adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"O, BiZiM ŞÖHRƏTLi OLMAğIMIZ üçüN GƏRƏKDiR" -2

TOFİQ ABDİN
22547 | 2008-03-01 05:51
QARA QARAYEV-90
   
   
   
   Əslində 2008 QARA QARAYEV ili olmalıdı
   
   
   
   Bir o qədər də aşina deyiləm yubiley şeyləri yazmağa. Və ruslar demiş: tembole, indiki mədəniyyət nazirimiz Qara Qarayevin əqrəbalarından sayılır. Yubiley günlərində ha yazdılar ...ha yazdılar. Olan işdi bunlar. Mən bu yazını yazarkən çətin günlər idi. Zor günlər idi. O çətin günləri yaşayıb bu günlərə gəlməyin özü bir TALE işidir. Bunu ona görə deyirəm ki, minnətsiz yazılan bir yazıdır, dəfələrlə əl gəzdirilib, dəyişilib, əlavələr edilib, bu yazı üstündə iş bir türlü bitməyib. Qara Qarayevin həyatı və musiqisi nə qədər canlıdırsa, bu yazı da gəncləşməyə və yaşamağa davam edəcək. Zaman-zaman dəyişəcək.
   
   Bu yazının qəribə tarixçəsi də var. Bunu yazı bitəndən sonra anladacam. Hələ o zaman Azərbaycan radiosu ilə MELODİYA radio klubunda QARA QARAYEV haqqında verilişimi dinləyən həmkarlarımdan biri demişdi: "Gərək Qara Qarayevdən o ki var yazsınlar. Təkcə ona görə ki, bu Adam ölkənin ən baş mükafatına - Lenin mükafatına layiq görülən iki azərbaycanlıdan biridir". Bu, həqiqət idi. Yazı çapa hazırladığım PUBLİSİSTİKA-1 kitabına daxil ediləcək.
   
   
   
   QARAYEV MATƏMİ...
   
   
   
   ...Mən indi çox gözəl xatırlayıram o ili! O il ki, biz Qara Qarayevi itirdik.
   
   Sonralar, mən bir şeirimdə yazacam:
   
   
   
   bu necə illərdi,
   
   gəlir, İlahi?!
   
   yağan qarla ölüm yağır,
   
   çıxan Günəşlə
   
   ölüm çıxır göy üzünə.
   
   ölü çiçəklər,
   
   ölü böcəklər,
   
   ölü kəpənəklər
   
   səpilib çölün düzünə.
   
   Bu necə illərdi
   
   gəlir, İlahi?!
   
   Nigar xanım Rəsulun ardınca getdi.
   
   Fikrət Qaranın
   
   görəsən axırı necə olacaq
   
   Nigar xanımla
   
   Rəsul Rzanın,
   
   Fikrətlə Qaranın getdiyi
   
   O diri dünyanın?!
   
   Mənim yaşadığım
   
   Bu ölü dünyanın?!
   
   Bu necə illərdi gəlir, İlahi?!
   
   
   
   Mən indi çox gözəl xatırlayıram o ili! O ili ki, Qara Qarayevi itirdik. Çox yaşlı da deyildi. Hələ bu günə qədər yaşaya bilərdi. Yaşayıb, yarada bilərdi. İndi düşünürəm ki, əgər bizim hər birimizin həyatında o cür "redaktorlar" və Qara Qarayev kimi sənətkarların həyatına min cür aciz və əsassız hücumlar olmasaydı, o, daha çox yaşaya bilərdi, bizim hər birimiz çox yaşaya bilərik.
   
   Qara Qarayev də bir az çox yaşayardı. Yaşaya bilərdi! Onun yaşamağa necə də haqqı vardı!
   
   Görkəmli fransız aktyoru Burvilin haqqında deyilənlər necə də Qara Qarayevə aiddir:
   
   "Burvil inanırdı ki, yaxşılığa görə ancaq yaxşılıq eləyirlər, pisliyə görə pislik. Burvil görürdü ki, küçələrdə qocalar gəzir. Səksən, doxsan yaşlarında. O da bu qocalardan biri olmaq istəyirdi. Möhkəm. Sağlam. Alicənab. Dindar olmasa da inanırdı ki, bu dünyada haqq-hesab çəkən İlahi qüvvə var".
   
   Nədi ki, doxsan! Azmı adam tanıyırıq bu qədər ömür sürür. Azmı sənətkar var ki, doxsan illik yubileyində gedib oturub yuxarı başda, onu ürəkdən sevənlərə və sevməyənlərə müdrik gözlərlə baxır və bəlkə də düşünür: "İlahi, ölmədik, bu günü də gördük!"
   
   
   
   HƏMKARLARIMDAN
   
   BİRİ DEDİ:
   
   Həmkarlarımdan biri Qara Qarayevi itirdiyimiz gün dedi: "QARA QARAYEV S

TƏQVİM / ARXİV