adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

“Dolu” üzərində gəzişmələr

REY KƏRİMOĞLU
388273 | 2013-12-25 14:10

Rey Kərimoğlu

Nəhansısa bədi əsərlə, nə də filmlə müharibənin dəhşətini, ağrı-acısını,təfsilatını tam vermək olmur. Açığı, bu, çox çətin məsələdir. Adətən yalnızmusiqi ilə o da müharibənin ümumi kədərini, hüznünü vermək olur. Amma eləəsərlər, filmlər var ki, onlar bu məqsədə çox yaxın olurlar. Məncə, "Dolu” bubaxımdan ən uğurlu sənət işidir. Əlbəttə "Dolu” "Şillerin siyahısı”, "Pianoçu”,"Baharın 17-ci anı”, "Hərb və sülh ” deyil, amma mövcud şəraiti, imkanlarınəzərə alanda hədəf dəyən filmdir. Kənardan durub ortalığa çıxan istənilən işəağız büzmək, qulp qoymaq asandır, adama deyərlər ki, şou-biznesin at oynatdığı,dəyərlərin, ölçülərin itdiyi bir zamanda kişisən çıx ortalığa və Qarabağlabağlı nəysə elə, tamaşaçıya sevdir! Belə bir məqamda bu ikiqat çətin məsələdir.Aqil Abbas həm romanda, həm də filmdə bu işin öhdəsindən gəlib. Düzdür, filmhəm də rejissorun və filmin kollektivinin əməyinin bəhrəsidir, ancaq bilirikki, Aqil Abbasın da bu işdə xeyli əməyi olub.

Əslində,Qarabağ savaşının yaratdığı dəhşətlər fonunda bu da bizim müharibəyəbaxışımızdır. Özü də ədaləti baxışımızdır, düşünürəm. "Dolu”nu oxuyanda da,filmə baxanda da elə məqamlar olurdu ki, özümü orada görürdüm. Sanki yenə dəyanımda kimlərsə yaralanırdı, şəhid olurdu. Bəzən yaralarım sızıldayırdı...Bu damüəllifin özünün müharibənin acısını birbaşa yaşamasından, onun içindənkeçməsindən irəli gələn məsələdir. Əsərdəki qəhrəmanlar ümumidir, amma həm dəkonkret şəxslərin xarakterləri var onlarda.

Heçkəsə sirr deyil ki, hadisələr Ağdamda cərəyan edir. Anaq bütün Qarabağrayonlarında baş verən hadisələrin detalları var orada. Müharibə görmüşneçə-neçə ağdamlı, cəbrayıllı, laçınlı, şuşalı, qazaxlı, şəkili, bakılı,naxçıvanlı döyüşçü gördüm, deyirlər ki, Aqil Abbasın yazdıqları onlarınbatalyonunda olub, "Pələng”, "Drakon” da onların yanında şəhid olub! Bəli,onlar düz deyir, çünki müəllifin o qəhrəmanları realdır, uydurma heç nə yoxdur.Və hər döyüşçü bu hadisələrin şahidi olub.

Bufilmlə bağlı çox rəylər verilib, əksəriyyəti də müsbət olub. Ammabəyənməyənlərin bir məqamı vurğulamasına diqqət çəkmək istəyirəm. Pələngin ölümsəhnəsi, bir əsgərimizin şəhid olan an dediyi son sözlər:

-Drakon, mən qız görmədim!

Bəziləribu səhnəni anlamadıqlarını deyirlər. Tamam, başa düşüləndir, kiməsə çatmayabilər bu səhnə, lakin bu həqiqəti əks etdirir, realdır. Özüm 3 nəfərlə düşmənarxasında yaralanmışam. Döyüşçü dostlarım Xalidlə Azad da yaralı olmaqlarınabaxmayaraq, məni düşmənin içində çıxarıblar. Nələr danışmamışam, nələr diləgətirməmişəm o halsız vaxtımda? İndi də uşaqlar arada bunu deyib kədərlənir,bəzən də gülürlər...

AqilAbbasın "Dolu”su digər döyüşçülər kimi, mənim də yanımda baş verənləri əksetdirir.

***

1992-ciil, mayın 15-də şəhid olan 19 yaşlı Sənan Rüstəmov da "Pələng” idi...

Əynindədöyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquzyaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxasıdeşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinəqabırğalarını qırıb dağıtdığından ürəyinin çırpındığı aydınca görünür. Tozlaqan qarışıq "palçığa” bulaşmış ürəyi hələ də döyünür...

Parçalanmışürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nəağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir,amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıramki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adınımənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi,çox gec. Gərək dünən təkid edəydim. Artıq nə mənası var...

Çoxgənc olmasına baxmayaraq, Sənanla dəfələrlə dərdləşmişdim. Keçmişindən çoxdanışmışdı. On doqquz yaşlı gəncin keçmişindən nə qədər danışmaq olarsa...Həzin və şirin səsi vardı Sənanın. Təbi gələndə bir də görürdün avtomatını tarkimi sinəsinə çarpazlayıb oxuyur... Ən çox da "Qarabağın maralı”nı oxuyurdu.Bilirdim ki, sevdiyi var. Hərdən özü söz salardı ondan, arada soruşurdum ki,kimdir sevdiyin? Cavab verməzdi, yayınardı cavabdan. Cəmi bir gün əvvəl bunlarıdemişdi mənə:

-Qaqa, saa deyəjəm! Amma heç kimə demə ha! Papam bilsə...

Ammayenə demədi. Vədinə əməl etmək qismət olmadı.

İndigözəl bir yaz günündə, təbiətin ən füsunkar çağında, insanın qanının qaynadığı,yaşamaq eşqinin artdığı bir vaxtda bu sevdalı gənc oğlan qollarım arasında canverirdi.

Heyf!Onda sevdiyi qızın adını təkidlə soruşmadığıma peşman idim. Amma gec idi, çoxgec... Çünki indi o, ruhu Tanrı dərgahına hazırlaşan bir yaralıydı...

Gözlərindənyaş axmağa başladı. Göz yaşları barıt tüstüsünə, palçığa və qana batmışsifətindən çənəsinə doğru iki çığır açdı.

****

Filmbütövlükdə müharibənin dəhşətini, ağır-acısını Azərbaycanın haqlı mövqedəolduğunu əks etdirir. Xırda nöqsanları nəzərə almasaq, məncə, əsərdə yeganəçatışmayan məqam onun bəzi məqamlarının informasiyalı oxucu, tamaşaçı üçünyazılması və çəkilməsidir. 1988-1993-cü illərdə Qarabağda və Ermənistanlahəmsərhəd rayonlarda baş verənləri bilmədən o romanı, filmi tam anlamaq birqədər çətin olacaq.

Filminmusiqisi çox uğurlu alınıb! Bu musiqi filmi tamamlayır, elə bil müharibəninsızıltısıdır...

AqilAbbas başda olmaqla bütün yaradıcı heyətə uğurlar arzulayıram.



TƏQVİM / ARXİV