ANA SƏHİFƏ / YAZARLAR

KARDELEN

(Dostum Abdulla Yusifov üçün)

17126    |   2014-01-09 00:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Stajlı futbol həvəskarları unutmayıblarsa, keçmişlərə aid bir məsələni xatırlatmaq istəyirəm. Çünki səbəb var. O vaxtlar futbol üzrə SSRİ çempionatının təqvimləri Avropa ölkələrindən fərqli idi. Mən bunu 60-cı illərin sonlarına doğru orta məktəbin axırıncı siniflərində oxuyarkən və özüm də artıq küçələrdən yığışıb futbol meydanlarına çıxarkən öyrənib bilmişdim. Keçmiş SSRİ-də futbol çempionatı hər il mart ayının ortalarından başlayaraq noyabr ayının ortalarınadək davam edirdi. Özü də təqvim elə tərtib olunurdu ki, çempionatın ilk və son turları mütləq cənub komandalarının stadionlarında keçirilsin. Məsələn, Tiflisdə, əgər "Torpedo" "A" qrupundadırsa Kutaisidə, Bakıda, İrəvanda, Daşkənddə... Çempionat təqviminin başqa bir qəribəliyi də vardı. Əgər hər hansı bir komanda birinciliyə öz meydanında başlayırdısa, dalbadal 3-4 rəqibini qəbul edirdi. İndiki kimi həftədə bir dəfə yox, dörd gündən bir meydana çıxırdı. Sonra da eyni sayda səfər oyunları başlayırdı. Məsələn, "Neftçi"nin azarkeşləri bəzən 20 günə yaxın doğma komandalarını öz stadionlarında görə bilmirdilər.
Birinciliklərə cənub komandalarının stadionlarında start verilib, həm də yekunlaşması isə hava şəraiti ilə bağlı idi. Nəhəng ölkənin şimalında bəzən elə noyabr ayının əvvəllərindən qarlı-şaxtalı günlər başlayırdı. Qış sanki ilin texniki təqvimindən "kənara çıxmayaraq" martın ortalarınadək davam edirdi.
...Və elə həmin vaxtlardan SSRİ Futbol Federasiyası komandaların uzun müddətli qış tətilini qısaltmaq və növbəti çempionata daha yaxşı hazırlaşmaq üçün maraqlı bir turnir təşkil etmişdi. Baxmayaraq, "A" qrupu komandalarının əksəriyyəti 10-15 günlük də olsa havası mülayim olan xarici ölkələrə səfərlər etmək imkanı qazanırdılar. Hətta təlim-məşq toplanışında bir neçə yoldaşlıq görüşləri də keçirirdilər. Ancaq bütün bunlar 3 aydan çox çəkən "futbolsuzluğu" kompensasiya edə bilməzdi.
Məhz "Podsnejnik", yəni "Novruzgülü" turniri də həmin illərdən start götürməyə başladı. Fevralın əvvəllərindən sonunadək təqvim üzrə ölkənin bütün stadionlarında azarkeşlər erkən futbolu qarın, palçığın içində izləyirdilər. Turnirin adı - "Podsnejnik" də çox uğurlu tapıntı idi. Çünki vədəsi çatan kimi yəni yanvarın sonu - fevralın əvvəli təbiətin heç bir sərtliyinə tabe olmadan qarın altından da olsa baş qaldırıb günəşi axtarırdı...
Bu nostaljini mənə yaxınlarda Türkiyənin idman mətbuatı yenidən yaşatdı. Məlumdur ki, "Qalatasaray"ın İtaliya çempionu və hazırkı lideri "Yuventus"u məğlub edərək çempionlar liqasında yoluna davamı uzun müddətdir gündəmdən düşmür. Yazarlar və televiziya şərhçiləri müntəzəmliklə bu olayı xatırladır və "Qalatasaray"ı növbəti qələbəyə ruhlandırırlar.
Bütün bunlar təbii qarşılanır. Ancaq italiyalılar üzərində qələbənin əsas "günahkarı" - həlledici qolun müəllifi Şneyder də hər dəfə böyük rəğbətlə xatırlanır, onun həmin qarlı-şaxtalı havada əsl cəngavər kimi döyüşməsi qürurla diqqətə çatdırılır. Qəzetlərdən biri isə futbolun bu məqamını bədiiləşdirmişdi və bundan uğurlu tapıntını düşünmək belə mümkün deyildi.
Şneyder inadkar novruzgülü çiçəyi kimi sanki qarın altından qəfil boy ataraq hamını heyran qoymuşdu.
Şneyderi Kardelenə bənzətmişdilər, yəni Novruzgülünə...

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK