ANA SƏHİFƏ / YAZARLAR

SOÇİ: TƏZADLAR, SİRLƏR VƏ GÖZƏLLİKLƏR ŞƏHƏRİ

51527    |   2014-01-08 07:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qış Olimpiadaları daha çox planetin şimal ölkələrinin və ərazisinin əksər hissəsi hündür dağlıqlarda yerləşən böyük və kiçik dövlətlərin təkrarolunmaz idman bayramları kimi yaşanır. Bu oyunlar Yay Olimpiadalarının fantastik masştabına sərhədlənə bilməsə də, hər halda özünün ecazkar görüntüləri və yaşamı ilə yüz milyonların qəlbini isidir, necə deyərlər, şaxtalı havaların oksimoron əhvalını da təlqin edə bilir. Bir-birindən gözəl yarışlar, rekordlar və qələbə sevincləri ilə...
XXII Qış Olimpiadasına az vaxt qalır. Nə qədər paradoksal görünsə də növbəti Qış Oyunları Rusiyanın ən cənub kurort şəhəri olan Soçidə keçiriləcəkdir. O şəhərdə ki, elə fevralda, olimpiada vaxtı, Qara Dəniz İncisinin küçələrində gavalı, alça, ərik ağacları çiçəkləyir, temperatur bəzən 15-17 dərəcəni də ötüb keçir. Park Rivyerada, Daqomısda, "Kaskad" ətrafında, Bıtxada, məşhur Soçi Dendrarisində, mərkəzi küçə və prospektlərdə hərdən-hərdən erkən yaz havası dolaşır, baharın ətri hiss olunur. Bunlar gözəllər gözəli Soçinin dənizkənarı görüntüləridir. Ancaq Adlerdən tutmuş Lazarevskiyədək qəsəbə və rayonları ilə birlikdə Qara dəniz boyunca 150 km-dək uzanıb qurulan bu füsunkar şəhərin həm də yüksək dağlıq hissələri, əfsanəvi Rıtsa gölü ətrafı, "Qafqaz aulu" adlanan və yay fəslində belə adamı üşüdən əraziləri də var. Dəxli yoxdur, şəhərin mərkəzindən tutmuş, ucqarlarınadək Soçi Olimpiyadaya yüksək səviyyədə hazırlaşıb. Bütün idman qurğuları təbii qış şəraiti ilə yanaşı, süni qış meydanlarına çevrilə biləcək texnoloji şəraitdədir.
Dünya möhtəşəm bir idman bayramının intizarında olarkən... ordan-burdan boykot sədaları da eşidilməkdədir. Böyük idman bayramlarını bu cür nozematozla yoluxdurmaq istəyənlər isə həmişə cılız siyasətçilər olurlar. Necə ki, yaxın keçmişimizdə, Moskva və Los-Anceles Yay Olimpiadalarında boykota hətta ən yüksək dövlət rəsmiləri səviyyəsində də cəhdlər göstərilmiş, boykot məhəlli şəkildə baş tutsa da, yenə nəticə etibarilə idman və idmansevərlər qalib gəlmişdilər. Götürək ki, bütün bunlar, bir növ "soyuq müharibə" dövrünün sonlarına doğru idmandan siyasi məqsədlər üçün xəstə təxəyyüllərin ideya və cəhdləri idi. İndiki məqamda isə bu bir növ Şimali Koreya üslublu paranoyyaya bənzəyir.
Bütün hallarda Soçi Olimpiyadası keçiriləcək. Cənub ölkəsi olmasına baxmayaraq, yəqin az sayda Azərbaycan İdmançıları da bu yarışlara qatılacaq. Və çox güman ki, telekanallarımızdan hansısa biri dörd ildən bir keçirilən bu əsrarəngiz idman bayramını tamaşaçılara hədiyyə edəcək. SSRİ dövründə yaşamış orta nəsl adamları Qış Olimpiadalarının zövqünü unutmayıblar...
Xatırlayırsınızsa, XXI Qış Olimpiadası faciə ilə başlansa da (gürcü kirşəçinin məşq zamanı ölümü), bütövlükdə Kanadanın Vankuver şəhərində keçirilən və tamaşasından doyulmayan bu "Qış nağılı" sevinclərdən axan göz yaşları ilə də yaddaşlara köçmüşdü. O vaxt İctimai Televiziya uzaq Kanadadan müntəzəm transliyasiyalar, reportajlar verməklə orta nəsl adamları üçün xoş nostalji bəxş etmişdi. Həm də gənclərin marağı, bütünlükdə isə insanların zövq və istirahəti baxımından gözəl bir təşəbbüs idi. Bəlkə də yüz serialdan da qiymətli hədiyyə demək olardı bu hadisəyə.
