adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
19734 | 2012-03-03 08:18
Yaşanmış ömrə nəzər saldıqda ömrümdəki bəzi insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdır,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   "BİR ÇOX SƏNƏLƏR KEÇDİ..."
   
   
   
   O SƏFƏRDƏN kimsə dönmədi...
   
   O sıradan SİZ də!
   
   Heç vaxt unutmadığım Kamil müəllim...
   
   Kamil müəllim ÖMRÜMDƏ və İNSANLIQ dünyasında nadir hadisələrdən biri kimi qalıb yadımda o illərdən ki, o illər onun şəxsən mənim üçün elədikləri və ya şəxsən özü müəllifi olduğu bir verilişi (təkrar edirəm) mənə verməsi və mənim bütün şıltaqlığıma dözməsi (eyni zamanda azadlıqdan bəzən dozundan yuxarı istifadə etməyimə dözməsi) bu bir yazı mövzusu ki, bunu yazmaq üçün daha nələrə baş vurmaq lazımdır. Kamil müəllim eksperimentlər aşiqi idi və mənim MELODİYA radio klubunda elədiklərimini arxasında o necə dayanırdı, mən indi də başa düşmürəm (mən təbii ki,bunları eşidirdim,çünki mən radionun kənar müəllifi kimi çalışırdım və onların letuçka deyilən bir toplantısından xəbərim olmurdu),niyə dayanırdı: mənim nəyimə aşiq olmuşdu,çox çətin risklərə gedirdi. Sadəcə bir faktı deyim: "Melodiya" radio kulubunda o zamanın çox məhşur bir müğənnisinin mahnılarının və ifasının müzakirəsini açmışdım.Bu müzakirə bir neçə ay çəkdi və sonunda mən həmin müğəninin azarkeşlərindən bir neçə məktub aldım.Həmin məktublardan birində yazılmışdı.
   
   MƏKTUBDAN SƏTİRLƏR OLDUĞU KİMİ:
   
   "Hörmətsiz redaksiya! Salamsız.Verdiyiniz Melodiya radio klubuna qulaq asdıq. ......... (Müğənninin adı bilərkdən verilmir.T.A.) haqqında verdiyiniz yalançı məlumat əziz müğənnimizi bizim ürəyimizdə, gözümüzdə birə min qaldırdı. Biz gözəl bildik ki, ...............xanımın düşməni kimdir.Ona kimlərin zərbəsi dəyir.Yalançılar, fırıldaqçılar, alçaqlar. Şövkətə, Saraya, Nəzakətə pulsuz satılan alçaqlar. ............xanıma nahaqdan şər atmayın....."
   
   Şagird dəftərinin iki vərəqi dolu bir məktub və sonunda yazılıb: "Sağlıq olsun biz sizinlə şəxsən görüşərik.İmza: odlar yurdunun oddan qorxmaz mərd oğulları: adlar və Bakı şəhəri, Birinci,İkinci,Üçüncü,Dördüncü,Beşinci Xreptovı küçəsi +Şirvanzadə).
   
   Ürəyi soyumayan azarkeşlər, hətta KİRPİ jurnalına belə müraciət etmişdi və KİRPİ-nin baş redaktoru rəhmətlik Seyfəddin Dağlıdan rəsmi olaraq məktuba cavab tələb edirdilər.Cavab verildi də.Kamil müəllim cavab vermişdi mən bilən.Məktubların orijinalı arxivimdədir.
   
   Bütün bunlar o illər üçün dəhşətli bir yanaşma və dəhşətli bir risk tələb edirdi.O illər üçün...o illər üçün.Kamil müəllimin həmin illərdəki fəaliyyəti nəyə dayanırdı bunu mən indi izah edə bilmərəm.Bu qədər riskə getmək və bu qədər demokrat olmaq hər kişinin işi deyildi.Bu sadəcə elə-belə gedə bilməzdi.Bunun bir cəzası olacaqdı mütləq.Bizim ortam bu qədər azad,bu qədər demokrat bir yükü çəkməyə,daşımağa qadir deyil.
   
   YOX BUNUN BİR CƏZASI OLMALI İDİ.
   
   OLDU DA.
   
   Bir nəfər gəldi radionun başına və Kamil müəllim yavaş-yavaş sıxışdırılmağa, pisikdirilməyə başlandı və o da çox məğrur bir insan,çox başıaşağı və mərd bir kişi.Dözmədi ona qarşı olan bu haqsızlıqlara. Dünyadan xəbərsiz,radionun spesifik xüsusiyyətlərindən xəbərsiz, kor-kobud bir partiya işçisi öz iradəsini diqtə eləmək istədi Kamil müəllimə.Kamil müəllim mən bilən keçdi Mədəniyyət Nazirliyinə. Bura onun yeri deyildi,təbii. Gözü tox,içi təmiz,dünyaya hələ də mən bilən uşaq gözləriylə baxan və dünyanın hələ pozulmadığın hiss edən bir yaradıcı insan olaraq Kamil müəllim nazirliyin ab-havsında sıxıntı içində yaşamağa məcbur oldu və yaradıcılığa davam etdi, tərcümələrlə məşğul oldu.Arada bir yolum düşürdü ora və Kamil müəllimlə görüşürdüm.Nələr çəkdiyi üz-gözündən oxunurdu və rahatsızlıq bütün vicudunu sarmışdı.Əslində nazirlik insanların çoxunun can atdığı bir yer,amma Kamil müəllim kimi insanlar üçün yazılmamış ora.Fəridə xanım da ona olan haqsızlığı ortaq danışığımıza əlavə etdi.
   
