adalet.az header logo
  • Bakı 12°C

MAZi DOLU BiR YAZI

TOFİQ ABDİN
27886 | 2007-08-25 06:37
Aradabir bu cür yazılar da lazımdı.Çoxları bu cür yazıları şəxsi yazılar hesab eləsələr də,içərisində bir çox İCTİMAİ ŞEYLƏRİ Görmək mümkündür....Bir müddət öncə yazar Əli Həsənli haqqında mən bir yazı yazdım: "YAZAR ƏLİ HƏSƏNLİ NEYÇİN YAZIR?" adında.Yazının bir çox məqamları yazar Əli Həsənlinin çox sadiq dostu və yazar kimi Əli Həsənlini həmişə sevən, müdafiə eləyən Azər Abdulla haqqında idi. Yazar Azər Abdulla təklif elədi ki, Əli Həsənli ilə birlikdə sənə bir qonaqlıq vermək istəyirik. Pis istək deyildi təbii, amma Azəri demirəm, yazar Əli Həsənlinin üç kişilik bir stola qonaqlıq verə biləcək halının olmadığını mən Gün kimi bilirdim (Azər də mənə xatırlatmışdı), amma yenə də əski dostların bir yerə yığışması məni bir az şirnikdirdi. Mən də razılıq verdim və Əli Həsənli vurub Binədən 28 May metrosuna Getmiş və mən də 8 Km-dən ora Getməliydim.Gözəl bir Gün idi, buna baxmayaraq, mən evdən çıxmağa aşina olmayan birisi və üstəlik də çox uzaq Gəlirdi mənə bu Görüş yeri və Azər özü rahat olsun deyə bizi dartıb lap evinin yanına çağırırdı.
   
   Neyləmək olar, Getməsəm olmaz, hətta Azər mənim şirnikdirici təklfimi də qəbul etmədi və mən də başımı aşağı salıb Getdim onların qəbuluna.
   
   Əski dostlarla mənim bir zamanlar yüz dəfələrlə keçdiyim (hətta onların da) Gəncliyimin səmti olan küçədən üzü yuxarı dırmanmağa başladıq: bu küçədən kimlər keçmədi, aman Allahım: Əkrəm Əylisli, İsa İsmayılzadə, Abbas Abdulla, Arif Mustafazadə, Bəhlul Abdullayev, Tanrıqulu Əliyev, İbrahimxəlil (o İbrahimxəlil ki, unudulmaz rəssamımız Səttar Bəhlulzadənin dostu idi və onu Gürcüstana, Qardabaniyə aparmışdı), Vidadi Məmmədov, İmran Xəlilov, Mövlud Süleymanlı (ilk eşqə elə bu məhlədə düşmüşdü) və mən də eləcə... O zamankı 3-cü Sverdlov, indiki Mirbəşir Qasımov küçəsi... Bütün bu insanlar mənim bir zamanlar yaşadığım o balaca komaya az Gəlib Getmədilər və həmin komadan tutulub KQB-yə Götürüldüm. (Burada bir parantez açım: "Politika" qəzetinin Gözəl yazarı Ceyhun Musaoğlu bir ara məni şirnikdirdi ki, bəs o evlə bağlı bir yazı hazırlamaq istəyirəm. Olur dedim. "Amma özüm də bəzi şeyləri yazıram"- dedim.Amma unuduldu o təklif. Olmadı. Amma mən yazdım, mən belə şeyə aşinayam.)
   
   Bu mazilər dolu küçəylə baş alıb bir xeyli Getdik... İçimizdə, təbii, o Günlərin dəhşətli bir nostaljisi və siz deyin necə ola bilər ki, tanış yerləri keçəsən və heç nəyi xatırlamayasan?Bir də o cür adamlar ola ortada...
   
   Xatırladıq... xatırladıq... İndiki durumumuzda bizə uzun Gələn bir yol Getdikdən sonra bu iki dost məni qaçqın zənGilanlıların yaşadığı bir yataqxananın yanına Gətirdi və bunu da vurğuladılar ki, bir az o tərəfdə Amerika Birləşmiş Ştatlarının Səfirliyi yerləşir.
   
   Necə oldusa ağlımdan dəli bir təəssüf keçdi: Dünya demokratiyasının başını çəkən bu ölkənin səfirliyinin çənəsi altında ZİLLƏT ÇƏKƏN bu qaçqınlar taleyin ən dəhşətli ağrısıdır indi. Yəni başqa bir səmtdə olsaydılar dərd yarıydı... Səfirliyin lap çənəsinin altında inləyirdi bu insanlar.
   
   Olan olur, qardaşlar, taledən qaçmaq olmaz...
   
   
   
   Nazim Hikməti xatırladım:
   
   Azadlıq avtobus deyildir ki,
   
   birinə Gecikdinmi o birinə minəsən.
   
   Azadlıq sevGilimiz kimidir
   
   Bir dəfə aldatdınmı
   
   Bir də çətin dönər...
   
   
   
   Bütün bu Gördüklərimiz və Görəcəklərimiz bizə yarımçıq verilən yarım azadlığın bəhrəsi kimi adamın içini ağrıtsa da əldən bir şey Gəlmir, başımızı aşağı salmaqdan başqa bir təsəllimiz qalmır.
   
   Təbii, ağır yazar taleyinin qonaqlığı nə olacaq? Amerika səfirliyinin tam çənəsinin altında üç azəri yazar (belə deyək,hər halda üçümüz də Yazarlar Birliyinin üzvüyük, özü də Sovetlər vaxtından) nemetski bir şot və dəhşətli bir qulluq. Yəni ZənGilan qaçqınlarının qonşuluğunda olan bu yeməkxana mənə bir zamanlar böyük zövqlə oturduğum Mincivan stansiyasındakı yeməkxanaları xatırlatdı və nə soruşduq cavab bu oldu: bu yox... o yox... xanımlarımızın evdə daha dadlı bişirdiyi yeməkləri sadaladıqdan sonra məcbur olub qatıqla (baxın, İstanbul türkləri QATIQ sözünü çox zaman YAVANLIQ kimi istifadə edirlər, məhz burada qatıq doğurdan da yavanlıq oldu bizə) içməyə başladıq...
   
   
   
   VƏ ARADA BİR DƏ
   
   "MƏQSƏDİMİZ NƏ MEY, NƏ MEYXANƏDİR, DİDARİ-YARİ G

TƏQVİM / ARXİV