adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BU HARAY HEç ZAMAN KƏSiLMƏYƏCƏK

TOFİQ ABDİN
26789 | 2008-11-08 00:09
HANSINI DEYİRSİNİZ? Onu çox zaman bir adamla dəyişik salırlar. Elə ki birisinə müraciət edirsən: Müslüm Maqomayev haqqında yazmaq lazımdır, o saat soruşur: hansını deyirsiniz? Bəstəkarı, yoxsa xanəndəni? Cavab da həmişə bir olur: xanəndəni. Bəstəkar Müslüm Maqomayev yubiley günlərində yada düşər, radio səslənmələrində. Bir zaman bəstəkar Müslüm daha tanımlı olub. İndi isə xanəndə Müslüm. Bir zaman ikincini birinciyə görə tanıyırlar. Xanəndə Müslüm Maqomayevin adını eşidəndə istər-istəməz bəstəkar Müslüm Maqomayev yada düşür.
   
   İLK TANIŞLIQ. Günlərin bir günündə tanışlardan hansısa hövlnak gəldi: - Təzə bir xanəndə çıxıb: Müslüm Maqomayev. Elə dəhşətli səsi var ki... Həsən xanın, Fiqaronun ariyalarını elə oxuyur ki, söz ola bilməz. Bu gün də konserti var. Lap cavandır, on səkkiz yaşında. Ancaq səsi o qədər gurdur ki, adama elə gəlir yaşlıdır.
   
   Xanəndə Müslüm Maqomayevin həmin gecəki konsertindən yadımda qalanı nədir: Həsən xanın - Müslümün əsəbi səsi, keflənmək həvəsi, bir də "şərab doldurun" ifadələri. Sonradan bu əsəbi səsin şərəfinə o qədər badələr doldu ki, bəziləri içilmədi də. Çünki gərəksiz bilindi.
   
   Bir də xatırladığım "Fiqaro" sözünün İma Sumakvari deyilişidir. Bunu ancaq Müslüm deyə bilir. Mən ifa edə bilmərəm: nə səsim var, nə imkanım. Yaxşısı budur varlı hərlədin, bu ariya onun ifasında yazılıbsa. İndi Müslüm bunlardan heç birini oxumur. Deyəsən, radio işçilərinin də yadından çıxıb ki, nə vaxtsa Müslüm bu ariyaların ən yaxşı ifaçısı olub. Deyəsən, elə Müslümün özünün də yadından çıxıb.
   
   Həmin gecədən bir də nəyi xatırlayıram: hə, özümü gizlətməyimi. Müslümün oxuduğu bu ariyaların (o vaxt hələ bunların ariya olduğunu da bilmirdim) heç birindən xoşum gəlmədi. Elə buna görə də bu cavan xanəndədən heyranlıqla danışan oğlana təəccüblə baxdım. Mən onun istəyinə etiraz etmədim. Xala xətrin qalmasın dedim ki, elə mənim də xoşuma gəldi. İndi o zaman özümü gizlətdiyimə sevinirəm. Düzü, həmin konsert gecəsində mən də bir az qürurlanmışdım: nə yaxşı oldu, özgələrinin də daha çox sevəcəyi bir adamımız da artdı.
   
   İTKİLƏR HAQQINDA MAHNI: Müharibə də qurtardı. Gələnlər gəldi, hələ də gələn var. Bu qayıdanların ardı-arası kəsilməyəcək. Mən bu adamlar haqqında qəzet yazılarını oxuyanda həmişə sənin harayını eşidirəm. Nəhəng tankların, topların səsini yamsılayan musiqinin sədaları altında sən "Bunhenvald harayı"nı oxuyursan. Nə vaxtsa demisən: sən bu mahnını oxuyanda atanı xatırlayırsan. Mən də bu mahnını dinləyəndə müharibədə əlli-ayaqlı itmiş əmimi xatırlayıram. Yəqin kimsə qohumunu, kimsə qardaşını xatırlayır... Bu mahnını dinləyənlərin gözləri yol çəkir. Bayatılarımız, ağılarımız qədər yanıqlı olan bu harayın heç zaman kəsilməyəcək. Mən sənin yerində olsam, bütün konsertlərimdə bu mahnını oxuyaram. Bu haray yer kürəsindəki bütün insanlara gərəkdir. Qoy bu haraylı mahnı yuxumuza səpilsin, qoy narahat olaq. Bəlkə belə mahnılar siyasətçilərdən daha çox iş görə bilər. Sən də həmişə bu haraylı mahnını oxu.
   
   
   
   Bir də ki bu:
   
   "Mahnılarımız küçələrə çıxmalıdır.
   
   Şəhərlərdə küçələrə çıxmalıdır.
   
   Mahnılarımız
   
   evlərimizin qabağında durmalı,
   
   pəncərələri çalmalı, əllərini sıxmalıdır.
   
   Mahnılarımız
   
   ilk sırada ən qabaqda yetişməlidir düşmənə.
   
   Bizdən əvvəl boyanmalıdır
   
   mahnılarımızın üzü qana".
   
   
   
   Birdən unuda bilərik. "Buhenvald harayı"nı, Müslüm. Sən onu səhər-səhər yuxumuza səp, axşam rahatlığımıza. Qoy dünyamız üçün sənin mahnılarınla birgə narahat olaq.
   
   SƏN KİMİ SƏSLƏYİRSƏN? Bir mahnı oxuyursan. Təpədən-dırnağadək bu mahnını xatırlayıram. Kefim kök olanda fitlə çalıram. Evdə tək olanda oxuyuram. Bu mahnıdakı çağırış elə həzin, elə doğmadır ki, hər dəfə onu dinləyəndə istəyirəm səni tapam və soruşam: axı sən kimi səsləyirsən, kimi? Əlindən uçmuş bir adamı belə çağırmaqla geri qaytarmaq olarmı? Bilsəm ki, olar, elə mən də sənin səsinə səs verərəm. Elə hey oxuyursan: səni səsləyirəm, səni səsləyirəm. Barı, bilirsənmi çağırdığın adam səni eşidir, ya yox? Bəlkə heç kəsi səsləmirsən, elə-belə oxuyursan. Ancaq bu mahnını dinləyəndə mənə elə gəlir ki, sən kimisə çağırırsan. Kardır, qulaqlarına pambıq tıxayıb səni eşitmir. Sənin harayın keçir küçələrdən, ötür yollardan, heç kəsə çatmır. Bu mahnını dinləyəndə nə vaxtsa itirdiyim əziz bir adamımı səsləmək istəyirəm. Mənə inam verirsən. Mahnı qurtaran kimi ayılıram. Sənə də acığım tutur, özümə də, itirdiyim adama da. Bu acığın heç nəyə dəxli yoxdur. Sən oxu. Sən səslə. Məni eşitmədilər, bəlkə səni eşidən oldu.
   
   
   
   RƏVAYƏTLƏR,
   
   ƏHVALATLAR,
   
   EŞİTDİKLƏRİM
   
   
   
   Elə ki şöhrətləndin, elə ki adın dildə, dodaqda gəzdi, başlayırlar haqqında rəngbərəng rəvayətlər uydurmağa. Yalanı da olur, doğrusu da. Sanki bu rəvayətlər şöhrətin astarıdır. Sonradan görünür. Sənin də haqqında Müslüm, yarıciddi, yarızarafat rəvayətlər gəzir. Qocaların sözü olmasın, dilim, ağzım qurusun, nə bilmək olar hansı doğrudur, hansı yalan. Hər halda adi adamlar haqqında belə şeylər danışılmır. Bu, ya xoşbəxtlikdir, ya da bədbəxtlik. İndi eşitdiklərimi sənə deyim, sən də qulaq as. Hansı yalan olsa, məni günahlandırma, mən də ondan-bundan eşitmişəm. Sözün yanlışı olar, yalanı yox. Bir də ki, od olan yerdən tüstü çıxar.
   
   BİRİNCİ RƏVAYƏT. Deyir, günlərin bir günündə vokal sənətini öyrəndiyin Üzeyir Hacıbəyov adına konservatoriyada dövlət imtahanı verməli olursan. Tələbələr, yoldan ötənlər, pulsuzlar, konsertinə düşə bilməyənlər (onsuz da sən Bakıda az olursan) hardansa eşidiblər ki, sabah imtahanın olacaq. Sənin azarkeşlərin-qoçaqlar tökülüşüb gəliblər konservatoriyaya. Deyirlər, o qədər adam varmış ki, iynə atsaydın yerə düşməzmiş. Adamları görüb özünü atmısan rektorun yanına, gülə-gülə demisən: - Bəs bilet satılmayıb? Yığılan puldan mənə çatmır?
   
   Rektorun nə dediyini eşitməmişəm. Ancaq onu bilirəm ki, imtahanı yaxşı vermisən. Gec də olsa, səni təbrik edirəm.
   
   İKİNCİ RƏVAYƏT. Deyirlər, sənin də çətin günlərin varmış. Neçə-neçə illər bundan qabaq necə olubsa, birdən səsin tutulub. Ha oxumusan, bir şey çıxmayıb. Görünür, həmin günlər yaman darıxmısan. Səsinin tutulması bir yana, guya gələcəkdəki şöhrətinə göz dikmiş ən əziz adamın bu ağır günlərdə səni tərk edib. Onu tapsaydım, sənin haqqında müsahibə alardım. Yəqin ki, özünü yerə vurmazdı. Nə bilmək olar, bəlkə heç peşman da deyil. Axı, bizim hamımızda yalançı bir qürur yaşayır!
   
   ÜÇÜNCÜ RƏVAYƏT, DAHA DO

TƏQVİM / ARXİV