adalet.az header logo
  • Bakı 18°C

Ah, AQİL ABBAS, ah!

ORXAN ARAS
30124 | 2014-02-11 00:21
Sən ki Türkiyəni bu qədər sevirsən , sən ki Türkiyəni bu qədər yaxından təqib edirsən .. Türkiyədə qurdların necə çaqqallaşdığını yenimi öyrənirsən?
Türkiyə deyilən bu ölkədə Türkün hələ qərib, Türkün hələ susqun, Türkün hələ də yaslı yaralı olduğunu yenimi eşidirsən ?
150 ildir bu ölkənin boğazına dişlərini keçirmiş Avropa heyranlığını, cəhalətini, yarımçıq aydınını sənə necə izah edim mən?
Türkiyənin o zəfərləriylə öyündüyümüz müharibələri var ya ... Çanaqqala, Trablusqarpg O döyüşlərin təməlində yüz minlərlə gənc tələbənin qanı vardır. 1915-ci ilin may ayında orta məktəblərdə yoxlama aparıldığında bütün lisey siniflərinin boş olduğu təsbit edilmişdi.Yəni ölənlər 16-17 yaşındakı uşaqlar idi.
Atatürk Respublikanı qurduğunda oxuma yazma bilənləri məktəblərə müəllim olaraq göndərirdilər. Çünki müharibələr bu ölkənin oxuyan insanını yox etmişdi ...
Bu cəhalətin sonunda da yeni bir ölkə qurma həyəcanı, yoxsulluq ancaq sənin görə bildiyin bu yarımçıq ziyalıları yetişdirə bildi. Bu yarı ziyalılar da çaqqallaşınca niyə əhvalın pozulur ki?
Anadolu insanı istiqanlı, saf, təmiz, duyğulu və imanlıdırlar. Bir əsgər görsünlər duyğulanıb ağlarlar.Vətən mövzusu keçsin, beş oğlunu da versə: "Vətən sağolsun!" deyərlər.
Amma qəzet guşələrini sahiblənənlər , televiziyalarda hər gün minlərlə yalanı səpələyənlər , yəni bu yarıoxumuşlar bu ölkənin baş bəlasıdırlar .
Bu yarımziyalılar bir neçə növdür. Kimisi ruhunu tamamilə şeytana satmışdır və öz xalqından nifrət edər, hər zaman: "Bizdən adam olmaz", deyər, amma bu xalqın da çörəyini yeməkdən utanmazlar .
Bu yarımziyalılardan kimisi solçudur, amma sənin, mənim bildiyim solçulardan deyildirlər. Türk dediyində bunu irqçilik anlarlar və xəyallarındakı xalqdan qopuq utopik sosializmdə yaşamağı seçərlər.
Bu yarımziyalılardan bir qrupu türkçüdür.Türk nədir, harada yaşayar, hansı ləhcəni danışar, yemək mədəniyyətləri, fərqli ənənələri nələrdir, əsla araşdırmazlar. Sadəcə "Türk, Turan" kimi şüarlarla coşar və ölkələrimizin puluyla ildə bir neçə dəfə Antalya kimi tətil yerlərində toplanar, nitiqlik edər, sonra da keyflərinə baxarlar. Bu səbəblə də ikimiz də bilirik ki, 22 ildir ki, türk dünyası deyilən bu respublikalarda Avropa Birliyi kimi ortaq bir mədəniyyət xəyalı mövzusunda bir addım belə atılmamışdır.
