adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SALAM,KüRçAYLI ƏLiAğA

TOFİQ ABDİN
30992 | 2007-03-17 04:43
Şair Əliağa Kürçaylının Salyanda keçirilən 80 illik yubileyi münasibətiylə danışa bilmədiyim çıxışın mətni.Onunla mənim görüşlərim və xatirələrim Muğan düzlərindəki şoranlıqlarda ada-budda bitən topa-topa yolğun kollarını xatırladır.
   
   
   
   SALAM,KÜRÇAYLI ƏLİAĞA!
   
   
   
   Salam,Kürçaylı Əliağa
   
   Bu nə müsibətdi
   
    dura bilmirsən ayağa!
   
   Axır Kür çayı,
   
   Dalğalar misralarının sayı.
   
   Kür xəbər tutmadı ölümündən
   
   Sənin yaşayacağın günlər qədər
   
   aylar qədər,
   
   illər qədər,
   
   vaxt azaldı
   
   Kür çayının ömründən.
   
   Xəzərdə bir qız batdı
   
   Xəbərin olmadı.
   
   Məzarın o qızı qoynuna aldı
   
   Xəbərin olmadı.
   
   Batdı Xəzərdə Ülkər
   
   Körpəlikdə qucağına atıldığı kimi
   
   Özünü Kür çayına atardı
   
   Uzaq oldu Kür çayı.
   
   Bu nə müsibətdi, Kürçaylı!
   
   Soyuq məzarında isinəndə sifətin
   
   Tanıdınmı Ülkərini?
   
   Nəyə bənzədim,nəyə
   
   Onun bu qız hünərini?!
   
   Şair idin
   
   bu ölümlə çevrildin əfsanəyə
   
   Bir məzarda uyuyur ata-bala
   
   Nəyə bənzədim, nəyə?
   
   Ömrün şeirlərində axır
   
   Axır Kür çayı...
   
   "Təkərlər üstündə keçən ömrünə yanmadın"
   
   Ölümün yandırdı bizi
   
   Axır,Kürçaylı!
   
   Bəxtin səni haxladı
   
   Parlaq ulduz altında.
   
   Ömrün qeybə çəkildi
   
   indi ömür sürürsən
   
   göyün yeddi qatında...
   
   
   
   Tofiq Abdinin 1991-ci ildə yayınlanan ŞƏHƏRİMİZ AYAQ AÇIR kitabından
   
   
   
   RƏHMƏTLİK MƏMMƏD ARAZ HƏMİŞƏ EVDƏ ONUN YAXŞI ŞAİR VƏ XEYİRXAH BİR İNSAN
   
   OLDUĞUNDAN DANIŞIB
   
   
   
   Ən birinci, tez-tələsik internetə girirəm ki, gələn məktublara baxım, dan üzü, vallah, saat 6-30-dur, bəlkə də heç buna Danüzü də demək olmaz... Neysə, məktublara baxıb, bir yazı yazmalıyam və həmin yazının ilk cümləsi beynimi deşdiyi üçün mənə gələn emaillər açıla-açıla yazıya indicə oxuduğunuz cümlələrlə başladım, amma bu cüməldən öncə mən yazıya belə başlamağı düşünmüşdüm"::
   
   Aman İradə xanım, (Yazar İradə Tuncay ?Ədalət? qəzetində işə başlayıb) hardan ağlına gəldi bu Əliağa Kürçaylı haqqında mənim yaza biləcəyim, aman İradə xanım, hardan ağlına gəldi? Bir xeyli zaman bir-birimizi tanısaq da, hardan ağlına gəldi ki, işə başlar-başlamaz mənə bir sifariş vermək.Elə bir sifariş ki, ömrüm boyu mən sifarişlə yazı yazmaqdan qorxmuşam və qorxa-qorxa da gönlümdən keçib ki, nolaydı yazılar yazdığım qəzetlərin baş redaktorları mənə bir sifariş verəydi.İnsafən də onlar heç zaman bunu eləmədilər.
   
   İndi həqiqtən, çox pis bir yerdə axşamlamalı oluram":: sən deyirsən ki, bəlkə Əliağa Kürçaylı haqqında bir yazı yazasan və üstəlik də, mənim ?hardan gəldi ağlına? sualıma belə cavab verirsən":: VALLAH MƏNƏ ELƏ GƏLİR Kİ, UNUDULUB BU ADAM, BU ŞAİR (KİMLƏR UNUDULMAYIB Kİ, SALYANLILAR KİMLƏRİ UNUTMAYIB Kİ...) VƏ ƏN VACİBİ ŞEYİ DƏ ƏLAVƏ ELƏYİRSƏN Kİ,ATANIZ, RƏHMƏTLİK MƏMMƏD ARAZ HƏMİŞƏ EVDƏ ONUN YAXŞI ŞAİR VƏ XEYİRXAH BİR İNSAN OLDUĞUNDAN DANIŞIB VƏ MƏN DƏ İSTƏYİRƏM Kİ, ONUN HAQQINDA BİR YAZI YAZASAN.
   
   Dəhşətli olan bu":: böyük şairimiz Məmməd Arazın dediyi o xeyirxh insan ilişkisi mənimlə Əliağa Kürçaylı arasında baş vermədi. Mən Əliağa Kürçaylıdan heç zaman isti münasibət, heç bir yaxşılıq görmədim o zamanlar və daha sonralar. Amma atanızın dediyi hər iki xüsusiyyət onda vardı. Mənim taleyimə tuş gəlmədi.
   
   Əliğa Kürçaylıya mənim çox böyük ehtiramım vardı və bura rağmən onunla mənim aramda insanı yaralayan şeylər oldu...
   
   Bütün bunlara baxmayaraq mən Əliağa Kürçaylı haqqında yazıram və heç bir zaman həqiqəti gizlətmədiyim üçün açıq şeylər yazıram.İçimin səsini dinləyərək yazıram. (Not":: əlimdə daha başqa bir qəzet olmadığı üçün,bəyənməniz vacibdir).
   
   Əliağa Kürçaylı populyar bir şair olanda, mən təzə-təzə ədəbiyyata gəlirdim,əgər belə demək mümkünsə. Mənim çap olunmağa böyük ehtiyacım vardı və Əliağa Kürçaylı da o zaman çox populyar və ədəbi camiədə gözəl vəzifələrdə çalışan bir yaradıcı idi ":: ?Azəraycan? jurnalında işləyirdi, sonralar nəşriyyat rəhbəri oldu və sair... və sairə...
   
   Maraqlı burasıdır ki, mənim Əliağa Kürçaylı ilə tanışlığım çox gözəl bir ab-havada başlasa da, sonradan məlum bir hadisə vaxtı elə olacaq ki,hər şey çox bərbaddır.
   
   İndi qətiyyən xatırlamıram ki,Əliağa Kürçaylı ?Nargindən əsən külək? poemasını nə zaman yazıb, amma bizim çox gənc çağlarımızda böyük sevgi ilə hər zaman xatırladığım və sevdiyim şair Kələntər Kələntərli Sabir adına kitabxanada bir ədəbiyyat dərnəyi aparırdı, mən də ora gedib-gəlirdim və
   
   
   
   BİR GÜN KƏLƏNTƏR MÜƏLLİM
   
   MƏNƏ DEDİ Kİ, BƏS ƏLİAĞA KÜRÇAYLI İLƏ GÖRÜŞ
   
   KEÇİRİLƏCƏK, SƏN MƏRUZƏ ELƏ
   
   
   
   Bax ha, mən məruzə hazırlamalıyam, Əliağa Kürçaylı haqqında və onu da danışmalıyam.
   
   O zamanlar Əliağa Kürçaylı həqiqətən çox populuyar bir yaradıcı idi, çox modda və dəbdə olan bir şair və üstəlik də çox sempatik bir kişi, yəni yarşıqlı bir kişi idi, sağlam və güclü, qıpqırmızı (sonralar, çox çox sonralar bu yanaqlar elə solacaq ki,bir gün küçədə qarışama çıxanda mən onu zor tanıyacamgbu sonranın işidir, daha sonranın və bu məqam da çox enteresan bir xatirə ilə bağlıdır) bir gənc idi. Mən danışmalıydım. İndiki məqamla məruzə etməliyidm.
   
   Hoppala.Kələntər müəllimin hardan ağlına gəlmişdi, indi onu özü yaxşı izah edər.
   
