ANA SƏHİFƏ / YAZARLAR

GURULTULU ALQIŞLARSIZ...

28067    |   2014-01-18 06:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötənlərdə bu mövzuya simmetrik bir yanaşmam olub. Yəni ki, yazıçıların qurultayı ərəfəsində həmin ədəbiyyat məclisini hadisə kimi qarşılamaqla yanaşı, əsasən yazıçı-oxucu münasibətlərinin real vəziyyətini ələşdirməyə çalışmışdım. Zənnimcə qurultayın gedişində və nəticəsində təşkilati-vəzifə bölgüləri və belə demək mümkünsə, digər texniki məsələlər əsl oxucu marağında ciddi faktlar kimi ön plana çəkilməməlidir. Əsas ədəbiyyatın özüdür.
Budur, Yazıçılar Birliyinin rəhbərliyi səviyyəsində artıq növbəti qurultayın nə zaman keçiriləcəyi də bir daha anons edildi. Biz nəhayət ki, bu ilin aprel ayında qurumun cəmiyyətə ünvanlanan mesajlarını rəsmən qəbul edə biləcəyik. Təbii ki, heç bir məsələyə apatik münasibət gözlənilmir. Əksinə, çox ciddi müzakirələrin baş verəcəyi ümidindəyik. Eyni zamanda çoxdan keçirilməli olan qurultay yaxınlaşdıqca hadisəyə münasibət daha da intensivləşəcək, qurultayöncəsi müzakirələr kütləvi informasiya vasitələrinin də aktual mövzularından biri olacaq. Belə bir hal uzun sürən gözləntidən sonra təbii sayılmalıdır. KİV-dəki ilkin müsahibə və çıxışlar ənənəvi xarakter daşımaqla bərabər, bir sıra ciddi məqamlara da yol açacaq. Ancaq həmişə olduğu kimi, bədii yaradıcılıq "istehlakçısının" - oxucunun mənafeyi hadisənin kölgəsində qalmamaq şərtiylə. Çünki son olaylar göstərir ki, bəzi hallarda oxucu səviyəsi və zövqü o qədər də vacib sayılmır.
Məsələn.
Zamanında ədəbiyyatımıza yeni nəfəs gətirən, yeni dəyərlər qazandıran nəsl, məsələn "altmışıncılar" adlandırılan yazıçı və şairlər konservatorluqda, eyni zamanda absurd yaradıcılıq sistemində, hətta... istedadsızlıqda ittiham olunurlar.
Və yaxud elə 60-cı illərin ədəbi ab-havasının daha cəsarətli təzahürü kimi görünən müasir gəncliyin ( təbii ki, bütünlüklə deyil) müəyyən mənada çılğın yaradıcılığı və münasibəti qıcıq yaradır. Burada anlaşılmazlıqlar və ya subyektiv iddialar ən çox oxucuların çaşdırılmasına yönəlir. Təbii ki, mən bütün oxucuların səlahiyyətini üzərimə götürüb fikir yürütmək fikrindən də uzağam. Ancaq mümkün qədər çox oxumağa və real nəticələr çıxarmağa çalışan bir fərd olaraq narahatlıq da keçirirəm.
Yazıçılar Birliyi məxfi bir təşkilat deyil ki, onun fəaliyyəti və ümumən ədəbiyyatımızın durumu haqqında yalnız özləri-yazıçılar, şairlər, tənqidçilər danışsın. O əsərlər ki, yazılır və o əsərləri ki, bir oxuyuruq, sözümüz eşidilməlidir. Buna bütün mənalarda haqqımız da çatır.
Bəlkə elə başa düşülür ki, daha oxucu auditoriyasına ehtiyac yoxdur? Düzdür, 70-80-ci illərin oxucu fəallığını müasir cəmiyyətimizdən ummaq mümkün deyil. Ancaq bu heç də o demək deyil ki, ədəbiyyat adamlarımız öz əsərlərini bir-birilərinin oxuması üçün yazmaq iddiasında olsunlar. Əslində peşəkarların hər biri məhz oxucu axtarışında olur. Amatör "qələmlər" üçün... dünya bir pəncərədir, sanki.
Hər halda prosesin müşahidələri bizləri belə bir nəticə çıxarmaq zorunda qoyur. Oxucu anlayışı son dövrlər o qədər də ciddiyə alınmır. Oxucu həm axtarılır, həm də ciddi sayılmır - paradoksdur! Alınsaydı son illər ədəbiyyata heç bir dəxli olmayan minlərlə kitab - maklaturalara qarşı ümumi bir mübarizə metodu fikirləşib tətbiq edərdilər. Çox təəcüblü və maraqlıdır ki, istər çılğın gənclik, istərsə də ciddi ədəbi yaradıcılıq nümayəndələri son 20-25 ildə elə hey oxucuya sırınan, hələ bir az yaxşı mənada götürülərsə, orta səviyyədən də aşağı kitabların bol-bol nəşrinə etiraz etmir, inzibati-mənəvi mübarizə aparmırlar. Əsas hədəf əsl ədəbiyyatdır. Anarın, Elçinin, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin və başqalarının ən yaxşı əsərləri. Hələ yaxşı ki, yaş məsələsində Aqil Abbas "altmışıncılar"a şamil olunmur. Yoxsa onun da indi masaüstü kitaba çevrilmiş "Dolu"sunu, eləcə Rəşad Məcidin "10 sentyabr"ını və başqalarını "bəyənmirik" deyərdilər. Belə fikirlərə düşənlərin də mövcudluğunu etiraf etməliyik. Ancaq yazmağa gələndə isə...
Azərbaycan oxucusunu və yetişməkdə olan yeni nəsli forma və məzmunu ilə anlaşılmaz kitablarla üzləşdirməyi heç laqeydlik də adlandırmaq olmaz. Zövqlü oxucu üçün bunun müəyyən qədər vərəqləyib atmaq mənasında ziyanını konkretləşdirə bilsək də, təcrübəsiz gəncliyin yaş həddi üçün aldanışı və dünya görüşünün korlanması baxımından qorxulu haldır. Azərbaycan oxucusuna sayğısıqlıq etmək yaramaz. Bu həmin oxucudur ki, hələ yetmişinci illərdə bədii ədəbiyyatmız özünün, necə deyərlər, renessans dövrünü yaşadıqda belə, ONUN zövqü və fəallığı ilə ayaqlaşmaqda zorluq çəkirdi. Azərbaycan oxucusu, bir az da dəqiqləşdirsək, peşəkar və intellektual oxucu həmişə yaxşı əsərə və özünə hörmətlə yanaşmağı bacarıb.
"Altmışıncılar" adlandırılan ədəbi nəslin ən parlaq nümayəndələri hamıya məlumdur və onların missiyası hələ uzun illər sonra da araşdırılıb dəyərləndiriləcək. Müasir ədəbi gəncliyin də sıralarında bir çox istedadlı, ədəbiyyatımızı irəliyə aparmağa qadir yazıçı və şairlərimiz az deyil. Baxmayaraq ki, onlardan bəziləri təvazökar yaradıcılıq yolunu seçsə də, bəziləri müəyyən kriterlər baxımında qəbul olunmalarına rəğmən, inkarçılıqdan da uzaqlaşmırlar. Elələri də var ki, bu, sözün əsl mənasında heç kimə lazım deyil. İddia bir yana dursun, ortalığa qoyduqları nümunələrin özü də seçdikləri postmodern ədəbiyyatın altında qalır. Misal çəkməyə utanıram. Çinki onlar da "yaradıcılıqlarını" doğma türkçəmizdə qələmə alıblar və öz "qəhrəmanlarının" timsalında yalnız utanc, aşşalıq atmosferi yaratmağa çalışıblar. Özü də çox naşı şəkildə. Axı ən azından bilmək lazımdır ki, uzunqulağı tövlədə saxlamırlar...
Hər kəsin özünə və dünyagörüşünə uyğun zövq və istedad səviyyəsi var. Bu mənada konkret istiqamətləndirək ki, bəzi postmodern yazarların münasibəti gerçəkdən təəcüb doğurur. Yəni doğurdanmı, onların tez-tez nümunə kimi göstərdikləri italyan, fransız, rus... ədəbiyyatında bəzi yazıçıların timsalındakı "təlatüm" başqa nə varsa hər şeyi inkar etdirir və ya etdirməlidir. Ədəbiyyatı dərk edib bilənlər üçün bu tip nomadizmlər - gəzəri, köçəri axtarışlar iddiaçılıqdan uzağa keçmir. Təbii, hər hansı üzdə olan yeni cərəyan mənsubu haqqında müəyyən fikirlər yürüdə bilərsən. Ancaq öz ədəbiyyatını heçə saymaq sənin savadına, dünyagörüşünə tünd bir kölgə salacaq.