Bu yarımziyalılardan bir qrupu islamçıdır. Bunların çoxu yalnız osmanlıca bilir deyə tarixi Qədr Mısroğlu , Mustafa Müftüoğlu kimi jurnalistlərdən öyrənmişlər və tamamilə xəyal məhsulu mövzuları tarix sanarlar. Nə Halil İnalcığı , nə Kamal Karpatı , nə də İlbər Ortaylını oxuyarlar. İranın xaricində İslam dünyasının hamısını sünni bilirlər və Türkiyə dar günündə çağıracaq olsa, qaça qaça arxamızca düşəcəklərini sanırlar. Misir, Suriya kimi ölkələrdə türk düşmənliyinin Avropadan daha çox olduğunu belə bilməzlər. İslam dünyasının min təriqət , məzhəb , qəbilə , camaat arasında bölündüyünə , hamısının bir-birini kafir elan etdiyindən xəbərləri yoxdur. Əfganıstan döyüşü çıxdığında belə orada onlarla qəbilə, irq, məzhəb olduğunu bilmirdilər və sanırdılar ki, mücahidlər cihadı reallaşacaq, dərhal bir islam dövləti qurulacaq.
Əsla araşdırma etməzlər. Statistika, bölgə işləri , doktorluq tezisləri onlar üçün bilinməyən şeylərdir. Çünki boş xəyallar onlara daha çox xoş gəlir. Məsələn, Almaniyanın Türkiyəyə göndərdiyi tələbələrin hansı bölgədə necə azan oxunur deyə, Türkiyədə hansı xalqların yaşadıqlarını araşdırmaqları üçün addım-addım gəzməsi, hətta ləhçələr üzərinə bir çox doktorluq dissertasiyası yazılması onların marağını çəkməz.
Bu yarımziyalılardan bir qismi guya Atatürkçüdürlər . Amma Atatürkü bir büt kimi düşünməkdən başqa etdikləri bir şey yoxdur.Tək arzuları 1930-cu illərdəki kimi yaşamağımızı, hamımızın qalstuklu, hər zaman mərasimlər təşkil edib marşlar oxumağımızı istəyərlər ... Amma Atatürkün əsas məqsədi nə idi, o mövzuda əsla baş yormazlar.
Ah, Aqil Abbas, ah!
Sən sanırsan ki, oxumuş, ətrafını görən Türkiyənin filmlərinin ssenarilərini məlumatlı alimlər, yazıçılar yazacaqlar və Azərbaycanı da orda obyektiv göstərəcəklər. Haradadir o ziyalılar, əziz dostum ?
O ziyalılar Osmanlını parçalayan imperialist ölkələr tərəfindən illərcə sürən döyüşlərdə yox edildilər.O ziyalıların nəsli kəsildi. Onların nəsillərindən biraz qalmışsa da onlara əsla nə qəzet, nə televiziya, nə də film ssenarisi verilir. Onların danışmalarına əsla icazə verməzlər.
Bu səbəbdən İstanbulda minlərlə adam "hamımız erməniyik" deyə yürüyüşə çıxarlar.
Bu səbəbdən Türkiyə gedib durduğu yerdə başını ağrıdar və Suriyaya, Misirə burnunu soxar.
Bu səbəbdən Uzun Həsənin paytaxtı olan və yüzlərlə il türkmənlərin yurdu olmuş Diyarı Bəkir Kürdüstanın paytaxtı elan edərlər !
Bu səbəbdən türkün ən əhəmiyyətli 12 tayfasından biri olan avşar tayfasına mənsub bir sənətçi mən kürdəm deyər.
Bu səbəbdən bu ölkənin geri zəkalı ziyalısı burnunun ucunu görməz və yanındakı ölkədə 35 milyonluq türkün varlığından xəbəri belə olmaz!
Bu səbəbdən guya türkün tarixini yazan Səfəvi deyilincə onu fars olaraq anlar .
Bu səbəbdən bu ölkədə şərq türklərinin Yunus Əmrəsini, Şah İsmayılı kimsə bilməz !
Bu səbəbdən qurdların olduğu bir filmdə belə qurdlar çaqqallar kimi quyruq bulayarlar!
Bu səbəbdən deyirəm əziz Aqil Abbas, ah!
Bu səbəbdən...

Orxan Aras
(Almaniya)

TƏQVİM / ARXİV