ANA SƏHİFƏ / YAZARLAR

ORDA BİR EV VAR, UZAQLARDA...

48668    |   2014-01-25 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük dağıntılar, qırğınlar, dəhşətli faciələrlə sona çatan İkinci Dünya Müharibəsi keçmiş SSRİ məkanındakı xalqlara da ağır tale yaşatdı. Qələbə ilə başa çatmış Böyük Vətən Müharibəsinin yaralarını sağaltmaq üçün on illərlə vaxt lazım gəldi. Müharibə ərəfəsində və sonralar dünyaya gələn uşaqların üzü uzun illər boyu səfalətdən və ya yetimçilikdən heç gülmədi. Həmin səbəblərdən bu nəslin təhsil məsələsində də ciddi problemlər yarandı. Geyim, yemək, dərs ləvazimatı... Məhz həmin dövrlərdə gücdən düşmüş nəhəng imperiya problemin həllinə müəyyən cəhdlər göstərdi. Bu cəhdlərdən biri də ölkə ərazisində mövcud internatların bərpası və yenilərinin tikilməsinə xüsusi diqqət göstərilməsi idi. Və bu internatlar təkcə döyüşlər gedən ərazilərdə yaradılmırdı, tədricən ölkə ucqarlarına doğru da miqyaslanırdı. Kimsəsiz və imkansız uşaqların gələcək həyatı üçün ən vacib qayğılardan biri idi.
Əslində internatların əsası keçən əsrin 30-cu illərindən qoyulmuşdu. O illərdən başlayaraq, əvvəlcə Rusiyada, sonralarsa SSRİ-nin digər respublikalarında qısaca "Detdom" deyilən uşaq təlim-tərbiyə müəssisələri də fəaliyyət göstərirdi. O vaxtlar bu tip müəssisələrdə "yaşayan" uşaqların daha çox tərbiyə - davranış məsələləri əsas götürülürdü. Çünki "Şkid respublikası"nın vətəndaşları yaş və dünya görüşlərinə görə başqalarından fərqlənirdilər. Baxmayaraq ki, onların da boynunda qırmızı qalstuk, yaxalarında alovlu komsomol nişanları olurdu.
Ərazisində döyüşlər getməyən Azərbaycanın faşizmə qarşı mübarizəsi, bütün mənalarda fədakarlığı və qəhrəmanlığı tarix boyu unudulmayacaq. Qələbənin reallaşmasında həlledici rol oynayan Bakı neftinin və döyüş meydanlarında həlak olan yüz minlərlə azərbaycanlının tarixi missiyası Reyxstaq triumfunda ən ciddi məqamlardandır.
...İnternatlar Azərbaycanda da tikilirdi. 50-ci illərin ortalarından başlayaraq respublikanın bəzi yerlərində olduğu kimi, Göyçay şəhərində də o illər üçün (elə indiki dövr üçün də) müasir bir binanın bünövrəsi qoyuldu. Bir hektar ərazidə yerləşən yeni təlim-tərbiyə müəssisəsinin tikintisi 1959-cu ildə başa çatdı və elə həmin ilin sentyabr ayında da istifadəyə verildi. Səməd Vurğunun adını daşıyan bu məktəb o illər üçün rayonun əzəmətli və yaraşıqlı binalarından biri idi. 2 və 3 mərtəbəli korpuslardan ibarət olan internat məktəbində yüzlərlə göyçaylı və qonşu rayonlardan olan kimsəsiz və aztəminatlı ailələrin uşaqları təhsil alıb yaşayırdılar. Məktəbin indiyədək unudulmayan ilk direktoru Tahir Fərzəliyev uzun illər boyu internat anlayışını ən düzgün istiqamətdə formalaşdırmağa nail olmuşdu. Burada təlim-tərbiyə nümunəvi xarakter almışdı. İllər ötdükcə məktəbin məzunlarının xoş soraqları müxtəlif sahələrdən, rəhbər vəzifələrdən, elm ocaqlarından eşidilirdi. Həmin insanlar illər ötdükdən sonra da internat həyatlarını - müəllim və tərbiyəçilərin qayğı və diqqətini yataqxana otaqlarını, məktəb yeməkxanasının səhər, günorta, axşam qoxusunu unutmurdular...
Sonralar bəzi obyektiv, bəlkə də subyektiv səbəblər üzündən internatların dinamik mövqeyi düşməyə başladı. Açığı indi mən bunun ən dəqiq səbəbini müəyyənləşdirə bilmirəm. Ancaq bir məsələ üzdə idi ki, internatlara qayğı və diqqət rəmzi xarakter almışdı.
İndi biz ibrətamiz hadisələrlə qarşılaşırıq. Bu səbəbdən də internatlara qayğı artıq dövlət səviyyəsində ciddiləşməkdədir. Bu missiyanı ardıcıl istiqamətə yönəldən ideya sahibi olmaq da ən böyük insanpərvərlik təzahürüdür. Son vaxtlar respublikamızın YUNESKO və İSESKO-dakı xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın internatlara xüsusi qayğı göstərməsi, təkcə məktəblərdə deyil, digər təyinatlı internatlarda da olub vəziyyətlə tanışlığı və gördüyü işlər ciddi maraq doğurur. Mehriban xanım internatların şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlərin görülməsinin vacibliyini öz dəstəyi və fəallığı ilə dəqiq istiqamətə yönəldib.
...Şəkidəki internat məktəbi də 55 ildən çoxdur fəaliyyətdədir. Bu məktəb şəhərin ən səfalı yerində, Xan sarayının 50 addımlığında yerləşir. Məktəb 5 korpusdan ibarətdir. Bu korpuslardan biri Təhsil Nazirliyi, digəri isə ABŞ səfirliyi tərəfindən əsaslı təmir edilmişdir. Bütün bu işlər olduqca xoş təsir bağışlayır. Eləcə də respublikada fəaliyyət göstərən digər internat məktəblərinə göstərilən qayğı və diqqət də. Güman ki, yaxın gələcəkdə mövcud internatların hamısında ən yüksək səviyyədə şəraitin və təlim-tərbiyə prosesinin şahidi olacağıq. Bütün bunlar çox vacib məsələlərdir.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK