adalet.az header logo
  • Bakı 20°C

MƏN BELƏ ViDA ETMƏLiYDiM...

TOFİQ ABDİN
21374 | 2007-03-09 23:49
VİDA şeiri
   
   
   
   Çox keçmiş bir zamanlarda
   
   Çox yaşlı olaraq
   
   Səssizcə ayrılmalıyam
   
   Kimsəyə görünmədən
   
   Və kimsəni rahatsız etmədən.
   
   Boşa geçmədi həyatım
   
   Daha yaxşı ola bilirdi, amma
   
   ?Buna da şükür? deməliyəm
   
   Baxın, səvgili dostlar
   
   Mən beləcə vida etməliyim.
   
   Nyu-York/1995
   
   
   
   Və nəhayət ":: İSMAİL CEM
   
   Seda Baştuğ-Behcet Güngör-Yusif Sahicidən uyğulama
   
   Türkiyə Cumhuriyyətinin əski Xarici İşlər Naziri İsmail Cem, müalicə gördüyü İstanbul Cərrahiyyə Xəstəxanasında vəfat etdi.Ağciyər infeksiyonu diaqnozu ilə 2006-cı ilin dekabrından burada müalicə olunan İsmail Cemi xilas etmək mümkün olmayıb. Xəstəxana önündə bir mətubu konfransı keçirən İpək Cem Taha demişdir":: ?Atamızı itrdik.O ölkənin sevilən bir insanıydı. Teşfikiyə Camisində qılınacaq cənazə namazının ardından Zincirliquyu Məzarlığında toprağa veriləcək.
   
   ?Son dönəmdəki durumu necəydi?? sualına çətinliklə olsa da cavab verən Taha, ?Atamızın son zamanlarında vəziyyəti yaxşıydı.Bilgisayarıyla oynayırdı,kitalarayla məşğuldu?.
   
   
   
   İLK ABDULLAH GÜL ARAMIŞ
   
   HUZURLU VƏ RAHATDI
   
   İsmail Cemin doktoru onkoloji mütəxəssisi Sualp Tansan, Cemin ölümündən öncə hafizəsini yavaş-yavaş itirdiyini və son dərəcə rahat və hüzurlu şəkildə həyata vida etdiyini söyləyib. Tansan, İstanbul Cərrahiyyə Xəstəxanasında verdiyi açıqlamada ( Allaha şükür indi bizlərdə də, yavaş-yavaş bu gözəl ənənəni eləyirlər T.A.) Türkiyəyə döndükdən sonra son 1 ildə onun həkimliyini elədiyini də vurğulamışdır.
   
   
   
   CAMƏİƏ ÜZÜNTÜ İÇİNDƏ
   
   
   
   Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir":: ?1997-2002-ci illərdə Dışişləri Bakanı olan Sayın İsmail Cemin vəfat etməsi camiəmizdə dərin üzüntü yaratmışdır. Hörmətli Cemin xarici siayasətimizə və Bakanlığımıza elədiyi dəyərli xidmətlər və köməkliklər unudulmayacaqdır. Ona rəhmət diləyirik, kədərli ailəsinə və ölkəmizə başınız sağ olsun deyirik?.
   
   
   
   İSMAYIL CEM KİM İDİ
   
   
   
   TRT telvizyonundan Xarici İşlər Nazirliyi iqamətgahına bir yol
   
   1974-1975-ci illərdə Türkiyə Radiyo Televizyon Qurumu Baş Müdürlüyündə vəzifə alan Cemə həmin dönəmin AP Başqanı Süleyman Dəmirəl müxalif oldu.TRT-ni ?Ulus? qəzetinin gününə salmaqla günahlandırılan Cem, Dəmirəlin rəəhbərlik etdiyi ?Milliyətçi Cəbhə? hökumətinin ilk qurbanlarından biri olaraq vəzifəsindən uzaqlaşdırıldı.(16 May 1975-ci il).
   
   Cemin ulduzu Xarici İşlər Nazirliyində parladı
   
   O, 1987 və 1991-ci il seçimlərində İstanbuldan, 1995-cil seçimlərində Kayseridən millət vəkili oldu. 1995-ci ildə 50-ci hökumətdə Kültür Bakanı olan Cem, 30 iyun 1997-ci ildə yaranan 55-ci Hökumətdə Xarici İşlər Naziri oldu.
   
   
   
   BAYKALIN BAŞDANIŞMANIYDI
   
   
   
   İsmail Cem, 5 il işlədiyi bu vəzifədən 2002-ci ilin iyun ayında istefa edib(!!!!!!!!!!!!!! Nidalar bizimdir) Yeni Türkiyə Partiyasına (YTP) keçdi və bu partiyanın sədri oldu.
   
   YTP-nın 2004-ci ildə CHP ilə birləşməsi üzərinə Cemin sədrliyi başa çıtdı.Cem, CHP-yə keçdikdən sonra Baykalın başdanışmanı olaraq vəzifə aldı və Partiyanın Məclisinin üzvi oldu.
   
