adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

?çiLƏ BüLBüLüM?ün YENi iL çiLƏSi

TOFİQ ABDİN
24290 | 2007-01-13 14:33
Bu maraqalı yazını mən internet xəttiylə YENİ ŞAFAK qəzetindən götürmüşəm və bir öncələr dediyim kimi mən internet xəttindən o yazıları götürürəm ki, həmin yazıların bir az bizə yaxınlığı olur.Və məhz elə bu yazıda mənim fikrimcə bizə də bir qədər yaxın bir havanın,ovqatın yaşandığı üçün oxuculara maraqlı olacağını düşündüm.Türkiyənin məhşur və seimli müğənnilərindən Emel Sayının oxuduğu "ÇİLƏ BÜLBÜLÜM" şərqisinin bizim səhnəmizdə səslənməsindən mən bilən nə az, nə çox bəlkə də 40 il keçir,Yalan daşışa bilmərəm,bəlkə az, bəlkə çox. Amma türklük üçün burnumzun ucunun göynədiyi illərdə hələ türk insanlarının və yaradıcılarının Moskva üstündən bizə gəldiyi vaxtlarda Emel Sayın Bakıya gəlmişdi və indiki kimi yadımdadı gərək ki, Filomaniyada, ya da indiki H.Əliyev sarayında, o zamankı Lenin adına sarayda bir konsert verdi.Hmin konsertdə bu gözəl müğənni ÇİLƏ BÜLBÜLÜM şərqisini çox böyük ustalıqla və ürəklə ifa etdi və bizim, şəxsən mənim üçün bu şərqinin o zamanlarda yaratdığı ovqat bu gün də yaşamaqdadır.Və o da yadımdadır ki, Emel Sayın uzun müddət alqışlanandan sonra üzünü lojaya tutub, çox hörmətli Şəmsi Bədəlbəylini göstərdi və dedi : Məni dəvət üçün, Şəmsi bəyə çox çox minnətdaram.
   
   Şəmsi bəy bir bəy əfəndi manerasıyla baş əydi.Bax bu da, mənim yaddpaşımda həkk olunub və indi həmin mahnın 2007-ci lin ilk günlərində Yeni il bayramı konserti günlərində Türkiyənin bir televizyon kanalında söylənərkən yanratdığı ortam və Emel Sayının yaşadıqlar nəymiş? Nələr olmuş.
   
   Yazını oxuyun.
   
   ***
   
    ÇƏKİLMƏZ ÇİLƏ
   
   
   
   Cumhurbaşkanı Sezərin bir az da olsa soyuqanlılığı üzündən gündəmə gələn, "Kanaltürk" gecəsində, sənətçi Eməl Sayın, qonaqların da "soyuqluğu" qarşısında zor anlar yaşamışdır. Sayın bədii dillə desək, özünü həlak eləməsinə baxmayaraq "Çilə bülbülüm" şərqisinin nəqarıatında "Allah" kəlmələrini Cuhurbaşqanı Necdət Sezere dedirdə bilməyib.
   
   Yeddi ilə yaxanlaşan bir müddətdə cumhurbaşqanı olduğu mllrəəd rəsmi görüşlərdən başqa heç bir tədbirə qatılmayan Cumhurbaşkanı Ahmet Necdet Sezer dört saat boyunca izlədiyi üçün jurnalıislərin və bir çox insanın marağına səbəb olan "Kanaltürk gecəsi" Eməl Sayının verdiyi konsert nədəniylə mübahisələr səbbə olumşdur.
   
   Kanalın sahibi Tuncay Özkanın çıxışı ilə başlayan gecədə sənətçi Erol Evgin, "Mustafa Kəmalı gördüm düşümdə" isimli bir səhnə oynamışdır. Gecə Eməl Sayının konsertiylə davam etdi.Sayın konsertinə başlamadan öncə : "Çox özəl bir gecədə olduğumuzu bilirəm. Bunun məsuliyyətini də hiss edirəm.Hər zamankından çok fərqli bir enerji olduğunu hissedirəm. Əllə tutulacaq qədər yüksək pozitif bir enerji var" sözləriylə başladı. Fəqət konsertin davam edən dəqiqələrindən birində Eməl Sayın, oxuduğu mahnılarda ona çox soyuq baxışlarla baxan və dodaqları belə heç tənpənməyənCumhurbaşqanı Sezer və digər qonaqlar görə daha da ciddiəlşdi.Ünlü bəstəkar Sadettin Kaynakın "Çilə bülbülüm" şarkısını oxuycağını bildirən Eməl Sayın həm də belə bir şey xatırlatdı: "Çilə bülbülüm çilə şərqisi oxunarkın bir adət yarnaıb. Hamızı birlikdə "Allah" deyirik."
   
    BAYKAL SADƏCƏ "LAH" DEMİŞ
   
   
   
   Emel Sayın, gecədə iştirak edən CHP lideri Deniz Baykalla bağlı bir zamanlar baş verən bir xatirəsini danışdı : "Açıqhavada bir konsert vardı. Bu şərqini söylərkən Dəniz bəy gecikdi və sadəcə "lah" deyə bildi. Mən də bunu igördüm. Sonra düzəltdik."
   
   Bu anekdotun ardından şərqisini başlayıb nəqarət oxunanada "Allah" nəqaratı söylərkən Sayın böyük bir çaşqınlığ uğradı. Qonaqların bir çoxunun səsi belə çıxmadı.Sayın, bir an donub qalıd, salonda da xəfif gülüşmələr oldu. Özünü toplayan Sayın, "Sizdən soruşuram. Söylədinizmi Dəniz bəy. Eitmədim.Təbii ki, inanıram sizə. Mütləq söylədiniz. İşıqlar çoxdur oan göər gəörə bilmədim.Heç kimi eşitməditm.Bu bir məşqdi zatən. Birincisində həmişə belə olur.İndi daha gözəl olacaq elə deyilmi". sözləriylə əziyəti düzətlməyə çaşımışdır.
   
    DÖRT KƏZ RİCA ETDİ
   
   
   
   Sayın tam dörd kəz "Allah" deyilməsini xahış etdi.İkinci dəfə də yenə də gönülüncə olmadı.Dəniz Baykalın ağzından "Allah" kəlməsi çıxdı, ancaq Cumhurbaşkanı Sezər və həyat yoldaşı Semra Sezər yenə susdular.Sezərə "Allah dedinizmi, əfəndim" deyə sordu Emel xanım. Sezər isə çox gönülsüz "bəli" anlamında başını tərpətdi.Sayın bu arada sadəcə "Hürriyət" yazarı Bekir Coşkunun bu nəqaratı təkrar ouduğunu görə bildiyni ifadə edərkən Hulki Cevizoğlunu arayaraq, "Hulki bəyi görə bilmirəm, siz dedinizmi " deyə soruşdu.
   
    KANALDAN YARDIM İSTƏDİ
   
   
   
   Sayın, üçüncü dəfə öncəsində bir kanal yönəticisindən yardım istəmək məcburiyətində qaldı.Sayın, "Nə eləmək lazımdı.Kanaltürk üçün hamımız birlikdə ALLAH deyəkmi?"sözləriylə də qonaqları ruhlandırmağa can atdı. Ancaq bu dəfə də Sezər, "Allah" deyilən sırada sadəcə başını xəfifcə tərpətməklə cavab verdi,qadını isə tamamilə səssiz qaldı.
   
   "KOMUNİST RUSLARA "ALLAH" DEDİRTDİM
   
   
   
   Eməl Sayın illər öncə Moskvada verdiyi bir konsertdə yaşadığı xatirəsini belə anlatdı : "Çilə, bülbülüm, çilə"ni mən burada oxuyum dedim. Son şərqi olaraq onu oxudum və kommunist Ruslara Allah dedirtdim."
   
