adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Erməni polemikası barədə bezdirici qeydlər

ELÇİN HÜSEYNBƏYLİ
65166 | 2012-12-18 23:34
Başağrısı olmasın, dostlar, bu yazını qələmə almağımın bir neçəsəbəbi var. Köhnə kişilər demiş, biriminji səbəb bu mövzu barədə ciddi polemikyazının olmamasından gedir. Və bir müdrik yazıçımızın təbirincə desək, görürəm ki, heç kim yazmır, özüm yazmağaməcburam.

Burası belə.

Söhbət bir müddətdir, mətbuatda müzakirəyə çıxarılan, amma çox zamanbirtərəfli qaydada işıqlandırılan "Gözünə gün düşür" hekayəsi və ermənilərin çəkdiyi "Əgər hamı...", yaxud "Əgər bütün ermənilər" filmindən gedir.

Məslənin mahiyyətindən xəbərdar olmayan bəzi mütəxəssislər, yaxudbəsit düşüncəli KİV nümayəndələri bu məsələni təxminən "sizin it bizim qapımızdan birayaqqabı tayı apardı" kimi yozmağa başlayıblar. Ayaqqabı ayaqqabıdır da, qızıl deyil ki...Halbuki məsələ bir qədər sadə, həm də qəlizdir.

Sadəliyi ondan ibarətdir ki, ermənilər Qarabağ barədə bir film çəkib "Oskara" təqdim ediblər, qəlizliyi də ondan ibarətdir ki, azərbaycanlı birmüəllifin əsərindən yararlanaraq, hadisələri təhrif ediblər.

Burası da belə.

Dostlar, bəziləri bu hadisəni belə qələmə verir, yaxud bu cür yozmağaçalışır: Azərbaycanlı yazıçı ermənilərin çəkdiyi filmin ideya və sücetini özadına çıxır. Halbuki bu, elə də ciddi bir iş deyil və bu məsələni biz qabartsaqermənilərin dəyirmanına su tökmüş olarıq. Xub. Tamam doğru. Bu məsələ, doğrudanda rasional düşüncənin məhsuludur. Ermənilər yenə də öz əzabkeşliklərini bütündünyaya car çəkəcəklər. Amma yox. Dostlar, polemika bu cür bəsit düşüncəüzərində qurulmamalıdır.

Bəndəniz və onun fikrinin daşıyıcıları dəfələrlə büyurublar ki,dövlətin ideoloci konsepsiyası olmalıdır. Nədir axı bu ideoloci konsepsiya?Mənim başa düşdüyüm sadə sxem təxminən belədir: kiçiyindən böyüyünə,vəzifəsinin balacalaığından tutmuş lap yekəsinə qədər - hər kəs ümummilli maraqkəsb edən məsələlərdə bir nöqtədən çıxış eləməlidir. Məsələn, biz ermənilərlə sülhdən danışırıqsa, ondaareoportda hansısa ermənini şapalaqlamamalıyıq, dinc hərbi təlimlərdə onlarıbaltalamamalıyıq, yaxud hansısa beynəlxal konfranslarda çığıra-çığıra ermənilərinbizə düşmən olmağını bəyan etməməliyik. Düşmənlə necə bir sərhəd və ölkədaxilində yaşamaq olar?

Biz sülh danqışıqlarına və çağırışlarına adekvat münasibətbəsləməliyik. Uzatmaq istəmirəm. İdeoloci məsələyə bir qədər dəxli olan adamlarbir şeyi dəqiq bilirlər. İnformasiyanın geniş götürülmüş iki növü var: daxiliistifadə üçün və xarici istifadə üçün. Birincidə yalnız bizim başa düşdüyümüzdildə danışmalı və mesaclarımız da bunun üstündə köklənməlidir. Məsələnermənilərlə sülh danışıqlarından danışırıq, amma hərdən bir xatırladırıq: "itlə dost ol, çomağı yerə qoyma". Yəni bu məsələdə də ehtiyatlıolmalıyıq. Çünki bizi həm bizdən də bic ermənilər, həm də onların dəstəkçiləriolan xaçpərəst missionerlər izləyr.

Xaricə ötürülən informasiyalar daha ölçülü-biçili hərəkətlər tələbedir. Çünki biz xaçpərəst dünyaya çıxırıq. Və bu informasiyaya təkcə hansısahadisə barədə xəbər yox, həm də mədəniyyət məkanı və orada baş verən proseslər,məhsullar daxildir. Yəni Avropaya əfqan muzdlularını xatırladan saqqalıdöyüşçülərlə və adamı vahiməyə salan silahla çıxmaq olmaz.

İndi keçək hadisədən bir qədər az anlayışı olanlara erməni polemikasıbarədə geniş məlumata. Kim bu təkrarçılıqdan usanacaqsa (əslində, mən ilkdəfədir ki, bu barədə yazıram), məni məzur tutsun.

"Yol" filminin recissoru Fehruz Şamıyev mənə zəng edib təxminən belə dedi:Xəbərin varmı ki, ermənilər sənin hekayəni oğurlayıb, film çəkiblər, özü də "Oskara" təqdim ediblər. Mənim xəbərim yox idi, amma bu meçacdan sonra oldu.Bəndəniz ədəbi cameənin ağsaqqalları, eləcə də müəyyən qurumlarlaməsləhətləşmədən sonra bir mətbuat konfransı da yapdı və bu barədə ictimaiyyətəmesac da verdi. Amma bu məsələnin üzdə olan və xırda tərəfidir. Söhbət "ermənilər mənim hekayəmdən bəhrələnib"in üstündə qurulmamalıdır. İşondadır ki, ermənilər süceti öz xeyirlərinə dəyişiblər və məlum olub ki, işğalaltında olan, iyirmi ilə yaxındır ki, çöllərə düşən azərbaycanlılar yox,ermənilərmiş. Deməli, yenə də bizi qabaqladılar. Çünki həmin filmi biz də çəkəbilərdik. Düzdü, çəkdik, amma qısametraclı.

Dostlar, mən burada kimisə qınamaq fikrində deyiləm, çünki ümummilliməsələlərdə öz soydaşlarını qınamaq əbləhlik olardı. Mən sadəcə olaraq diqqətibizim daim gecikməyimizdə və quyruqda sürünməyimizdə axtarıram.

Maraqlı bir əhvalat da deyim. Bu günlərdə rus saytlarına girib özhekayəmi bir daha nəzərdən keçirmək istədim. Nə görsəm, yaxşıdır. Vikipediyadı "Gözünə gün düşür"lə bağlı (maraqlananlar üçün,hekayənin ruscası "Solntse byot v qlaza"dır) maraqlı və əhatəli inofrmasiyaya, təhlilə rast gəldim. Siz dəgirin baxın. Həm bəndənizin hekayəsinin süceti, həm də erməni filminin sücetiparalel olaraq verilir və təhlil olunur. Maraqlı paralel alınır: hər iki əsərdəişğal altında olan torpaq, ata məzarı, sülhün rəmzi olan ağac, əsir götürülməvə ümumi razılaşma yolu ilə azad edilmə. Ermənilər bizdən fərqli olaraq buməsələyə daha həssas yanaşıblar.

Filmin həmssenaristlərindən biri Mikael Poqosyan "Yerpress.am" saytına müsahibəsində "plagiatdan söz gedə bilməz" deyir. Halbuki mən də "plagiat" sözünü işlətməmişəm və MüəllifHüquqları Agentliyinə də müraciətimdə göstərmişəm ki, biz erməni filmininssenarisini şübhə altına ala bilərik. Poqosyan daha sonra etiraf edir. Bəli busücetlərdə oxşarlıqlar var, amma o qədər də yox. "Amma boynuma alıram ki, hekayə peşəkarlıq baxımından çox yaxşıyazılıb". Sonra əlavəedir: Onda gərək biz də Hüseynbəylinin hekayəsini plagiat sayaq, çünkiermənilərin "Toska" ("Xiffət")adında bir filmi var, onun da qəhrəmanı öz doğma el-obasında ölmək istəyir.Ondan öncə isə belə deyir: film barəsində biz hələ 2010-cu ilin əvvəllərindcədüşünməyə başlamışdıq. Stop. Bəndənizin hekayəsi 2010-cu ilin fevralında çapolunub. Amma erməni nə qədər bic olsa da, fakt qarşısında acizdir və yumşaqdesək düz demir. Çünki filmin çəkilməsi barədə göstərişi Sərkisyan Ermənistanınmüstəqilliyinin 20 illiyilə bağlı verib. Erməni olanda nə olar. Onların ağıl vəbacarığına şəxsən mən şübhə eləmirəm. Məsələ burasındadır ki, iki müəllif eynizamanda və eyni cür düşünə bilməz. Bu, fiziki kəşf-zad deyil ki. Deyək ki, mənbir roman yazıram və ərinə xayanət edən Məlahət adlı bir qadın Məhəmmədəvurulur, sonda özünü qatarın altına ataraq intihar edir. Adamnan soruşarlar ki,balam, intihar edir-etsin, amma niyə özünü məhz qatarın altına atır?

Və bir erməni bicliyi. Poqosyan deyir: Hüseynbəyli bir məsələdəhaqlıdır: hər kimizin ağacı sülhün rəmzidir. Yoldaş Poqosyan, sənin sülhünlə,mənim sülhümün fərqi var. Mənim qəhrəmanım işğal altında olan doğma torpatındaölmək istəyir və orada ağac əkir, sənin qəhrəmanın isə özgə torpağını ələkeçirmək istəyəndə şəhid olur.

Bax bu fərqi, hörmətli soydaşlarım, biz ermənilərə adekvat və ondangüclü film çəkməklə göstərə bilərik. Buna bizim ağlımız, istedadımız və pulumuzçatar...

Hər kəsin öz həqiqəti var və onu qəbul etmək lazımdır. Amma bizimhəqiqətimiz onlarınkından güclüdür.

Elə bilirəm ki, bununla da erməni polemikasına son qoymağına dəyər,dostlar...

17-18 dekabr 2012

Elçin Hüseynbəyli

TƏQVİM / ARXİV