adalet.az header logo
  • Bakı 20°C

MƏDƏNiYYƏT SiYASƏTi

TOFİQ ABDİN
26121 | 2007-07-23 15:08
...SƏN ELƏ İSTİLƏRDƏN YAZ
   
   
   
   ...yenə də Danüzü qalxıram və bir neçə gün əvvəl baş verənləri yaddaşımdan çıxarıb atmaq istəsəm də ata bilmirəm və baş redaktorumuzun şöbə müdirinə dediyi sözləri yadıma salıram. O, şöbə müdirinə deyir ki, canım-gözüm bir yazı yaz, nə zamandır deyirəm bir yazı yaz də. Şöbə müdirinin qələmi gözəl, nə zaman istəsə yazı yaza bilər, bu işin heç şübhəsiz ustasıdır və uzun illərdir ki, qəzet, mətbuat işində çalışır. Amma bu yazı məsələsində dirənir bir az. Səbəbini mən də bilmirəm və şöbə müdiri söz altında qalmır və deyir: Vallah O QƏDƏR İSTİDİR Kİ, adam əlinə qələm ala bilmir. Baş redaktor da köhnə jurnalist, köhnə qəzetçi və neçə illərin redaktoru, tənbəllik eləməyib şöbə müdirinə təkrar deyir: SƏN ELƏ BAX O İSTİLƏRDƏN YAZ...
   
   Və beləcə məsələ uzanır və uzana-uzana gəlib o yerə çatır ki, şöbə müdiri çıxıb gedir məzuniyyətə. Demək olar ki, canını qurtarır. Mən düşünürəm ki, İSTİLƏR HAQQINDA bir yazı yazım və başlayan kimi istilərin təsirindən yazının səmti dəyişir. Görürəm ki, sərbəst və improvizə üstündə bir yazı alınıb. Bir başa İSTİLƏR HAQQINDA DEYİL, amma istilərin çaş-baş saldığı bir insanın çaş düşüncələri kimi bir şeydir. Amma yenə də bir məsuliyyət hissi var içimdə. Və üstəlik də başımın üstündə işıq yanır, qarşımda kompüter işləyir, buna da işıq lazımdır, qaz yanır, üstündə çay... Bunlar hamısı puldur. İndi qonorar ödəyəcək qəzetlərimiz az da olsa hələlik var.
   
   (Mən bu yazını çapa verənə qədər İradə xanım Tuncay HAVA AXINLARI adlı gözəl bir yazı yazıb qoydu ortaya).
   
   PARTİYA QURMAQ İSTƏYİRƏM
   
   ...Vallah bu qonorar məsələsi yazar-çizər aləmdə o qədər dəhşətli bir şey olub ki, lap adam istəyir bir PARTİYA yaratsın.

TƏQVİM / ARXİV