adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
30667 | 2012-12-14 23:37

"Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular vəbütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədənolduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcəədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənəelə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil,başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkkolunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıya bir dərnəkdə var.Həmişə gönlüm istəyib ki, beləbir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı, Türkiyə ayrı.Hərzaman adları ortalıqda hallanan yazar və sənət adamları sornakı nəsiltərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Mən kiminsə müdafisinəqalxmaq məqamından uzağam. Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaqistərdim.Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdirbunlar?

***

- Mənə elə gəlir ki, bir az qapalı həyat yaşayırsan. Arada-burada azgörünürsən. Nədir bu özünə qapanış, bir incikliyinmi var, dostlarındanmıxəyanət görmüsən, yoxsa?..

- Bilirsinizmi, insan yaşadığı dövrün, mühitin məhsuludur. Onuntəkamülündə zaman və mühit başlıca rol oynayır. Mən qanlı-qadalı Böyük Vətənmüharibəsi illərində - 1942-ci ildə dünyaya göz açmışam. Lap körpə yaşlarımdanvalideynlərimi itirmişəm. Atam müharibədə həlak olub. Nə o məni görüb, nə mənonu. Mən ata nənəmin himayəsində böyümüşəm. Ata nənəm çox xanım-xatın bir qadınidi. Kənddə onun xətrini çox istəyirdilər. Çox düşərli əli vardı. Xəstələnənləronun yanına axışırdılar. Və hamısı da bir-iki gündən sonra şəfa tapırdılar. Mənhəmişə fikirləşirdim: Görəsən nənəm bunu necə edir? Bu sualın cavabını heç cürtapa bilmirdim. Nəhayət, ötən əsrin 80-ci illərinin axırlarında Tofiq Dadaşovlagörüşüb onun haqqında silsilə yazılar və sonralar kitab yazanda anladım ki,nənəmdə güclü bioenerji varmış, həm də şəfaverici otlardan istifadə etməyibacarırmış. Nəticədə özüm də hiss etmədən üz-gözümdə qaraqabaqlıq, nədənsənarazılıq cizgiləri formalaşırdı. Amma bütün bunlara rəğmən mən həmişə nikbinolmuşam. Universitetdə oxuduğum dövrlərdə də, ondan sonra da heç kim mənimvalideynlərsiz böyüdüyümü hiss etməyib. Davranışım, geyimim, yaşam tərzim bunaimkan verməyib. O ki qaldı arada-burada az görünməyimə, bunun da obyektivsəbəbləri var. Başlıca səbəblərdən biri odur ki, mən iki dəfə infarktkeçirmişəm. Bir neçə dəfə Mərkəzi Klinik xəstəxanasında müalicə olunmuşam.Təngnəfəsliyim və halsızlığım olur. Müalicəmi "Oksigen" klinikasındadavam etdirirəm.

- Çox işlənmiş sual olsa da, bilmək istərdim, jurnalistikanı seçməyindəbir təkan olubmu? Yoxsa Allaha təvəkkül deyib sənədlərini vermişdin və ozamanın ən gözəl fakültələrindən biri olan jurnalistikanı qazanmışdın?

- Bu sualı cavablandırmaq üçün bir qədər əvvəldən başlamaq istəyirəm. Vəbəri başdan onu deyim ki, mənim jurnalistikaya gəlişim təsadüfi olmayıb. Hələorta məktəbin altıncı sinfində oxuyan zaman İrəvanda çap olunan "SovetErmənistanı" qəzetinə (bu qəzet Mərkəzi Komitənin orqanı idi) ara-sırayazılar göndərirdim və onlar bu yazıları çap edib qonorar göndərirdilər. QonşuTbilisi şəhərində çıxan "Sovet Gürcüstanı" qəzetində də (o da MərkəziKomitənin orqanı idi) ara-sıra şeirlərim çıxırdı. Buna görə də orta məktəbdəşagird olmağıma baxmayaraq, kənddə böyükdən-kiçiyə hamı mənə hörmətləyanaşırdı. Təbii ki, bu məni ruhlandırırdı və yazı-pozuya sevgi yaradırdı.

