adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BiR FOTONUN iFADƏ ETDiYi GERçƏK...

TOFİQ ABDİN
24577 | 2007-02-24 00:49
Tarixin dərsləri unudulursa,
   
   Tarix həmən dərsləri yenidən
   
   yaşamağa məhkumdur. İnsanlarıyla birgə.
   
   Tarix dərs və ibrət alınaraq yaşanmalıdır məncə.
   
   Amma bəzən elə olur ki, tarixin dərsləri və ibrət alınacaq şeylər unudulmadan belə bəzi şeyləri təkrar yaşamağa məcbur olunur. Bunun ən dəhşətli nümunəsi
   
   
   
   XOCALI FACİƏSİ VƏ SOYQIRIMDIR.
   
   
   
   Dünyanı lərzəyə gətirən və ermənilərin iç üzünü dünyaya göstərən Xocalı faciəsi Azərbaycan torpağının bu ağılsız müharibədə aldığı ən unudulmaz yaralardan biridir.
   
   Xocalı soyqırımı unudulmaz hələm-hələm...
   
   Unudulmaz, qan yaddaşı olan millət tərəfindən...
   
   Tarix belə şeyləri yaşamışdır və insanlar da tarixlə birgə yaşamışdır belə şeyləri. Amma insanlar dərs almamışlar belə şeylərdən, belə faciələrdən ki, onu yenidən təkrar edirlər.
   
   Bu faciənin ağırlığını və acılığını o zamanlar da bir çox mətbuat dünyaya çatdıra bildi.
   
   ... Mən bu sətirləri yazan zaman bu faciədən artıq bir xeyli vaxt keçib. Amma bu faciəni əks etdirən bir FOTO var ki, hər gecə mənim yuxuma girir və hər gecə olmasa da, zaman-zaman YUXUMA girir və onun acısını yenidən yaşayıram.
   
   Bu bir şair sözü deyil. Bu bir poetik cümlə də deyil. Bu acı bir həqiqətdir. Bu yaşanılmaz bir həqiqətdir.
   
   O FOTODA əks olunan hadisə və onun altında yazılan sözlər bir millətin acizliyini və gücsüzlüyünü bir sənəd kimi əks etdirir.
   
   Mən o FOTONU hər dəfə xatırlayanda arvadımın və uşaqlarımın üzünə dik baxa bilmirəm. Başım köksümə əyilir.
   
   Uşaqlarımın və arvadımın bu FOTODAN heç xəbəri də yoxdur bəlkə. Amma neyləyim ki, bu foto mənim başımın üstündə bir Demoklis qılıncı kimi asılmışdır.
   
   Tarixçəsi belədir bu FOTONUN.
   
   Bu foto Moskvada çap olunan ?Moskovskie novosti? qəzetindəydi. Sanki jurnalist də, bu şəkli çəkən də qabaqcadan hazırlanmış bu soyqırımı bilirmiş.
   
   Bu rus jurnalisti və bu fotonu çəkən fotomüxbir ermənilərlə birlikdə bir tanka minərək Xocalıya girmişlər.
   
   Jurnalist öz gözləriylə görmüş bu qırğını... Bu olanları...
   
   4-5 kişi əlləri arxadan bağlı torpağa çökdürülmüş. 4-5 əskər də əllərində avtomat, onların başının üstünü kəsdirmişlər. Bu əskərlər, əlləri bağlı adamların önündə ?xoruzlanan? əskərlər ermənilərdir. Namərdcəsinə gülürlər. Bu soyqırım, bu faciə gecə gec saatlarda olsa da, foto çox təmiz çəkilmiş və sanki bunu qəsdən belə montaj etmişlər və sanki bunu azəri türklərinə olan nifrətlərini ifadə eləməyin bir yolu olaraq düşünmüşlər dünyaya duyurmaq üçün, dünyaya meydan oxumaq üçün.
   
   Fotonun altında dəhşətli sözlər yazılmış. Eynən budur o sözlər"::
   
   ?BU ADAMLAR MƏHSƏTİ TÜRKLƏRİDİR. İNDİ BUNLAR KİMDİR? BU ADAMLAR ÜÇÜN BİR QAB BENZİN İSTƏDİK AZƏRİLƏRDƏN. AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR BİR QAB BENZİN QƏDƏR DƏ QİYMƏTLİ DEYİLMİŞ?.
   
   Bəli, beləcə yazılmışdı FOTONUN altında...
   
   Bu nifrət hardandır bu ermənilərdə?
   
   Əslində kim tərəfindən deyilirsə deyilsin və söylənilirsə söylənilsin bu sözlər insanlıq adına bir ləkədir...
   
   Yuxuma girər FOTO...
   
   Qulaqlarımda səslənər o SÖZLƏR...
   
   Uşaqlarımın gözlərinin içinə baxa bilmirəm.
   
   Həmən o xoruzlanan ermənilər, rusların xəyanətinə sığınıb xoruzlanan erməni əskərlər bir az sonra əsir düşəndə dillərini bir qarış çıxarıb yalvaracaqlar və biri-birilərini satacaqlar.
   
   Bunları da biz televiziyalarda çox gördük. Bu müharibədə onlara kömək eləyən rusları da satmağa qalxan ermənilər sadəcə kim olduqlarını göstərdilər dünyaya...
   
   Onlar insan deyil, bəlkə də bir ?manqurtdurlar?..
   
   Ya elə ya belə. XX yüz ilin sonlarında törədilən bu vəhşi faciənin iştirakçıları olan ermənilər bu AZƏRİLƏRƏ və bu TÜRKLƏRƏ nədən belə nifrət edirlər hələ də...
   
   Bu vəhşilik hardandır?
   
   ...Erməni yazıçısı və bir zamanlar çox böyük bir demokrat olaraq tanınan Qrant Matevosyanın bir hekayəsi var. Bu hekayədə belə yazır ki, Qrant Matevosyan":: ?bizim kənd bir türk kəndi ilə qonşu idi. Türk insanları bizim kəndə bal satmağa gələrdilər. Dədələrimiz türklərdən bal alardılar. Türk insanları getdikdən sonra dədələrimiz həmən balı əvvəlcə itə yedirirdilər, sonra biz qorxa-qorxa yeyərdik o balı. Əyər it ölməsəydi yeyərdik o balı...? (ayrıntı bizimdir).
   
   Bu bir erməni yazarının fikridir. Bizim günlərin yazarının fikri.
   
   Bunu oxuyan erməni uşağı necə ola bilər, əcaba?
   
   Bir atalar sözünü xatırladım":: ?Gedər xəncər yarası, getməz söz yarası?...
   
   İzahata bir ehtiyac varmı?
   
   ...Yuxuma girər hər gecə o FOTO...
   
   
   
   
   
   
   
   XOCALI FACİƏSİNƏ EPİQRAF
   
   DAK. Ankara Nümayəndəliyindən.
   
   Göndərən Cavid Vəliyev
   
   Erməni yazarı Zori Balayanın "Ruhumuzun Canlanması" adlı romanından Xocalı soyqırımı ilə bağlı hissədən (Vanadzor, 1996. s. 260-262)
   
   Lütfən bu qısa yazını oxuyun və yayın!
   
   ( bu yazının bir çox agentlik və qəzetlər tərəfindən yayımı bizə də bəllidir.Amma mövzunun çox ağrıdıcı və onu göndərən yazarın riazsını nəzərə alıb səhifəmizə alırıq.Bunu bildirməliyəm ki, bu yazı mənə bir neçə həfətə öncə gəlib.Sadəcə məqam və imkan düşdüyü üçün indi çap edirəm).
   
   ?...ancaq sadəcə xalqının qəlbi sökülən və acının atəşinə atılan Erməni bu sətirlərdən qurur və məmnunniyət duya bilər. Mən də vətəndaş namusunun və müqəddəs kişi haqqının əmri ilə bu pislik iylənən Moğol çocuklarıyla hesablaşardım. Saxlandıqları zirzəmiyə biz Xaçaturla girdiyimiz zaman əskərlərimız bir çocuğu pəncərəyə mıxlamışdılar belə. Kimsə eşitməsin deyə Xaçatur bu uşağın ağzına güman ki,onun anasının kəsilmiş döşlərini soxdu.Daha sonra bu 13 yaşındakı Türkə atalarının bizim uşaqlarımıza nə eləmişdilərsə, biz də ona eynən həmin şeyləri elədik.Başından başlayaraq onun dərisini soymağa başladım.Yeddi dəqiqə sonra qan itirməsindən öldü. İlk təhsilim həkimlik olduğu üçün bir az humanistəm və buna baxmayaraq bu çocuğa elədiklərimə görə çox xöşbəxtəm. Ancaq ruhum ən azından xalqımın acısının yüzdə birini həyat keçirsə də yenə də dolub-daşırdı.Xaçatur uşağın bədənini parçalara ayırdı və bu Türkün kökü olan köpəklərə atdı. Axşama yaxın eyni şeyi daha üç Türkə elədik.Ancaq mən bir Erməni vətənsevər və vətəndaşın vəzifəsini yerinə yetirdim. Xaçatur da çox tərlədi. Mən onun gözlərindən və dırnaqlarından hiss edirldim ki,bu görünməz vəhşiliyin ucbatından sir-sifətindən tərlər axır.Daha sonra çocukluq dostum mayor Süren belə dedi":: ?Biz heyvan deyilik.Ancaq soyuq qanlı olmalıyıq.Türk cəlladların əliylə öldürülən qurbanların ruhları sakitləşməlidir.?
   
   Ertəsi gün biz kilsəyə gedərək 1915-ci ildə ölənlərin ruhları üçün dua etdik. Dünən gördüyümüz alçaqlıqdan ruhlarımız təmizlənsin deyə dua etdik. Ancaq biz Xocalını, vətənimizin bu parçasını işğal edən bu otuz minlik kirli insanlardan təmizləməyi bacardıq.
   
   Daha sonra Sürenin evindəykən Xaçatur yorğun bir səslə belə dedi":: ?Ermənilər vətən torpağına sahib durmalı və Ermənistanın böyüklüyünü canlandırmaya davam etməlidir.Nə zamansa bunu bizim hesabımıza yazacaqlar və vicdanımız atalarımız qarşısında təmiz olacaq. Zira, biz bizim öhtəmizə düşən vəzifəni yerinə yetirdik? və mən bunu qəbul etdim.
   
   
   
   "BABƏK" Azərbaycan Kurslar Dərnəyi
   
   İnformasiya Xidməti Bakanlığı
   
   
   
   
   
   
   
   Bir neçə sətirdə
   
   
   
   
   
   METİN ÇENQİZ
   
   
   
   
   
   
   
   Metin Çenqiz 1953-cü ildə Qarsda doğulmuşdur.Ərzurum Atatürk Unversiteti Fransızca Bölümü ilə İstanbul Unversiteti Fransızca bölümünü bitirmişdir.12 Sentyabr dönəmində TCQ 141-ci maddəsindən 2 il cəza almışdır.Bir sürə Fransızcadan dərs demişdir.Sonra müxtəlif qəzet və nəşr evlərində redaktor, şöbə müdiri olaraq çalışmışdır.Hal-hazırda müəllimlik və tərcüməçiliklə məşğuldur.
   
   İlk şeirləri ?Broy?, ?Düşün?, ?Yazko ədəbiyyat?, ?Varlıq?, ?Adam?, ?Sənət?, ?Hürriyət Göstəri? dərgilərində çap olnmuşdur.Şeir sənəti haqqında yazdığı yazılar Şeirin Gücü adıyla kitab halında çap olunmuşdur.
   
   
   
   Şeirlərindən
   
   
   
   İLK YAZ YAĞMURLARI
   
   
   
   İlk yaz yağmurları sədəflərə yağmadı
   
   May ki, ağrılarla, sızılarla gəlir
   
   Qımıldar qara pəncərələr
   
   ay qucaqlarsa
   
   Sulara taxt qurar köprülər
   
   Oysa yağmur, ilanların ağzına yağdı
   
   Zəhərli xəncərlər daşıdıq bağrımızda
   
   Qırmaq uğruna, o qalın divarları
   
   Əkəmək üçün qadağan olunmuş bir çiçəyi bağçaya
   
   Üsyan oldu dedilər,üsyan ki, əski bir şeydir
   
   Sifəti oyulumuş bir binanın daşı
   
   Bir məzar kimi görünür baxdığımız aynalarda,
   
   Əhlikeyflərlə şərab içən tanrılar,
   
   Qapanmış yollar, bütün il boyu yağmış qar
   
   Və yavaş addımlarıyla həyatın
   
   Dumanlar içində yaxınlaşan bahar
   
   Bahar gəlir, nəhrlərlə öpüşür yağmurlar
   
   Gecənin ətəklərində ürpəşir sular
   
   Ağzını açır sədəflər bu ürpərtilərlə
   
   Bu ürpərtiylə uçur quşlar
   
   Və yaxşılışır yaramız, dağlandıqca
   
   
   
   QOVUŞDUŞQCA
   
   
   
   Sonsuz və ilıq bir ölkədir istədiyim
   
   Yabanı və ağıllı bir dünyada
   
   Çünki dəhşət sevirəm,
   
   eşq didərginiyəm,çünki
   
   çünki daima yerə mıxlanmışam,
   
   yalnız sərbəstliyim səndə
   
   Sənə toxunuram qalaylanır göy
   
   adını qoya bilmədiyim səssiz inqilablar olur
   
   Fırtınalar olur, qasırğalar
   
   adamı məhv edən bir payız yaşılı örtərkən
   
   arzular kipini
   
   Dəydi deyərəkən dəniz qaçqını o mavi
   
   çatılara, bulutlara, tüstülərinə gəmilərin
   
   Mahnılar oxuyuram sənin üçün ayrı-ayrı dillərdə
   
   Bütün sevdalılar nəhirlərə atlır,
   
   Mövsümlər hələ ana dilimdə yox ki,
   
   partlar oldum olası
   
   Sıxışmış bomba kimi yer altında qaynayan
   
   Sənə toxunuram,
   
   bir təsadüf olmaqdan çıxır anlam
   
   Sənə varıram, sular durmaz olur yataqlarında
   
   Ki, qorumalıyam deyirəm gözəl olan nə varsa
   
   bu qarışqalarla
   
   günlərlə yükünü daşıyan böcəklərlə bəlkəg
   
   Bax yox olar çəkilir... Gəmilər
   
   Uzaqlara çağırır yuxularımı
   
   Sən yaylıq sallanışı kimi
   
   Dişli mamırlarla örtürsən dənizi
   
   Və açıqda, dalğada, stollar kimi
   
   oxşayır suları sözcüklərim
   
   Səninlə eyni anlamda qovuşduqca
   
   
   
   
   
   
   
   İnternet xəttindən
   
   
   
   PAMUK İSTANBULA VİDA EDİRMİ?
   
   
   
   
   
   İtalyadakı günlük qəzetlərdən ?La Repubblisa?, Nobel ödüllü Orhan Pamukun Almanya ziyarəti üçün hazırladığı, ancaq səyahətini təxirə saldığı üçün eləyə bilmədiyi çıxışın mətnini çap etmişdir.
   
   Pamukun ?Mənim İstanbulum? başlığıyla qələmə aldığı bu çıxışın mətninin bir bölümü qəzetin ilk səhifəsində, davamı isə mədəniyyət səhifəsində yayınlanmışdır.
   
   Çıxışın mətnində özünü Konrad, Nabokov vəya Naipaul kimi şəhər və ölkə dəyişdirməyi qarşısına məqsəd qoymuş bir yazar olmadığın bildirən Pamuk, ?Mən İstanbulda doğuldum, həyatımın 50 ilini də İstanbulda geçirdim. Nyu-Yorkdakı 3 illik yaşamım xaric, başqa heç bir yerdə yaşamadım?.
   
   İstanbul ilə ?dərin bağlar? içində olduğunu qeyd edən Pamuk, dünyaya gəldiyi evi məskən bildiyi bu şəhərdə önəmli dəyişikliklər yaşandığına diqqəti çəkərək, demişdir"::
   
   ?Bu vəziyyət, məni İstanbulun ruhunu anlatmağa məcbur edir. İstanbul, özünün zənginliyi və sıxlığından ziyadə, mənim melanxolilərimin və sevinclərimin xəritəsini çızmış olsa da, bu şəhəri candan sevən bir insanam, ona bir arkadaş kimi bağlanmış durumdayam.?
   
   Pamuk, İstanbulda ötədən bəri yabançıların daha çox olduğunu vurğulayaraq, amma ?İstanbul zaman-zaman məndə, milyonlar içində tənhalıq ruhunu aşılamır?,- demişdir.
   
   
   
   ?İSTANBULDA HƏRKƏS YABANÇI,
   
   HƏRKƏS YALNIZ?
   
   
   
   Pamuk, çıxışın mətnində, İstanbulda bir çox insanın özünü yabançı hissetdiyinə toxunaraq demişdir":: ?İstanbulda hərkəs yabançı, hərkəs yalnız. Türklər, daha doğrusu Osmanlılar (İstanbulu fəth edən Osmanlılar arasında Xristiyanlar da vardı), İstanbulda yabançıydılar. Gözəl və hazır vəziyyətdə olan bir şəhərə gəlmişdilər.İstanbulda formalaşmış,hökm sürmüş Osmanlı elitası da yabançıydı, çünki hamı fərqli bir kültürdən gəlmişdilər?.
   
    Pamuk, eyni vəziyyətinin günümüzdə də davam etdiyini bildirərək, belə davam edir"::
   
   ?Günümüzdə də demoqrafik vəziyyətin çox sürətlə dəyişdiyini, İstanbulda xalqın yüzdə 90-ı, nəticədə yenə yabançılardan ibarətdir.Çocuqluğumdan bəri avtobuslarda və kafeteriyalarda tanış olduğum insanların,havadan belə şikayət etmələrinin ardından, mənə haralısan verilən sualı da məhz bundan doğur.Birilərinin, mənim kimi çəkinərək İstanbullu olduqlarını söylədikləri vəziyyətdə isə sanki ebeveyenlerin haralı olduqları soruşulur?.
   
   ?La Repubblisa? qəzeti, Pamukun ?milliyətçi kəsimin hədələri üzündən? Türkiyəni tərk edərək ABŞ-a getmək zorunda qaldığını irəli sürdü və ?Burada yayınladığımız sorğuda da, yazarın sevdiyi şəhərdən könlü qırıq olaraq ayrılacağı da vurğulandı.

TƏQVİM / ARXİV