adalet.az header logo
  • Bakı 18°C

Vadidəki qurdların çaqqallaşması

AQİL ABBAS
116696 | 2014-02-07 18:34

«Kurtlar Vadisi Pusu»! Qardaşlarımızın çəkdiyi bu serial çoxdan Türkiyəninsərhədlərini aşıb. Baxımlı filmdi, gözəl də musiqisi var. Aktyor oyunlarına da söz ola bilməz. Və bu film Azərbaycanda da sevilir.Cümə axşamları rəhmətə getmiş əzizlərinə «Quran» oxutmağı yaddan çıxarsalar da,bu filmi izləməyi yaddan çıxarmırlar.

Bu film əvvəllər bir qəhrəmanlıqdastanı olsa da, sonradan bəzi siyasi dairələrin təsiri ilə tam siyasiləşdi. Həttagündəmi bəlirləməyə başladı. Olsun, sözümüz yox. Bu film haqqında ötənlərdə silsiləməqalələr yazmışdım, filmdəki bəzi nüanslara toxunmuşdum. Bir azərbaycanlı kimiheysiyyatıma dəyən yerlər olduğuna görə umu-küsümü bildirmişdim, amma nədənsə məniqınayanlar çox oldu. Olsun. Yazı yazanda ürəyimdəkiləri yazıram, kimlərin bu yazını necə qarşılayacağı məni maraqlandırmır. Yaxınnömrələrimizdə həmin silsilə yazıları yenidən oxucularla paylaşacam.

Məsələ nədi? Filmin son iki seriyasında Azərbaycana çox ciddi sataşmalar var.Özü də siyasi sataşmalar. Bir qardaşın başqa bir qardaşı aşağılamasına nə ad verməkolar?

Ümumiyyətlə, son zamanlar türk seriallarında Azərbaycana sataşmalar diqqət çəkir. Məsələn, «Möhtəşəm yüzyıl» filmindəxalqımızın az qala inanclarından birinə çevrilmiş Şah İsmayıl aşağılanır, Səfəvidövləti fars dövləti kimi təqdim olunur və sair və ilaxır.

Qayıdaq «Kurtlar Vadisi»nin son ikiseriyasına. Bəli, qurdlar Türkiyənin Başbakanının İrana səfəri ərəfəsində (səfərbu günlərdə gerçəkləşmişdi) Azərbaycana gəlirlər. Özləri demişkən, burda böyük«operasyon» həyata keçirirlər. Məlum olurki, ruslar Başbakanın İrana səfəri zamanı ona sui-qəsd eləmək və bununla da Türkiyə-İranmünasibətlərinə zərbə vurmaq və eləcə də Türkiyəni qarışdırmaq istəyirlər. Və buişdə də ruslara bizlər dəstək veririk. Və qardaşlarımız çəkinmədən bizləri «rus uşağı» adlandırırlar. Biz uşağa «uşaq» deyirik,türklər «nökərə». 

Məntiqsizlik çoxdu, Karanın bura gəlməsi, burdakı «igidlikləri»,İrana getməsi, ordakı «igidlikləri», sərhəddən keçmək istərkən Bəxtiyar adlı birisinixilas etmək üçün geri dönməsi. Bu Bəxtiyar kimdi, hardan hop eləyib düşüb bura?Hansısa özəl şirkətin həyətinə girib bizləri sərçə kimi qırması və burda da özbəklərinonlara dayaq durması. Və çox maraqlıdır ki, Özbəkistan Respublikası ilə TürkiyəRespublikası arasındakı münasibətlər Türkiyəilə Ermənistan arasındakı münasibətlərdən bir az fərqlidi, yəni daha pisdi.

Türkiyə bizim qardaşımızdı. Türkiyənin Başbakanına atılan gülləyə Azərbaycansinəsini verər. Eləcə də Türkiyəyə atılangülləyə Azərbaycan sinəsini verər. Buna onlarlamisal çəkə bilərəm. İnanıram və eləcə də bilirəm ki, Türkiyə də Azərbaycana atılangülləyə sinəsini verər. Elə isə bu filmiyapanların məqsədi nə? Bu hansı siyasi dairənin sifarişidi? Bu filmə dedim ki, dünyadabaxırlar. Bizim nüfuzumuza dünyada xələl gətirmək Türkiyənin hansı siyasi dairəsininmarağındadı? Azərbaycan xalqını Türkiyədən incik salmaq kimə sərf edir? Özü də Türkiyəninindiki vəziyyətində. Türkiyənin Suriyaya dönə biləcəyinin 10-15 addımlığında olanbir vaxtda.

Mənim «Dolu» romanımda bir yer var. 1990-92-ci illərdir. Bir ana həsrətləgözləyir ki, türklər gələcək və bizə dəstək olacaq. Hər gün döyüşçü oğlundan soruşurki, türklər gəlmədi, bəs harda qaldılar? Oğlu da cavab vermir. Axırda bir gün yenəsoruşanda ki, türklər gəlmədi?

- Gəliblər, ay ana, gəliblər.

- Allaha şükür. Bəs hardadılar?

- Bakıdadılar, ay ana.

- Nə edirlər?

- Dönərxana tikirlər.

- Dönərxana nədi, ay oğul?

- Avtomat zavodu.

- Buy, onlara qurban olum, buy, onların başına dönüm. Allah, sən özün onlara kömək ol.

«Dolu» filmi çəkilərkən montaj zamanırejissor Elxan Cəfərovla belə qərara gəldik ki, bu epizodu başqa cür verək, çünkiburda türklər aşağılanır. Niyə qardaşlarımızı aşağılayaq, çünki buna dünyada baxacaqlar,qardaşlarımızı dünyada gözdən salmayaq. Və epizodu belə təqdim elədik.

- Bəs, bu türklər niyə gəlmədi?

- Gəliblər, ay ana, gəliblər.

- Buy, onlara qurban, Allah, sənə şükür.

Biz buyuq.

Türkiyə Ermənistanla sərhədləri açmaq istəyən zaman da filmdə Azərbaycanaşağılanmışdı, azərbaycanlılar aşağılanmışdı. Silsilə yazıda bunu qeyd etmişdim, təkrar yazmıram, dərc edərəm oxuyarsız.

Və sonda. Məşhur futbolçumuz Ələkbər Məmmədov SSRİ yığma komandasında oynayandaTürkiyənin qapısına, yadımdan çıxıb, üçmü-dördmü top vurmuşdu.

Türk şərhçi bir azərbaycanlının Sovet komandasında oynamasını fəxarətlə dinləyicilərəçatdırırmış.

- Əti-ətimizdən, qanı-qanımızdan müsəlman qardaşımız topladı.

Hər dəfə belə təqdim edərmiş. SonraƏləkbər Məmmədov bir top vurdu. Şərhçi bunu da gözəl təqdim edir ki, əti-ətimizdən,qanı-qanımızdan müsəlman qardaşımız gözəl bir top vurdu. Sonra ikincisini vurur,şərhçi dilxor olmağa başlayır. Bundan sonra top Ələkbər Məmmədovda olanda deyir:

- Əti-ətimizdən, qanı-qanımızdan olan gavurlara satılmış müsəlman qardaşımızyenə topladı.

Üçüncü topu vuranda şərhçi deyir:

- Əti-ətimizdən, qanı-qanımızdan olan müsəlman qardaşımız bokladı!

«Kurtlar Vadisi» bu dəfə bokladı.


13.02.2014

TƏQVİM / ARXİV