   Məruzəni yazdım və mən də o zaman Belinskini çox oxuyurdum və onun heyranı idim, poetik tənqidin nə olduğunu mən hələ o zaman Belinskidən təsirlənərək başa düşmüşdüm və mən də Əliağa Kürçaylının ?Nargindən əsən külək? poeması haqqında bir məruzə elədim, çox da uzun olmayan məruzədən sonra müzakirələr oldu ( yəni, mənim məruzəm yox,bu da vardı, Əliağanın yaradıcılığı müzakirəyə çevrildi). Təbii ki,sonunda Əliağa müəllimə söz verildi və Əliağa müəllim də ucaboyu ilə balaca tribunadan daha qabarıq görünərək belə başladı ":: VALLAH, MƏN BU UŞAĞIN MƏRUZƏSİNDƏN HEÇ NƏ BAŞA DÜŞMƏDİM, AMMA BUNU DEYƏ BİLƏRƏM Kİ, BU UŞAQ MƏNİM POEMAMI ÇOX DƏRİNDƏN,ÇOX DİQQTƏLƏ OXUYUB VƏ O ƏSƏRLƏ YAŞAYIB.
   
   Təbii ki, bu sözlər mənim hafizəmin qırx illik əsirliyində yaşayan Əliağa -Tofiq münasibətlərinin bir məqamıdır və həqiqətən də yek cümləylə desək ":: bu sözlər mənə çox xoş gəlmişdi, ona görə ki, o zaman ən böyük meyar o idi ki, səni başa düşməsinlər və sənə qarşı çıxsınlar.
   
   Bu da məncə alınmışdı, mənim tərəfimdən və həm də Əliağa müəllimin də məni çox diqqətlə dinləyib gəldiyi nəticədən.
   
   Və mən çox iddialı birisi, o zaman da heç redaksiyalara belə getməyən, yəni qapıları yağır eləməyən biri, özüm üçün,öz dünyamda yaşayan birisi, üstəlik də Əliağa Kürçaylı naşir.
   
   Güman ki, elə həmin gecədən sonra o məni unutdu...
   
   (və mən də bu günə qədər həmin çıxışımın mətnini heç zaman tapa bilmədim.Amma, o məqam çox aydın bir an olaraq həmişə yadımdadır).
   
   Əliağa Kürçaylı öz yoluna davam etdi ,mən də rəsulrazaçılıq eləyə-eləyə yazmağa və fəhləliyimi eləməyə davam etdim. Nə o məni axtardı, nə də mən onu axtardım.
   
   
   
   AMMA TALE BİR GÜN
   
   ONU MƏNİM İŞLƏDİYİM
   
   REDAKSİYA GƏTİRDİ.
   
   ?QOBUSTAN? TOPLUSUNA...
   
   
   
   Əliağa Kürçaylı gözəl bir tərcüməçi idi və hələ gənc yaşlarından onun Qərb ədəbiyatına meyli hardan başlamışdı bilmirəm, ola bilsin indi çoxunu qane etməyəcək bir üslüb və yazı tərzi ilə dünya ədəbiyatından tərcümələr eləmişdi, lap iri həcmli əsər də onun tərcüməsinə tuş gəlmişdi çap olunmaq imkanı da genişdi, amma bu dəfə tale onu düz gətirmişdi mənim stolumun qarşısına.
   
   Bax, yalvarıram,bu yekəxanalıq kimi başa düşülməsin.
   
   Mən ?Qobustan? toplusunda şöbə müdiri (və Əliağa müəllim də yenə də bir tərcümə ilimi, vallah indi xatırlamıram nə idi, gərək toplunun nömrələrinə baxım) ya da öz əsəri), türklər demiş, bir gün gəlib diklidi başımın üstündə, məncə salamsız-kəlamız":: ?Anar müəllim dedi ki, bunu sizə verim?.
   
   Təbii ki,soruşmuşdu,Tofiq kimdi.
   
   Başımı qaldırmadan əsəri aldım və o da başını çevirib getdi...
   
   Mənim üçün ən traqik şey məhz daha soralar oldu, daha soralar...
   
   ...Hər ikimz yolumuza davam edirik və mən aradabir eşidirəm ki, bəs Əliağa müəllim xəstələnib,aradabərədə də deyirlər ki,xəstəliyi bəd xəstəlikdir.
   
   
   
   SALYANLI VƏ YARADICI KİMİ
   
   HEÇ BİR ƏLAQƏMİZ YOX...
   
   
   
   Yuxarıda yazdığım kimi ":: (üstəlik də çox sempatik bir kişi, yəni yaraşıqlı bir kişi idi, sağlam və güclü, qıpqırmızı, sonralar çox-çox sonralar bu yanaqlar elə solacaq ki,bir gün küçədə qarışama çıxanda mən onu zor tanıyacamgbu sonranın işidir, daha sonranın və bu məqam da çox enteresan bir xatirə ilə bağlıdır)
   
   Əliağa Kürçaylı nəşriyyat direktoru - Sabir Rüstəmxanlı onun müavini (baxın ha, mən onun bir başa yerlisi və Sabir Rüstəmxanlı bir köynək məndən uzaq, amma alim) mənim onun nəşriyyatında bir kitabım var. Sabir mən bilən kitabın plana salınması üçün heç cür yol tapa bilmir və bir gün məni uzun illər ağrıdacaq və əzab verəcək sözlər Əliağa Kürçaylının adından mənə deyilir,sevimli Sabir Rüstəmxanlı tərəfindən ":: Əliağa müəllim dedi ki, mən o adda şair (mən bilən bir az irəli gedərək yazan demiş) tanımıram!!!!!!!!!!!
   
   Stop! Yuxarıdan sitat":: ?İndi həqiqətən, çox pis bir yerdə axşamlamalı oluram ":: sən deyirsən ki, bəlkə Əliağa Kürçaylı haqqında bir yazı yazasan və üstəlik də, mənim ?hardan gəldi ağlına??- sualıma belə cavab verirsən":: Vallah mənə elə gəlir ki, unudulub bu adam, bu şair ( kimlər unudulmayıb ki, salyanlılar kimləri unutmayıb ki...) və ən vacibi şeyi də əlavə eləyirsən ki,atanız, rəhmətlik Məmməd Araz həmişə evdə onun yaxşı şair və xeyirxah bir insan olduğundan danışıb və mən də istəyirəm ki, onun haqqında bir yazı yazasan.
   
   Sabir deyir":: Əliağa müəllim dedi ki, mən o adda şair (mən bilən bir az irəli gedərək yazan demiş) tanımıram!!!!!!!!!!!?. (Not.Sonradan başqa bir salyanlı, nəhayət ki,bir salyanlı tapıldı... Məlikov familiyalı bir ziyalı,direktor o kitabı çap etdi.Özü də tam mənim xarakterimdə olan bir söhbətdən sonra.Bu başqa bir yazının mövzusudur).
   
   Əliağa müəllim demiş":: mən o adda şair (mən bilən bir az irəli gedərək yazan demiş) tanımıram!!!!!!!!!!!
   
   Və mən bu ifadənin ağırlığına ancaq bir gecə dözə bilirəm. Özümü ona necə tanıtmaq üçün bütün gecəni fikirləşirəm və onun bu qədər ədalətsiz olduğu məni yandırıb-yaxır və üstəlik də heç kitaba baxmadan deyib bunu.
   
   İçim bir savaş alanı və mən səhərin kor saatlarında, hələ doqquz olmamış içimin hirsi soyumasın deyə düz nəşriyyata gedirəm və...
   
   ...Bu hadisədən bir neçə gün öncə Əliağa Kürçaylıyla Xaqani küçəsində,indiki Vəcihə Səmədova sərgi salonunun qarşısında rastlaşırıq. ( Yuxarıda yazdığım kimi sonralar, çox çox sonralar, qıpqırmızı, bu yanaqlar elə solacaq ki,bir gün küçədə qarışama çıxanda mən onu zor tanıyacam, bu sonranın işidir, daha sonranın və bu məqam da çox interesan bir xatirə ilə bağlıdır).
   
   ...Hər ikimiz yolumuza davam edirik və mən arada-bir eşidirəm ki, bəs Əliağa Kürçalı xəstələnib, aradabərədə də söz gəzir ki, xəstəliyi bəd xəstəlikdir və heç bir əlaqəmiz yox...
   
   ...İçim bir savaş alanı və mən səhərin kor saatlarında, hələ doqquz olmamış içimin hirsi soyumasın deyə düz nəşriyyata gedirəm və...
   
   Qapını döyüb onun otağının qarşısında oturan bir xanımın önündə dikilirəm və soruşuram ":: Əliağa müəllimin yanına gəlmişəm.
   
   Xanım mənə kədərli gözlərlə baxır ":: bəs eşitməmisiz?
   
   "Nəyi"- deyə hirslə soruşuram.
   
   Sakitcə ":: Əliağa müəllim dünən gecə keçinib...
   
   Ordan ayrılıram, necə olmuşam xatırlaya bilmirəm o zaman,amma indi bu sətirləri yazanda bütün bədənimdən bir gizilti keçir.
   
   (ömür vəfa etsə, şair Əliağa Kürçaylı haqqında başqa bir yazıda).

TƏQVİM / ARXİV