adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SAKiT YUBiLEY

TOFİQ ABDİN
18452 | 2007-12-08 02:49
ONLAR NƏ DEDİLƏR:
   
   
   
   Məmməd Oruc: ...cavanlıq çağlarımızdı, Tofiq "Gənc qələmlər" dərnəyində şer oxuyur, coşub-daşır, raketləri ölkələrin bir-birinə silkələdiyi barmaqlara oxşadır... Yuxudan ayılandan sonra yadıma düşdü ki, həqiqətən də mənim Tofiqlə ilk tanışlığıma səbəb bu misralar olub. "RAKETLƏRİN BİR-BİRİNƏ SİLKƏLƏNƏN BARMAQLAR"a bənzədildiyi misralar. Heç bilmirəm o zaman bu misralar məni niyə belə silkələdi? 1969-cu ilin payızı idi. Mən hələ tələbə idim.Tofiq isə mən bilən tələbəçiliyin daşını atmışdı. Cəmil müəllimin (Cəmil Əlibəyovun) başçılıq etdiyi o dərnəkdə bəyənilən şerlər bir qayda olaraq "Azərbaycan gəncləri" qəzetində çap olunurdu. Amma Tofiqin o şeri o gecəki məclisdə bəyənilsə də, üstündən uzun illər keçəndən sonra mətbuatda göründü. Məhz "Azərbaycan gəncləri" qəzetində.
   
   
   
   ONLAR NƏ DEDİLƏR:
   
   
   
   Yazıçı-dramaturq Aslan Qəhrəmanlı:
   
   
   
   Cəmil Əlibəyov gözəl yazıçı, istedadlı jurnalist, həm də xeyirxah bir insandır. O, çox vəzifələrdə işləyib və hamısında da səmərəli fəaliyyət göstərib.
   
   Cəmil Əlibəyovun nəsri gənclər tərəfindən sevilə-sevilə oxunurdu. Keçən əsrin 80-ci illərində onun "Dözümlü məhəbbət", "Qızıl at və torpaq", "Mənim analı dünyam" kitabları ən çox yayılan kitablardan idi.
   
   Povest və hekayələrimdən ibarət "Qızıl zəncirli açar" kitabımın çap olunmasında Cəmil müəllimin xeyirxah köməyini heç zaman unuda bilmərəm.
   
   Gözəl yazıçımız Cəmil Əlibəyov indi də yazıb-yaradır. Ona cansağlığı, uzun ömür, yaradıcılıq müvəffəqiyyətləri arzu edirəm.
   
   
   
   Yazıçı Cəmil Əlibəyovun 80 yaşına
   
   
   
   Bu yazı da belə bir yazı olsun, dostlar: bəzən ömrün elə mərhələləri olur ki,ən əziz adamın ad gününü belə unudursan,onda qalmış indi guşəniş bir həyat yaşayan yazıçı-ziyalı olsun.Və bu yazıçı artıq 80 yaşına gəlmiş və yenə də əlində qələm yazır və həyat dolu bir həvəslə yaşamağa davam edir.Zaman ayrı bir zaman,çox namərd bir zaman! Səksən yaş az deyil, təbii, amma bu insanın və bu yazarın 80 yaşının beləcə sakit keçməsi məhz zamanın diqtəsidir, başqa bir şeyin yox. Mən düşünürəm: O, heç bu ortamdan da şikayətçi deyil. Nə alıbsa alıb, nə qazanıbsa qazanıb.Nə olsun ki, bir zamanlar onun yanında işləyən, sonradan vəzifələrə aludə olub dostlarını unudan bir neçəsi artıq xalq yazıçısı və nə bilim nə yazıçıdır,təqaüdlər sahibidir. Bu ziyalı yazar,bu bəyzadə insan heç kimin paxıllığını çəkmədən yaşayır və yaşamağa davam edir. Onun haqqında yazı yazmağa o zaman da məni heç kəs dartmamışdı və o zaman mən həmin yazının əvvəlində belə bir qeyd yazmışdım: Barmaq nə zaman səni klavyeyə dartırsa o zaman yazmaq lazımdır... 80 ilin işığı bir çox yazarın həyatına işıq saldı, o sıradan elə mənim də... İçimi işıqlandıra-işıqlandıra yazıldı, dostlar, bu yazı da. Mənim taleyimə,mənim bir çox yaşıdımın və dostumun taleyinə doğulmuş insanlardan biri olaraq xatırlayıram onu...
   
   
   
   ...Təbii ki, o cür bir ab-havanın və ortamın ( bax: KEÇƏN HƏFTƏ, BİRİNCİ YAZI ) yaradılması indi bəlkə də heç bir şey demir, ancaq hara gedirsə-getsin, Cəmil Əlibəyovun özüylə o zaman belə bir ab-havanı gətirməsini mən artıq izah etməkdə acizəm.
   
   Heç bir məclisdə Cəmil müəllimlə olmamışam. Amma mənə, bir adi kəndçi balasına onun simpatiyası olduğunu hər zaman müşahidə etdim. Bu hardan qaynaqlanırdı, bunu mən bilmirəm. Ola bilsin, o zaman Cəmil müəllimin ətrafında işləyən bir çox gəncin mənə simpatiyası da burada bir rol oynayıb. Sağ olsunlar . Baxın, bu da az deyil. Ətrafına inandığın yaradıcıları yığıb çalışmaq və işləmək hər yaradıcı adamın taleyinə yazılmır.
   
   Altmışlardan, bəlkə də lap əllilərdən bu yana Cəmil Əlibəyov bütöv bir demokrat yazar nəslinə yol açmış ki, bunu məncə, çox insan, çox yaradıcı bilir, amma D

TƏQVİM / ARXİV