   İsmail Cem uzun bir müddət Türkiyənin adlı-sanlı qəzetlərində köşə yazıları yazdı və bu yazılar bir məmurun dşünücələrindən daha çox bir ziyalı və bir yazar münasibətiylə seçilən yazılar idi.Həmin insani yazıların ən başında, onun şeirləri gəlir.Aşağıda bir neçə il öncə Cemin qələmindən çıxan VİDA şerini veririk .
   
   
   
   
   
   Mövzuya yaxın QISA BİR GİRİŞ
   
   
   
   Kimin üçünsə qapalı bir dünyadan geniş bir aləmə çıxdığımızda bir az da zövqlərin mübarizəsi getməyə başlayır.İnternet dünyasının bizə verdiyi töhfələr danılmazdır və təbii ki, bu töhfələrdən,hər kəs öz zövqüncə və öz tərbiyəsinə uyğun şeyləri götürüb yoluna davam edir və yaşayır.Mən də bu internet dünyası ilə bağlı bir insanam, imkanımın qısıtlığına baxmayaraq hər gün bir neçə anlıq olsa da internet dünyasında nələr olur, buna baş çəkirəm.Mənim kimi də Azərbaycanda yüzlərlə insan həmin sitelərdəki qəzetlərə baxır və ən başlıcası ":: məhz o sitelərdən və o qəzetlərdən kim nəyi seçir və təqdim edir. Ən acısı budur ki,bəzən çox incidici şeylər də olur. Məsələn, qələm dostlarımızdan bəziləri deyir":: nə varmış ki, gir internetə və ordan bir şeylər seç və təqdim elə.Bax, məsələnin qəliz yeri də bu internetə girib gözlərinin işığı ( və üstəlik də işığın bu baha vaxtında) itirmək və oradan o itən işığın şüalarında nəyi və kimi təqdim etməkdir ki, burada artıq zövqlər ortaya çıxır.Bu baxımdan bizim yerli qəzetlərdə də internetdən götürülən bir çox yazıları oxuyuram və təbii ki,zövqlü-zövqsüz hər halda onları mən alqışlayıram.
   
   ?Ədalət? qəzetində səhifə aparan Elbəy adlı bir gənc var ki, onun çox gözəl zövqü olduğu ortada və bu yazarın böyük bir titizliklə,sofuluqla aldığı xəbərlər və yazılar bizim savadlanmağımız və biliyimizin boy artımı üçün bir mənbə olur və bu sıradan Elnur adlı bir yazarın ?525-ci? qəzetdə təqim etdikləri də məncə alqışlanasıdır.Bu yaxınlarda Elnurun təqdim etdiyi Türkiyənin çox adlı-sanlı dövlət xadimi və köşə yazarı,türk insanın sevimlisi olan əski xarici işlər naziri İsmayıl Cemin itkisi ilə bağlı yazı idi ki, mən o yazını alıb təqdim etmək imkanı əldə edənə qədər, Elnur məni qabaqladı.Gündəlik yazı yazmadığım üçün Elnur məndən irəli düşmüş oldu.Belə şeylər də olur bu internet dünyasında.Həmin yazını oxumaq mənim üçün bir təsəlli olsa da, İsmayıl Cemin bizim insanlarımıza daha yaxından təqdiminə bir ehtiyac olduğunu da hiss etdim.
   
   İsmayıl Cem türk dünyasında təbii ki, bir dövlət xadimi olaraq qalacaq,buna qətiyyən şübhə ola bilməz.Və demokrat bir dövlət xadimi kimi yaddaşlarda yaşamaqla, mən bilən gözəl bir yazar olaraq da unudulmayacaq.Buna da şübhə yoxdur.İsmayıl Cemin başqa yazıları,xüsusiylə bədi yaralıcılığı barədə ( bura daxil olsun şeir də) bir o qədər də geniş bilgim yox, amma müqayisə caizsə mən onu böyük Dövlət xadimi və söz ustası Bülent Ecevitlə müqaisə edərdim. ( Burada bir parantez açım.Türkiyə Böyükelçiliyinin Kültür və Turizm müşaviri sayın Fethi bəy Gedikli onu BİR OSMANLI BƏY ƏFƏNDİSİ deyə dəyərləndirdi). Hər iki dövlət xadiminin bu qədər sevilməsində bəlkə SÖZÜN də çox mühim bir təsiri,etkisi olduğu danılmazdır və ona görə də heç zaman mırıldamaq lazım deyil":: nə varmış, gir internetə və götür bir yazını təqdim et.Yoldaş, vətəndaş və ağlı salim olmayan cənab baş redaktorlar ":: sən də bunu elə, amma mız qoymaq xəstəliyindən uzaqlaş və bunu alqışla.Daha öz qəzetiinin yazarı üçün mızıldanmaq lazım deyil":: nədi o Türkiyədən yazır, nə bilim hardan yazır.Sənin bir işin var":: yazılanın qarşısını almaq.Buna gücün çatar və bunu elə.Qəzet sənin və ?yazma? deyib erkəkcə son nöqətini qoy.
   
   
   
   İSMAYIL CEM HAQQINDA NƏ DEDİLƏR"::
   
   
   
   Cumhurbaşkanı Ahmet Necdet Sezer":: Dəyərli dövlət adamı, əski Mədəniyyət və Xarici naziri İsmail Cemin vəfatından böyük üzüntü duydum. Siyasətçi, qəzetçi-yazar və bürokratlığı ilə önəmli xidmətlər eləyən, İsmail Cem, çox yönlü gözəl xüsusiyyətləriylə ortaq dil tapmağı bacaran və demokratik görüşləriylə məmləkətizin rəğbətini və sayğısını qazanmış bir xadim idi.İsmail Cemin xidmətləri və xarici siyasətimizə verdiyi töhfələr hər zaman təqdirlə anılacağdır.
   
   Başbakan Recep Tayyip Erdoğan":: Dəyərli siyasət və dövlət adamı İsmail Cemin vəfatından böyük üzüntü duydum. Əski Kültür və Dışişləri Bakanı olaraq ölkəsinə və millətinə böyük xidmətləri keçən hörmətli Cemin vəfatı, siyasət dünyası üçün önəmli bir itkidir.Qəzetçi-yazar şəxsiyyəti ilə də kültür və düşüncə dünyamızın öndə gələn isimləri arasında yer alan İsmail Cemə rəhmət diləyirəm, ailəsinə, bütün sevənlərinə və millətimizə başsağlığı verirəm.
   
   Yunanistan Xarici İşlər Naziri Dora Bakoyanni":: Zaman mənə İsmail Cem kimi irəli görüşlü bir Türk siyasətçini yaxından tanımaq imkanı verdi.Onunla Türk-Yunan münasibətlərini sülh içində yaxşılaşdırmağa çalışan bir dövlət adamı qazanmışdıq.Bu itgi hərkəs üçün böyük üzüntü yaratdı.
   
   Sosyalist İnternasional Partiyası Başkanı və anamüxalifət PASOKun lideri Yorgo Papandreu":: İsmail mənim üçün bir vizyonu paylaşdığım insandı. Onunla barış üçün sıxı iş birliyimiz oldu. Çox yaxşı bir arkadaşdı. Çox üzüldüm.
   
   CHP-nın Genel Başkanı Deniz Baykal":: Tarix içində toplumun keçirdiyi böyük dəyişimin davamlılığnı incələyən, araşdıran dəyərli bir elm adamıydı. Türkiyənin modernləşməsi üçün mücadilə verən seçkin bir siyasətçiydi. Dəyərli, dost bir insandı. Hamımız üçün böyük bir itki. Ailəsinə, bütün partililərə və topluma başsağlığı veirəm.Yanvar ayı ağır bir aydır.Uğur Mumcu, Hrant Dink, Muammer Aksoy Yanvarda öldü. Cemi də bu ayda itirdik.Cem, toplumla, Türkiyəylə çox diribir əlaqəsi olan insan idi.Son nəfəsini verincəyə qədər Türkiyəylə məşğuldu.Birlikdə qəzetlər çıxardıq, kitab yazdıq, siyasətlə məşğul olduq.Bir ara ayrı düşdük, ancaq çox xöşbəxtəm ki,bu ayrılıq qısa çəkdi.Ömrünün son ilərində birlikdə olduq.Çox böyük bir acı yaşayırıq.
   
   Xarici İşlər Nazir və Başbakan Yardımçısı Abdullah Gül":: Türkiyə olaraq önəmli bir siyasətçi, intelektual və düşüncə adamını qeyb etdik.İsmail Cem yaxın arxadaşımdı, əskidən xarici işlər nazirliyinin başındaydı. Üzüntüm çox dərindir.
   
   Əski CHP Genel Başkanı Erdal İnönü":: Çox üzüldüm, Türkiyə üçün, sosyal demokrasi dünyası üçün böyük qayıb. Hər şeydən öncə bir düşünür, bir yazardı. Sosyal məsələlərdə, mədəniyyət sahəsində yazılarıyla fikirlərini söylədi. Bir barış insanı olaraq, dostluq və anlaşma arayan bir insan olaraq o dönəm çox təsirli bir insan olmuşdu. Papandreu ilə bərabər yeni bir dönəm başlatmışdı. Nə yazık ki, sonuna qədər gedə bilmədi.
   
   Cumhurbaşkanı Süleyman Demirel":: Dəyərli yazar, dövlət və siyasət adamı Sayın İsmail Cem, əbədiyətə qovuşdu. Millətimiz, dəyərli bir evladını itirmişdir.
   
   Qəzeti- yazar Fikrət Bila":: Türkiyə üçün çok böyük və çox erkən bir itgi. Heç üslubunu pozmadan,məlum bir siyasi tərbiyə ilə münasibətlərini davam etdirdi.5 il xarici işlər naziri işlədi.Çox yaxşı ziyalı bir insan idi.Dünyadakı hadisələri çox doğru başa düşürdü. Tarixi isimlərdən biridir.

TƏQVİM / ARXİV