Bir dəfə mən Maksim Qorkinin iri bir kitabını götürüb oxumağa başladım.Çox xoşuma gəldi. Şəmistana göstərib dedim belə bir kitab var, get sən də götüroxu. O gedib, amma o kitabdan olmayıb, ona oxşar yekə bir kitab götürüb.Gətirib oxuyub, heç bir şey anlamayıb. Sən demə, bu Karl Marksın"Kapital" əsəri imiş. Sonralar biz bu əhvalatı tez-tez xatırlayıbgülürdük.

O ki qaldı mənim yazı-pozu sahəsinə gəlməyimdə kiminsə təqsiri, örnəkolması məsələsinə, bəli, belə bir şəxsiyyət olub. O mənim qohumum, yazıçıNəriman Süleymanov idi. O, mənim yazı-pozuya marağım olduğunu bilirdi.

Nəriman Süleymanov çox xeyirxah, həm də olduqca aristokrat adam idi. Onuyaxından tanıyanlar ona təmizlik etalonu adı vermişdilər. Jurnalistikaya olansevgim hər şeyi üstələmişdi. "Sovet Ermənistanı", "SovetGürcüstanı" qəzetlərində çıxan yazılarım, şeirlərim elə bil mənihavalandırmışdı.

1959-cu ildə orta məktəbi bitirib ali məktəbin qəbul imtahanlarınahazırlaşmağa başladım. Beləliklə, mən iyulun ortalarında Bakıya gəldim.Sənədlərimi hazırlayıb universitetin jurnalistika şöbəsinə vermək istədim.Qəbul komissiyasında mənə dedilər ki, bu şöbənin ancaq qiyabisi var. Ora daimtahanlar çoxdan qurtarıb. Məcbur olub sənədlərimi filologiya fakültəsinəverdim. Xatırladım ki, bir neçə dəfə universitetə imtahan vermişəm. Ammamüsabiqələrdən keçməmişəm. Axır ki, keçdim.

Üzünə demək olmasın, Tofiq, mən səndən də çox şey görüb-götürmüşəm.Birgə kirayənişin qaldığımız, sənin "Qobustan" jurnalında işlədiyin,mənim tələbə olduğum dövrlərdə sən sənət publisistikası ilə məşğul idin."Qobustan" jurnalında çox maraqlı və o vaxt üçün çox sərbəst olanyazıların dərc olunurdu. Özü də bu yazılar qeyri-şablon, yüksək enerjisi olanyazılar idi. Oxucu bir nəfəsə oxuyub ləzzət alırdı. Yadımdadır,"Etüd" adlı yaradıcılığından bəhs edən bu kitab "Azərbaycandasənət publisistikasının ilk qaranquşudur. Bu kitab uzun illər bir çoxyazarların stolüstü kitabı olub. Sənin radio verilişlərin də orijinal və diqqətçəkənolub. Bütün bunlar sənət publisistikasına gələn yazarlar üçün bir orentirə,örnəyə çevrilib. Məqam düşdüyü üçün onu da deyim ki, məni "Qobustan"jurnalına cəlb eləyən, bağlayan da sən olmusan. Müntəzəm olaraq mən bu jurnaldaçap edilmişəm. Elə vaxt olub ki, jurnalın bir sayında 4-5 yazım çap edilib.Hətta Bakıda qalmağımın da səbəbkarı səninlə rəhmətlik Yusif Əliyev olub. Bəlkəsən unutmusan, amma mənim yaxşı yadımdadır, bizə təyinat verilən ərəfədə(jurnalistika fakültəsinin təyinatı o vaxtlar Mərkəzi Komitədə verilirdi) Anarmüəllimlə danışıb mənə tələbnamə aldınız. Tələbnamədə bildirilirdi ki,"Qobustan" jurnalında iş yeri var, Möhbəddin Səmədin təyinatını bizimtopluya verin". Mərkəzi Komitədə bu söz-söhbətə səbəb olmasına baxmayaraq,o vaxtlar jurnalistika fakültəsinin dekanı işləyən professor ŞirməmmədHüseynovun köməkliyi ilə bu məsələ mənim xeyrimə həll olundu. Bax, mən tələbəolanda belə bir mühitdə, belə bir ab-havada yetişib formalaşmışam. Yaxşıolanları bəyənib götürmüşəm. Pis olanların üstündən xətt çəkmişəm. Örnəkolanlar indi də mənim üçün örnəkdilər.

