adalet.az header logo
  • Bakı 13°C

OLDU... QURTARDI...

TOFİQ ABDİN
25104 | 2007-12-16 21:24
***
   
   
   
   ...İki gün öncə toyda bir yerdəydik, keyfi pis deyildi, deyib gülürdü, yeyib- içirdi... bu nə iş Allahım, bu gün yoxdu...
   
   Artıq adam toyda da rahat yeyib-içə bilmir
   
   O gün bizim iş yerinə gəlmişdi, vallah, pis də görünmürdü, adamın heç inanmağı gəlmir...
   
   Adam daha işə də getmək istəmir
   
   O gün mənə rast gəldi.Salamlaşdıq,hal-əhval tutduq, hər şey qaydasındadır,- dedi... İndi yoxdu,əcəb qaydasındaymış
   
   Adam artıq heç kəslə görüşmək də istəmir...
   
   O gün zarafatlaşırdı... işə bax, indi yoxdu...
   
   Adam artıq zarafat da eləmək istəmir...
   
   Bu şəkil çəkiləndə vardı, indi yoxdu...
   
   Artıq birlikdə şəkil çəkdirmək də bir qorxu yaradır...
   
   Ha deyirəm dostlar, bir sağa baxın... bir sola baxın... buraxın, bu sataşmaları, bu könül qırmaları...
   
   Onlar öz işindədi... onlar öz işindədi..
   
   Onlar elə deyir: oğul evləndirmisən... qız köçürmüsən... nəvələrin də var... Gələrsiz, mənim yaşıma... Gələrsiz...
   
   
   
   Bir çox hallarda olduğu kimi: ha bu gün yazaram, ha sabah yazaram deyib, Ağa Laçınlının "525-ci qəzet"də çıxan şeirlərini baş ucumda saxlaya-saxlaya, bir də görürəm ki, bəs qəzet yoxa sıxıb.Yoxa çıxıb deyəndə ki, evimizin ən gənc bəy əfəndisi İbrahim qəzeti götürüb və evdəkilər də ondan alıb və beləliklə, qəzet yox.
   
   Belə bir durumda inanın ki, acıqlanacaq halım da yox, çünki bu olur təxminən Ağa Laçınlını itirdiyimiz günlər və mən o yazını nədən bu qədər gecikdirdim,bunu da bilmirəm.Və "525-ci qəzet"də hər dəfə çıxan şeirlər arasından Ağa Laçınlının şeirləri boy verib göründüyü üçün və həm də Ağa Laçınlının şəxsiyyəti mənim üçün çox maraq doğurduğundan onun son şeirlərini dönə-dönə oxudum, başımda başqa fikir yox və ola da bilməzdi... ən azından ona görə ki,bir həftə qabaq Ağa müəllim işlədiyim Tərcümə Mərkəzinə gəlmişdi.Görüşdük və çox diri göründü mənə, bir az da söhbət etdik.
   
   Gözəl yazıçımız Aslan Qəhrəmanlı deyəcək: bir həftə qabaq gördüm, necəsən,- dedim, pis deyiləm,- dedi və "hara gedirsən"- deyə soruşdum,dedi ki,Yazarlar Birliyinə... Sonra da gülə-gülə əlavə etdi: bəlkə ikiliyinə... bəlkə üçlüyünə...
   
   Ağa çox sakit atam idi, sakit adamlar ürəkdən gedir,-deyirlər.
   
   Və sonra Azər Abdulla da eyni şeyi deyir...
   
   Hər gün birlikdə oturduğumuz, bəzən də çox şit zarafatlar elədiyimiz "525-ci qəzet"in bəzi yazarları bütün bunları görə-görə yenə də dediklərini deyirlər,onlar sanki bu ölüm-itimləri heç veclərinə almırlar.Doğrudur, bu bir az sərt səslənir, amma "bu gün varsan, sabah yox"- ehtimalı sanki bu dostların yaşa görə ağıllarının ucundan belə keçmir.
   
   Ağa Laçınlı ədəbiyyatımızın çox maraqlı bir yaradıcısı olmaqla,həm də son dərəcə təmiz bir bioqrafiyaya malik insan idi.Və mən onunla çox yaxından tanış olmasam da, dəhşətli bir simpatiya vardı içimdə şair Ağa Laçınlıya.Bu nədən beləydi bunu izah etmək asan deyil.Heç sonralar da izah edə bilməyəcəyəm: bu adamı mən nədən sevirdim.Aradabir düşünürəm: bu məhəbbəti yaradan ən böyük amil, ilk baxışda məncə, elə Ağa Laçınlının adındakı anlam idi.
   
   Ağa Laçınlı A

TƏQVİM / ARXİV