adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ABDULHAMiT BƏYiN VEDA BORCU!

TOFİQ ABDİN
23299 | 2007-04-13 23:42
Çox sayğı duyuduğum və sevdiyim Türkiyə Cümhuriyyəti Böyükelçiliyi Kültür və Turizm Müşaviri Fethi bəy Gedikli də, bir az soralar bizlərdən ayrılacaq və məmləkətinə gedəcək.
   
   Tutduğu vəzifə bunu tələb edir.
   
   Və TRT televizyonunun Bakı təmsiliçisi və eyni zamanda mənim çox hörmət etdiyim sevimli Abdulhamit bəy Avşar da eynən Fethi bəy kimi öz vəzifə sürəsini başa vurduğu üçün bir az soralar gedəcək...
   
   Çox təəssüflər olsun ki, bunun başqa bir yolu yox.
   
   Nədən mən ?çox təssüflər olsun ki?,- deyirəm.Mənim fikrimcə bu iki türk məmurunun bizim ölkəmizdə görüdüyü işlər hələ uzun illər və bəlkə də daima xatırlanacaq.Mən demək istəmirəm ki,bunlardan sonra bura gələnlər onlardan pis çalışacaq, az işlər görəcək, amma bu bir danılmaz həqiqətdir ki, bu iki məmurdan öncə burada çalışanlardan xəbərimiz olmadığı kimi (şəxsən mənim özümə aiddir bu giley), yəni mənim onların işindən heç bir xəbərim olmadığı üçün, bu nəticəyə gəlirəm ki, onlardan sonra gələnlərin nə işlər görəcəi məchul bir dünya.Amma bu iki məmurun Azərbaycan adlı bu məmləkətdə gördüyü işlər və insanlarla təmasda içdən gələn bir ağrı və içdən gələn bir istilik olduğu üçün, mən öz təəsüfümü indidən yaşayıram və həqiqətən də onlar bizlərdən ayrıldıqdan sonra bir ay keçəcək,bir il keçəcək... və bəlkə də biz bayramdan-bayrama və daha başqa nədənlərlə bu insanlarla əlaqə saxlayacayıq, amma onların nəfəsinin istiliyini və bizim ölkəmiz üçün görəcəyi işləri daha yaxından izələyə bilməyəcəyik.Və ən ədalətsizi bu ki, bunun başqa bir yolu da yoxdur.Bu ayrılıq labüddür. Bu vəzifə icabı belədir.
   
   Onlar gedəcəklər və yeniləri gələcək. Xoş gələcəklər, onlar da!
   
   Bütün bunlar bu BAHAR SABAHINDA ona görə mənim barmaqlarımdan axıb klavyeyə tökülür ki, bu iki gözəl türk ziyalısından birinin ABDULHAMİT BƏY AVŞARIN ( özünün deyimində 3- Abdulhamit ) çox nəfis və yığcam şəkildə çap olunmuş kitabını birəfəsə oxuyub başa çıxmışam və kitabdan aldığım təəssürat və bilgi məni bu yazını yazmağa tələsdirib.
   
   Türkiyədə az-maz yaşadığım illərdə şair,ictimayi xadim və Azərbaycanın İstanbul baş konsulu Abbas Abdulla yeri düşəndə bir ifadə işlədirdi":: AZƏRBAYCAN TÜRKLƏRİ TÜRKİYƏNİN İSTİQLAL SAVAŞINDA VURUŞUBULAR VƏ ŞƏHİD OLUBLAR.
   
   Təbii ki,mən bu ifadənin ağırlığını hiss edirdim, ama doğrusu mənim bu haqda çox geniş bilgim olmadığı üçün və üstəlik də ümumiyyətlə, Türk milləti, daha sonra Osmanlı türkləri,daha sonra isə Türkiyə Cumhuriyyəti o qədər nəhəng və məğlubedilməz bir dövlət idi ki,mənim gözlərimdə.Abbas bəyin dediyi bu sözlər bəzən də məndə bir az şübhə yaratsa da,qərib hisslər oyadırdı.Abbas bəy bunları deyəndə faktlara da mürciət edirdi və onun bu bilgisi qarşısında mən hər zaman baş əymişəm və bir çox işlər kimi bunu da həmişə gözəl, məqamında təqdim etdiyi üçün heç zaman ona lap dostcasına olsa da, iradım olmayıb.
   
   Bu iki məmləkətin bir-biriylə davamlı təmasda olduğu tarixdən bəllidir və şəxsən mənim üçün Türkiyənin bizlərə elədiyi bir çox şeylərdən xəbərim olsa da,bizim onlara elədiyimiz bir çox şeylər sovet dövründə aradabərədə səslənsə də,bu qaynaqların hardan əldə edildiyi barədə bilgim yox dərəcəsində idi.Təbii ki, bu da mənim bir tarixçi deyil, bir yazar olduğum qənaətindən irəli gəlirdi.Mən unversitet deyil,gözəl sənətlər unversitetini bitirmişdim.
   
   Amma oxuduğum bu kitabı gözəl bir elmi əsər kimi dəyərləndirmədən vaz keçmək olmaz.Və elmi iş dışında həm də Abdulhamit bəy Avşarın gözəl faktlara və yazı tərzinə əsaslanaraq yazılan TÜRKİYƏNİN İSTİQLAL SAVAŞINDA AZƏRABAYCAN TURKLƏRİ kitabı mənim məhz boş qalan bilgi alanımı doldurmaq və bir çox zaman bu bardə söhbət düşəndə arxalana biləcəyim bir mənbə kimi son dərəcə dəyərə malik bir kitabdır ki,bunu yazmaq və ərsəyə gətirmək üçün müəllifin nə qədər zaman, nə qədər vaxt sərf etdiyi ortada.
   
   Kitabı oxuyub bitirdikdən sonra ani olaraq belə bir düşüncə içinə girirsən ki,o çox qısqanclıqla yazılıb,bir təvözakarlıq var onun yaranışında.Amma kitabda istifadə olunan ədəbi mənbəələrin siyahisini çıxmaqla, 43 səhifəlik bu miniatür kitabda uzun bir tarixin qısa anları elmi-publisitik yazı tərzinə elə uyğunlaşdırılmışdır ki, bu da onun bir nəfəsə oxunmasına yardım edir və onun hər səhifəsi yeni bilgilərlə yüklənmişdir.Səhifələr maraqla və asanlıqla çevrilir.
   
   Təbi ki, bir çox tarixçilər üçün bunlar bəlkə də bəlli sənədlər və faktlardır,ama bunun bir kitab halında çap olunması və altından xətt çəkərək yazıram":: əsil bir türk adından (ən azından, Türkiyə cümhuriyyəti vətəndaşı və məmuru adından) yazılması mənim üçün son dərəcə sevindirici və alqışlanılası şeydir.Deyim ki, məsələn Abbas Abdulla daha başqa şeylər bilir bəlkə də, daha incidci şeylər də olub bu zaman kəsiyində.Ama tənbəllik eləyib yazmır,oturub bildiklərini bu xalqa və bizlərə versə məncə unudulmaz bir iş görmüş olar ki,məhz bu kitabın yazılmasında da onun payı olardı.Burada istifadə olunan qaynaq və şəxsələrin adı sırasında bəlkə də birinci olardı.
   
   Təbi ki, bu Abbas bəyin şəxsi işidir.
   
   Abdulhamit bəy Avşarın kitabı bu yöndə mənim oxuduğum ilk mənbəə olduğu üçün və bu kitabın çox rəvan,çox oxunaqlı bir dillə yazılıdığını da bura əlavə etsək, bizim oxucularımızın gözəl bir töhvə aldığı danılmazdır.
   
   Kitabın yazılışında yetərincə ədəbiyyatdan istfadə olunub və mənim düşüncəmə görə kitab ortaq türkcəyə yaxın bir dildə və təfəkkürdə yazıldığına baxmayaraq, kitabın ?Ön söz?ündə belə bir fikir var":: ?Türkiyə tükcəsində yazıldığı bu yazını Azərbaycan türkcəsinə uyğunlaşdıran Ağası Huna təşəkkür edirəm?. (?Ön söz?də adı keçənn başqa yaradıcılara da müəllif öz təşəkkürünü bildirir).
   
   Mən burada Ağası Hunu ayrıca qeyd etmək istəyirəm, ona görə ki, həqiqətən bu gənc insan bu kitabın çox isti bir münasibət yaratması yönündə çox həsas bir davranışla bizim türkcəyə uyğulamış və yazdığım kimi ortaq türkcənin ilk addımlarından biri olaraq bunu alqışlamağa dəyər və Ağası Hun kitabda çox zaman bilərəkdən təmiz İstanbul və Osmanlı türkcəsində olan bəzi sözləri saxlamaqla bir üstünlük də əldə edib ki,bu da kitabın türk dili və sintaksisində yazıldığına tam bir sübutdur ki, yazar Abdulhamit bəy Ağası bəyə öz təşəkkürün bildirməklə ona borclu qalmayıb.
   
   Tarixdə zaman ayrıcalığını çıxsaq,heç bir şey gizli qalmır və enində-sonunda mütləq boy verib çıxır ortaya.Və heç ağlımıza gəlməzdi ki,nə zamansa Abdulhamit Avşar kimi bir yaradıcı bu məmləkətə gələcək, bu vaxta qədər bizim üçün, təkrar edirəm şəxsən mənim üçün saklı, gizlin qalan bir çox mətləbləri üzə çıxarcaaq və bunları da bu məmləkətdə kəsdiyi çörəyin və tutduğu görəvin, vəzifənin halalı olaraq belə bir gözəl elmi-publisistik əsəri ortaya qoyacaq.
   
   Abdulhamit bəy Avşarın kitabının hər səhifəsindən sitat gətirmək imkanı boldur.Mən bunu eləmirəm, ona görə ki,çox arzu edərdim, bu kitab hər bir Azərbaycanlının,hər bir türkün evində olsun,amma bir yeri xüsusiylə qeyd etmək istəyirəm.Abdulhamit bəy yazır":: ?Bir sözlə uzaq keçmiş bir yana,XX əsrin ilk rübündə baş vermiş hadisələr haqqında belə hər iki tərəfdə doğru bilgi alına biləcək qaynaqlar olduqca əlçatmaz qalmışdır.Gərçi,bu qardaş dövlətlərin müstəqilliklərinə qovuşmalarından sonra mətbuatda ciddi irəliləyş görünsə də,bu dəfə daha çox 1990-cı illərdən sonrakı gəlişmələrə yer verildiyi diqqəti çəkməkdədir.Halbu ki,Anadouldan Türkistana uzanan böyük coğrafiyada tarixi bir,dili bir,dini bir,mədəniyəti bir insanların biri-birini tanıması üçün XX əsrin əvvəllərində yaşanan hadisələrin bilinməsinin və yaxşı təhlil edilməsinin olduğu aydındır?.
   
   Və Abdulhamit bəy Avşarın çox nəfis və nəcib şəkildə çap olunan bu kitabı həmin boşluqları doldurmaq üçün bir əvəzsiz mənbəədir.

TƏQVİM / ARXİV