adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

UMULMAYAN BiR YAZI

TOFİQ ABDİN
23401 | 2007-11-03 04:21
Belə gecələrə getmək mənim işim deyil,amma dəvətin özü mənim üçün çox maraqlı idi.Adam məni saya salmışdı və həqiqətən də getdim gördüm ki, doğrudan da bu, əsl saya salmaqdır.Əgər belə olmasaydı mənim onun elmi müdafisinə heç bir dəxlim yox idi.Sadəcə bir zamanlar, onu da mən indi çox çətin xatırlayıram və çətin xatırladığım üçün də çox üzr istəyirəm bu ifadəm üçün: bəli, bir zamanlar QOBUSTAN toplusunda çalışdığım günlərdə, bəlkə də, onun bir məqaləsini çap etmişik, ya etməmişik.Amma bunsuz da o gəlib bu makama çıxacaqdı, İstanbul türkləri demiş.Və buna görə də onun məni bu gözəl gecəyə dəvət etməsi həqiqətən böyük bir hörmətin ifadəsi kimi gəlir mənə.Halbuki, mənim tay-tuşlarımdan və hətta mənim bir vaxtlar yaxın olduğum və ya dərs dediyim (bəxətəvər günlərim varmış, İlahi) insanlardan neçəsi ad almışdır,namizəd, sonra isə doktor olmuşdur və heç veclərinə almamışlar məni, nəinki yada salmaq, heç ağızucu da dəvətdə bulunmamışlar.Onsuz da mən belə yerlərə gedən deyiləm, - dedim və bura da getməyim çox könülsüz olsa da, həmkarım Nemət Veysəllinin və yaxından tanıdığım və hörmət etdiyim gözəl tərcüməçi Tehran Vəliyevin də həmin gecədə olacağını dəvətçi, belə gecələr üçün çox işlədilən GÜNAHKAR mənə deyəndən sonra, necə olursa-olsun,getməyi düşündüm.
   
   Həqiqətən çox sevimli bir gecə, adam çox rahat və keyfi də deyəsən bir az yuxarı.Nə olar, nə olmaz, adam DOKTOR (həkim yox) OLMUŞ və özü də indiki məqamda DOKTOR olmaq bir o qədər də asan iş deyil.Milli Akademiyamız, Milli Şuramız, Milli Komissiyamız.Sən də bir iş yazırsan və doktor olursan.Bütün bu çətinlikləri adlamaq,həyata keçirmək üçün ən azından böyük bir hövsələ lazımdır. Hövsələ lazımdır ona görə ki, bilirsiniz də, bizdəki bürokratiya çox maraqlı bir bürokratiya. Əllərinə azadlıq düşüb və min cür bəhanələrlə sənin qabağına daş fırladırlar.Vallah,şəxsən mənim başıma bu işlər gəlməyib,amma redaksiyalarda işlədiyim üçün danışanları eşitmişəm və yazılarını çap etdirmək üçün az gəlməyiblər bir vaxtlar işlədiyim redaksiyalara.Bax, bu aşamalar üzündən bir çox illər öncə unudulmaz ziyalımız Cəfər Cəfərov mənim radioda QARA QARAYEV haqqında (bu açıqlamanın hörmətli Mədəniyyət Nazirimizə dəxli yoxdur, ağlınıza pis-pis şeylər gəlməsin) biri verilişimi dinlədikdən sonra, Anar müəllimin aracılığı ilə yanına çağırdı və mövzu götürməyi təklif etdi.Mənim də başımda ŞAİRLİK sevdası və üstəlik də belə şeylərə yuxarıdan baxan birisi, vaz keçdim bu sevdadan. Və hətta indiki məqamda belə, kimisi yarı yolda buraxır başını,kimisi hövsələsiz və əsəbləri dözmür çəkilir mübarizədən.
   
   Amma bu gecənin "günahkarı" Adilxan Bayramov yarıyolda qalmaq istəməyib,namizədlik müdafaiə etsə də, uzun illər axtarışlarını davam etdirib, Səməd Vurğunun yaradıcılığı mövzusunda doktorluq dissertsiyasını yazıb qoyub ortalığa və müdafiə edərək FİLOLOGİYA ELMLƏRİ DOKTORU olub və üstəlik də bu dar macalda sevinə-sevinə zəng edib ki, bəs axşam xudmani bir qonaqlıq var, səni də dəvət edirəm.
   
   İndicə yazdığım kimi bu dəvət məni həqiqətən çox məmnun etdi və mən də Nemət Vesəlli ilə görüşüb dünyanın bu başından o başına - yaşadığım 8-ci kilometrdən uzuuuuuuuuuuun... çox uzuuun bir yolla gedərək mikrorayonlardan birində yerləşən bir kafeyə gəldik.
   
   Təkrar edirəm,mənim bura gəlişim yalnız və yalnız bu adamın mənə olan hörməti xatirinə idi və xatırladığım bu ki, ilk dəfə idi ki, belə bir mərasimə dəvətli idim, baxmayaraq ki,artıq illəri arxada buraxmış birisiyəm.
   
   Adilxan müəllim çox istiqanlılıqla adamları qarşılayır,onların hər biriylə maraqlanır və heç kimi diqqətdən qaçırmır. Mən onun istiqanlı və mədəni olduğunu bilirdim.Amma bu qədərini görməmişdim. Adilxan müəllim sevinirdi və bu sevinci onunla bölmək istəyən yaxınları,elm adamları toplaşmışdı bu mərasimə.
   
   Nə zamandan bəri görmədiyim bir neçə alim və gənc alimlər, ən yadda qalan ədəbiyyat insanları: Cəlal Abdullayev, Təhsin Mütəllibov, Teymur Bünyadov, Nizaməddin Şəmsizadə, Cəlil Nağıyev, Şəmistan Nəzirli, Möhbəddin Səməd və neçə-neçə qələm sahibi və yaradıcı insan Adilxan müəllimin bu sevincli günündə təbrik etməyə və bir az da istirahət eləməyə gəlmişlər.
   
   Çox sərbəst bir mərasim, heç bir rəsmilik yox, bu da ondan qaynaqlanır ki,bu adamların hamısı, doğrudan, rəsmilikdən uzaq yaradıcı insanlar və hətta bəzən bir iki çıxışda edilən zarafat daha da doğmalaşdırır bu ortamdakı insanları...
   
   Məsələn, Cəlal müəllimin Səməd Vurğun haqqında "MƏN ONU HEÇ KƏSLƏ B

TƏQVİM / ARXİV