adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MƏNiM üçüN DUA EDiN

TOFİQ ABDİN
28479 | 2008-11-22 02:46
Heç bu qədər çətinə düşməmişdim. Yazı işi mənim üçün artıq bir peşə və hər hansı bir yazını başlamaq çətinliyi olsa da, sonra işimin rəvan getməsi həmişə olmuş. Amma bu dəfə heç o birilərinə bənzəmir. Yazmaq və yazmamaq üçün özümlə vuruşdayam və üçdə-beşdə mənim telefon zənglərimə çox çətinliklə cavab versə də, içimin rahatsızlığı heç məni tərk etmir və xüsusilə o sözdən sonrakı dedi: MƏNİM ÜÇÜN DUA EDİN.
   
   Bəli, MƏNİM ÜÇÜN DUA EDİN - sözlərini deyən xanım əfəndi bir çoxumuzun tanıdığı və sevdiyi bir insandır və qələm sahibidir. Deyilən o sözü onun nədən deməsi barədə mən çox götür-qoy etdim və onsuz da inanın ki, mən hər zaman dua edirdim. Təkcə onun üçün yox, bərkə düşən, işi cətin gətirən çox dost-tanış üçün mən hər zaman duaçıyam, onların mənim üçün duaçı olub-olmadığından asılı olmayaraq. Amma bu xanım əfəndinin sözləri mənim içimi ovdu, məni son dərəcə rahatsız etdi və bir az da özümü, necə deyərlər, arsızlığa vurub bu kəlmələri unutmaq istədim, ta ki bu yazını başlayana qədər.
   
   Əslində onun nədən belə deməsi rahatsızlıqdan o yana bir az da qorxutdu məni, amma qorxulu bir şey yox, buna əminəm və təbii ki, ola bilsin ovqatının o saatdakı durumu ani olaraq bəlkə lap düşünmədən dilinə gələn ən şirin kəlmələrdən biri də bu kəlmələr. Onu da deyim ki, bu xanım əfəndi heç dindar-zad da deyil, heç, necə deyərlər, dinsiz də deyil, yəni son dərəcə ateist də deyil mən bilən. Çox insani və çox mütəvazi bir həyat yaşayan, öz işinin və əməkdaşlarının qədrini bilən bir patron xanım əfəndi. Az vaxt içərisində öz yazarları arasında böyük hörmət qazanan və az zaman keçidində maraqlı, yaxşı yazarları başına toplayan və onlara bu çətin günlərdə söz azadlığı verən və bəzilərinin də şıltaqlığını öz üzərinə götürən xanım əfəndinin oxşarını hələ bizim yaradıcı mühitdə görə bilməmişəm (yaradıcı qadın olaraq nəzərdə tutulur) bəlkə də var, amma mən görə bilməmişəm. Amma türk qadın yazarlar dünyasında belə xanımlar var, onlar qəzet yönəticiləridir, eynən onun yazıları kimi yazılar yazırlar və ya bu xanım əfəndi onlar kimi yazılar yazır.
   
   Sabah nə olacaq heç kəs bilmir və bu xanım əfəndi də şərti olaraq desək, televizyondan çox hızlı bir sürətdə yazı aləminə, qəzetçilik dünyasına keçəndə artıq uzun müddət idi ki, işsiz idi və evdə oturub nəsə gözləyirdi. Baxmayaraq ki, onun imkanları o qədər də məhdud deyildi, haradasa bir iş tapsın. Amma bəzən biz belə imkanları şişirdirik, bəlkə heç imkanı da yox idi. Çünki qapı-qapı düşüb iş axtaran deyildi. Bizim cəmiyyətimiz də hələ o tərbiyəyə sahib deyil ki, öz yaradıcı insanlarını görə bilsin və onu zamanında dəyərləndirsin. Telefon açıb səni axtarsınlar. Ki, balam nə zamandı imzan görünmür, nə məsələdi, hardasan, necəsən, kefin necədi? Güman edirəm ki, bax elə bunun ucbatından həmin xanım əfəndi də bir müddət tam bir evdar qadın kimi yaşasa da, sonunda bəzi yoldaşların təklifi ilə işə başladı və işə başladığı qəzet də, dediyim kimi, normal qəzetlər sırasında öz işini daha da fərqləndirdi, daha da sanballı çıxmağa başladı və yazarlar daha da rahatladı.
   
   O zaman məni də rahatsız edən bəzi suallara cavab almışdım və onlardan ikisinə yenidən qayıdıram. Yazımın məqamına uyğun gəldiyi üçün qayıdıram o suallara.
   
   
   
   BİR ÖNCƏKİ
   
   SOR

TƏQVİM / ARXİV