adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Terror təşkilatını fenomen adlandıran aktrisa

SAMİRƏ ƏŞRƏF
45956 | 2014-02-04 15:19

Lahiyə: Ötənəsrin ən məşhur qadınları.


Fransanın ən məşhur aktrisalarından biri olan FanniMarqerit Jyudit Ardan 1949-cu ilin 22 martında Somyur şəhərində anadan olub.Onun atası süvari zabiti olduğundan Fanninin ailəsi İsveçrə, İspaniya və İngiltərəkimi ölkələri çox erkən yaşlarından səyahət etmiş və həmin ölkələrin kral ailələriilə yaxından tanış olmuşdur. Fanninin atası tezliklə Monoko sarayında aparıcı vəzifəyətəyin olunur. Ailə də həmin şəhərə köçmək məcburiyyətində qalır. Gələcəyin aktrisasıon yeddi yaşlı Ardan katolik litseydə təhsil almağa başlayır. Elə həmin litseydədə o, şəhzadə Qreys Kelli ilə çox yaxın rəfiqə olur. Onlar ciddi ədəbiyyatmütaliə edir və rus ədəbiyyatı ilə dərindən maraqlanırlar. Lev Tolstoyun,Turgenevin və Dostoyevskinin əsərlərini mütaliə edirlər.

Lakin, ədəbiyyata olan marağına baxmayaraq, Fanniatasının yolunu davam etdirmək və diplomatik karyera qurmağa hazırlaşır.Litseyi bitirdikdən sonra Fanni Fransaya geri dönüb Provansa Universitetindəpolitologiya üzrə təhsil almağa başladı.

Təhsil almaqla yanaşı onu dünya kinosu və teatrı dacəlb edirdi. Nəhayət Fanni Jana Perimonun aktyor kurslarına yazıldı. O, ilk dəfə1974-cü ildə teatrda Pyer Kornellinin əsəri olan "Polievkt” dramındə rol aldı.Bundan başqa aktrisa televiziyada çəkilən tamaşalarda da kiçik rollar çəkilirdi.1975-ci ildə Fanninin Dominiko Leverddən olan qızı Lumir dünyaya gəldi.

Məşhurrejissoru sehrləmək və...

Bir müddət sonra Fanni Dominikodan airıldı. 1976-cıildə çəkilmiş "Marinin gəlincikləri” filmi ilə o, kinoda ilk debütünü edir. Dahasonra isə 1979-cu ildə "İtlər” filminə çəkildi. Lakin, bu filmlərin heç biri aktrisayamükafat və dünya şöhrəti gətirməsə də, onun sonrakı yaradıcılığına gözəlbaşlanğıc oldu. Məsələ bunda idi ki, Fannini televizorda görən rejissor FransuaTrüffo onun ehtiraslı cazibəsinin sehrinə düşmüşdü. Bu sehr Trüffonu aktrisa iləyaxından tanış olmağa vadar etdi.

Beləliklə onların arasında fırtınalı romanbaşlandı. Fransua bu erudisiyalı, qara saçlı, qaynar gözlü qadına vurulmuşdu.Tezliklə o, Fanniyə "Qonşu” filmində baş rolu həvalə etdi. Məhz həmin filmdəTrüffo ona lazım olan güclü, canlı, yumorlu qadın qəhrəmanını tapdığını deyirdi.Fanninin həmin filmdə tərəf müqabili təcrübəli aktyor Jerar Depardye idi. 1982-ci ildə aktrisa həmin filmdəki MatildaBoşar roluna görə Fransannın milli film mükafatı olan "Sezer”ə namizəd seçildi.

1981-ci ildə Ardan Fransua Trüffonun sonuncu arvadıolur. Bəzi mənbələrin məlumatına görə məşhur aktrisa heç kimlə qanuni nigahbağlamamışdır. 1983-cü ildə Trüffonun lentə aldığı "Nəşəli bazar” filmindənsonra Fanni Trüffoya Jozefina adlı bir qız övladı hədiyyə etdi. 1984-cü ilinoktyabr ayında isə böyük rejissor beyin xərçəngindən dünyasını dəyişdi.

Müsahibələrinin birində Fanni Trüffo ilə iş prosesihaqqında deyir "Fransua mənə filmin sinopsisini verdi. Mən heç bir dialoqdanibarət olmayan ssenariyə nəzər yetirdim. Trüffo məndən soruşdu: Hər hansısa birsualın var? Mən cavab verdim ki- yox. Beləcə hər dəfə o mənə nəsə bir sualımolduğunu soruşanda,mən yox cavabını verirdim. O, isə sevinclə deyirdi: İlahinecə də gözəldir”.

Karyerada qəfilyüksəliş...

Trüffonun ölümündən sonra Fanni hər janrlı filmlərdəoynamağa hazır idi. Çünki rejissorlar və tamaşaçılar onu hər zaman dramatik vəciddi rolların mahir ifaçısı kimi tanıyırdı. Sonrakı on illikdə o, "Ailə məsləhəti”,"Ailə”, "Avstraliya” kimi filmlərdə rol alıb Alen Rene, Andre Delvo, FolkerŞlendorf kimi görkəmli rejissorlarla işlədi.

1990-cı ildə aktrisa üçüncü dəfə qız anası oldu.Onun Fabio Konversi ilə olan münasibətindən dünyaya gələn qızı Baladinindoğulmasından bir müddət sonra o, Fabiodan ayrıldı.

90-cı illərin ilk vaxtlarında Fanni Ardanınaktrisalıq karyerasında elə bir ciddi dəyişiklik baş verməid. 1994-cü ildə çəkilmişolan "Polkovnik Şaber” və 1995-ci ildə lentə alınmış "Sabrina” filmlərindənbaşqa. 1996-cı ilin əvvəlləri aktrisanın karyerasında fasilə yaransa da,tezliklə rejissor Patris Lekontonun "İstehza” filminə çəkildi. Film çox böyükuğur qazandı. Aktrisa ən yaxşı qadın roluna görə çoxdan azuladığı "Sezar”mükafatına layiq görüldü. Film isə "Kann Kino festivalı”nda fərqlikateqoriyalar üzrə mükafatlar qazandı. Daha sonra isə həmin film "Oskar”mükatafına namizəd görüldü.

Arzuolunan mükafatdan sonra aktrisa daha həvəsləişləməyə başladı. 21-ci əsrdə "Yelizaveta”1998, "Rasputnik” 2000, "Allahdan xəbəryoxdu” , "Əbədi Kallas” 2001, "8 qadın” 2002, "Paris mən səni sevirəm” 2006kimi filmlərə çəkildi.

"8 qadın” filmində Katrin Denöv və başqa məşhurfransız aktrisalarla tərəf müqabili olan Fanni yaxın rəfiqəsi olan Denövlə birfilmə çəkilməkdən çox sevincli olduğunu dilə gətirir.

Cəsarətliaçıqlama,məhkəmə qorxusu və üzrxahlıq...

Lakin, Fanni Ardanın həyatında xoşagəlməz məqamlardabaş verdi. Belə ki, o, 2007-ci ildə məhkəmə stulunda oturmaqdan güclə qurtulur.İtalyanın sol yönümlü terror təşkilatı olan "Qırmızı briqada”ya olansimpatiyasını publika qarşısında dilə gətirən aktrisa həmin təşkilatı "maraqlıvə təccüblü fenomen” adlandırır. Həmçinin təşkilatın lideri olan Renato Kurçonuöz qəhrəmanı hesab etdiyini açıqlamaqdan da çəkinmir. Bu qalmaqallı açıqlamadansonra aktrisanı sevən böyük tamaşaçı kütləsi əsl şok yaşayır. Aktrisa məhkəməyəverilir. İtliya Parlamentinin kəskin narazılığı ilə üz-üzə qalan aktrisapublika qarşısında üzrxahlıq etsə də 2007-ci ildə "Venesiya Film festivalı”nagetməkdən imtina etməyə məcbur olur.

Altmış dörd yaşlı aktrisa hal-hazırda bir sırafilmlərə çəkilməklə yanaşı teatrtda olan işini də davam etdirir.

2008-ci ildə "Toz və qan” filminin ssenarisiniyazan aktrisa filmi ekranlaşdırmaqdan çəkinməyib özünü rejissor kimi dəsınayır. Filmin büdcəsi üç milyon evro təşkil edir.

Fanni Ardan şəxsi həyatı və ailəsi haqqındadanışmağı sevmir. Heç vaxt qanuni nigahda olmayan aktrisanın qızları fərqli sənətsahibidirlər. Böyük qızı Lumir rəssam, ikinci qızı Jozefina hüquq sahəsi üzrə təhsil almış, kiçikqızı Baladin isə mühasibatçı işləyir. O,qızları haqqında deyir: "Mən çox şadam ki, onlar tamamilə başqa-başqa sahələriseçdilər. Qızlarım mənə öz peşələri üzrə çox maraqlı tövsiyələr verirlər. Ən əsasıodur ki, mən onlara azadlıq hissinin nə olduğunu öyrədə bilmişəm”.

O, özü haqqında isə belə deyir "Mən heç vaxt ikonola bilmərəm. Mən ancaq aktrisayam və bu sahədə olan bacarığımdan başqa heç nəetməmişəm. Daxilimdə belə bir hiss var ki, həmişə sıfırdan başlayıram. Həmişə dəöz-özümə deyirəm sabah hər şey yaxşı olacaq.

Fevral 2014




TƏQVİM / ARXİV