patron nə qədər desə ki, mən azadlıq və sərbəstlik vermişəm, amma şitini-şorunu da çıxarmaq olmaz.
   
   Və xanım təbii ki, yenə də mübarizliyini davam etdirir və "nə olar Tofiq bəy, o xanım da elə düşünür...
   
   Olsun da...
   
   Təbii, mən bir şey demirəm. Və mən xanımın bir vaxtlar işlədiyim jurnala verdiyi müsahibədə KİŞİ obrazı olaraq kimi gördüyünü soruşduqda, İsa Peyğəmbərin adını çəkdiyini xatırlayıram.
   
   Tamam, canım, yaradıcı adamdır öz sözünü deyir və mən onun artıq həqiqətən bir mübariz yazar olduğunu və bir zamanlar çox haqsız yaralar aldığını da bura əlavə eləsəm, o zaman onun İsa Peyğəmbəri seçməsini çox təbii sayıram. Onu yaralayanların çoxu da bizim kişilər olmuşdur...
   
   Daha onun düşüncələrinin üstünə getmirəm və daha bir neçə şeylər danışırıq: bu da Yazarlar Birliyi ilə bağlı şeylərdir. Həmişə eşitdiyimiz şeylərdir. O da öz fikrini söyləyir, mən də öz fikrimi söyləyirəm. Bir ortaq məxrəcə gəlirik və mən televiziyaya çıxmağa tam könüllü olmasam da, inanın ki, o dostların xatirinə çıxmaq istərdim və özü də dəhşətli bir saatda... gecə yarısı saat 12-də çəkiləcək o proqramı düşünəndə dərd canımı aldı...
   
   
   
   VARİASİYA - 2
   
   
   
   Təbii, hər bir yaradıcının özünün sevdiyi adamlar var, hər televiziyanın özünün simpatiyası var, bunu heç kəsə irad tutmaq olmaz, necə ki, mənim bir sözümə xanım həmən irad tutur və deyir ki, Tofiq bəy, bəs siz söz sahibi olsanız məgər, elə özünüz bəyənənləri çap eləməzsiniz?
   
   Haqlı deyir, mən də insanam və mən də o biri yazarlar və naşir dostlar kimi yaxşı yazı tapmayanda bir az fərqli şeylər çap eləyirəm, deyək ki, redaktorumdan xahiş eləyərək eləyirəm bunu və buna görə də xanımın iradını mən çox xoş qarşılayıram.
   
   Əslində bu xanım bu cəmiyyətdə bu düşüncələrlə hara qədər gedəcək bunu mən bilmirəm (biz insanlara və azərbaycanlılara görə haqlı məqamlar olsa da, əlimizdən bir iş gəlmir və əgər gəlmiş olsa belə, bu, bir irad kimi qəbul oluna bilər), ona görə də gərək azadlığımızı qazandıqdan sonra modda olan zəhləmgetmiş MENTALİTET sözünə baxaq...
   
   Rusların belə bir ifadəsi var. O ifadə rus dilində daha səlis səsləndiyindən orijinalda verək: VSE POZVOLENA, VSE DOZVOLENA...
   
   Bunu rus xalqı deyir və biz də uzun illər rus mühitinin içində bulunduğumuz üçün (əttövbə əgər buna irad tuturamsa, mən vəziyyəti yazıram) ola bilər bu ifadəni də hələ özümüzə keçərli bilirik. Amma...
   
   Amma şəxsən bir az geri çəkilən kimi üstümüzə gəlirlər: vaxt olub ki, siz də belə olubsunuz.
   
   Bu söz mənim içimi isitsə də, keçmir, qardaş, keçmir...
   
   Məsələn, mən üzr istəyirəm...
   
   Mən necə olmuşam: mən heç zaman belə olmamışam və mən başımı aşağı salıb yazılarımı yazmışam. Pis, ya yaxşı... Əgər kimsə məni DA

TƏQVİM / ARXİV