Ah, zalım dostlar... Nə vaxta qədər yalnız başqa ölkələrin ədəbi əsərləri bizə nümunə göstərilməlidir? Axı biz də müntəzəmliklə oxuyuruq, elə sizləri də...
Məgər sizin inkar etdiyiniz "altmışıncılar"ın "Ağ liman"ı, "Gürcü familyası", hələ də ədəbi tənqidin layiqincə qiymətləndirə bilmədiyi (bəlkə də bacarmadığı) "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Adamlar və ağaclar"ı, "Yəmən"i, "Dolça"sı, "Qanköçürmə stansiyası", "Omaroğlunun qayıtması", "Dəyirman"ı, "Gərgədan buynuzu", "Fotofantaziya"sı... Məmməd Arazı, Əli Kərimi, Vaqif Vəkilovu, Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Eldar Baxışı... o illərin mükəmməl ədəbi hadisələri deyilmi? İndən belə kim "Ağ liman"ı o səviyyədə yazaraq altmışıncı illərin Bakı mühitini bütün havası və zümrələri ilə yaddaşlarda əbədiləşdirə biləcək? Yoxsa "Süd dişinin ağrısı"nı, "Canavar ovu"nu, "Ayrılığı", "Köhnə məktublar"ı İslandiyadan göndəriblər Ramiz Rövşənə? Bəzən mən istedadlı, ancaq naməlum iddialı gənc dostlarımızın təfəkkürlərindəki rabitəsizliyə- amensiyaya təəcüb edirəm və bu təəcübümü yaşıdlarımla bölüşürəm. Onlar ilin-günün bu vaxtında bizlərə Viktor Hüqodan, Servantesdən, Conatan Sviftdən "dərs keçirlər". Halbuki bizlər, eləcə də Azərbaycan oxucuları, lap elə götürək mütərəqqi baxışları ilə fərqlənən intellektuallar bu yazıçıları nəinki çoxdan, lap çoxdan oxuyub dəyərləndirmişik. Hətta kitabxanalarımızın rəflərində də sıralamışıq. Eləcə Kamyu, Kafka, Hemenquey, Dostoyevski, Tolstoy, Pasternak, Axmatova, Svetayeva, Rasputin, Aytmatov, Henrix Böll, Matovesiyan, Dumbadze, Milan Kundera və başqalarını. Bəlkə fransız romantizmindən danışaq və ya Latın Amerikası ədəbiyyatından, ya bəlkə Skandinaviya "kölgələrindən"...
Mən indi əlimdə qələm nə öz doğma ədəbiyyatımızın nə də dünya ədəbiyyatının nümayəndələrini kvalifikasiya etmək əhvalında deyiləm. Yadıma daha tez nə düşür, onu yazıram. Adlarını çəkdiyim və çəkmədiyim ədiblərin müqayisəsi formal xarakter də daşıya bilər. Əsas odur ki, zövqlərin auditoriyaları da nəzərə alınmaqla hansı ədəbiyyatın, hansı əsərlərin yaddaşlarda kök salmasıdır. Təbii ki, böyük istedadlar və böyük əsərlər belə bir səlahiyyəti real dəyərlərlə qazanırlar. Ədəbiyyatın klassik ənənəsi hansı ədəbi məktəb və ya cərəyanın mənsubluğundan asılı olmayaraq öz şedevrlərini zaman-zaman oxucuya təqdim edir və qəbul olunur.
Mənə ayrılan yer söhbətin yekunlaşmasını tələb etdiyindən mövzunun estafetini sevimli həmkarlarıma ötürürəm. Mən eyni zamanda bir məsələni də etiraf edərək bildirirəm ki, bütün hallarda oxucuların tərəfindəyəm. Əsas məsələ oxucuyla dost olmaq, oxucu zövqünə hörmətlə yanaşmaq mədəniyyətidir. İstərdim ki, məhz belə bir yanaşma qurultayın leytmotivini təşkil etsin.
...Və cənab altmışıncılar, eləcə yetmişincilər, səksənincilər və sonrakılar! Cənab modernistlər, cənab mühafizəkarlar və əsl ədəbiyyat yaradıcıları! Oxucu kütlə deyil, cazibə zümrəsidir. Ondan uzaqlaşmayın. Bir də gördünüz oxucular özləri birləşib qurultay çağırdılar. Oxucuların qurultayını...

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK