adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

QORXU içiNDƏ YAŞAMAQ

TOFİQ ABDİN
28613 | 2007-06-02 05:56
?525-ci qəzet?də 525-cilərin adından bir Ağı çap olunmuşdu.Həmin qəzetin əməkdaşlarından Baxşəli müəllimin amansız və qəfil ölümü haqqında bir Ağı, yanğılı və iç ağrıdan bir Ağı.Çox qısa və çox duyğulu bir Ağı. Bu Ağı-yazını kimin yazdığını mən sonradan biləcəm: gözəl yazar Yaşar yazmış. Bundan öncə mən həmin qəzetin yazarı Qalibə telefon açmışdım və o çox dərdli bir səslə ?yasdayam,Baxşəli müəllim dünən keçinib?- deyir.
   
   Vallah, əlim-ayağım yerdən üzüləcək.Bu nə vahim bir xəbər.Bir neçə gün öncə Yaşarın ad günüdə bir yerdəydik.Həmişəki kimi sakit və sükut içində oturub qulaq asırdı deyilənlərə.Buna nə ad vermək olar?Adam çox cüzi bir ağrıdan şikayət edir və həkimə gedir.Həkim: ?Sizdə heç bir şey yoxdur?- deyir və axşam işdən çox cüzi narahatçılıqla iş yoldaşlarından ayrılıb evə gedir və...
   
   Nəymiş onun xəstəliyi: ÜRƏK
   
   Və sevimli Qalibin dediyinə görə heç ürəyindən də şikayət etmirmiş.
   
   Bəs onda nədir bu?
   
   Ardındanmı, öncəmi bilmirəm. Cavan bəstəkar Mirməmmədli də bir məclisdə xudahafizləşib getmək üçün ayağa qalxır və çökür...
   
   Nəymiş onu çökdürən : ÜRƏK.
   
   Burada mən bir kiçik detalı da əlavə etməliyəm yazıma başlamazdan öncə.Sevimli Qalib Toğrul deyir ki,Baxşəli müəllimin amansız və Yazar Yaşarın yazdığı kimi SAVAN ÖLÜMüü onları güman edirəm, o qədər qorxudub ki, Yusiflə birlikdə həkimə qaçıblar və özlərini müayinədən keçiriblər. Bax ha... qəfil bir ölüm nələr eləyir!
   
   
   
    Anam vəfat eləyəndə mən İstanbuldaydım və mənə xəbər verməmişdilər,xəbər versəydilər də nə fayda, gələ bilməyəcəydim və gəlsəydim əgər, ora qayıda bilməyəcəydim və ordan çıxmağım dəhşətli cərimə hesabına olacaqdı (bütün bunlar sonralar oldu) ona görə də bütün işlərimi bitirib birdəfəlik əlvida deməliydim o məmləkətə və bir də ora dönməmək şərtiylə...
   
   Şair Qulu Ağsəs miniatür və ağrılı ?Mənim Anam? yazısında yazır: ?...Anam ilk dəfə eşidəndə ki,yazılarımı çap eləyənlər üstəlik mən qonarar da verir,özünü saxlaya bilməyib ağlamışdı: ?Camaat pul verib balasının yazısını qəzetə çıxarır,amma mənimkinin yazdığına qəzetdəkilər pul verir.Bilirəm ki,?Yetimliyinə görə? demək istəmişdi,qəhər qoymamışdı.Qoşulmuşduq biri-birimizə...?
   
    Bu poetik və ağrılı sətirləri xatırlaya-xatırlaya, doqquzuncu mərtəbədəki evimdən cənuba, Salyan tərəfə baxanda gözlərim yol çəkir və düşünürəm ki,İstanbulda yaşadığım illərin ən dəhşətli və ən ağrılı günlərində dualarımdan biri buydu: EY BÖYÜK YARADAN, BİR AZ DA İMKAN VER, SA?-SALAMAT UŞAQLARIMI DA ALIB VƏTƏNƏ QAYIDIM.
   
   ...Və bir gün böyük Türk müğənnisi Zəki Müren rəhmətə gedəcək televiziyada çıxış eləyə-eləyə və mən bunu anbaan öz gözlərimlə görəcəyəm və ?Ortadoğu? qəzetindən mənə bir yaxın dost deyəcək: bəlkə bu ölüm haqqında sən də bir şeylər yazasan və mən ?MƏMLƏKƏTİMDƏ YAS? adlı bir yazı yazacağam. O yazının bir yerində aşağıdakı sətirlər olacaq: ?1976 sənəsində şu satırları yazan kişinin düğünündə Azerbaycan Devlet Radyosu?nun sunucusu Kara Tağızadenin amator olarak söylediği "Arım Balım Peteğim" şarkısı düğüne gelenlerin gözlerini yaşarttı.Ve hatta ağlayanlar bile oldu. Türk dünyasının büyük şarkıçısı,Türk musikisinin Paşası Zeki Müren"in bu şarkısı ve belki də tüm şarkıları bizim yaşamımızın bir parçası olarak Azeri Türklerinin evlerinde olağanüstü sevilmekteydi. Zeki Müren"in yalnız "Arım Balım Peteğim" şarkısı değil,onun bir saatlık bandı ve daha fazla şarkıları Azeri Türkleri"nin hayatında önlenmez bir moral yaratmaktaydı.Zeki Müren"in söylediği
   
   ZALİMİN ZULMU VARSA
   
   QARİBİN ALLAHI VAR
   
   şarkısı Rus için qarip bir millet olan Azeri Türklerinin içinin sesi gibi yükselmekteydi.Zeki Müren"in vefatını televizyonda seyr etdiğim zaman yüreğimin solda olduğunu hiss ettim.Yüreğim sanctı.?
   
   ...Bir neçə gün qabaq hardan və necə oldusa bilmirəm, bu sol tərəfdən sinəmdə kiçik bir şeylərin qımıldanmasını duydum və həqiqətən də bunun nə olduğunu bilmədiyim və üstəlik də həddən ziyadə qorxaq olduğum üçün bunun bir neçə səbəbdən baş verə biləcəyini güman elədiymdən bir neçə dosta dedim, hərəsi də təbii ki, ən yüngül olanını dedilər: əşi, boş ver getsin, yəqin ki, bir az soyuqlamısan...
   
   Və bu sətirləri yazdığım zaman həqiqətən bir az yüngüllük, bir az dəyişiklik hiss elədiyimdən ağrıların da dostlarım dediyi kimi bir soyuqdəymə kimi bir şey olduğunu düşünüb yenə də Dan üzü qalxan kimi üzümü göylərə tutdum: EY BÖYÜK YARADANIM, MƏNƏ BİR AZ DA İMKAN VER, UŞAQLARIMI BİR YERƏ ÇIXARIM.
   
   Və düşündüm: dualarımın ünvanı dəyişmiş...
   
   Və birdən yenə də ağlıma gələcək: Aman Allahım, Sənin nə qədər qüdrətin var ki, dualar dəyişdikcə,Sənin də imkanların dəyişir və biz hər duamızda Səndən bir şeylər gözləyirik.
   
   Duaların olunmasının bir elə qeyri-adiliyi yoxdur. Məni heyrətləndirən: mənim kimi bir kosmopolitin Allaha sığınması və ondan çətin anlarda kömək istəməsidir.
   
   Və mən yenə də bir zamanlar İstanbulda yazdığım bir şerin aşağıdakı sətirlərini xatırlayacağam.
   
   her kez hakka
   
   kendine göre yürüyor
   
   hırsız
   
   kendi haline ağlıyor
   
   hırsızlık yapıyor
   
   Allahım ?aff et beni diyor?
   
   güclü
   
   gücünə sığınıp
   
   gücsüzü eziyor Allah adından
   
   kirpiklərim yağmurlu dallar gibi
   
   gözyaşlarım damla damla akıyor
   
   dışımda yaşananlara
   
   Tanrı yardımını esirgemiyor
   
   onun adına ne iş oluyorsa olsun
   
   başlayanlara
   
   işte budur Tanrının büyüklüğü
   
   ayırmaz iyiyi,kötüyü
   
   yağmurlarıyla yaşatmaktadır
   
   yemyeşil çimenligi
   
   pislik kokuyan çöplüğü
   
   
   
   Və məhz bu temanın, bu mövzunun içində olduğum üçün bir qarabasma kimi bir şey keçəcək ağlımdan. Elə bu sətirləri yaza-yaza kompüterin qarşısından qalxıb gəzişəcəyəm və birdən yenə də düşünəcəyəm: Allahım bu YAZARLARDA, bu SƏNƏT ADAMLARINDA, bu ÜRƏK A?RILARI hardan və nədən?
   
   Qıraqdan baxanda bütün insanlar onları bir az bəxtəvər və bir az özlərindən xöşbəxt gördükləri halda, bu ürək ağrısı hardan və nədən bu Yazar və Sənətlə uğraşan Allah xilqətlərində:
   
   Cəfər Cabbarlı deyilənə görə ürəkdən çökmüş...
   
   ürək Nazim Hikməti qapı ağzında çökdürmədimi?
   
   ürək Zəki Müreni səhnədə ?Manolyam, mənə sığın? - deməyə, bir gənc qızdan ümid dolu gözlərlə kömək istəməyə məcbur eləyib?
   
   ürək Vaqif Mustafazadəni səhnədə çökdürmədimi?
   
   Unudulmaz şairimiz Əliağa Kürçaylı haqqında,hörmətli alim İmamverdi Əbilov yazırdı: ?Sənin xəstələnməyin məni daha çox dilxor elədi.Axı, niyə sən hər şeyi ürəyinə salırsan.Qardaş,müasir zamanda əksiklikləri düzəltmək üçün bir insan ürəyi heç nəyə yaramır.(Ayrıntı bizimdir.) Ona görə də bəzən,rus demişkən, ?maxni rukoy?! Yusif Səmədoğlu iki aya yaxındır ki,bu lənətlənmiş ürəyin vəfasızlığı üzündən xəstəxanada yatır. 25-26 yaşlı bir gəncin ürəyindən şikayəti,mənə elə gəlir ki,bir ibrət ola bilər.?
   
   Heyrətli bir şey: bu zəhrimar ürək xəstəliyinin amansızlığı da ondadır ki,yaşa-maşa baxmır və məni də hər zaman heyrətləndirən bir sual həmən dilimdən qopur: BU YAŞDA BU XƏSTƏLİK HARDAN?

TƏQVİM / ARXİV