    MAHNININ MƏTNİ: ( NECƏ VAR ELƏCƏ )
   
   
   
   Çile bülbülüm çile çektirdi
   
   Bülbülüm gel de dile
   
   Söyle benimle bile
   
   Sesini duyur ele
   
   Çile bülbülüm çile, çile bülbülüm çile, çile bülbülüm
   
   Çile, ah çile bülbülüm Allah
   
   Çile bülbülüm çile
   
   Issız yuvanda tektin
   
   Çekilmez çile çektin
   
   Kim derdi gülecektin
   
   Çile bülbülüm çile, çile bülbülüm çile, çile bülbülüm
   
   Çile, ah çile bülbülüm Allah
   
   Çile bülbülüm çile
   
   Müjde ey güzel kuşum
   
   Bahara erdi kışım
   
   Gülüyor içim dışım
   
   Çile bülbülüm çile, çile bülbülüm çile, çile bülbülüm
   
    İdris Saruhandan sərbəst uyğulama.Ön söz bizimdir.
   
   ***
   
    BİR NEÇƏ SƏTİRDƏ
   
   
   
    YAŞAR KEMAL: ÖLƏNƏ QƏDƏR NOBELƏ NAMİZƏDƏM
   
   
   
   Keçdyimiz günlərdə ünlü türk yazarı Yaşar Kamal bir görüşdə duzlu məzəli söhbətlərin birində oxuculardan birinin sualına aşağıdakı cavabı vermişdir : "Mən 1975-ci ildən bəri Nobelə namizədəm. Ölənə qədər də namizəd olaraq qalacağam ?deyib zarafat etmişdir.
   
   Daha sonra ünlü yazıçı davam etmişdir: 40 kitab yazmışam.Amma heç birinin anlaşılmadığını, kitablarının mmhəkməlik olduğuun acı acı xatırlmışdır.Təbii ki bu utanc verən bir hadisədir.Bunu mən istəməzdim"
   
   "Bir daha dünyaya gəlsəydiniz yenəmi yazar olardınız?-sualına isə, "Xeyir, açıq danışmaq gərəkirsə traktorçu olardım.Niyə yalan söyləyəyim. Həyatımın ən gözəl günlərini traktorçu işlədiyim zaman geçirdim. Yenidən dünyaya gəlsəm o günləri yenidən yaşayaraq özümü xöşbəxt hiss edərdim" deyə cavab vermişdir".
   
   ***
   
    İNTERNET XƏTTİNDƏN
   
   
   
   Yeni il ərəfəsində bir təşkilat tərəfindən bizim məmləkətimizin sevimli insanlarını seçdilər.Əhsən!Dünyanın o biri üzündə isə
   
    BÜTÜN ZAMANLARIN ƏN PİS ADAMILARININ ADI AÇIQLANDI
   
   
   
   Amerikda kino tənqidçiləri arasında aparılan bir sorğuda Darth Vader "bütün zamanların ən pis adamı" elan olunmuşdur. Antoni Hopkinsin üç ayrı filmində canlardırdığı Hannibal xarakteri ikinci yeri qazanarkən, qorxulu filmlərin ustası Alfred Hiçkok "Sapıq" filmində Antoni Perkinsin yaratdığı Norman Pates tipi isə pis adamlar seriyasında üçüncü yeri tutmuşdur.
   
   Dördüncü sıraya "Die Hard" filmində Hans Qruber,beşinci sıraya isə David Luçhun "Mivi Kadif" filmindəki Frank Both xaraktrilə Dennis hopper çıxmışdır.
   
   İlk on sıraya girən Pislər isə bunlar
   
   6- Rahip Harru Rovel
   
   7.Hal 9000
   
   8- Qərbin pis cadısı
   
   9.Baron Orloçk
   
   10- Han Noonien Sinqh
   
   
   
   

TƏQVİM / ARXİV