adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ONLAR DA UŞAQ OLUBLAR ( Onlar uzaqlıqda hansı kitabları oxuyublar)

TOFİQ ABDİN
24663 | 2007-09-22 04:49
Başqa ölkələrdə necə olduğunu bilmirəm, amma üzü sovetlərdən bəri ədəbiyyatın və incəsənətin insanın tərbiyəsindəki rolu mən bilən həmişə çox şişirdilib.Təbii ki, bu mənim xüsusi yanaşmam ola bilər. Bunu danmıram,ona görə ki, mən oxuduğum kitablardan bir çox şeylər əxz etsəm də, öyrənsəm də, onların mənim həyatımda və mənim tərbiyəmdə elə bir önəm daşıdığını söyləyə bilmərəm. Əslində bir az bir təhər çıxmasın, mənim heç uşaqlığım da olmayıb. Bu günlərdə Türkiyənin TRT kanalının Bakı təmsilçiliyi mənim haqqımda bəlgəsəl (sənədli film) çəkərkən ssenari yazarı Raşit bəy məndən uşaqlıq şəkillərimi istədiyində bunların olmadığı ortaya çıxdı və mənim ilk foto şəklim hardasa doqquzuncu və onuncu siniflərdə oxuduğum illərə təsadüf edir. Və evimizdə məndən öncə məktəbə gedən olmadığı üçün bu araşdırmada qoyulan suala cavab vermək şəxsən mənə çox çətin olardı. Amma neyləmək olar. İş bu. Mənim üçün çox maraqlı olan odur ki, bu araşdırmaya bir çox başqa yazarlar və aydınlar da qatıla bilər: və burada qoyulan suala cavab vermək istəyən: [email protected] e-mail adresinə yaza bilər.
   
   
   
   NƏYDİ MƏNİM İSTƏYİM :
   
   Uşaq yaşlarında oxunan bir ədəbiyyat əsəri indiki tanınmış yazıçılarımızın (eyni zamanda türk yazarlarının) yadında necə qalıb və onların həyatında nə kimi rol oynayıb? Bu sualla bir neçə yazara və qələm sahibinə müraciət etdim və türk yazarlarının internet xəttindən aldığım cavablarla sizləri də tanış edirəm:
   
   
   
   ***
   
   İRADƏ TUNCAY ( publisist-yazar) Maraqlı sualdı, deyim ki, hərfləri tanıyandan özümü əldə kitab xatırlayıram. Yatanda, duranda, yemək yeyəndə - kitab. Ədəbiyyatın və kitabın formalaşdırdığı insanlardanam. Məni silkələyən, ürəyimi çırpındıran ilk ədəbi nümunə isə İ.S.Turgenevin "Mumu" hekayəsi olub. Oxumuşam, ağlamışam. Fəhmlə, elə dərindən dərk etmədən o ağrını ürəyimdən keçirmişəm. Çox sonralar həyatımda o qədər hadisələr olub ki, mən özümü həmin o Mumunun yerində hiss eləmişəm. Sədaqətin, məhəbbətin müqabilində başına torba keçirib suya atırlar. Çox simvolikdi. Yəqin heyvanlara olan sevgim də ordan gəlir. Belə... ə
   
   
   
   ORXAN ARAS (Almaniyada yaşayan yazar)
   
   Mən çocukkən atam mənə nağıl kitabları alırdı.
   
   Misal üçün: "Şah İsmail ilə Güllizar" (adların yazılışına toxunulmayıb.T.A.) hekayəsini çox sevmişdim. O balaca bir kitab idi və onu dönə-dönə oxumuşdum.
   
   Hətta oxuyarkən atamla anam da oturub məni dinləyirdi.
   
   Çocukluk ruhumda nağıl kitabları vardı. Bəlkə də bu nədənlə dünyaya başqa türlü baxıram.
   
   Orta məktəbə gedənə qədər yaddaşımdakı qəhrəmanlar elə o nağıl kitablarındakı qəhrəmanlar kimiydi.
   
   Atatürkü belə at üstündə, heç məğlub olmayan, düşmənləriylə qılıncla döyüşən biri olaraq xəyal edirdim.
   
   Amma oxuduğum ilk ciddi roman Osmanlı qəhrəmanını anladan bir romandı. O romanı çox sevmişdim. Orda Türkün doğruluğu, dürüstlüyü, qəhrəmanlığı o qədər gözəl anladılmışdı ki, belə bir qəhrəman olmaya and içmişdim.
   
   Yabançı əsərlərdən ilk oxuduğum kitab kiçik bir romandı. Adını da yaxşı xatırlayıram: "15 YAŞLI BİR KAPİTAN". Bir gəmidə kapitan ölür və 15 yaşındakı çocuk gəmiyə kapitan olur. Çox gözəl bir əsərdi və mənə çox təsir etmişdi.
   
   
   
   ***
   
   HİKMƏT SABİRO

TƏQVİM / ARXİV