   İlahi, şayət bu dünyada mələk deyilən bir ifadə bir erkək üçün, bir kişi üçün deyilə bilərsə Kamil müəllim həqiqətən mələk kimi insan idi. Baxın, mən bunu öz adımdan, öz müşahidələrim əsasında yazıram və keçdiyimiz günlərdə "Ədalət" qəzetinə çıxan Qara Qarayev haqqında yazımın da radio variantını o efirə buraxmışdı, həmin verlişin arxasında durmuşdu. Baxmayaraq ki,o zaman Qara Qarayevin şöhrəti vardı, amma şöhrət olan yerdə sıxıntılar daha çox olur, bu da bir həqiqətdir.
   
   Kamil müəllim heç nəyə baxmadan bir yenilik aşiqi idi və Azərbaycan radiosunun musiqi redaksiyasının o illərdəki bir çox uğurları ( demək olar ki,bütün uğurları, çünki yazar qrupunu da o özü seçirdi) məhz onun adıyla ilə anılmalıdır.Və buna onun haqqı var.
   
   Xanımı Züleyxa Hacıyeva da o illərdə radionun aparıcı diktoru idi. Və düşünün ki,bir çox sıxıntıları bu iki ziyalı bir yerdə yaşamalı olurdu və Kamil müəllim o sıxıntıların çoxunu xanımından gizlətsə də, xanımı bunları görürdü və heç şübhəsiz ona təsəlli verirdi.
   
   Zaman o zaman idi...
   
   Allahım, bir də dönmək olarmı o vaxtlara...
   
   Bir də qarşımıza çıxarmı o insanlar...O insanlar ki, Azərbaycan onlarla Azərbaycan idi.
   
   Nələr etmədi Kamil Məmmədov?
   
   Nələr etmədilər ona?!!!!!!!!!!
   
   İlahi, nə millətik biz?...
   
   Nə insanlarıq biz?...
   
   Baxın, mən dəb xatirinə, mod xatirinə demirəm Kamil müəllimə vaxtilə olan basqıları, yaşadığı sıxıntıları. İndi elə bir məqam gəlib ki,bir çox insan olmayan şeyləri də adına çıxır. Kimisi dissident olur, kimisi sovet düşməni, kimisi milliyyətçi qəhrəman...çoxdur indi bu insanlar.Kamil Məmmədov heç zaman bu insanlardan biri olmaq üçün yaşamadı. KAMİL MƏMMƏDOV QARŞISINDA BAŞ ƏYİLƏSİ və MƏRHƏMƏTLƏ ANILASI BİR ÖMÜR YAŞADI..
   
   
   
   PƏRÇİM - 2
   
   
   
   Baş ucumda kiçik bir televiziyon, televizyon yox, daha doğrusu onun radio tərəfi.Hər gün saat 20.29-da (25-də,30-da yox ha... məhz 29-da) XƏZƏR televiziyasının XƏBƏRLƏR proqramı başlayır.Ən etibarlı dinləyici kimi hər gün istirahət edə-edə dinləyirəm.Maraqla dinləyirəm.Bu xəbərləri verən Anar bəy hər gün yorulmadan eyni sözlərlə başlayır və keçir əsas məsələlərə.Doğrudur çox zaman siz elə də ürək açan şeylər demir, ancaq neyləsin, məmələkəti halını dəyişə bilməz ki...Bunlar olan şeylər.Bu Anar bəy sunucu olaraq çox şirin və çox gözəl şərhlər verir.Sevimli şairimiz Zakir Fəxri hətta onu Uğur Dündar kimi bir sunucu ilə müqayisə edir.Haqlıdı.Mən Anar bəyin şərhlərini ərinmədən qeyd eləyirəm və yadıma salıb,sonra da keyf eləyirəm.Moralimi düzəldirəm.
   
   Onlardan biri:
   
   "Xəzər -xəbər"in növbəti verilişlərindən biri.Televizyonun çəkiliş qrupu aldıqları siqnala əsasən bir çörək pişirən sexdən çəkiliş aparmağa gediblər. Operatorlar bu sexin sahibini danışdırır və sexdəki qeyri normal vəziyəti ona başa salırlar və sahibkar hər iki dəqiqədən bir deyir :
   
   -A BALAM, ÇƏKMƏYİN, GEDİN İŞİNİZLƏ MƏŞĞUL OLUN.
   
   Sex sahibi bir demir,iki demir... və bir neçə dəfə deyəndən sonra güman ki, artıq operatorlar və jurnalist vəziyyəti daha da qəlizləşdirmək istəmir, ona görə də çəkiliş bitir.
   
   Kiçik bir fasilə və Anar bəyin şərhi :
   
   -BU ADAM BİLMİR Kİ,BİZ MƏHZ ÖZ İŞİMİZLƏ MƏŞĞULUQ. BİZİM İŞİMİZ ELƏ BUDU.

TƏQVİM / ARXİV