Yeri gəlmişkən, Soçi Olimpiyadası ərəfəsində XXI Qış Olipiyadasının bəzi maraqlı detallarını da xatırlamaq yerinə düşərdi. Məlum olduğu kimi Oyunlar keçən əsrin əllinci illərindən həmişə favoritlər sırasında olan Rusiya idmançılarının gözlənilməz (bəlkə də elə gözlənilən!) fiaskosu ilə tarixə düşdü. Şimal qonşularımız hər dəfə öz "medal xurcunlarında" Moskvaya daşımağa vərdiş etdikləri əsas mükafatların heç birini qazana bilməmişdilər. Cəmi 3 qızıl, 5 gümüş, 7 brünc medalla ümumi komanda zaçotunda 11-ci yerlə kifayətlənmişdilər. Əgər kimlərsə SSRİ-dən "qopmaların" nəzərə alınmasını yada salarsa, buyursunlar: Latviya 2 gümüş, Qazaxıstan və Estoniya isə hərəyə 1 gümüş. Nəticə bu dərəcədə acınacaqlı olmuşdu.
Məlumdur ki, Qış Olimpiadalarında ən yüksək yerlərə həmişə bu komandalar iddialı olub: ABŞ, Rusiya, Almaniya, Norveç, Avstriya... Kanada heç birinci altılığa da göz dikə bilməyib.Yalnız ayrı-ayrı növlərdə çoxsaylı üstünlükləri olub. Olimpiadalarda meydan sahibi olan, əgər özünəməxsus potensialı yoxdursa, çox cüzi üstünlük əldə edə bilər. Bunu şahidlik etdiyimiz bir sıra Oyunlar boyu izləyib nəticə çıxarmışıq. Onda bəs necə oldu ki, kanadalılar Qış Olimpiadasının mütləq qalibləri kimi tarix yaza bildilər? Üstəlik bir Olimpiadada ən çox qızıl medal qazanan ölkə kimi də rekord əldə etdilər. Doğrudur, Kanadanın əyarıdan asılı olmayaraq müəyyən qədər medal qazanacağı şübhə doğurmurdu. Ancaq daha bu səviyyədə də yox ki! Ölkə idmançılarının 3-4 il ərzində seçilib hazırlanması, ən müasir vasitələrdən istifadə edilməsi, vətənpərvərlik ruhuna köklənməsi ciddi yanaşmalardır. Eyni zamanda idmançıların özlərinə deyil, məhz ən yüksək keyfiyyət göstəricilərinə istiqamətləndirilməsi üçün əlavə olaraq 180 milyon dollara yaxın pul xərclənmişdi. Bütün bu rasional və ağıllı yanaşmanın, qeyri-adi əzmkarlığın nəticəsi olaraq Kanada 14 qızıl, 7 gümüş və 5 brünc medal qazanaraq ABŞ, Almaniya, Norveç və Rusiya kimi yüksək potensial sahiblərini üstələdi. İndi xatırlayıram ki, o vaxt Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqqe təşkilatçılığı yüksək qiymətləndirməklə yanaşı, Qış Olimpiadalarında medallara namizədlərin çoxalmasını, hətta Cənubi Koreya kimi ölkələrin də yüksək yerlərə iddialı olmalarını böyük inkişaf kimi hansı meyarlarla dəyərləndirirdi. Belə bir dəyərləndirmədən nəticə çıxararaq qərara gəlmək olar ki, 2014-cü ilin Qış Olimpiadası daha çox diqqət mərkəzində olacaqdır. Eyni zamanda Rusiya öz keçmiş və yeni tarixində ilk dəfə olaraq Qış Oyunlarına ev sahibliyi edəcək. Həm də revanş üçün bundan yaxşı fürsət də ələ düşməz.
Bütün hallarda XXII Qış Olimpiadasını səbirsizliklə gözləyir və bu dəfəki oyunların daha maraqlı keçəcəyinə də ümid edirik. Soçi öz füsunkar gözəlliyi ilə yanaşı, Olimpiyada şöhrətinə də ucalacaq. Burada idman, dostluq və sülh... arzuların zirvəsində yaşayacaq.

P.S XXI Qış Olimpiadasının qalibi olmuş Kanada idmançılarını və qonaqları növbəti Olimpiadanın paytaxtı bir çox özəllikləri ilə şübhəsiz heyran edəcəkdir. Bəlkə də "Ağcaqayın yarpaqları" Soçidə özünü elə evdə olduğu kimi düşünəcək. Axı görənlər bilir ki, Soçi şəhərinin küçələrində subtropik bitkilərdən daha çox məhz gözəl Kanada çinarları kimi tanınan ağcaqayınlar ucalır.


Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK