adalet.az header logo
  • Bakı 17°C

Ah, AQİL ABBAS, ah! - Orxan Aras Almaniyadan yazır

ORXAN ARAS
31675 | 2014-02-10 13:47

Sən kiTürkiyəni bu qədər sevirsən , sən ki Türkiyəni bu qədər yaxından təqib edirsən.. Türkiyədə qurdların necə çaqqallaşdığını yenimi öyrənirsən?

Türkiyədeyilən bu ölkədə Türkün hələ qərib, Türkün hələ susqun, Türkün hələ də yaslıyaralı olduğunu yenimi eşidirsən ?

150 ildir bu ölkənin boğazına dişlərinikeçirmiş Avropa heyranlığını, cəhalətini, yarımçıq aydınını sənə necə izah edimmən?

Türkiyənin o zəfərləriylə öyündüyümüzmüharibələri var ya ... Çanaqqala, Trablusqarp… O döyüşlərin təməlində yüzminlərlə gənc tələbənin qanı vardır. 1915-ci ilin may ayında orta məktəblərdəyoxlama aparıldığında bütün lisey siniflərinin boş olduğu təsbit edilmişdi.Yəniölənlər 16-17 yaşındakı uşaqlar idi.

Atatürk Respublikanı qurduğunda oxuma yazmabilənləri məktəblərə müəllim olaraq göndərirdilər. Çünki müharibələr bu ölkəninoxuyan insanını yox etmişdi ...

Bu cəhalətin sonunda da yeni bir ölkə qurmahəyəcanı, yoxsulluq ancaq sənin görə bildiyin bu yarımçıq ziyalıları yetişdirəbildi. Bu yarı ziyalılar da çaqqallaşınca niyə əhvalın pozulur ki?

Anadolu insanı istiqanlı, saf, təmiz, duyğuluvə imanlıdırlar. Bir əsgər görsünlər duyğulanıb ağlarlar.Vətən mövzusu keçsin,beş oğlunu da versə: „Vətən sağolsun!" deyərlər.

Amma qəzet guşələrini sahiblənənlər ,televiziyalarda hər gün minlərlə yalanı səpələyənlər , yəni bu yarıoxumuşlar buölkənin baş bəlasıdırlar .

Bu yarımziyalılar bir neçə növdür. Kimisi ruhunu tamamilə şeytanasatmışdır və öz xalqından nifrət edər, hər zaman: „Bizdən adam olmaz", deyər,amma bu xalqın da çörəyini yeməkdən utanmazlar .

Bu yarımziyalılardan kimisi solçudur, ammasənin, mənim bildiyim solçulardan deyildirlər. Türk dediyində bunu irqçilikanlarlar və xəyallarındakı xalqdan qopuq utopik sosializmdə yaşamağı seçərlər.

Bu yarımziyalılardan bir qrupu türkçüdür.Türknədir, harada yaşayar, hansı ləhcəni danışar, yemək mədəniyyətləri, fərqliənənələri nələrdir, əsla araşdırmazlar. Sadəcə „Türk, Turan" kimi şüarlarlacoşar və ölkələrimizin puluyla ildə bir neçə dəfə Antalya kimi tətil yerlərindətoplanar, nitiqlik edər, sonra da keyflərinə baxarlar. Bu səbəblə də ikimiz dəbilirik ki, 22 ildir ki, türk dünyası deyilən bu respublikalarda Avropa Birliyikimi ortaq bir mədəniyyət xəyalı mövzusunda bir addım belə atılmamışdır.

Bu yarımziyalılardan bir qrupu islamçıdır.Bunların çoxu yalnız osmanlıca bilir deyə tarixi Qədr Mısroğlu , MustafaMüftüoğlu kimi jurnalistlərdən öyrənmişlər və tamamilə xəyal məhsulu mövzularıtarix sanarlar. Nə Halil İnalcığı , nə Kamal Karpatı , nə də İlbər Ortaylınıoxuyarlar. İranın xaricində İslam dünyasının hamısını sünni bilirlər və Türkiyədar günündə çağıracaq olsa, qaça qaça arxamızca düşəcəklərini sanırlar. Misir, Suriya kimi ölkələrdə türk düşmənliyinin Avropadandaha çox olduğunu belə bilməzlər. İslam dünyasının min təriqət , məzhəb ,qəbilə , camaat arasında bölündüyünə , hamısının bir-birini kafir elanetdiyindən xəbərləri yoxdur. Əfganıstan döyüşü çıxdığında belə orada onlarlaqəbilə, irq, məzhəb olduğunu bilmirdilər və sanırdılar ki, mücahidlər cihadıreallaşacaq, dərhal bir islam dövləti qurulacaq.

Əsla araşdırma etməzlər. Statistika, bölgəişləri , doktorluq tezisləri onlar üçün bilinməyən şeylərdir. Çünki boşxəyallar onlara daha çox xoş gəlir. Məsələn, Almaniyanın Türkiyəyə göndərdiyitələbələrin hansı bölgədə necə azan oxunur deyə, Türkiyədə hansı xalqlarınyaşadıqlarını araşdırmaqları üçün addım-addım gəzməsi, hətta ləhçələr üzərinəbir çox doktorluq dissertasiyası yazılması onların marağını çəkməz.

Bu yarımziyalılardan bir qismi guyaAtatürkçüdürlər . Amma Atatürkü bir büt kimi düşünməkdən başqa etdikləri birşey yoxdur.Tək arzuları 1930-cu illərdəki kimi yaşamağımızı, hamımızınqalstuklu, hər zaman mərasimlər təşkil edib marşlar oxumağımızı istəyərlər ...Amma Atatürkün əsas məqsədi nə idi, o mövzuda əsla baş yormazlar.

Ah, Aqil Abbas, ah!

Sən sanırsan ki, oxumuş, ətrafını görənTürkiyənin filmlərinin ssenarilərini məlumatlı alimlər, yazıçılar yazacaqlar vəAzərbaycanı da orda obyektiv göstərəcəklər. Haradadir o ziyalılar, əziz dostum?

O ziyalılar Osmanlını parçalayan imperialistölkələr tərəfindən illərcə sürən döyüşlərdə yox edildilər.O ziyalıların nəslikəsildi. Onların nəsillərindən biraz qalmışsa da onlara əsla nə qəzet, nəteleviziya, nə də film ssenarisi verilir. Onların danışmalarına əsla icazəverməzlər.

Bu səbəbdən İstanbulda minlərlə adam „hamımızerməniyik" deyə yürüyüşə çıxarlar.

Bu səbəbdən Türkiyə gedib durduğu yerdə başınıağrıdar və Suriyaya, Misirə burnunu soxar.

Bu səbəbdən Uzun Həsənin paytaxtı olan vəyüzlərlə il türkmənlərin yurdu olmuş Diyarı Bəkir Kürdüstanın paytaxtı elanedərlər !

Bu səbəbdən türkün ən əhəmiyyətli 12tayfasından biri olan avşar tayfasına mənsub bir sənətçi mən kürdəm deyər.

Bu səbəbdən bu ölkənin geri zəkalı ziyalısıburnunun ucunu görməz və yanındakı ölkədə 35 milyonluq türkün varlığındanxəbəri belə olmaz!

Bu səbəbdən guya türkün tarixini yazan Səfəvideyilincə onu fars olaraq anlar .

Bu səbəbdən bu ölkədə şərq türklərinin YunusƏmrəsini, Şah İsmayılı kimsə bilməz !

Bu səbəbdən qurdların olduğu bir filmdə beləqurdlar çaqqallar kimi quyruq bulayarlar!

Bu səbəbdən deyirəm əziz Aqil Abbas, ah!

Bu səbəbdən…


ORXAN ARAS

TƏQVİM / ARXİV