- Artıq yazar dostlarımızın bir qrupu dünyalarını dəyişiblər. Onlarınarasında elələri var ki, 50-ni haqlamamış bu dünyadan köçüblər. Özüm iki dəfəinfarkt keçirib Mərkəzi Klinik xəstəxanaya düşəndən sonra belə qənaətə gəlmişəmki, bu dostlarımız vaxtında yüksək müalicə alsaydılar, elə tez dünyadangetməzdilər. Amma neyləmək olar, çörəyi sözdən və daşdan çıxan yazı-pozuadamının bunun üçün maddi imkanı nə keçmişdə, nə də indi olub.

Az-çox tanıdığım, ünsiyyətdə olduğum, yaradıcılıqlarını bəyəndiyimdünyalarını dəyişmiş yazarları, onların yazdıqlarını həmişə xatırlayıb gözönünə gətirirəm. Vidadi Məmmədov, Səyavuş Sərxanlı, Vidadi Paşayev, İsaİsmayılzadə, Nüsrət Kəsəmənli, İsrail Mustafayev, Yusif İsmayılov, TanrıquluƏliyev (Tanqo) həmişə yaddaşımdadır. Mən onların heç birinin ölümünüistəməzdim. Çünki bu yazarların cəmiyyətimiz üçün deyəcəkləri, yazacaqları çoxşeylər vardı. O ki qaldı kimlərin itkisi səni incidir məsələsinə, sözsüzhamısının. Amma Tanqonun (Tanrıqulu Əliyevin) ölümü məni daha çox incidir.Çünki bu dünyaya sığışmadı. Ona uyuşmadı.

MÖHBƏDDİN SƏMƏDİN BİOQRAFİYASINDAN

"Nağıllar yalan olmur", "Dialoqlar", "ToğrulNərimanbəyov" (Azərbaycan, rus, ingilis dillərində), "Tofiq Dadaşovvə onun psixoloji etüdləri" (rus dilində), "İncəsənət ustaları","Tofiq Dadaşov", "Rənglə musiqinin hormoniyası" (İtaliya,Azərbaycan və ingilis dillərində, T. Nərimanbəyova həsr olunub), "Dünyadahilərsiz yaşaya bilmir" (professor Lütfi Zadəyə həsr edilib) "Yaddaşımızınyaşıdları" (görkəmli elm və sənət adamları haqqında), "Dünyadahilərsiz yaşayamaz" (İstanbul, "Emrə" nəşriyyatı), "Mirne mojet jit bez qeniev" (T.Nərimanbəyova həsr olunub) elmi-populyarkitabların, eləcə də dördseriyalı "Uzaq və yaxın Lütfi Zadə" (ABŞ-dayaşayan soydaşımız prof. Lütfi Zadə haqqında Azərbaycan və ingilis dillərində),"Ömür" (akademik Tofiq Əliyevə həsr olunub), "Luvur","Körpülü", "Alim" (professor R.Əliyevə həsr olunub(Azərbaycan və ingilis dillərində). "Toğrul" (Azərbaycan və rusdilində) "Rənglə yazılmış tarix" (Mikayıl Abdullayevə həsr olunub)sənədli filmlərin ssenari müəllifidir.

Onun elm, incəsənət və musiqi mövzularına həsr olunmuş elmi-populyaroçerkləri Fransada, ABŞ-da, Almaniyada, Yaponiyada, Kanadada, Meksikada, Argentinada,Lüksemburqda, Türkiyədə dərc olunub. Ssenari müəllifi olduğu "Toğrul"filmi (T.Nərimanbəyov haqqında) 2011-ci ildə Kiyevdə keçirilən Beynəlxalqsənədli filmlər festivalında yüksək mükafata və diploma layiq görülüb.

O, Respublika Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. 1985-ciildə Respublika Jurnalistlər İttifaqının "Qızıl qələm", 2000-ci ildəisə Həsənbəy Zərdabi mükafatlarına layiq görülüb.

(DAVAM EDƏCƏK)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV