adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BiR VAXTLAR VARDI BEYRUTiDƏ BiR MƏZAR QALDI

TOFİQ ABDİN
20014 | 2007-11-24 07:24
Dünyadan xəbərsiz
   
   olmağım gəlir bəzən
   
   dekabr yağmurunda
   
   konyak çiskinində...
   
   
   
   Səksəninci ilin dekabr
   
   yağmuruyla
   
   içimin konyak çiskini
   
   ölüm ayağında yatdığın
   
   xəstəxanaya gətirdi məni...
   
   
   
   Oxucu Vaqif Səmədoğlunun adını oxuyan kimi deyəcək: nə qədər yazmaq olar Vaqifdən. Bu Vaqif Səmədoğludan. Oxucu haqlıdır. Ancaq bu da həqiqətdir ki, məni də qınamaq olmaz. Mən Vaqif Səmədoğlunun qara qaşına, qara gözünə aşiq deyiləm. Vaqif mənim üçün içimin səsinə, içimin ağrılarına cavab verən bir adamdı və inanın ki, mən ona qətiyyən heyran deyiləm (bir insan və ŞAİR kimi).İş elə gətirdi ki, hər dəfə yol yoldaşı olanda bu adam, bu ŞAİR məni dinc durmağa qoymur və demək olar ki, özü də dinc durmur. Bax, elə əvvəlcədən heç bir kəsmət kəsmədən alınan bu söhbət də həmin "dinc durmamağın" məhsuludur.
   
   Rayondayıq. Vaqifin və ümumiyyətlə, bizim hamımızın ömrümüzdə yeni olan (xüsusilə Vaqif Səmədoğlunun həyatında) Xalq Cəbhəsinin əməkdaşlarından birinin toyuna gəlmişik. Belə çıxır ki, (səfərin birinci günü bu mənə məlum oldu) Vaqif gəlini gətirmək üçün Şəkiyə getməli imiş və orada gəlinin belini bağlamalı imiş. Yol uzaq olub, Vaqif çatmayıb, nə isə, bax elə bütün bunları qırağa qoyub toyda iştirak eləmək üçün gəlmişik. Toy toydu. Bu öz yerində.
   
   Toy bizim üçün Şamaxıdan başladı. Bizim üçün deyəndə ki, Vaqifdi, mənəm, bir də Vaqifin tamaşalarına musiqi yazan gözəl bəstəkarımız, Vaqifin bütün cəhətlərdən həmkarı Aydın Əzimovdur. Toy bizim üçün Şamaxıdan başlayır... (Deyəsən, onlar üçün elə Bakıda başlamışdı).
   
   Toyun birinci günündən sonra istirahət eləmək üçün tanışlardan birinin evindəyik. Əsas məsələ də burdan başlayır. Vaqif mənim bütün inadımı qırmağa çalışır və mən zarafata salıram, Vaqif danışır və mən diktafonu xısın-xısın işə salıram. Onsuz da Vaqif üçün elə bir gizli şey yoxdu. Ancaq bu dəfə nəsə elə belə yolu tuturam, görüm nə olacaq...
   
   
   
   Vaqif danışır: Bura baxın: bir şer oxumaq istəyirəm sizə... Mən deyirəm: nə şeri. (Vaqif ümumiyyətlə, şer oxumağı sevmir). Vaqif danışır: bir şer (Nəzərə almaq lazımdır ki, Vaqif ancaq DANIŞIR. Diqqət edin: DANIŞIR) Sən Allah, Tofiq, sən Allah,... dolama da bizi. Aydın, sən Allah, yeyib-içmişik də bu gecə... şer oxuyuram sizə...
   
   
   
   Bir xatirə yoxdu
   
   alsın ağrımı,
   
   

TƏQVİM / ARXİV