adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YAZAR YAŞARIN SON PROYEKTi

TOFİQ ABDİN
22381 | 2007-10-20 08:21
Son vaxtlar arada bir "525-ci qəzet"in internet saytına göz atmalı oluram, artıq bu qəzetin redaksiyası yerləşən bir binada işə başladığım üçün qəzeti canlı-canlı, yəni hələ oxucuya bəlkə də gedib çatmamış əldə edə bilirəm.Sağ olsunlar.Hər səhər saat neçədə gedirsən get, qapı açıq, qəzetlər baş redaktorun qapısının ağzında.Biz də dədəmizin malı kim qəzeti əldə edirik və hələ bir dost-tanış üçün də götürmək imkanı var. Bu çox gözəl.
   
   Və ağlımdan keçir ki, yazar Yaşarın bu modern dünyamızda yeni ad verilən PROYEKT adı altında "525-ci qəzet"in şənbə sayısında çap olunan müsahibələri haqqında bir-iki söz deyim və buna görə də əlimin altında olmayan,evimdə qalmayan müsahibələrin bir neçəsini internetdə axtarıram.

TƏQVİM / ARXİV